3 general nazirin eyni vəzifə taleyi: Xosrov bəy Sultanov, Valeh Bərşadlı, Məhəmməd Əsədov və Qarabağın işğalına aparan yol
10 may Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür
Tarix təkrar olundu; 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri Xosrov bəy Sultanova qarşı aparılan hərəkətlər 1990-91-ci illərdə Azərbaycan Respublikasının ilk müdafiə naziri general-leytenant Valeh Bərşadlı və ilk daxili işlər naziri Məhəmməd Əsədovla bağlı da eynilə təkrar edildi. Onların hər üçünə o torpaqlar Vətən idi, canı, qanı ilə o yerlərə bağlı idilər, erməni xislətinə, iddialarına yaxşı bələd idilər, əsilli-köklü nəslin nümayəndələri, xalqın inandığı, etibar etdiyi böyük nüfuz sahibi idilər, ona görə də Qarabağda erməni məsələsinin birdəfəlik, qətiyyətli həlli yolunu tutmuşdular, barışmaz mövqedə durmuşdular, bunun üçün Dövlətin də siyasi iradə, hərbi güc göstərməyini tələb edirdilər. Və Qarabağda ən kritik, son zəfər günlərinin yaxınlaşdığı, ermənilərin birdəfəlik köçüb getmələrinə yardımçı olmaq üçün yalvardıqları günlərdə vəzifələrindən azad edildilər; Xosrov bəy Əkinçilik naziri, Valeh Bərşadlı C.Naxçıvanski liseyinə rəis, M.Əsədov müşavir vəzifəsinə göndərildi.Nəticə göz qabağında....
Ordu və Sərhəd tariximizin dəyərli tədqiqatçısı
Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Şüküroğlu (Babayev) adı, imzası Qarabağ müharibəsinin ön cəbhəsində savaşmış döyüşçülərə, zabit-komandir heyətinə, hərbi jurnalistlərə, ordu, sərhəd, polis, təhlükəsizlik strukturlarında çalışanlara yaxşı tanışdır. Hərbi jurnalistikamızın tanınmış imzalarından olaraq, onun cəbhə, döyüş bölgələrində yaşayıb çalışarkən gördükləri, qazandığı praktiki biliklərin, peşəkar bacarıqların, təcrübi fəaliyyətlərin nəticəsi idi ki, Lətif sonradan tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sərhəd mühafizəsi məsələlərinin ən nüfuzlu tədqiqatçılarından biri, tanınmış tarixçi alim oldu - “niyətin hara, mənzilin ora.”
Oxçu qətliamının 100 ili tamam olur
Zəngəzur Cəmiyyətləri İctimai Birliyi bununla bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir: "100 il əvvəl bu gün - 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb. Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib.
29 oktyabr Türkiyə Cümhuriyyətinin yarandığı gündür
Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr (29 Ekim) 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə Atatürk (1881, Selanik - 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımızı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir".
Hacı Nərimanoğlu: Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Azərbaycan Prezidentinin bu fikri Zəngəzurla bağlı tarixi həqiqətləri tamamilə dolğun əks etdirir. Zəngəzur bölgəsi tarixi Azərbaycan torpağıdır. Zəngəzur mahalının ərazisi bəzi dəyişikliklərlə, əsasən, indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edir.
Mehriban xanım Əliyevanın portretinə 12 ştrix
"Belə bir nəzəriyyə var ki, insan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən ümdə anlayışlardır. Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir".
Mehriban Əliyeva