R.T.Ərdoğan: mütləq çözürüz!
(9 il əvvəlin unudulmaz görüş - söhbəti ilk dəfə)
27 iyul 2011-ci il, saat 17.00 radələri. Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyi. Türkiyənin Baş naziri, AK Parti sədri R.T.Ərdoğanın şəxsi təşəbbüsü ilə gerçəkləşən görüş.
Yaxınlaşıram, ayağa qalxır, əl verib görüşür. Masa üstündə “Rəcəb Tayyib Ərdoğan” kitabımın nüsxələri düzülüb. Birini əlinə götürür.
-Nəfis kitab alınıb, Böyükelçimiz Ankaraya göndərmişdi, mən vərəqlədim, evə götürdüm, Əminə xanım oxumuş, çox bəyənmiş, dedi hətta eşq tarixçəmizi də yazmısan. Nədən belə bir kitab yazmaq qərarı verdin?
Erməniliyin mahiyyətini dünya gördü
Dünyanın müxtəlif xalqlarına mənsub yüzlərlə tanınmış alim, tədqiqatçı, səyyah, filosofun, o cümlədən erməni məşhurlarının bir çoxu ermənilərin təbiətən xəyanətkar, dağıdıcı, xəbis, qorxaq, nankor, paxıl xislətli psixologiyası, mentaliteti barədə yazmışlar. Qədim zamanlardan günümüzədək söylənilən belə fikirlərin doğruluğu 27 sentyabr 2020-ci ildən başlanıb 44 gün sürən Azərbaycan-Ermənistan savaşında bir daha aydın göründü, yenə də bütün çılpaqlığı ilə üzə çıxdı.
Zəngəzur Cəmiyyətləri İctimai Birliyi: "Hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb"
Müraciətdə deyilir: “Əziz xalqımız, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız!27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi kapitulyasiyası ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 45 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır.
Şuşanın tarixinə ekskurs
Qarabağ xanlığının əsasını 1747-ci ildə Pənahəli xan (1693-1763) qoyub. Xarici hücumlardan daha etibarlı müdafiənin təmini məqsədilə 1752-ci ildə Şuşa qalasının əsasını qoyub.
Lətif Şüküroğlu: Qubadlıya salam de
Vətənsevər dostum Hacı Nərimanoğluya
Əziz dostum, Qubadlıya salam de,
İllər idi həsrət idik hüsnünə.
Sən alınmaz, basılmayan qalam de,
Xəncər oldu yağıların köksünə.
Şuşanın azad edilməsi münasibətilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin müraciəti
Müraciətdə deyilir: “Əziz xalqımız, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız!
27 sentyabrdan başlanan Vətən müharibəsi Zəfər gününə yaxınlaşır. Sizin məhz Şəhidlər xiyabanında Qarabağın baş tacı, rəmzi olan Şuşanın yağı düşmən tarpdağından xilas edilməsi barədə verdiyiniz müjdə xalqımızda, hər bir vətəndaşımızda sonsuz sevinc, misilsiz qürur hissləri yaratmışdır. Bu xoş xəbəri elan etdiyiniz dəqiqələrdən yüz minlərlə insan şadlığını ifadə etmək üçün küçələr axışır, atəşfəşanlıq edir. Bu xoşbəxtliyi xalqımıza Siz, komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri bəxş edib.
Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, Şuşanın hər bir azərbaycanlının qəlbində, mənəvi dünyasında yeri başqadır, başdır! Xalqımız Laçın, Kəlbəcər, Ağdam, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır.