R.T.Ərdoğan: mütləq çözürüz! (Rəislə 9 il əvvəlki görüş - söhbət ilk dəfə)



Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100 il ötür
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
Zəngəzurun Ermənistana verilməsi Lenin, Stalin, Orconikidze, Kirov, Çiçerin, Mikoyan və başqalarının verdiyi məkrli anti-Azərbaycan və ermənipərəst qərarla həll olunmuşdu. 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunmuşdu. Artıq hər şeyi Qafqazı qanlı təcavüzlə yenidən işğal edib qanuni hökumətləri qan içində boğmuş bolşevik Rusiyası həll edirdi. Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirilən birgə iclasının qəbul etdiyi qərarı isə artıq Azərbaycanın kommunist rəhbərliyinn öz xalqına tarixi xəyanətinin təsdiqi idi. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkibinə keçir. Bu, rəsmi Moskavanın verdiyi göstərişə əsasən qəbul olunan qərar idi.
Eyvazlı - I Qarabağ savaşında məhv edilən ilk kəndimiz
Heç nə unudulmamalıdır; Qubadlı rayonunun Eyvazlı kəndini 24 noyabr 1988-ci ildə ermənilər yağmalayıb yandırıb. Bu, I Qarabağ savaşında ilk Şəhid kəndimiz oldu. Faciə günü qələmə alınmış bu yazımı oxuculara təqdim edirəm. Vaxtı ilə adı-sanı respublikaya sığmayan, neçə dövlət xadiminin, generalın, alimin, çekist və bolşevikin anadan olduğu Eyvazlı kəndi. Yandırılıb məhv edilmiş evlərinə, həyətlərinə, quş-heyvan damlarına baxa-baxa qapqara qaralmış divarların arası ilə səssizcə addımlayan, doğma od-ocaqla vidalaşan kənd adamlarının kədərli, tutqun sifətləri. Görünməmiş vəhşiliyin şahidləri danışırlar:
Türk mehmetciyi 102 il sonra yenidən Azərbaycana gəlir
Hulusi Akar: “Hazırlıqlar başa çatıb, Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək.” 21.11.20
Türk Ordusuna yazılan şeirlər: Abdulla Şaiq, Salman Mümtaz, Cəfər Cabbarlı
Abdulla Şaiq, Neçin böylə gecikdin?
101 il əvvəl, bu gün
1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb. Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf el-obaların əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib. Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin.