“Bütöv Azərbaycan” qəzetinin redaksiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri Birliyinin həyata keçirdiyi layihə çərçivəsində nəşr edilən "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabının jurnalistlər üçün təqdimatı olub. Tədbiri giriş sözü ilə açan qəzetin təsisçi və baş redaktoru Tamxil Ziyəddinoğlu deyib ki, bu kitabda gedən yazılar son 3 ayda qəzetimizin səhifələrində ardıcıl çap edilib və oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Bakı, 14 yanvar 2011 (AzərTAc). AzərTAc xəbər verir ki, nümayəndəliyin rəhbəri Türkiyədəki Giresun Universiteti tarix bölməsinin rəhbəri, professor Aygün Attar nümayəndəliyin təyin edilmişdir. Məqsəd Azərbaycan həqiqətlərinin qardaş ölkədə təbliği, Türkiyənin qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsidir. Nümayəndəliyin təşəbbüsü ilə Türkiyənin bir neçə şəhərində 20 Yanvar və Xocalı faciələrinin ildönümüləri ilə bağlı tədbirlər keçirilmişdir.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri yazıçı-jurnalist Hacı Nərimanoğlunun “TURAN Aşiqləri” kitabı çapdan çıxıb.

“Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycan və Türkiyənin qəhrəmanlıq salnaməsi tarixinə adları yazılmış Sultan bəy Sultanovun və Nuru Paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandıracaq. “Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycan və Türkiyənin qəhrəmanlıq salnaməsi tarixinə adları yazılmış Sultan bəy Sultanovun və Nuru Paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandıracaq.