Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabı nəşr edilib və zengezur.com saytında yerləşdirilib: http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf
“QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin indiyədək Zəngəzurun tarixinə dair kitablarında, dissertasiya işində, elmi-publisistik məqalələrində istinad etdiyi mənbələrdən, araşdırmalarından istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb.
Hacı Nərimanoğlu, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri
Azərbaycan xalqının qəhrəmanlıq və milli azadlıq hərəkatı tarixində Qaçaq Nəbinin adı, mübarizəsi şərəfli yer tutur. Nəbi Alı oğlunun XIX əsrin 70-90-cı illərində Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) yerli zülmkar mülkədarlara qarşı müqaviməti, az keçmədən yadellilərə - müqəddəs Vətən topaqlarımızı qanla suvarıb işğal edən çar Rusiyasına və onun müstəmləkəçi, şovinist idarə üsuluna, imperiyanın yerli hökumət orqanlarına, “sapı özümüzdən olan baltalara” qarşı çevrildi. 20 il davam edən bu mübarizə Zəngəzur, Qarabağ, Naxçıvan, Dərələyəz, Vedi mahalları ilə yanaşı, Qacarlar İranı, Osmanlı dövlətinin bir sıra vilayətlərini də əhatə edirdi.
1918-ci il sentyabrın 4-dən başlayaraq general Andranik Uzunyan Amerika, Fransa, İngiltərə, Yunanıstan və Rusiyanın çox böyük səxavətlə silahlandırdığı ciddi hərbi intizama malik qoşunla Zəngəzurda 115-dən çox türk-kürd kəndini dağıtmış, Sisian və Gorusun 70 kəndində hər beş müsəlmandan birini qətlə yetirib Gorusu mərkəz seçərək özünü "Zəngəzur qubernatoru" elan etmişdi. Ancaq elə həmin günlərdə Zəngəzurda tariximizin yaddaşına xalqın iradəsinin nəyə qadir olduğunu göstərən bir şanlı səhifə də yazılmışdı.
https://avropa.info/post/310696
525-ci qəzet, 27.02.19. Şəxsiyyət və Lider Nümunəsi
"Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin 2018-ci ildə icra etdiyi “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” kitabının nəşri" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 94 bal toplayraq "Əla bal toplayan təşkilatlar" siyahısına düşüb (http://cssn.gov.az/news.php?id=3659). QHT-miz bundan əvvəl də dəfələrlə Şuranın və digər qurumların Fəxri fərmanlarına layiq görülüb.
- Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyası nəşr edilib
- QHT sədrindən millət vəkilinə cavab, yaxud bir daha Qaçaq Nəbi, Qoçaq Həcər haqqında
- “Zəngəzur” sədri dissertasiya müdafiə edib, medal alıb
- Türkiyə Atatürkdən Ərdoğanadək
- Hacı Nərimanoğlunun erməni yalanlarını ifşa edən məqaləsi Avstriya jurnalında
- QHT 183 yazarı iki almanaxda birləşdirdi
- "Zəngəzur" Cəmiyyəti cənub bölgəsinin 128 yazarından seçmələri bir kitabda buraxdırıb
- Astaradan göyüzünəcən...
- Fikirlərinizlə razı deyiləm, Çingiz müəllim!
- Hacı Nərimanoğlunun “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabı çıxıb