Zirvəsində qış, ətəyində bahar olan əzəmətli dağları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpaqları olan Qubadlı rayonu Zəngəzur mahalının ən qədim yaşayış məskənidir. Respublikamızın cənub-qərbində yerləşən Qubadlı rayonu qərbdən 120 km Ermənistanla, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun kəndlərinin əksər hissəsi Bazarçay və Həkəri çaylarının ətrafında yerləşir. Qubadlı rayonunun əsası 1933-cü ildə qoyulmuşdur, mərkəzi Qubadlı şəhəridir. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon kimi fəaliyyətə başlamışdır.

Sentyabrın 16-da İran İslam Respublikasının paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən guya geyiminin, çadrasının islam qaydalarına uyğun olmaması səbəbi ilə 22 yaşlı Məhsa Aminin döyülərək həbs edilməsindən iki saat sonra beyin infarktı keçirib yaşamını itirməsi səbəbi ilə başlanan kütləvi etirazlar ölkənin bütün ərzilərinə yayılıb.

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

2 -dən səhifə 29