Yazıçı-publisist Hacı Nərimanoğlunun sayca 12-ci olan “Zəngəzur və Qarabağda ermənilərin törətdikləriqətliamlar Osmanlı-Türkiyə mənbələrində” kitabı çapdan çıxıb. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəngəzur”Cəmiyyətləri Birliyi tərəfindən həyata keçirilən ”Ermənilərin Zəngəzur və Qarabağda törətdikləri soyqırıma dair Osmanlı-Türkiyə arxivlərində" saxlananmaterialların tədqiqi, toplanması, dərci, Türkiyə və Azərbaycanda mövzuilə bağlı tədbirlərin təşkili“ layihəsi çərçivəsində nəşr edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı çərçivəsində “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri yazıçı-publisist Hacı Nərimanoğlu Türkiyədə bir sıra görüşlər keçirmişdir.


80 illik ömrünün 46 ilini diplomatik xidmətə həsr etmiş Elman Araslının bu yaxınlarda nəşr edilən 630 səhifəlik “Yarım əsr Yaxın Şərqdə” kitabı təkcə şərəflə yaşanmış bir diplomat ömrünün bioqrafiyası, salnaməsi deyil, həm də müstəqil dövlətimizin xarici siyasətinin mühüm bir sahəsi-Azərbaycanla ərəb dünyası arasında münasibətlər haqqında, bu gün hər zaman olduğundan daha çox dünya siyasətinin gündəmində olan geniş bir region barədə zəngin məlumat mənbəyidir. Müəllif 35 ildən çox ərəb ölkələrində SSRİ, Rusiya və Azərbaycanın diplomatı kimi, o cümlədən 20 ilə yaxın Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri olaraq fəaliyyət göstərmişdir. E.Araslı ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan akademik Həmid Araslının oğlu, qədim mədəniyyət, elm, dövlətçilik mərkəzimiz olan Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir.