Zəngəzur Cəmiyyətləri İctimai Birliyi: "Hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb"
Müraciətdə deyilir: “Əziz xalqımız, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız!27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi məğlubiyyəti ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 45 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır.
Şuşanın tarixinə ekskurs
Qarabağ xanlığının əsasını 1747-ci ildə Pənahəli xan (1693-1763) qoyub. Xarici hücumlardan daha etibarlı müdafiənin təmini məqsədilə 1752-ci ildə Şuşa qalasının əsasını qoyub. 5.5 min kv.km sahəsi olan bu yer 3 tərəfdən təbii istehkam, sıldırım qayalıqdır. Mənbələrdə qurucusunun şərəfinə Pənahabad, Qala da adlanıb. Burada “Pənahabadi” adlanan gümüş sikkə zərb edilib.
Lətif Şüküroğlu: Qubadlıya salam de
Vətənsevər dostum Hacı Nərimanoğluya
Əziz dostum, Qubadlıya salam de,
İllər idi həsrət idik hüsnünə.
Sən alınmaz, basılmayan qalam de,
Xəncər oldu yağıların köksünə.
Hərbi qələbə siyasi sənədlərdə rəsmiləşməlidir
Azərbaycanın sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı son Zəfərə yaxınlaşır. Bu müharibənin hərbi-strateji planlamasındakı peşəkarlıq, yeni orijinallıq yanaşma, novatorluq artıq dünyanın bir çox ölkəsinin hərbçiləri tərəfindən yüksək dəyərləndirilib, bundan sonra da uzun illər öyrəniləcək, hərb və tarix kitablarına salınacaqdır. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdəki ən mühüm strateji mövqelərdə möhkəmlənmiş erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında aciz, gücsüz, miskin duruma düşməsi, darmadağın edilməsi faktlarda, Müdafiə Naziliyinin, eləcə də Ermənistanın rəsmi qurumlarının yaydığı video görüntü, çıxışlarda appaçıq görünür. Görünən dağa bələdçi nə lazım?! Ermənistanı, qondarma dağlıq qarabağ respublikası adlandırdığı bic uşağı doğub, əmizdirib, bələyib yekəldən, həm də Azərbaycanın üstünə qısqırdan iri buynuzlular, tətikçi dövlətlərin özləri də çarəsiz, pat vəziyyətdə qalıblar, kömək, yardım filan da yetərsiz qalıb, erməni hərb maşını tamam sıradan çıxarılıb.
Qarabağ savaşı regionun siyasi mənzərəsini dəyişəcək
