Hacı Nərimanoğlu "Şərqi Zəngəzur" kitabının mətni:
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr olunur.
Kitabın məzmunu "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin cavabdehliyindədir və bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
Bakı – 2022
Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanından:
Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.
Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.
Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilsin:
1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları)…
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 7 iyul 2021-ci il[1]
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan inzibati rayonlar:
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları
Ərazisi: 7,47 min kv. km
Əhalisi: 343,5 min nəfər
İqtisadiyyatının əsas sahələri: kənd təsərrüfatı, sənaye, turizm,
Təbii ehtiyatları: qızıl, civə, mərmər, üzlük tikinti daşları, kopal, perlit
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması mühüm siyasi, tarixi hadisədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması, heç şübhəsiz, 2021-ci ilin əlamətdar hadisələrindən biri oldu. 1933-cü ildə Azərbaycanın coğrafi xəritəsindən silinmiş Zəngəzur adının yenidən coğrafi, siyasi anlamda bərpası xalqımızın, dövlətimizin ictimai-siyasi, mənəvi həyatında mühüm hadisəyə çevrildi. Dövlət başçımızın bu növbəti müdrik, uzaqgörən qərarı həm də qarşımızda bizi tarixi ədalətin bərpası - minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsi, birləşib biri-birinə və Azərbaycana qovuşması kimi mənəvi borcumuzun gerçəkləşməsinə aparan yola işıq saldı, mayak oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri artıq strateji yol xəritəsidir: Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.
Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi vaxtında verilmiş qərar idi.
Möhtərəm Prezidentimizin siyasi iradəsi sayəsində gerçəkləşən bir çox taleyüklü məsələlər daim Ümummilli Lider Heydər Əliyevi də narahat edirdi. Ulu Öndər demişdi: “ ...XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı, Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Meğri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.
Böyük siyasət, dövlət adamı Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bir qərinəlik dövrdə heç zaman qədim Azərbaycan torpağı Zəngəzurun unudulmasına, Azərbaycanla mənəvi, iqtisadi əlaqələrinin qırılmasına imkan verməmişdi. O, deyirdi: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indiki Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.
Budur, 2021-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən, hər günü xalqımıza qələbə sevinci, qürur yaşadan İkinci Qarabağ savaşının sonunda tarixi Zəngəzurun şərq hissəsi işğaldan azad edilərək yenidən Ana Vətənə-Azərbaycana qovuşdu. İndi o yerlərdə geniş miqyaslı dirçəliş, bərpa, tikinti-quruculuq işləri aparılır.
Vətən müharibəsində hərbi əməliyyatlara, döyüşlərə yüksək komandanlıq bacarığı ilə rəhbərlik edərək, ümumxalq sevgisinin təcəssümü olan Müzəffər Ali Baş Komandan titulunu qazanan ölkə rəhbəri İlham Əliyev, şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurun Qurucu Prezidenti kimi də tarixdə əbədi qalacaqdır.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi bir daha göstərdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşanın azad edilməsi tariximizə 8 noyabr Zəfər gününü bəxş edib. Bu Zəfərin davamı Qarabağın, Şərqi Zəngəzurun dirçəlişi, yenidən məskunlaşdırılmasıdır. Bu, qarşıdakı dövrdə dövlətimizin və xalqımızın ən ümdə fəaliyyət istiqamətidir. Yəni, söhbət təkcə Şuşadan getmir, Şuşa rəmzdir, simvoldur.
Dövlətimizin başçısı 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına üç saat davam edən müsahibəsində dövlət siyasətinin bütün əsas aspektləri barədə dolğun məlumat verib. Eləcə də Zəngəzurla bağlı olduqca maraqlı tarixi, siyasi bilgilərini paylaşıb, bu qədim torpağa dərin sevgisinin həm də soy, nəsil, ailə yaddaşından gəldiyini, qırılmaz mənəvi tellərlə o yerlərə bağlılığının, mərhəm duyğularının dərin səbəblərini də səmimiyyətlə bölüşüb: “Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir. Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm.”
Olduqca təsirli, səmimi, ürəkdən gələn etiraflardır və bir daha həmin inamı möhkəmlədir ki, biz ata-babalarımızın min illər boyu yaşadığı, tikib qurduğu, torpağına qarışdığı, ruhları dolanan o yerlərə mütləq qayıdacağıq. Bu müsahibədə siyasi uzaqgörənliyini, yetkin elmi, tarixi savadını, məntiqli diplomatik konsepsiyalarını da ortaya qoyan dövlət başçımızın Zəngəzur dəhlizi ilə bağlı bu müsahibədə xatırlatmaları əhəmiyyətli olduğu qədər də yeni, orijinal baxışları, mahiyyəti ilə də maraq doğurur: “Bildiyiniz kimi, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin...Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək.”
44 günlük Vətən müharibəsindəki qətiyyəti ilə dünya birliyinə, bədnam qonşularımızın arxasında duran beynəlxalq güclərə əməli və siyasi, diplomatik dərs verən Prezidentimizin qarşıdakı illərdə hansı xarici siyasət xəttini yürüdəcəyi və şübhəsiz qalib olacağı, nəzərdə tutub qarşısına qoyduğu məqsəd, mərama çatacağı indidən görünür: “Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq.”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində “Şərqi Zəngəzur” kitabında bütün bu məsələlər əhatə olunub. Kitabın hazırlanıb nəşr edilməsində məqsəd Şərqi Zəngəzurun ayrı-ayrı bölgələrinin və bütövlükdə Zəngəzur mahalının tarixi keçmişi, hazırda işğaldan azad edilmiş bölgələrdə aparılan geniş miqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturlarının yenidən dirçəlişi, Şərqi Zəngəzurun gələcək mənzərəsi, inkişaf perspektivlərinin fakt, sənədlərlə ictimaiyyətin diqqətinə çatdırılması və vətəndaş cəmiyyəti sektorunun, qeyri-hökumət təşkilatları üzvlərinin qarşıda bizi gözləyən çox məsul, şərəfli ümumxalq, ümumdövlət işinə - məcburi köçkünlərin yenidən doğma yurd yerlərinə - Şərqi Zəngəzur ellərinə qayıdışına mənəvi dəstəyinin təmini, təşviqi, təşkilidir. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun bu kitabı Şərqi Zəngəzur adına, konkret həmin bölgəyə həsr olunmuş ilk nəşr kimi də əhəmiyyətlidir.
Müəllifin bu növbəti kitabında qədim yurd yerlərimizin uzaq, yaxın tarixi keçmişi, İkinci Qarabağ müharibəsində ərazidə gedən şiddətli döyüşlər, bu gün o torpaqlarda aparılan işlər, Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin, qardaş Türkiyə prezidentinin və xanımının Şərqi Zəngəzura səfərləri, bölgənin gələcək inkişaf perspektivləri, vətəndaş cəmiyyəti sektorunun bu sahədə vəzifələri, verə biləcəyi töhfələr barədə ətraflı bilgilər var. Kitabla tanışlıqdan sonra bir məsələ də aydın görünür ki, 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra qeyri-hökumət təşkilatlarının ictimai-siyasi fəallığı yüksək olub, onlar qələbəmizə mümkün olan dəstəyi göstəriblər. “Zəngəzur” cəmiyyətinin həmin günlərdə Ali Baş Komandana, xalqımıza, Milli Ordumuza, ön cəbhədə döyüşən əsgər və zabitlərimizə, xarici ölkə liderlərinə ünvanlanmış və KİV-də yayılan onlarla bəyanat, müraciətləri, analitik məqalələr bu fəallığın əyani ifadəsidir. Düşünürəm ki, bütün bunlar yazılası, həm də kitablarda qalası məsələlərdir, həm də ona görə ki, yazılan, yaddaşlara həkk olan sözlər tarixdə yaşayır. H.Nərimanoğlunun bu kitabından əvvəl də QHT Şurasının maliyyə dəstəyi, qrant layihələri çərçivəsində Zəngəzurun tarixinə dair beş elmi-kütləvi nəşrdə Zəngəzur bölgəsinin tarixi ilə bağlı arxiv materiallarına, sənədlərə istinadla bu yurd yerlərimizin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin son iki əsrdə məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi fakt və sənədlərlə araşdırılıb. Son iki əsrdə Zəngəzurda yerli əhalinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi əks olunub, bu ulu torpağın Azərbaycan, Qafqaz, Türk dünyasına bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında çoxsaylı materiallar verilib. İkili standartlarla, xristian təəssübkeşliyi ilə siyasət yürüdən böyük dövlətlərin hərbi-siyasi planlarının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına nə qədər böyük zərbə vurduğu faktlarla açılıb. AMEA Tarix İnstitunun və universitetlərin Elmi şuralarının qərarları ilə nəşr olunan bu kitablar dünyanı idarə edən güclərin bir əsr əvvəl tarixi Azərbaycan torpaqlarında qurduğu Ermənistan adlanan dövlətin regionda başlıca gərginlik, münaqişə ocağı olduğunu sübut edən elmi ittihamnamələrdir. Bu tədiqiqatlar həm də dövlət başçımız İlham Əliyevin Azərbaycan həqiqətlərinin, müvəqqəti itirdiyimiz, əlimizdən zorla qoparılmış torpaqlar məsələsinin elmi-tarixi mənbələrə istinadla tədqiq olunaraq yazılması, xarici auditoriyaya çatdırılması, əsas da davamlı olaraq Zəngəzur probleminə göstərdiyi diqqətin səbəblərinin açılması, şərhi, yayılması kimi müasir tarix elmimiz qarşısında qoyduğu vəzifələrin icrasına dəstəkdir, Zəngəzur bölgəsi ilə bağlı hədəflərə yetişmək üçün stimulverici töhfələrdir. Təqdirəlayiq haldır ki, Birliyin layihələrinin bir çoxu və bu kitabların təqdimatları həm də Çexiya, Türkiyə, Gürcüstanda keçirilib.
İnanırıq ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun, təsisatlarının güclənməsi, Azərbaycan həqiqətlərinin dünyada yayılması sahəsində qısa zamanda xeyli uğurlu işlər görən QHT Agentliyi belə əhəmiyyətli layihələrə bundan sonra da maliyyə yardımı göstərməkdə davam edəcəkdir.
Prezident İlham Əliyev deyib: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilinməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır.”
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan, zəngin fakt, sənəd, foto materiallarla tərtib edilib asan, anlaşılan rəvan dildə yazılan “Şərqi Zəngəzur” kitabı oxucuda məhz bu inamı yaradır.
Əliağa Cəfərov
filologiya elmləri doktoru, professor
Zəngəzur-Qubadlı Strateji Araşdırmalar Mərkəzinin direktoru
I fəsil. Şərqi Zəngəzur elləri: Cəbrayıl rayonu
Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən "Qraxdın" kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiyi (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Qəzanı qubernator tərəfindən təyin edilən rəis idarə edirdi.
Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 72753 nəfər olmuşdur, əhalinin 42,4%-i yarımköçəri həyat sürürdü. Qəzanın ərazisi indiki Cəbrayıl rayonundan daha geniş olmuşdur.
Cəbrayılda baramaçılıq, xalçaçılıq geniş yayılmışdı. Xüsusən "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları məşhur olmuşdur. Daşkəsən kəndində uzun illər fəaliyyət göstərən ipək emalı fabriki inqilabdan sonra Xankəndinə köçürülmüşdür. Qəzada 5 ipək fabriki olub. XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaranmışdı. 1840-cı ildən bazarlarda rus pulları işləməyə başlayır. 1876-cı ildə, avqust ayının 5-də Cəbrayılda bir sinifli rus məktəbi açılıb. 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olmuşdur.
Cəbrayıl rayonunun ərazisi tarixi memarlıq və dini, maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, «Tumas ata» piri, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "Şəhərcik qalıqlar" (XIV əsr), "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri, Dağ Tumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Xudyarlı kəndindəki Dairəvi və səkkizguşəli turbələri (XIX əsr), rayon mərkəzindəki "Sultan Məcid hamamı", Xubyarlı kəndindəki dairəvi 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu qədim yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Xudafərin korpuləri Azərbaycan və Şərq tarixinin nadir abidələridir, yüz illərdir ki, Arazın Quzey və Güneyini birləşdirən, ədəbiyyat, incəsənətimizin əbədi mövzularından biridir. Diridağdakı Qız qalası, Gordubaba dağındakı məzar yeri, «Hacı Qaraman», «Cəbrayıl ata», «Dul-dul», «Mazannənə» ziyarətgahları ətraf rayonlarda da yaxşı tanınırdı.
Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammalla, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi ilə zəngindir. 1993-cü il işğalınadək əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. Rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 301 texniki işçi çalışırdı. Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu.
Cəbrayıl yenidən dirçəlir. 44 günlük Vətən müharibəsindən sonra Cəbrayılda geniş miqyaslı tikinti, quruculuq, dirçəliş işləri gedir, yeni infrastruktur layihələri həyata keçirilir.
Zəngəzur dəhlizinin açılması da Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaradacaqdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2021 tarixli Fərmanının icrası bu istiqamətdə görüləcək işlərin əsas istiqamətlərini də müəyyən edib və bir sıra xarici ölkə mütəxəssisləri də cəlb olunub.
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da İranla ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəkdir. Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır.[2]
Kəlbəcər rayonu
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Ərazidə oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Ən qədim insan məskənlərindən birdir. Bu ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altına düşüb, dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Bakı şəhərində 13,6%, Gəncə şəhərində 21,7%, Yevlax rayonunda 5%, Abşeron rayonunda 5,4%, Bərdə rayonunda 9,1%, Goranboy rayonunda 12%, Göygöl rayonunda 7,7%, Tərtər rayonunda 5,4%, digər 46 şəhər və rayonda 20% olmaqla müvəqqəti məskunlaşmışdır. Əhalisinin sıxlığı ( nəfər / 1 km²) 36,35 nəfər, şəhər əhalisi: 11 min 766 nəfər, kənd əhalisi: 65 min 237 nəfər, kişilərin sayı 38 min 396 nəfər, qadınların sayı: 38 min 607 nəfər, Qarabağ nüharibəsi əllilərinin sayı -75 nəfər, şəhid ailələrinin sayı – 488 olub.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, yerinə yetirilmədi. Əksinə, rayon ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. 10 noyabrda Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı Bəyanata əsasən Kəlbəcər rayonunun 15 noyabr tarixində döyüşsüz Azərbaycana təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Rayonun ərazisi 3054 kv kilometr, əhalisi 01 yanvar 2020-ci il tarixə olan məlumata əsasən 77.003 min nəfərdir.[3]
Laçın rayonu
Azərbaycanın qədim tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub.
Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur. Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur. Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir.
Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır. Eyni zamanda hazırda məcburi köçkünlük həyatı yaşayan, rayonun rəsmi mətbuat orqanı olan “Laçın” qəzeti 1931-ci ildən nəşr olunur
Şanlı Azərbaycan Ordusu 1 dekabr 2020-ci il tarixdə Laçın rayonunu bir neçə kəndi istisna olmaqla, işğaldan azad etmişdir. I və II Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 285 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda Laçın rayon İcra Hakimiyyəti başçısı aparatı, rayonun bütün icra strukturları, idarə, müəssisə və təşkilatları Ağcabədi rayonu ərazisindəki Taxta-körpü köçkünlər qəsəbəsində fəaliyyət göstərir.
Rayonun əhalisi 78.565 nəfər, sahəsi 1835 km2 -dir.[4]
Qubadlı rayonu
Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 802 kvadratkilometrdir. Paytaxt Bakıdan 387-km, ən yaxın dəmiryol stansiyası olan Həkəri stansiyasından 35 kilometr məsafədədir.1993-cü il 31 avqust işğalı ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər idi. Rayon əhalisi 93 кənddə və rayоn mərкəzi оlan Qubadlı şəhərində məsкunlaşmışdı. Əsas əhali kəndlərdə yaşayırdı. Əhalinin orta sıxlığı 1 kvadratkilometrə 37 nəfər idi. İri yaşayış məntəqələri Qubadlı şəhəri, Xanlıq, Mahmudlu, Dondarlı, Mahruzlu kəndləridir.Rayonun əhalisi 38 615 nəfərdir (01.04.2021-ci ilə оlan мəlumat). Respublikamızın 41 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra hakimiyyəti, digər icra ctrukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.XIX əsrin 80-ci illərinin ortalarında Zəngəzur qəzasında fəaliyyət göstərən 4 dünyəvi məktəbdən biri 1882-ci ildə Qubadlıda açılmışdı. Bu məktəb el arasında çox vaxt Həsən bəyin məktəbi adlandırılmışdı. Qubadlı kəndi XX əsrin əvvəllərində bölgənin mədəni həyatında daha bir yeni, mütərəqqi addımın atıldığı yer oldu: bölgənin ilk dünyəvi qız məktəblərindən biri məhz Qubadlıda fəaliyyətə başladı. Vətənimizə xeyli tanınmış şəxsiyyət bəxş etmişdir. Qubadlı bölgəsi çarizmə qarşı xalq azadlıq hərəkatının əsas mərkəzlərindən biri olmuşdur. Qubadlının Aşağı Mollu kəndində anadan olmuş Qaçaq Nəbinin başçılığı ilə qaçaqlar uzun müddət ərzində hökümətə, haqsızlığa və zülmə qarşı mübarizə aparmışlar. 20-ci əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1905-1906, 1918-1920-ci illər).1905-ci ildə çar Rusiyasında baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz çirkin niyyətlərini Zəngəzurda (Qubadlı bölgəsində) də həyata keçirsinlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzası 5 polis sahəsindən ibarət idi. İndiki Qubadlı rayonuna aid olan kəndlərin əksəriyyəti III polis sahəsinə (mərkəzi Dondarlı kəndi idi), bir neçəsi isə II və IV polis sahələrinə daxil idilər.Azərbaycanda Sovet Sosialist Respublikası adlandırılan hökümətin qurulduğu ilk dövrlərdə də Zəngəzurun (Qubadlı bölgəsinin) başının üstündən qara buludlar çəkilmədi.Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir. Hələ 1919-cu ildə Qubadlı qəzası yaradılmışdır. By qəzanın əraziləri Cəbrayıl və Şuşa qəzaları ilə həmsərhəd idi. 1922-ci ildə Qubadlı qəzası ləğv edilərək Cəbrayıl-Şuşa qəzasına birləşdirilib.30 avqust 1930-cu il tarixdə Azərbaycan Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə qərarı ilə Azərbaycanda rayonlaşma aparılmış, bu zaman I, II və III kateqoriyalı rayonlar yaradılmışdır. Həmin qərarla yaradılan I kateqoriyalı rayonlara 22 rayon daxil idi ki, onlardan da 1-i (sıra ilə 11-ci) Qubadlı rayonu idi. Qubadlı kəndi rayonun mərkəzi olub. 1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olmuşdur. 04.01.1963-cü ildə Qubadlı rayonu bir daha Zəngilan rayonu ilə birləşdirilmiş, 1 il sonra 17.06.1964-cü ildə yenidən ayrılmışdır. Qubadlıda Mədəniyyət Nazirliyi xətti ilə mühafizə olunan 50-yə qədər abidə qeydə alınmışdı. XIV –XIX əsrə aid olan türbələr, qalalar, bulaqlar, körpülər, səngərlər, daşdan yonulma qoç və at heykəlləri, məscidlər tarixi mədəniyət abidələri kimi dövlət tərəfindən qorunan abidələrin sırasında idi.Saray, Poladlı, Хocamsaхlı, Çardaхlı kəndləri ərazisində kеçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istеhkam qalaçalar ayrı-ayrılıqda VII-IХ əsrlərə aid еdilsə də, əslində bu istеhkam qalaçalar b.е.ə. I yüzillikdə Atropatеna və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid kеşikçi-gözətçi məntəqələr sistеminin tərkib hissəsidir.“Qubadlı” toponiminin özü də Qubadlının qədim tarixi ilə bağlı məsələlər içərisində maraq doğurur. “Qubadlı” yer adına ilk dəfə İkiçayarası (Mesopotomiya) bölgəsindəki mixi yazılarda rast gəlinir.“Qubadlı” adının qızılbaş-şahsevən tayfaları ilə bağlılığına dair fikirlər də mövcuddur. Mənbələrin təhlili nəticəsində “Kobatlı” “Qubadlı” yer adının bəydili nəsli ilə əlaqələndirilməsi bu torpaqların bilavasitə türk yurdu olduğunu bir daha təsdiqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan olan nəvəsi idi.Rayon mərkəzində maraqlı еksponatlar toplanmış tariх-diyarşunaslıq muzеyi fəaliyyət göstərirdi.Rayonda 70-80-ci illərdə də bir sıra abidələr inşa olunmuşdu. Bunlara "Fərhad və Şirin" bulağı, "Cеyran" bulağı, Хalq qəhrəmanları Qaçaq Nəbinin və Həcərin abidələri, 1941-1945-ci illər müharibəsində həlak olanların хatirəsinə, 20 yanvar faciəsi zamanı şəhid olanların хatirəsinə həsr olunan abidə komplеksləri aiddir.1941-1945-ci illər müharibəsinin məhrumiyyətləri və çətinlikləri Qubadlı rayonundan da yan keçməmişdir. Müharibənin ilk günlərindən cəsur Azərbaycan övladlarının sıralarında ön cəbhəyə yüzlərlə qubadlılı yollandı. Müharibə illərində Qubadlı rayonundan 3500 nəfərə qədər insan döyüşən cəbhəyə getmiş, onlardan yalnız 1500 nəfəri sağ qayıtmışdır. Ötən əsrdə Qubadlı dəfələrlə Еrməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1915, 1918, 1920). 1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlıya hücumlar başlanmış, 1993-cü ilin avqustun 31-də isə rayon işğal olunmuşdur.Müharibə nəticəsində rayondan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı qoca olmaqla 238 nəfər şəhid olmuşdur. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərhrəmanı adına layiq görülmüşdür. Şəhidlərdən 117 nəfəri mülki əhalidəndir. O cümlədən mülki şəhidlərin 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri qoca, ahıl yaşlı insanlardır.44 günlük qalibiyyətli Vətən müharibəsində müzəffər Ordumuzun, qəhrəman şəhid və qazilərimizin şücaət, cəsarəti sayəsində Qubadlı 25 oktyabr 2020-ci ildə mənfur qonşularımızın əsarətindən qurtulmuşdur. 25 oktyabr 2021-ci ildə “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Hazırda rayonda müasir tələblərə cavab verən kommunikasiya xətləri çəkilir, hərbi şəhərciklər salınır, əhalinin doğma yurd-yuvalarına qayıdışı üçün tədbirlər görülür.[5]
Zəngilan rayonu
Zəngilan tоpоnimi "Zəngi" türk tayfasının yaşayış yeri, yaxud “zəngin ərazi, torpaq” anlamını verir. Rayоna Zəngilan adı 1930-cu ildə vеrilmişdir. İlk adı Pirçivan оlan rayоnun mərkəzi isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır. Daimi aхarı оlan Охçu çayının kənarında qərarlaşan kəndin bağları, əkinləri başdan-başa düzən, hamar, həm də оlduqca münbit tоrpaqlarda yеrləşir. Yaşlı sakinlərin dеdiklərinə görə, mənfur qоnşularımız еrmənilərin mis mоlibdеn mədənlərinin, Qacaran, Qafan şəhərlərinin хəstəхana və digər хidmət, təsərrüfat оbyеktlərinin kimyəvi, çirkab tullantıları Охçuçayın suyunu lil qatı ilə çirkləndirib, zəhərlədiyi indiki dövrdən fərqli оlaraq, kеçmişdə çay balıqla zəngin оlmuş, bağlar, əkinlər məhsuldarlılığı ilə diqqət cəlb еtmişdir. Оdur ki, qədim İpək Yоlunun üzərində yеrləşən bu kəndi zəngin "alan" kimi tanımış və adlandırmışlar. "Alan" hal-hazırda da işlədilən türk sözüdür. Mənası "ərazi", "sahə" dеməkdir.
Rayоn ərazisində ən qədim insan məskənləri mövcud оlmuşdur. Sоvеt hakimiyyəti illərində arхеоlоji-еlmi tədqiqatlar aparılmasa da, Ağalı kəndi ərazisindəki yеrdənqazma sığınacaqların-kahaların ilk quldarlıq dövrünə aid оlduğu barədə еhtimallar vardır. "Ağalı kahaları" adı ilə tanınan bu sığınacaqların bir çохundan sоnrakı dövrlərdə qоyun-quzuların saхlanma yеri kimi istifadə еdilirdi. Rayonun ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və е. ə. IV – II əsrlərə aid edilən, əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.
Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, о cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. 60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır. 1962-ci ildə orada tapılan və saxsı qabda olan əşya və sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin (yunan) pullarıdır. Rayonun “Şəhid Məhəmməd” adlı yerində tapılan sikkələr də bunu təsdiq edir. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılmış, 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində də Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılmışdır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilmişdir.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilirdi. Xəritədə Zəngilan rayonundan Genlik, Aladin, Dəlləkli əraziləri qeyd olunurdu. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşdı və ərazisi dəqiq müəyyən olundu.
1967-ci ildə Zəngilana şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur. Rayon 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdılar.
20 oktyabr 2021-ci ildə “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.[6]
II fəsil. Böyük Qayıdışın ünvanları: Qarabağ və Şərqi Zəngəzur
Prezident İlham Əliyev: Azərbaycan bayrağını asmağa bir salamat bina tapa bilmədik...
Bütün yollar Qarabağ və Zəngəzura aparır: icra olunan avtomobil yolları
Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
- texniki göstəriciləri: 81,6 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci kilometr hissələrində torpaq yatağının tikintisi, 1, 27,34, 37, 50, 62, 79-cu kilometrdə körpülərin, 80-ci kilometrdə tunellərin və 60-cı kilometrdə alt keçidlərin tikintisi aparılır.
Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
-texniki göstəriciləri: yol – 80,7 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11,6 km
- görülmüş işlər: yolun 12-13-cü kilometr hissəsində torpaq yatağının qazılması, 12,8 və 13,3-cü kilometr hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 metr üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.
Kəlbəcər - Laçın avtomobil yolu
- texniki göstəriciləri: yol – 72,3 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel-9,8 km.
- görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 40 faiz icra olunub. Mobilizasiya işləri davam etdirilir.
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
- texniki göstəriciləri: 30 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95 faiz icra olunub, yol nişanları 85 faiz quraşdırılıb.
Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
- texniki göstəriciləri: 123,8 kilometr, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-23 və 42-76-cı kilometr hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25 faiz, boru və keçidlərin tikintisi 29 faiz, körpülərin tikintisi 25 faiz icra olunub.
Xudafərin – Qubadlı - Laçın avtomobil yolu
- texniki göstəriciləri: 70,4 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 kilometr, Xanlıq istiqamətində 0-1 və 5-14 kilometr hissələrdə torpaq yatağı tikilib, 1, 11, 23, 33 və 39-cu kilometrdə körpü tikintisi işləri aparılır. Torpaq işləri 37 faiz, yol geyimi – 4 faiz, boru və keçidlərin tikintisi 37 faiz, körpülərin tikintisi 29 faiz icra olunub.
Qubadlı - Eyvazlı avtomobil yolu
- texniki göstəriciləri: 26 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 -ci kilometrində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil yolu
- texniki göstəriciləri: 43 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: torpaq işləri 53 faiz, yol geyimi 10 faiz, boru və keçidlərin tikintisi 55 faiz, körpülərin tikintisi 51 faiz icra olunub.
Füzuli - Hadrut avtomobil yolu
- texniki göstəriciləri: 13 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.
Bərdə – Ağdam avtomobil yolu
- texniki göstəriciləri: 45 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 45,9 faiz, yol geyimi 9,8 faiz, boru və keçidlərin tikintisi işləri 33,5 faiz, körpülərin tikintisi 84,9 faiz icra olunub.[7]
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu - Zəngəzur dəhlizi:
-yolun uzunluğu 123.8 kilometrdir,
-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir,
-hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür,
-avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib,
-avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub,
-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu boyunca ortalama ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsi məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası davam edir,
-hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra olunur, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir,
-“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 200 hektarlıq ərazisinin yarıdan çoxu minalardan təmizlənib,
-hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edəcək,
-tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.[8]
Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır
-2021-ci ilin sonuna qədər bütün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib. 8 MVt gücə malik “Güləbird”, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində müvafiq qurumlarla araşdırmalar aparılır.
-110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. 110/35/10 kV-luq “Qubadlı”, “Zəngilan”, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaq, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür.
-Paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə “Daşaltı” yarımstansiyası tikilərək istismara verilib. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 kV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq “Suqovuşan” yarımstansiyası inşa edilərək istismara verilib.
-Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 kilometrə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dövlət başçısının ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.
-Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Hələ Vətən müharibəsi ərəfəsində ərazilərimizin işğaldan azad olunacağına böyük ümumxalq inamının rəmzinə çevrilmiş bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Strateji hədəflər isə daha böyükdür və regionun gələcəyi ilə bağlı dövlətimizin başçısının aydın, uzunmüddətli dayanıqlı inkişafa əsaslanan baxışlarını əks etdirir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqeyini ifadə edib: “Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək. Bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası” nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb. Baş Plan isə tərtib olunmaqdadır. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsətdir. Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərdəndir. Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə BP ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik təxminən 500 milyon kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.
“Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasınıntikilməsi perspektividir. Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib.Hazırda “Məlumat sorğusu” mərhələsi üzrə işlər davam etdirilir.[9]
Qarabağ və Şərqi Zəngəzurun hava qapısı: Füzulu Hava Limanı
Qarabağ bölgəsində ilk beynəlxalq statuslu Füzuli Hava Limanı cəmi 8 aya inşa olunaraq istifadəyə verilib. Bu, Azərbaycanın Qarabağ bölgəsində tikdiyi ilk hava limanıdır və dünyada Qarabağın giriş qapısı kimi fəaliyyət göstərəcək. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bu hava limanını beynəlxalq hava limanları siyahısına daxil edib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb. Bundan əlavə, hava limanında beynəlxalq mülki aviasiya, daşıma standartlarına uyğun avtomatlaşdırılmış sistemlər və idarəetmə qülləsi var. Füzuli Beynəlxalq Hava Limanına enən ilk xarici dövlət başçısı isə Türkiyə Prezidenti olub.[10]
Zəngilan və Laçında Beynəlxalq hava limanları tikilir
“Zəngəzur tranziti”–Azərbaycanın dəmir yol şəbəkəsini regionun "lokomotiv"inə çevirir
Vətən müharibəsindəki qələbədən sonra “Zəngəzur dəhlizi”nin açılması– avtomobil və dəmiryolu nəqliyyat-tranzit sistemini regionun ən mühüm logistika qovşağına çevirir. “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi əsas layihələrdə fəal iştirakı Azərbaycanı Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi tanıdır.
Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının son Soçi görüşü və Brüsseldə aparılan danışıqların əsas xətti bölgədə nəqliyyat qovşaqlarının açılması idi. Rusiya və Qərbin dəstəyi ilə reallaşan bu kommunikasiya qovşağı Azərbaycanı Naxçıvanla, İran və Türkiyə ilə polad körpülərlə birləşdirəcəkdir. SSRİ-dən regiona miras qalmış dəmiryol qovşaqları ötən əsrin sonlarına qədər İranı Rusiya ilə birləşdirirdi. Culfadan keçən bu xətt Naxçıvan vasitəsilə Rusiyaya keçidi təmin edirdi. Türkiyənin hazırda Cənubi Qafqazda geniş iqtisadi layihələri gerşəkliyə çevrilib. Dəmiryolu xəttinin Ermənistan ərazisindən keçməklə Gümrü, oradan Qarsa doğru uzanması da reallığa çevrilir. Zəngəzur dəhlizi Türkiyə və Rusiyanı quru nəqliyyat yolları ilə də birləşdirəcəkdir. Təbii ki, burada Azərbaycan, Türkiyə və Ermənistan arasında mövcud problemlərin də aradan qaldırılması üçün imkanlar açılır.
15-16 dekabrda Brüssel görüşündən sonra Ermənistanın baş naziri Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti ilə dəmir yolunun inşası ilə bağlı razılaşmanı təsdiq edib. Burada söhbət Ermənistan, Naxçıvan və Azərbaycan arasında Arazdəyən-Culfa-Mehri-Horadiz xəttində dəmir yolunun işinin bərpasından gedir. Ermənistan bunun sayəsində dəmir yolu ilə Rusiya və İrana, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək. Türkiyə ilə sərhəd və kommunikasiyaların açılması ilə bağlı razılıq əldə olunarsa, Gümrü-Qars dəmir yolu da işə başlaya bilər.
Digər bir yol –Astara-Rəşt-Qəzvin dəmir yolu isə Hind okeanı ilə Baltik dənizini birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizinin elementi kimi baxılır. Bu dəmir yolunun Qəzvin-Rəşt-hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan bu layihədə mühüm rola malik olar dövlətlərdən biridir. Tranzit ölkə olaraq Azərbaycan hökuməti ilk növbədə Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xəttini inşa edərək İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib. İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri Zəngəzur dəhlizi yeni nəqliyyat infrastrukturundan geniş istifadə edəcəklər.Proqnozlar özünü doğrultsa, 2 ildən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başlayacaq və Azərbaycan tranzit ölkə olaraq dəhlizdə mühüm əhəmiyyət kəsb edəcək. Burada söhbət yalnız tranzit gəlirlər əldə etməkdən getmir. Dünyanı Çin, Hindistan, Rusiya kimi iri iqtisadi dövriyyəyə malik olan dövlətləri ilə Azərbaycanın geniş iqtisadi və siyasi əlaqələri yaranacaq. Bakı-Tbilisi-Qars dəmir yolu da yükdaşımalar üçün əlverişli tranzit imkanları yaradır. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından maksimal dərəcədə istifadə etmək üçün işlər aparılır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. 2021-ci ildən ilk dəfə olaraq BTQ vasitəsi ilə ixrac yüklərin nəqlinə başlanılıb. Bütün bu perspektiv “Azərbaycan Dəmir Yolları”nı (ADY) mühüm infrastruktur kimi əhəmiyyətini fövqəl dərəcədə artırır. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatına görə ölkəmiz dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, keyfiyyətinə görə 34-cü yerdədir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan bölgələrimiz Azərbaycanın və Cənubi Qafqazın zəngin təbii gözəllikləri, mineral sərvətləri, qədim tarixi abidələri il zəngin guşələrindəndir. Qarabağı və Şərqi Zəngəzurun təsdiqlənmiş yaşıl enerji potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Hökumət əlverişli şərait yaradır. İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Onların təxminən üçdə biri xarici, qalanı yerli şirkət və sahibkarlardır. Prezidentin müvafiq sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurda iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə maliyyə, vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlər tətbiq edilir.[11]
İlham Əliyev: Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.
İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz.
Rəcəb Tayyib Ərdoğan: Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik. Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.
Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram. Azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir. Buraya gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə, İnşallah, Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini gördük, işçi qardaşlarımızla görüşdük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bildirdiyim kimi, bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir. [12]
Türkiyə Vətən müharibəsində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində yenə Azərbaycanla birlikdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsindən Şərqi Zəngəzurla bağlı sətirlər:
*Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik.
*Bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa etdik və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq.
*Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol - magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını bəlkə də sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir.
*Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlamışıq.
*Tarixi abidələrin bərpası. Şuşa şəhərində, görün, nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib.
*Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb.
*İndi Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Yəni genişmiqyaslı işdir, çox böyük işdir - həm texniki nöqteyi-nəzərdən, maliyyə tutumu baxımından və məsuliyyət baxımından.
*Xocavənd rayonunun Hadrud qəsəbəsində hərbi hissənin yaradılmasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, müharibədən sonra biz ordu quruculuğu prosesini dayandırmamışıq, ordu üçün xərcləri azaltmamışıq, əksinə, artırmışıq.
* Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb…bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq.
*İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar.
*Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Biz özümüzü layiqincə qorumağı bacarırıq.
* “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik.
*Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq...Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.
*Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verilib.
*Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Təsəvvür edin, kiçik bir şəhər və 16 min mərmi. Bəs Gəncə, bəs Şuşa, “Skad”lar, “İskəndər”lər!
*Müharibə dövründə baş verən çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur. Hətta öz hərbi qulluqçularına münasibətdə. Səngərlərdə, maşınlarda, yük maşınlarında zəncirlə bağlanmış vəziyyətdə ölən erməni hərbi qulluqçularını nə qədər tapdıq. Ermənistanın hərbi və siyasi komandanlığı fərarilərin yerindəcə güllələnməsi barədə göstəriş vermişdi. Bütün bu informasiya bizdə var. Ona görə ki, biz təkcə Qarabağda deyil, Ermənistan ərazisinin çox hissəsində də bütün məkanı izləmişik. Buna görə baş verənlər haqqında mötəbər informasiyaya malik idik. Yeri gəlmişkən, indi də belədir.
*Biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz, sadəcə, şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik. Bu da ermənilərin bütün ideoloji konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıblar, Qafqazda xristianlığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq. Biz bütün bunları göstərdik, hərçənd heç nə göstərməyə ehtiyac yox idi, sadəcə, adamların oraya gəlməsi lazım idi ki, özləri baxıb görsünlər...onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı.
*Bildiyiniz kimi, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. ...biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir.
III fəsil. Zəngəzurun tarixi, coğrafiyası
Zəngəzur mahalı Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edib. Zəngəzur elləri ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur. Mənfur qonşularımızın Zəngəzur tarixinə, torpaqlarına iddiaları hətta 2020-ci ilin 44 günlük müharibədəki biabırçı məğlubiyyətindən sonra da səngimək bilmir.
Halbuki bu torpaqların qədim dövrlərdən Azərbaycan türklərinə mənsub olmasını çox sayda yaxın, uzaq ölkələrin tarixçi, səyyah, coğrafiyaçıları, o cümlədən erməni, rus, fars, ingilis, fransız mənbələri də birmənalı, təkzibolunmaz faktlar, məlumatlarla təsdiq edir.
Zəngəzur adı ilk dəfə III əsrdə “Kəbeyi-Zərdüşt” kitabəsinin arameycə mətnində Sakan, yəni türksoylu “Sakların yurdu” kimi çəkilib. VII əsrdə alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində, həmçinin Siraklı Ananiya “Coğrafiya” əsərində Qarabağın və Zəngəzurun qədim əhalisinin hunlar və peçeneqlər olduğunu yazıblar. XVIII əsrdə mxitaristlər (erməni katolikləri) tərəfindən tarixi faktların təhrif edildiyi qondarma “erməni mənbələri”ndə Zəngəzur adı saxta Sünik adı ilə əvəz edilib.
XVI-XVII əsrlərdə Avropa coğrafiyaçıları tərəfindən hazırlanan xəritələrdə Qarabağ və Zəngəzur ərazisində yer-yurd adları Azərbaycan türkcəsində qeyd olunub. Avropa coğrafiyaçıları Zəngəzuru Sak yurdu adı ilə öz xəritələrində qeyd ediblər. Məşhur italyan coğrafiyaçısı Cakomo Qastaldi 1559-1561-ci illərdə hazırladığı “Asiyanın birinci hissəsinin təsviri” xəritəsində Zəngəzurun adı “Zaka” (Saka), Laçın rayonunda yerləşən Hoçaz dağının adı “Koçias”, Göyçə gölü isə “Gyöççe” kimi çəkilib. Bu xəritədə həm Qarabağ, həm də Zəngəzur ərazisində ermənilərə aid heç bir yer-yurd adı qeyd edilməyib. Ermənilərin qondarma Sevan, Sünik, Artsax adları isə heç bir qədim xəritədə əks olunmayıb. Bunun başlıca səbəbi həm Cənubi Qafqazın, həm də Şərqi Anadolunun yerli əhalisinin ermənilər deyil, türk tayfaları olmasıdır: “1571-ci ildə brabant coğrafiyaçısı Abraham Orteliusun “Avropa” başlıqlı xəritəsində bütün Şərqi Anadolu və Azərbaycan ərazisi Türkman boylarının yurdu – Turcomani adlandırılıb. XIII əsrin sonu – XIV əsrin əvvəllərində Elxani hökmdarı Qazan xanın vəziri olmuş Fəzlullah Rəşidəddin “Came ət-Təvarix” əsərində, XV əsrin əvvəlində Əmir Teymurun yürüşlərində onu müşayiət etmiş ispan səfiri R.Q.Klavixo öz səyahətnaməsində, 1459-cu ildə venesiyalı coğrafiyaçı Fra Mauro “Mappa Mundo” dünya xəritəsində Qarabağ adını çəkəndə ermənilərin nəinki Azərbaycan ərazisində, hətta bütün Qafqaz regionunda tarixi keçmişini sübut edən heç bir fakt mövcud deyil. Fra Mauro bütün Cənubi Qafqaz regionunu Turcomani, yəni türk boylarının ölkəsi adlandırırdı. II əsrdə Klavdi Ptolemey öz xəritəsində Cənubi Qafqaz regionunda yalnız iki dövlətdən – Albaniya və İberiyadan bəhs edir. K.Ptolemeyin xəritəsində Qafqaz regionunda Armeniya adlı ölkədən bəhs edilmir. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda sonuncu Elxani hökmdarı Ənuşirvanın hicri 750-ci ildə, yəni miladi təqvimlə 1349-cu ildə Qarabağda zərb etdirdiyi gümüş pulu saxlanılır. Bu gümüş pulun üst tərəfində ərəbcə “sultan”, ikinci sətirdə uyğur türkcəsində “Ənuşirvan” yazılıb. Onun üzərində yuxarı hissədə ərəbcə “hicri 750-ci ildə Qarabağda zərb edilib” ifadəsi qeyd olunub.[13] “Qarabağnamə”lərdə Zəngəzur yer, ərazi, mahal adı azı 20 dəfə keçir.
Adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşamışların ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli toponimik adların mütləq çoxluğu da bu fikri təsdiqləyir. Toponimin adındakı “zəngi” leksik vahidi də türk tayfa adıdır. Türkdilli respublikalarda və Azərbaycanın çoxlu yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və s. Mahmud Kaşğari, Rəşidəddin, Əbdülqazi, A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə oğuz-türk tayfasından biri olan “zəngi”nin adı keçir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub. Xatırladaq ki, məngi, səngi, vəngi adlı qohum türksoyların da adları mənbələrdən keçir və türksoylarının yaşadıqları yerlərdə çoxlu izləri qalmaqdadır. Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında (səh.26, 42...) Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: “Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi. Beləliklə, Bağdadda üçlər - Xəlifə, Davud, Zəngi - birliyi yarandı. Məsuda qarşı yönəldilmiş bu birlik əslində İraq sultanlığının mərkəzi hakimiyyətinə qarşı çevrilmişdi. Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin belə addım atmasına yol vermədi, Sultan Zəngini Farsa və onun nahiyələrinə hakim təyin etdi.”
Zəngəzurdakı ikinci leksem əski türkcəmizdən bu günə qədər dilimizdə işlənən "sır" sözünün fonetik dəyişikliyə uğramış formasıdır, asan tələffüzə görə s-z-yə çevrilib, yəni dağlıq, daşlıq, sırsıralı, qayalıq yer, təbii hasar, qala, bürc deməkdir. Bu iki söz ərazinin relyefini düzgün səciyyələndirir-yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların bir çoxunda sır-sur-zur-zor daşlaşıb qalıb, “zor” sözü Qafqaz və Anadolu türklərinin dilində çox yaxşı, böyük, gözəl mənasında da gen-bol işlənməkdədir; güclü, qüvvətli, zor yer, zor kişi, zor adam və sair.
Bu baxımdan rus, erməni elmi dairələrinin belə fikirləri etibarsızdır. “Etimoloqiya nazvaniya «Zanqezur» neyasna"-?! https://ru.wikipedia.org/wiki/Obsujdeniye//%Zanqezur
“Kitabi-Dədə Qorqud”dan (X boy) bir yarpaq: “Oğuz igidi Usun oğlu Əkrək dədə-baba, el yolu, yəni Gorus-Əngələyüz-Dərəşam yolu ilə üç gün- üç gecəyə yortaraq Əlincə qalaya çatdı...”. Zəngəzurun baş kəndi Gorus –Us, Uş tayfasının yaşayış yeri, yurdu, gorgahı olub. Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Sisian və Gorus bölgələrini əhatə edirdi. Sisianın adı ilkin yazılı mənbələrdə “Sisakan”dır. Moisey Xorenatsi, Musa Kağankatlıda bu ad çox işlənib. “Alban tarixi”ndən sətirlər: “...Qoxtan əhalisi Sisak nəslinin varisləridir. (Arşak- Alban sülaləsi də vardı-H.N)...V əsrin əvvəllərində Qor və Qazan adlı iki qardaş böyük ordu ilə gəlib Sünikdə məskən saldı”. Qor-əski türkcəmizdə həm də igid, cəsur adam deməkdi. Gorus bəzi mənbələrdə Qorus kimi də gedib-“igid uslar yurdu”. Qazan köklü 30-dan çox toponim var Zəngəzur ellərində. Zəngəzurun 20 yer-yurd, dağ-dərə, el-oba adı Ana Kitabımız “Kitabi-Dədə Qorqud”dakı adlarla eynidir. Sisakan toponimində həm də türk-oğuz mənşəli arxaik söz daşlaşıb qalıb; “kan” -hündür dağ silsiləsi, dağlıq yer anlamında gen-bol işlənmişdir, yəni Sisakan -“Sisak nəslinin yaşadığı dağlıq yer” mənasındadır. Sisianda Şirikan adlı kənd də vardı. Müqayisə et: Balakən, Beyləqan, Abakan, Balkan, Alban dövlətinin vilayətləri Atropatakan, Vaspurakan, Varaşkan, Paytarakan, Mardpetakan...Bunlar islamiyyətdən əvvəlki alban mənşəli yer adlarıdır. Albanların türk mənşəli olmasına şəkk-şübhə edənlər var. “Kitabi-Dədə Qorqud”un əlyazmada adı “Kitabi-Dədəm Qorqud əla lisani-tayifeyi-oğuzan”-Oğuzların kitabının, oğuzların baş qəhrəmanı, başçısı kimdir?! “alpanlar başı Qazan xan” hər boyda işlənir, Kitabımızda alp(p-b)anlar, alplar elə oğuzların özüdür.
“Sünik” toponimi (knyazlığı, vilayəti, bu adda kənd də olub) sak türkdilli tayfa adı ilə bağlıdır. Zəngəzurun digər bölgəsi Laçın, Mığrı-Meğri adlarında da türk tayfalarının izi qalıb. Meğri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmırdı. Bərgüşad çay və ərazi adında atəşpərəstlərin inandığı Bərgu peyğəmbərin adı qalıb. Qubadlının Əliquluşağı kəndində V əsin yadigarı olan Göyqala Albanların ən möhtəşəm məbədlərindən biri olub, geniş ərazidə izləri qalmaqdaydı. Zəngəzurun ən böyük şəhərləri Qafan-qaf türk etnosunun, Qacaran-qacar tayfalarının yurd yerləri olmuşdur, an-əski türkcəmizdə cəmlik, çoxluq bildirir. Türk etnoslarının qədim və erkən orta əsrlərdə Azərbaycan ərazisində Manna və Maday (e.ə.VII-XII əsrlər), Sak çarlığı (e.ə. VII-V əsrlər), Atropatena (e.ə. IV eranın III əsrləri), Albaniya (e.ə. IV eranın VIII əsrləri), Cənub-Şərqi Avropada Skif çarlığı (e.ə.VII-III əsrlər), Sannat çarlığı (e.ə. III - eranın III əsrləri), Avar, Bolqar və Xəzər xaqanlıqları (e.ə. VI-IX əsrlər), Mərkəzi və Orta Asiyada Hun xaqanlığı (e.ə. III-I əsrlər), türk xaqanlıqları (VI-VIII əsrlər) və digər çoxlu türk dövlətləri Sünik-Zəngəzuru da əhatə etmişdi və bunlar mövcud olanda ermənilərin bu ərazilərdə heç bir izi olmayıb.
Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin son məkanı olmuşdur. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi. Ərəblər məhz Arazı keçərək, Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edib o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişdilər.
1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp-Arslanın başçılığı ilə 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi.
1236-cı ildə monqol-tatarlar Zəngəzuru da işğal etdi. Elxanilər, Hülakilər, Şeyx Həsən Çoban, Məlik Əşrəf, Əmir Əxicuq, Şeyx Üveys Cəlairin hökmranlığı dövrlərinə aid bütün yazılı məxəzlərdə Zəngəzurdakı türk-Azərbaycan mənşəli yer-yurd adlarının adı keçir, bu yerlər qanlı savaşlar meydanına çevrilmişdi. “...1359-cu ildə Varzaqun yaxınlığında Cəlairi əmiri Məhəmməd bin Müzəffər tərəfindən məğlub edilən Əxicuq böyük itki verərək Qafana qaçmışdı. Çobanilərin Qafanda sığınacaq tapması hər şeydən əvvəl Qafan qalasının hərbi-strateji baxımdan alınmaz mövqeyi ilə bağlı idi....Əxicuq Qafana, ona ata kimi olan Sədrəddin Qafaninin yanına getdi. Üveys elçi göndərib Əxicuqu gətirdi və onunla barışdı” (XIV əsr salnaməçisi Zeynəddin bin Həmdullah Qəzvini, ”Zeylü-tarixi-güzidə” əsərindən). Foma Mesoplu yazır: “...1386-cı ildə Qızıl Orda xanı Toxtamışın qoşunları Sünikin 12 vilayətini talan etdilər, əhalisinin çoxunu qılıncdan keçirdilər və əsir götürdülər”. Salnaməçi onu da qeyd edir ki, aprelin 7-də qəflətən güclü qar yağması əhalinin bir hissəsini labüd ölümdən xilas etdi, çünki qoşunlar belə dağlıq ərazilərə çıxmağı, vuruşmağı bilmir, çoxlu itki verirdi.
1395-ci ildə Əmir Teymur Zəngəzuru özünə tabe etdi, bu ərazilər daha sonra Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1502-ci ildə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşdü, Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrildi. Türkiyə Cümhuriyyəti Başbakanlığına tabe olan Dövlət Arxivində Osmanlı idarəçiliyi dövrünə-1593-cü ilə aid “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri” saxlanılır, 200-ə qədər kəndin bir neçəsinin adı istisna olmaqla hamısı türk mənşəlidir. 1748-ci ildə Qarabağ xanlığını yaradıb ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini-Bərgüşad, Tatev, Sisian, Qafan, Meğrini Naxçıvan bəylərbəyliyindən savaşla alıb öz xanlığına qatdı və bu ərazilər bir müddət Qaraçorlu mahalı adlandırıldı.
1805, 1813 və 1828-ci illərdə bağlanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin heç birində erməni sözü, izi yoxdur. “Kürəkçay müqaviləsi” preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında “Şuşalı və Qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi” təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq, təqdim edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. Erməni söhbəti yoxdur.
Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qaldı, 1861-ci ildə Zəngəzur qəzası yaradıldı, 1867-ci il dekabrında Zəngəzur yeni yaradılan Gəncə (Yelizavetpol) quberniyasının tərkibində ən böyük ərazi-inzibati vahidi olub dörd dairəyə (okruq) bölünmüşdü: Hacısamlı, Alyanlı, Bərguşad və Həkəri dairələri. Zəngəzurun qəza mərkəzi Gorus şəhəri idi.
1886-cı ilin statistik məlumatlarına görə Zəngəzurdakı 326 kənddən yalnız 81-də ermənilər yaşamışdı, həm də Rusiyanın imperiya planlarına uyğun sistemli şəkildə İran və Türkiyədən minlərlə erməni əhalisi Qarabağa-Zəngəzura köçürüldükdən sonra. 1908-ci ildə Yelizavetpol quberniyası üzrə əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzası əhalisinin 294 min 753 nəfər olduğu göstərilir. Bunlardan 197 mini (67%) müsəlman, 97 mini (32,9%) erməni idi (Müxtəsər xronoloji Ensiklopediya). 1917-ci ildə Zəngəzurda yaşayan 224.197 nəfər əhalinin 70 %-i Azərbaycan türkləri idilər.
Zəngəzur 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qəza olub ərazisi 7 min 892 kv.km idi.
Zəngəzurun qərbinin Ermənistana verilməsi
1918-1920-ci illərdə Zəngəzur ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.
Bolşevik Rusiyası 1920-ci il aprelin 28-də Azərbaycanı asanlıqla istila edib öz hakimiyyətini qurmuşdu, Azərbaycanda söz, külli-ixtiyar sahibi, sükan rus bolşeviklərinin əlinə keçdi, əsas ssenarist, quruluşçu rejissor, baş rolun ifaçıları işğalçı qırmızı ordunun komandirləri İ.V.Stalin, S.M.Kirov, Q.K.Orconikidze, M.K.Levandovski, A.İ.Mikoyan, V.Pankratov və b. idilər. Zəngəzurun Azərbaycandan qoparılıb ermənilərə verilməsi xronikası aşağıdakı kimidir.
10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistanı arasındakı bağlanmış hərbi-siyasi müqavilənin 3-cü maddəsində məxsusi yazılmışdı: «Rusiya hökuməti İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır».
Bu barədə rus, erməni, Azərbaycan mətbuatı ilə yanaşı Fransanın paytaxtı Parisdə çıxan "L,OEUVRE" qəzetinin 1920-ci il 1 iyul tarixli nömrəsində də materiallar dərc olunmuşdu. "Entre Russes et Armeniens" başlıqlı məqalədə yazılırdı: "Rusiya Zəngəzuru erməniləşdirdi. Ermənistan Respublikası ilə Azərbaycanın tatarlar (azərbaycan türkləri) yaşayan bölgəsinin Ermənistana verilməsi barədə müqavilə imzalandı."
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu öz qərarı ilə Azərbaycan türklərinin tam əksəriyyət təşkil etdiyi Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etmiş, yəni bu torpaqların da ermənilərə peşkəş edilməsinin siyasi-hüquqi əsasını hazırlamışdı. Yəni Zəngəzurun Ermənistana verilməsi 1918-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüzü, qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini devirməsi, Rusiyanın çarizm dövründə olduğu kimi, Qafqazda yenidən hər şeyi öz işğalçı imperiya, müstəmləkə, anti-türk, xristian təəssübkeşliyinə əsaslanan dəyişməz siyasətinə uyğun təkbaşına həll etməsinin nəticəsi idi. Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafbüronun üzvlərinin birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edildi. İ.Stalin Bakıda AK (b)P MK və Bakı komitəsinin 1920-ci il 9 noyabr tarixli birgə plenumunda – RK(b)P MK Qafqaz Bürosu, Azərbaycan İnqilab Komitəsi, Bakı Soveti və s.-nin
nümayəndələrinin iştirakı ilə birgə «Zəngəzur məsələsi»nin müzakirəsi zamanı söyləmişdi: «əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını bilmək istəyirlərsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, orada Sovet hökuməti yaranarsa, vermək olar». Onun belə bir mövqeyini bir sıra digər mülahizələrlə yanaşı, həm də «Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm. Kommunistlərin bir hissəsinin digərindən müstəqilliyi ola bilməz» kimi məkrli fikri ilə izah etmək mümkündür. Rusiya bolşevikləri Azərbaycan-Ermənistan münasibətlərində birmənalı şəkildə erməniləri dəstəkləyirdilər. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi –əhalisinin guya kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölündü. Bu «tarixi» qərarları verənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir; S.Orconikidze, Sarkis-S.Ter-Danielyan, Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və b. Həmin iclasda 3-cü məsələ kimi «Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sosvet hakimiyyətinin elan olunması haqqında teleqramı» müzakirə edilmiş və qərar çıxarılmışdı. Həmin qərarın «v» bəndində yazılmışdı: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir”. İclasın və qərarın, demək olar ki, başlıca məqsədi onun mərkəzi bəndində («q») öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər bəndlərdə isə yazılırdı: d). Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir; e) Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən, neft haqqında göstərilsin). «J» və «İ» bəndlərində isə N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.
1920-ci il dekabrın 1-də Bakı Sovetinin məxsusi olaraq Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli «tarixi» iclasında N.Nərimanov xüsusi bəyanatla çıxış etdi: «Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar; Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin - neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır....”
Bakı Sovetinin həmin iclasının yekdilliklə qəbul olunan qətnaməsində «Nərimanovun Bəyanatı»nın tamamilə bəyənildiyi bildirilir və onun «...Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı qeyd edilirdi».
M.Ə.Rəsulzadə, Stalin və Orconikidzenin Zəngəzurun ermənilərə verilməsinə dair “Nərimanov bəyanatı”na münasibəti maraqlıdır. İ.Stalin bu hadisəni belə «izah» etmişdi: «Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir». S.Q.Orconikidze Bakı Sovetinin həmin iclasındakı çıxışında «əzabkeş erməni xalqının» Sovet hakimiyyətinin bayrağı altına gəlməsini alqışlayaraq bu bəyanatı «bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt» kimi qiymətləndirmişdi. Həmin çıxışında o, Azərbaycanın strateji bölgələrinin əhəmiyyətini azaldaraq demişdi: «Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir. Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov deyir: «Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün». Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur». Q.Orconikidze elə həmin gün PK(b)P MK Qafqaz Bürosunun üzvü-erməni kommunistlərinin liderlərindən biri olan Nazaretyana məlum Bəyanat barədə xəbər yetirdikdə o, «mətbuatda «Bərəkallah, azərbaycanlılar!»- deyə car çəkməyə başlayacağıq - cavabını vermişdi. S.Orconikidze 1920-ci il dekabrın 2-də Bakıdan V.Leninə və İ.Stalinə teleqramında «Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini rəsmən bəyan etmişdir» xəbərini çatdırmışdı.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan torpaqlarının ermənilərə verilməsinə dair yazırdı: «Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir sürətdə Ermənistana hədiyyə etdi».
Rus bolşeviklər rus işğalına qarşı qəti mübarizə aparan Njde, Dro kimi generalların əsas söz, nüfuz sahibi olduğu Ermənistanı sovetləşdirməyin asan yolunu tapmışdılar- Azərbaycan torpaqları hesabına Ermənistanın "böyüdülməsi", ermənilərin şirnikləndirilməsi. Həm də 1918-ci ilin iyunundan başlayaraq Osmanlı ordusunun Azərbaycana hərəkəti, erməni, ingilis, rus silahlı qüvvələrini qovub Bakını və bütün Azərbaycanı xilas etməsi də Moskvanın yaddaşında idi, belə bir vəziyyətin təkrar olunma ehtimalını aradan qaldırmaq üçün Osmanlı dövləti ilə Azərbaycanın quru əlaqəsini kəsmək, ərazi bütövlüyünü parçalamaq lazım idi. Anadoluda 6 vilayəti birləşdirməklə müstəqil Ermənistan dövləti yaratmaq planları pozulan ABŞ, Böyük Britaniya, Fransa, Rusiyanın həmin ssenarinin Qafqaza - Azərbaycan türklərinin tarixi torpaqlarına keçirmək hesabına kompensasiya etməkdən razı qalacağı da nəzərə alınmışdı. Acı təəssüflər və yazıqlar olsun ki, rus bolşeviklərinin məxsusi hörmət izzətlə Həştərxandan XI qırmızı ordunun vaqonunda bəh-bəhlə Bakıya gətirib Xalq Komissarları Soveti sədri kürsüsündə oturtduğu nəcib insan, istedadlı yazıçı, millətsevər Nəriman Nərimanov və ətrafındakılar erməni kommunist həmkarlarının sərgilədiyi qətiyyəti, siyasi iradəni göstərə bilmədi, müqaviməti zəif, yetərsiz oldu, rus-erməni planlarının Azərbaycanın və özlərinin başına gətirəcəyi faciələri vaxtında görüb dəyərləndirə bilmədilər.
Ancaq Zəngəzurun bütünlüklə Ermənistana birləşməsi ilk növbədə Zəngəzur camaatının, nüfuzlu bəy, din xadimləri, ziyalı, seyidlərin, hələ də öz əlində müəyyən qədər silahlı qüvvələri qoruyub saxlaya bilmiş qaçaqların, üzdə bolşevik kimi görünsə də daxilən vətənsevər, milli düşüncəli, Zəngəzurda dünənədək Həkri, Bərgüşad çaylarının sahil kəndlərindəki mülklərində nökərçilik edən gəlmə ermənilərin ağalığını qəbul etməyi xəyalına belə gətirməyən keçmiş bəylərin xidməti idi. Məhz bu amili nəzərə alaraq, mübahisəli elan edilmiş ərazilərdə əlavə gərginliyə yol verməmək üçün Moskvadan gələn təlimat üzrə, AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında «Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili» haqqında qərar qəbul edildi. Yenə yetərincə təsirli, istədikləri kimi olmadı, bir qismi eləcə kağız üzərində qalmışdı. Sovet hakimiyyətinə, rus-bolşevik işğalına qarşı üsyanlar da ara vermirdi. Zəngəzurun qazısı Bəhlul Behcətin “Cihad” bəyannaməsi ilə ayağa qalxan yerli camaat bolşevikləri qəzanın böyük bir hissəsindən silib süpürüb atdı. Sultan bəyin Andronik qoşunlarına qarşı silahlı partizan savaşından sonra ən kütləvi dava olan “Xanlıq üsyanı” bolşevizmə nifrəti, silahlı mücadiləni daha geniş ərazilərə yayırdı. 1921-ci ildə Vaşinqtonda çap olunan "Ze ivninq star" qəzetində Qarabağ üsyanından, Sultan bəy Sultanovun mübarizəsindən, üsyanın Qazax qəzasına yayılmasından bəhs edilən məlumat çıxmışdı. Qəzetdə yazırdı: "Azərbaycan məlumat bürosundan alınan xəbərə görə Azərbaycanda anti-sovet üsyanı daha intensiv hal alıb. Qarabağda son döyüşdə rus qırmızı qüvvələri 1000 nəfər itirmiş, 3000 nəfəri isə yaralanmışdır. Əhəmiyyətli sayda döyüş sursatı və artilleriya ələ keçirilmişdir. Üsyan indi Qazax qəzası boyunca yayılmışdır. Azərbaycan vətənpərvəri Sultan bəy Sultanov üsyan hərəkatına başçılıq edir və general Levandovski Sovet ordusuna komandanlıq edir".[14]
İrəvandan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərindən N.Nərimanovun adına gələn 28 mart 1921-ci il tarixli, 477 №-li məxfi məktubda yazılmışdı: “Ermənistan KP MK-nin sədri sizdən xahiş edir ki, təcili olaraq Zəngəzur mahalının Azərbaycan hissəsinin Qubadlı qəzasından aşağıdakı əksinqilabçılar təcili olaraq geri çağırılsın: 1) Xudabaxış bəy Sultanov (İnqilab komitəsinin sədri), 2) Aslan bəy Sultanov (qəza milis idarəsinin rəisi), 3) Behbud bəy Sultanov (istintaq komissiyasının üzvü), 4) İsrafil bəy Sultanov (baş milis işçisi, yəni qəza milis idarəsinin cinayət axtarış şöbəsinin rəisi), 5) İsfəndiyar bəy Hocaxanski (qəza milis idarəsinin sahə müvəkkilləri şöbəsinin rəisi). Zəngəzurun bütün məsul şəxslərinin və şəxsən mənim xahişimə əsasən yenidən İnqilab Komitəsinin aşağıdakı tərkibdə təşkil olunmasını təklif edirik: 135 İnqilab Komitəsinin sədri Nəzər Heydərov, onun yoldaşları Oruc Babayev, katib Canbin Möminov, milis rəisi Əli Şərifov. Onlar Xalq Daxili İşlər Komissarlığının mandatları ilə təmin edilsin və yoldaş Baqramova verilsin ki, adları çəkilən yoldaşlara təqdim etsin. Əsli ilə düzdür. MK Dəftərxana müdiri A. Karinçova”. Bu məktub-tələb dərhal eynilə icra olunması üçün N.Nərimanovun dərkənarı ilə Xalq Daxili İşlər Komissarı Həmid Sultanova tapşırıldı və yerinə yetirildi, bununla da yuxarı Zəngəzurun ermənilərə verilməsi üçün maneə aradan qalxdı, yaşıl işıq yandırıldı.
1921-ci ilin 3 iyununda RK[b]P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə iclas keçirib məxfi qriflə Zəngəzur məsələsini müzakirə etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərara təkrar baxıldı. Bu iclasda bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Əsas məqsəd yenə də cızılmış ssenarini başa çatdırıb reallaşdırmaq idi; Azərbaycanla Osmanlını bir-birindən ayırmaq, arada paz, kardon Ermənistanın ərazisini genişləndirmək, gücləndirmək, Azərbaycanı zəiflətmək idi.
Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində saxlandı, 3.637 kv.verstlik hissəsi - 4505 kvadrat kilometr ərazisi Ermənistana verildi.
Xatırladaq ki, XIX əsrin sonlarında, hətta indiki İran və Türkiyə ərazsisindən çarizmin müstəmləkə siyasətinə uyğun olaraq Qarabağa, o cümlədən Zəngəzura çox sayda erməni ailələrinin köçürülməsindən, ən münbit, səfalı torpaqlarda yerləşdirilməsindən sonra belə Zəngəzurda ermənilər həmişə azlıqda qalmışlar; qəzadakı 326 kəndin yalnız 81-də ermənilər yaşayırdı. 1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyası əhalisinin qəzalar üzrə bölgüsündə Zəngəzurun sahəsi 6 644 verst, əhalisi 96 902 nəfər olmuşdur. 161 dövlət kəndindən 111-i müsəlman, yalnız 49-u erməni kəndi idi. Əhalinin 38 712-i müsəlman, 30 850-i erməni idi.
1933-cü ildə Zəngəzurun Azərbaycandan zorla qoparılaraq Ermənistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Sisian və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan (707 kv.km), Qubadlı (802 kv.km), Laçın (1835 kv.km) rayonları yaradıldı. Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Şura Hökumətinin tərkibində mövcud olmuş Zəngəzur qəzası coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silindi.
Moskva ilə Yerevan hətta bununla da kifayətlənmədi; 70 il fasilə vermədən SSRİ dağılana qədər, I Qarabağ müharibəsindən sonra ta 27 sentyabr 2020-ci il Vətən müharibəsinə qədər Azərbaycanın bütün sərhəd xətti boyunca torpaqlarımızın hissə-hissə zəbt edilməsi, eləcə də içərisindəki xain planla yaradılmış Dağlıq Qarabağ və Naxçıvan muxtariyyətləri də daxil, 1988-ci ildən Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, 7 rayonumuzun 28 il davam edən və bu gün də əsir, girov saxlanan Xankəndi, Xocalı, Xocavənd, Ağdərənin işğalı, bütün bunlar eyni ssenarinin, zorakı işğal, təcavüz, daha çox torpaq, ərazi qoparma siyasətinin davamıdır.
1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonradan digər əraziləri də ələ keçirməyə, genişlənməyə başladı: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2 ), Naxçıvan MSSR-dən 657 km2, Zəngəzurun Mehri rayonundan Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Mehri kəndlərinin Ermənistana verilməsi rəsmən təsdiqlənmişdi. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2 -ə çatdırıldı. 1923-cü ilin iyununda Şuşa, Cəbrayıl, Qubadlının 169 kəndi, sonralar daha 31 kəndi DQMV-ə verildi, bu kəndlərin əksəriyyətində ermənilər yaşamırdılar. Əhalisnin 90 faizi azərbaycanlılardan ibarət olan Göyçə mahalı Ermənistana verildi. Az.K(b)MK-nın 25 dekabr 1924-cü il tarixli iclasında Azərbaycanın Qubadlı və Ermənistanın Zəngəzur qəzası arasında 136 sərhəd mübahisəsinə baxılır və...ermənilərin 13 kənd üzrə tələbi qəbul olunur. Moskvanın təzyiqi, məkrli planları, sırf xristian təəssübkeşliyi, ermənipərəstliyi, imperiya maraqları və “sapı özümüzdən olan baltaların” şərəfsiz xəyanətləri nəticəsində ermənilər dəfələrlə Azərbaycandan torpaq qoparmışdılar; Şuşa qəzası torpaq şöbəsinin müdiri Roqozinin 26 iyul 1923-cü il tarixli məruzəsində göstərilirdi ki, Zəngəzur və Şuşa qəzalarının tərəkəmələri arasında sərhəd mübahisəsinin həlli zamanı silahlı toqquşma baş verməsin deyə, 20 yaylaq ermənilərə verilmişdir. 1928-ci ildə Gədəbəyin ən səfalı kəndlərindən - Başkənddən 4400 hektar, 1968-ci il Şınıx zonasında yerləşən Tağlar, Qaravəllilərdən bundan da çox torpağı alıb Ermənistana verdilər. XX əsrin 90-cı llərində hadisələr yenidən başlayana kimi Başkənddə 10 mindən çox erməni yaşayırdı. Bu kəndi kənardan gələn ermənilər alınmaz qalaya çevirmişdilər. Kəndin ətrafinda səngərlər qazılmış, istehkamlar qurulmuşdu. 7 may 1969-cu ildə rəsmi Bakının qərarı ilə Laçının nadir guşələri-Qaragöl və ətraf yaylaqlarının 250 hektar sahəsi ermənilərə növbəti bəxşiş olmuşdu. Ermənilər 20-ci illərə aid xəritələri Bakı, Tiflis və Moskvadakı arxivlərdən oğurlayıb, yerinə düzəltdikləri saxta tarixlə yeni sənədlər tərtib etmişdilər. Faciəyə baxaq; bu sənədlərə qol çəkənlər Azərbaycandan MİK-in o vaxtki işlər müdiri Qadaqçayan, Moskva və İrəvan tərəfdən isə Qriqoryan, İsaxanyan, Qalustyan, Çerekeşvili, Metreveli, Akopcan, Karkaşadze, Matekeviç, Kotyuk, Tatulov və Komarovski olmuşlar. Azərbaycan rəhbərləri bu ümummilli xəyanətdən dövləti cinayətdən guya ki xəbəsizlərmiş kimi adlarını bu imza siyahısına saldırmayıblar, qərar isə ən yüksək səviyyələrdə razılaşdırılmışdı. 1980-ci illərdə Laçın və Qubadlının yenidən ən səfalı guşələri yenə qoparılmışdı. Bunlara müqavimət göstərənləri isə müxtəlif adlarla həbsxanaya atırdılar. Moskvanın təzyiqi qarşısında müti icraçılara çevrilən, bununla da vəzifədə qalma sürəclərini bir az da uzadan, vəzifə kreslosunu vətənə, xalqa yox, Moskva, Yerevan, Tbilisidən gəlmə tapşırıqların itaətkar xidmətçilərinə çevirən respublika rəhbərləri hər torpaq bağışlama prosesində xalqı ayağa qaldırmaq əvəzinə, xalqın qəzəbini, mübarizə ruhunu hər cür inzibati yollarla söndürməyə, gizləməyə çalışırdı. 1980-ci illərdə ermənilərə Zəngəzurda təkcə Qaragöl-İşıqlı səmti deyil, Qubadlının strateji əhəmiyyətli yüksəklikləri, bənzərsiz nadir təbii gözəlliklərlə dolu Şurnuxu, Şamsız, Qurdbulağı, Ağbulaq, Şahverdilər kəndləri, Kəpəz dağı, Çayzəmi, Vəli düzü, Yazı düzünün bir hissəsi də qoparılıb verildi. İnanırıq ki, sərhədlərin dəqiqləşməsi sürəcində bu ərazilər mütləq Azərbaycana qatılacaqdır. Müstəsna strateji əhəmiyyətli Kəpəz dağı kimdə olsa, nəzarət imkanı daha güclü olacaqdır. 2020-ci il noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanatdan sonra Cənubi Qafqaz regionunda yeni situasiya yaranmışdır. Azərbaycan Dövləti, Hökuməti, Parlamenti Rusiya və Azərbaycan bolşeviklərinin xalqımızın iradəsi əleyhinə olaraq verdikləri, heç bir hüquqi qüvvəsi olmayan qərarları ləğv etməli, xalqımızın və müstəqil dövlətimizin həmin torpaqlara qarşı iddialarını beynəlxalq hüquqa uyğun şəkildə sənəd-sübutlarla rəsmiləşdirərək hüquqi prosedurlara başlamalıdır.[15]
Zəngəzurlu 3 general: Xosrov bəy Sultanov,
Valeh Bərşadlı, Məhəmməd Əsədov və Qarabağın işğalına aparan yol
Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri Xosrov bəy Sultanov 1918-ci il 28 mayda Tiflisdə İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ quberniyasının general-qubernatoru idi.
Qarabağda baş verən hadisələrin mərkəzi siması olaraq Xosrov bəy Sultanovun 1918-ci ilin ortalarından başlayaraq aprel 1920-ci ilin aprelin son günlərinədək Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan Xoyski və Nəsib bəy Usubbəyova ünvanlandığı xeyli məktub, teleqram, raportlarında, xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dərhal sonra - 22 avqust 1919-cu il Milli Şuraya göndərdiyi “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər” adlı məlumat-məruzəsində qoyduğu aşağıdakı tələblərinin və müşahidələrin nə qədər düzgün olduğunu zaman göstərdi: Qarabağ və Zəngəzur məsələsinin həllində ingilis köməyindən (oxu: ABŞ, Rusiya, Fransanın həmsədr olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyindən) qətiyyətlə imtina edilməlidir; 2. İngilislər Qarabağ və Zəngəzur məsələsinin həllində bizə yalnız maneçilik yaradırlar; 3. Məcburi tədbirlər görülmədikcə, ermənilər Azərbaycan hakimiyyətinə tabe olmayacaqlar; 4. Bu problem həllini tapmadıqca əhali AXC Hökumətinin gücsüz olduğuna inanacaqdır...
Xosrov bəy bilirdi ki, “İngilis barmağı”nın Qarabağ, Zəngəzurda olması Azərbaycana yaxşı heç nə vəd etmir. Rusiyada çar hökuməti devriləndən bolşeviklərin 28 aprel 1920-ci ildə Azərbaycana gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislər əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı idilər, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərini də ingilislər cızmışdı; ilk mərhələdə Qarsdan Gəncəyədək olan ərazilər, sonra dənizdən dənizə Böyük Ermənistan. Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi: "...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".
Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 milyon ədəd patron və pul da göndəriləcəyini də vəd edir, vədini də yerinə yetirir. Böyük Britaniyanın Hərbi naziri Çörçill 1919-cu il martın 6-da Qafqazla bağlı bir konfransda demişdi: “Heç şübhə yoxdur ki, Rusiyanın gələcək hökuməti bu regiona (Qafqaza-H.N) yenidən qayıdacaqdır, indiki fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşunları o ərazilərdə nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər dərinə işləyəcəkdir.” 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planının müəllifinin bu uzaqgörənliyini, ingilis diplomatiyasının gücünü, anlamaq üçün bp şirkətinin Azərbaycana-Xəzər regionuna gəlişi və burdakı fəaliyyəti, mənfəətlərini yada salmaq kifayətdir.
Zəngəzur torpağına canı, qanı, əsli-soykökü, ata-baba mülkləri ilə bağlı olan cəsur hərbçi və qətiyyətli siyasətçi olan Xosrov bəy problemin həlli yollarını da göstərirdi: təxirə salmadan hərbi hissələri Zəngəzura yeritmək, ermənilərin İrəvandan Zəngəzura, Azərbaycanın digər bölgələrinə hərəkətinin qarşısını almaq; 2. Dağlıq Qarabağa (Erməni Milli Şurasının idarəsində olan) Azərbaycanın hakimiyyətini tanımaq barədə ultimatum vermək və altı gün vaxt qoymaq; 3. Bütün ermənilərə Azərbaycanın bütün rayonlarından getməyi təklif etmək, ultimatum dövründə onlarla hər cür danışıqları kəsmək, ultimatum bitdiyində dərhal hərbi əməliyyatlara başlamaq və bütün məsuliyyəti erməni başçılarının üzərinə qoymaq.
Xosrov bəy Osmanlıda Hərbi nazir Ənvər Paşanın erməni məsələsini necə həll etdiyini də gözəl bilirdi: erməni durduqca problem duracaq, erməni məsələsini həll etməyin yeganə yolu ermənilərdən azad olmaq, onları bu torpaqlardan təmizləməkdir.
1919-cu ilin Novruz bayramında erməni-daşnak hərbi dəstələri general Dronun rəhbərliyi ilə Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmiş, Şuşa, Zəngəzurla əlaqələri kəsmişdilər. Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri dəqiq, çevik hərbi əməliyyatla mayın 30-da erməni qoşunlarını darmadağın edərək Xankəndi və Şuşanı düşməndən geri almışdı. 1919-cu ilin iyununda X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda Şuşaya gizli yolla silah aparan Erməni Milli Şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı. Top, haupitsa, pulemyotlarla silahlanmış, nizami süvari və piyada dəstələrinə malik olan daşnak ordu hissələrinə qarşı yerli özünümüdafiə və partizan dəstələri tez-tez sarsıdıcı zərbələr də vurur, erməniləri itkilərə məruz qoyurdu. İngilis missiyasının arabuluculuğu ilə Mərkəzlə aparılan ermənilərin aldadıcı barışıq müraciətləri bu dəfə də nəticə verdi, ermənilərin aldığı belə sarsıdıcı zərbələrdən sonra Cümhuriyyətin silahlı qüvvələri yaranmış vəziyyətdən istifadə edərək Zəngəzur və Qarabağda erməni mövcudluğuna son qoymaq fürsətini əldən verdi. Xüsusilə Xosrov bəyin qardaşı Sultan bəyin Andronikin nizami ordu hissəsinə qarşı Zabux dərəsində öldürücü zərbə vurması, ardınca Osmanlı-türk-Qafqaz İslam Ordusunun uğurlu hərbi yardımı ermənilərin Zəngəzur və Qarabağdan birdəfəlik çıxarılmasına yol açmışdı.
Tarix bir dəfə şans verilir, sən ondan yararlanmadınsa, qarşındakı yararlanacaq, Zəngəzur da, Qarabağ da ortada qalıb sahibini gözləyən ov kimi idi, birinci kim götürdüsə onun idi.
Xosrov bəy 1919-cu il aprelin 2-də AXC Nazirlər Şurasının sədrinə məktubda yazırdı: “general-qubernatorluğun hüdudlarında siyasi məsuliyyəti mən daşıdığım halda hərbi hissələrin mənə tabe olmaması, lazımi zamanda silahlı qüvvələrin gücündən istifadə etmək hüququndan istifadənin, həm də hökumətlə teleqraf, rabitə əlaqəsi, xüsusən zəruri hallarda Hərbi nazirlə əlaqə qurmağımın qeyri-mümkünlüyü bölgəni böhranlı vəziyyətə salıb, faktik olaraq ikihakimiyyətlilik hökm sürür, ingilis missiyası öhdəsinə götürdüyü missiyanı yerinə yetirmir, ermənilərlə, ingilislərlə apardığımız danışıqlar heç bir nəticə vermir, ermənilərin hərəkətlərindən görünür ki, onlar yeni hücumlar üçün güclü hazırlıq aparırlar. Qanuna görə general-qubernatorun hakimiyyəti Baş komandanın hakimiyyətinə bərabər tutulur, ona görə də hərbi hissələr onun tabeliyinə keçməlidir.”
Bu, çox ciddi tələbə heç bir cavab gəlmir, Xosrov bəy yenidən Hökumətə yazır ki, Qarabağda hərbi hissələrin mənə tabe edilməsinin zəruriliyi haqqında dəfələrlə verdiyim bəyanata baxmayaraq, indiyə qədər cavabsız qalmışdır. Mənim tərəfimdən bildirilmişdir ki, bu cür tabe edilmə qətiyyən mövcud qanunlarla ziddiyyət təşkil etmir. O yazırdı ki, indiki vaxtda Qarabağ məsələsinin həll edilməsinin mənim cavabdehliyimdə olduğunu nəzərə alaraq, xahiş edirəm hərbi hissələrin Qarabağın general-qubernatoruna tabe edilməsi haqqında qərar verəsiniz, ya da mənim istefamı qəbul edib, hərbi hissələri ona tabe etməklə digər bir şəxsi mənim yerimə təyin edəsiniz. Mən bu haqda bəyanat verərkən tamamilə vətənpərvərlik hisslərindən çıxış edirəm. Nə üçün? Ona görə ki, vilayətdə hərc-mərclik olmasın, vilayət özbaşına buraxılmasın, Hökumətin Qarabağdakı nümayəndəsinə heç bir mövcud siyasi vəziyyətlə, mövcud qanunlarla bəraət qazandırılmayan qeyri-müəyyən və anlaşılmayan münasibət bəslə-yən ermənilərin hakimiyyətinə verilməsin. Xosrov bəy növbəti məktublarında bölgədəki Azərbaycan ordu hissələrinin də durumundan ətraflı bəhs edirdi O, Hərbi nazirliyə tabe olan hissələrdəki əsgərlərin ayaqqabı, geyim, patron çatışmazlığından, hətta itaətsizliyə gətirib çıxaran vəziyyətin kəskinliyindən, neçə aydır şəxsən ona vəd olunan patronları almadığından yazır, Qarabağ, Zəngəzurdakı vəziyyətin böhranlı həddə çatdığını, Qarabağ qubernatorluğuna aid ərazilərin məsələsinin birdəfəlik qəti həlli üçün hərbi sursatla 2 min əsgərin onun tabeliyinə keçirilməsini, İranla sərhəddə boş dayanmış 6 pulemyotun bir neçəsinin onun sərəncamına göndərilməsini tələb edirdi. Əks təqdirdə özünün istefaya göndərilməsini israrla təkid edirdi. Mövcud real vəziyyətdə Xosrov bəy israrında tamam haqlı idi.
AXC Nazirlər Şurasının sədri Nəsibbəy Yusifbəyli Xosrov bəyin bu məktubu ilə bağlı Hökumətin 1919-cu il 19 aprel iclasında şəxsən məruzə edir, qızğın müzakirə keçirilir və məsələ həllini tapmır, heç bir konkret qərar qəbul olunmur, tədbir görülmür. Onun «Azərbaycan» qəzetinin 5 aprel nömrəsində çap olunmuş müsahibəsi də vəziyyətin nə qədər ağırl olduğunu göstərsə də, Hökumət və Parlamentdəki müəyyən qüvvələr müxtəlif bəhanələr, əsassız arqumentlərlə, ən başlıcası isə ingilis nümayəndəliyinin təzyiqi qarşısında geri çəkilərək Qarabağda, Zəngəzurda vəziyyətin birdəfəlik Azərbaycanın xeyrinə həlli yolunda ciddi sipər çəkdilər.Xosrov bəy Sultanov haqqında ən düzgün qiyməti Üzeyirbəy Hacıbəyli vermişdi: «Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması idi, burası - Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu».
Və bir də ermənilər hər vəchlə Xosrov bəyin əvvəl Hərbi nazir, sonra da Qarabağdan uzaqlaşdırılmasını, ya da səlahiyyətlərinin məhdudlaşdırılmasını israrla tələb edirdi və Parlament, Hökumətdəki tərəfdarlarının yardımı ilə buna nail olurdu. «Наше время» qəzeti 1919-cu il 13 iyun tarixli sayında yazırdı: «8 iyunda Qarabağda qanlı hadisələrə dair Van kilsəsi yanında mitinqdə qəbul edilmiş aşağıdakı qətnamə Müttəfiq Dövlətlərə, beynəlxalq təşkilatlara göndərilmişdir və bu müraciətdən də Xosrov bəyin erməni planlarına qarşı ən böyük maneə olduğu görünür: “Qarabağda daimi olaraq sakitliyi və qayda-qanunu pozan məşhur türk agenti və Azərbaycan general-qubernatoru Xosrov bəy Sultanov və bütün Azərbaycan hərbi hissələri Qarabağdan çıxarılsın.”
Tarix təkrar olundu; 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri Xosrov bəy Sultanova qarşı aparılan hərəkətlər 1990-91-ci illərdə Azərbaycan Respublikasının ilk müdafiə naziri general-leytenant Valeh Bərşadlı və ilk daxili işlər naziri general-mayor Məhəmməd Əsədovla bağlı da eynilə təkrar edildi. Onların hər üçü əsilli-köklü nəslin nümayəndələri, xalqın inandığı, etibar etdiyi böyük nüfuz sahibi idilər, o torpaqlar onlara Vətən idi, canı, qanı ilə o yerlərə bağlı idilər (Valeh B.özünə doğulub böyüdüyü Eyvazlı kəndinin içərisindən axan gur sulu, səsli-küylü, qızğın, qarşısına keçəni yuyub aparan Bərgüşad-Bərşad çayını özünə soyad götürmüşdü!), erməni xislətinə, iddialarına yaxşı bələd idilər, nəsillərində çox sayda uşaq-böyük ermənilərin qətliamına məruz qalmışdı, ona görə də Qarabağda erməni məsələsinin birdəfəlik, qətiyyətli həlli yolunu tutmuşdular, barışmaz mövqedə durmuşdular, bunun üçün Dövlətin də siyasi iradə, hərbi güc göstərməyini tələb edirdilər. Valeh Bərşadlı və Məhəmməd Əsədovun komandanlığı ilə 1991-ci ilin iyun-avqust aylarında biri-birinin ardınca qısa zamanda Şəmkirin ermənilər yaşayan Barum, Barsun, Göygölün Azadkənd, Çaykənd, Cəbrayılla həmsərhəd Hadrutun Zamzur, Banazur, Dolannar və digər 23 kənd erməni terrorçu dəstələrindən tamam təmizlənmişdi, Azərbaycan polis və silahlı qüvvələrinin nəzarətinə verilmişdi. Valeh Bərşadlı və Məhəmməd Əsədovun biri-birinin ardınca vəzifədən çıxarılması Qarabağda ən kritik günlərdə, sonun başlandığı zəfər günlərinin yaxınlaşdığı, artıq Qarabağ ermənilərinin vilayətdən və ətraf bölgələrdən tamamilə köçüb getmək barədə danışıqlara başlandığı, ordu hissələrimizin Xankəndinin bir neçə kilometrliyinə qədər irəlilədiyi günlərdə, özlərinin də əvvəlcədən xəbəri olmadan, yalnız televiziyada sərəncamları oxunandan sonra bilmişdilər. Azərbaycanda yox yerdən, siyasətə qarışmadan əsl mənada döyüşkən mobil Milli Ordu yaradılmasına Valeh Bərşadlı başladı, eynilə DİN-in tabeliyində "OMON"un yaradılması da Məhəmməd Əsədovun adı ilə bağlıdır. OMON-un ilk rəisi Qubadlı balası polkovnik Əbil Rzayev, ardıcılı Laçınlı Rövşən Cavadov qorxubilməz, cəsarətli zabit, öndə gedən döyüşçü, milli düşüncəli, Moskva və Yerevana bağlılığı olmayan vətənsevər, qeyrətli komandanlar idilər, ermənilərin qənimi idilər, OMON adı gələndə erməninin dizləri əsirdi.
...və Xosrov bəy Əkinçilik naziri, V. Bərşadlı C.Naxçıvanski liseyinə rəis, M.Əsədov müşavir vəzifəsinə göndərildi...
İşğalın daha geniş əraziləri və əhalini əhatə etməsi lazım idi, buna mane olanlar ya aradan götürülür (20 noyabr Qarakənd faciəsi kimi), ya vəzifələrindən kənara atılırdı. Nəticə göz qabağında....
2020-ci il sentyabrın 27-də başlanan müzəffər savaşa qədər tariximizdə belə acı səhifələr çox olmuşdur.
Tarix təkrar olunur; 2016-cı ilin aprel döyüşlərində bir sıra strateji yüksəkliklərin alınması, 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur torpaqlarının azad edilməsində Zəngəzur elinin yetirməsi, I və II Qarabağ müharibəsinin ilk döyüş generalı, korpus komandanı Mais Bərxudarov və müavini, şəhid polkovnik Şükür Həmidovun qəhrəmanlığı Vətən müharibəsi tarixinin parlaq səhifəsidir.[16]
Zəngəzur qəzasının demoqrafik vəziyyəti və azərbaycanlıların deportasiyası[17]
XIX əsrin sonlarından etibarən dünya güclərinin hərbi-siyasi planlarına uyğun və fəal dəstəyi ilə yaradılan erməni milli terror təşkilatları, nizami qoşun hissələri, ardınca tarixi Azərbaycan-türk torpaqlarında qurulan Ermənistan Respublikası mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ötən yüzillikdə soydaşlarımıza qarşı ardıcıl etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti 1918-20-ci illərdə ermənilərin Bakı, Naxçıvan, Quba, Zəngəzur və digər bölgələrdə törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, üzə çıxarılan həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir [1].
Yalnız bundan sonra tarixşünaslığımızda XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı və deportasiyanın elmi şəkildə öyrənilməsinə başlanmışdır. Azərbaycanın tarixi Zəngəzur bölgəsində erməni silahlı quldur dəstələrinin əvvəlcədən planlaşdıraraq 1905-1906, 1917-1920, 1948-1953, 1988-1994-cü illərdə törətdikləri etnik təmizləmə, deportasiyanın arxiv sənədləri əsasında sistemli tədqiqi bu cəhətdən tarixşünaslığımızda mühüm yer tutur.
Zəngəzur qəzası ayrıca inzibati ərazi vahidi kimi 1861-ci ildə yaradılıb. 1867-ci ilin dekabrında Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Zəngəzur qəzası (mərkəzi, Gorus) onun tərkibinə daxil edilmişdi. Cavanşir, Şuşa, Naxçıvan qəzaları, cənubdan Araz çayı boyunca İranla əhatə olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Qarabağ general-qubernatorluğunun 4 qəzasından biri olmuş Zəngəzurun sahəsi 7.824 kv. km idi. Qəzanın ərazisi indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edib [5, s.3].
Azərbaycan XIX əsrin ilk otuzilliyində romanovlar Rusiyası tərəfindən işğalı və işğaldan sonrakı müstəmləkə əsarəti dövründə Vətənimiz çox ciddi sosial-iqtisadi, ictimai-siyasi və b. təbəddülatlara məruz qalmışdır. Hələ işğalın gedişində və ondan dərhal sonra imperiyanın yeni cızılmış sərhədləri boyunca cənubdakı iki müsəlman-türk səltənəti – Qacarlar və Osmanlı dövlətləri ilə Quzey Azərbaycanın müsəlman əhalisi arasında xristian əhalisindən «sanitar kordonu» yaratmaq üçün çar Rusiyası erməniləri kütləvi şəkildə bu dövlətlərin ərazisindən Şimali Azərbaycana köçürüb onları bu ölkənin aborigen türk-müsəlman əhalisinin ən yaxşı torpaqlarında yerləşdirib özünə sadiq xristian plasdarmı yaratmaq siyasətini yürütmüşdür. Nəticədə bütövlükdə Quzey Azərbaycanın, habelə onun ayrı-ayrı bölgələrinin, o cümlədən Zəngəzurun demoqrafik durumunda köklü mürtəce dəyişikliklərin əsası qoyulmuşdur. Çar işğalları ərəfəsində və onun gedişində Qarabağ xanlığının, daha sonra isə əsasən Qarabağ əyalətinin, eləcə də Zəngəzur bölgəsinin əhalisi haqqında XIX əsrin əvvəllərinə aid məlumatlarda göstərilir ki, 1823-cü ildə Zəngəzur bölgəsinin əsas hissəsini özündə birləşdirmiş Sisian mahalının xəzinə torpaqlarında 203, Bərgüşad mahalının torpaqlarında 146, Püsyan mahalında isə 887 ailə qeydə alınmışdır [6, 208].
1828-1829-cu illərdə Qarabağ əyalətinə köçürülüb gətirilmiş 16-17 min nəfərlik erməni köçkünlərinin müəyyən hissəsinin Zəngəzurda yerləşdirilməsi ilə burada köklü demoqrafik dəyişikliklərin əsası qoyulmuşdur. Doğrudur, Qacaqlar səltənətinin Qaradağ, Gərməli, Xoy və Səlmas bölgələrindən ermənilərin köçürülməsinədək də Zəngəzurun Mehri, Sisian (Əhlətyan, Pirnəkan, Şinətağ v.b. kəndlərdə) yerli xristian əhalisi yaşayırdı, ancaq onlar alban əsilli idilər və onları erməni saymaq düzgün deyil. Yeni gətirilən köçkünlər isə Zəngəzur bölgəsinin Bələk, Məzrə, Şələk, Qarakilsə, Əlili, Əngəlyurd, Quşçutəzəkənd, Qafan, Uz və b. kəndlərində məskunlaşdırıldı. Bir qədər sonra bölgəyə az sayda rus əhalisi də köçürüldü. Onlar Sisianın Bazarçay kəndində məskunlaşdırılmışdılar. Erməni köçləri sonralar da davam etmişdir. Belə ki, 1874-cü ilin kameral siyahıyaalmalarının məlumatlarına görə, Zəngəzur qəzasının 168 xəzinə kəndindən artıq 42 kənd sırf erməni, 1 kənd rus, 5 kənd isə əhalinin qarışıq, qalanı müsəlman türk-azərbaycanlıların yaşadığı kəndlər idi. Həmin il qəzada qeydə alınmış 8563 həyətdə cəmi 20516 nəfər yaşayırdı [6, s.208].
1884-1885-ci illərdə, Cənubi Qafqaz xəzinə kəndlilərinin iqtisadi məişətinin öyrənilməsi üçün aparılmış tədqiqatların nəticəsinə görə isə, Yelizavetpol quberniyasının Zəngəzur mahalının dörd sahəsində – Mehri, Qafan, Zəngəzur və Sisian sahələrində 293 yaşayış məntəqəsi qeydə alınmışdır ki, bunlardan da 49-u -16%-ı erməni, 1-i rus, 7-si isə qarışıq əhalili kəndlər idi [6, s.209]. XIX əsrin 80-ci illərinin ortalarında qəzada qeydə alınmış 10828 həyətdə birləşmiş 70015 nəfər əhalinin artıq 36%-ni ermənilər, 63%-ni isə müsəlmanlar təşkil edirdilər. 1886-cı il ailə siyahıyaalmalarına görə Zəngəzur qəzasında əhalinin 53,3 faizini müsəlmanlar, 46, 3 faizini ermənilər təşkil edirdi [6, s.209]. Qəzadakı 326 kəndin yalnız 81-də ermənilər yaşayırdı. Digər mənbədə göstərilir ki, 1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyası əhalisinin qəzalar üzrə bölgüsündə Zəngəzurun sahəsi 6 644 verst, əhalisi 96 902 nəfər olmuşdur [6, s.210]. S.Zelinskiyə görə, 1886-cı ildə qəzada olan 161 dövlət kəndindən 111-i müsəlman, 49-u erməni kəndi idi. Əhalinin 38 712-i müsəlman, 30 850-i erməni idi. 1890-cı ildə Zəngəzur qəzasındakı 326 kənddə 19447 həyət, 123997 nəfər əhali qeydə alınmışdır. Romanovlar səltənətinin bütün mövcudluğu dövründə aparılmış çoxsaylı və çoxçeşidli əhali və b. sayımlar içərisində ən mükəmməli, sistemlisi və daha çox məlumatvericiliyi ilə seçilən 1897-ci il əhali sayımının nəşr edilmiş nəticələrində də Zəngəzur qəzasının demoqrafik durumu haqqında maraqlı, əhatəli məlumatlar vardır [6, s.210]. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı. Quberniyanın tərkibindəki Zəngəzur qəzasının ərazisi 6 829,7 kv. verst idi, qəza mərkəzi Gorus kəndi idi. Quberniyada qeydə alınmış 878 415 nəfər əhalidən 137 871 nəfəri Zəngəzur qəzasında yaşayırdı [6, s.209]. 1897-ci ildə bu qəzada qeydə alınmış əhali içərisində 1783 nəfər xarici dövlət təbəəsi və 1623 nəfər müvəqqəti məskunlaşmış əhali olmuşdur. 1897-ci ilin digər məlumatına görə, 142 min nəfərlik qəza əhalisinin 71, 2 mini müsəlman, 63, 6 mini erməni, 1 807-i kürd, 1236-ı digər (rus, ukraynalı, alman, dağıstanlı idi. 1897-ci ildə ermənilərin böyük əksəriyyəti artıq «yerli əhali» qrupuna aid edilirdi. XIX əsrin 90-cı illərinin ortalarında xarici havadarlarının qısqırtması ilə Anadoluda qaldırılmış erməni qiyamları Osmanlı hakimiyyəti tərəfindən qətiyyətlə yatırıldıqda Cənubi Qafqaza yeni erməni qaçqın kütlələri yönəlmiş və onların da əksər hissəsi yenə də Azərbaycan torpaqlarında – İrəvanda, Naxçıvanda, Qarabağda, habelə Zəngəzurda yerləşmişdi. 1901-ci ildə qəzada 294753 nəfər əhalinin 197066-I müsəlman (67 faizi), 97204-ü erməni-qriqoryan (32,9 faizi), 483-ü digər millətlər idi. 1905-ci il yanvarın 1-nə olan məlumata görə, qəzada 151140 nəfər yaşamışdır ki, onlardan 77.433 nəfərini türklər, 66181 nəfərini ermənilər, 6655 nəfərini kürdlər, 785 nəfərini ruslar və 76 nəfərini Avropa xalqlarının nümayəndələri təşkil etmişdilər. 1908-ci ildə Yelizavetpol quberniyası üzrə statistik məlumatlarda Zəngəzur qəzası əhalisinin 294 min 753 nəfər olduğu göstərilir. Bunlardan 197 mini müsəlman, 97 mini erməni idi. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də ermənilər yaşayırdılar. XX əsrin əvvəllərində xristian imperiyasının hərtərəfli dəstəyi şəraitində Şimali Azərbaycanda kök salmış ermənilər «Qoy özümə yer eləyim, gör sənə neylərəm!» – prinsipini rəhbər tutaraq hakimiyyət orqanlarının cinayətkar fəaliyyətsizliyi, bəzi hallarda isə açıq-aşkar xristian təəssübkeşliyindən faydalanaraq, Quzey Azərbaycanın İrəvan, Naxçıvan, Bakı, Gəncə, Qarabağ və b. bölgələri kimi Zəngəzurda da bu torpaqların tarixi sahibləri, aborigen sakinləri olan türk-müsəlman əhalisinə qarşı görünməmiş vəhşiliklər törətdilər. Bu qanlı-qadalı illərdən sonra Zəngəzur qəzasının əhalisi təbii artım, inzibati-ərazi dəyişiklikləri hesabına artmaqda davam etmişdir.1910-cu ildə 187 851 nəfərə, Birinci dünya savaşı ərəfəsində isə 220 186 nəfərə çatmışdı. Bu dövrdə müsəlman əhalisi Zəngəzur qəzasında başlıca demoqrafik toplum olaraq qalmaqda idi. Belə ki, müsəlmanların sayı təxminən 132 min nəfər olduğu halda, ermənilərin sayı 87 min nəfər, rusların sayı isə cəmisi 1,7 min nəfər təşkil edirdi [6, s.214]. 1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzurda azərbaycanlılar 123085 (55 faiz), ermənilər isə 99257, (44,3 faiz) təşkil edirdi. 1917-ci ildə qəzanın 109 kəndi dağıdılmış, qəzanın şərq bölgələrində yaşayan müsəlman əhalisinin sayı çəkisi xeyli azalmışdı. 1918-1919-cu illərdə daşnak Ermənistanın təcavüzü nəticəsində qəzada 10 min nəfərdən çox müsəlman qətlə yetirilsə də, yenə əhalinin yarıdan çoxu müsəlman türklər idi. 1920- ci ildə Zəngəzur qəzasına daxil olan Qafan, Gorus, Sisyan, Mehri, Zəngilan, Qubadlı və Laçın rayonları 2233 təsərrüfatı birləşdirmiş, 224197 nəfər əhalisi olmuşdur, əhalinin 70 %-i Azərbaycanlı idilər. Zəngəzur torpaqlarının xeyli hissəsinin Azərbaycandan qoparılıb alınması sovet Rusiyasının əli ilə reallaşdırıldı, Zəngəzurdan Azərbaycan-türk əhalisinin sonuncu nəfərədək qovulması isə 1991-ci ildə çağdaş Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi müasir daşnak quldurları tərəfindən həyata keçirildi.
Ermənilərin Zəngəzurda törətdikləri qanlı qırğınlar, soyqırımı və deportasiya erməni müəlliflərinin əsərlərində də faktlarla təsdiq və etiraf olunmuşdur. Tanınmış erməni tarixçisi T.Haçikoğlyan Sovet Ermənistanının Qızıl Ordu tərəfindən tutulmasının 10-cu ildönümü münasibətli ilə nəşr etdirdiyi kitabçasında bu dövrdə erməni xalqının törətdikləri vəhşilikləri belə təsvir edirdi: «Şərəfsiz daşnak «cümhuriyyəti»nin qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib....1920-ci ildə isə ermənilər fəhlə və kəndlilərinin may qiyamının yatırdılmasından sonra daşnaksutyun «müsəlmanlar bizim düşmənimizdir» şüarı altında azərbaycanlı və kürd kəndlərini bombalayaraq minlərlə sadə insanları məhv etdi. Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik, çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı» [4, s, 54].
1918-1920-ci illər hadisələrinin Cənubi Qafqazda yerli əhalinin etnik tərkibinə təsirini Zəngəzur qəzasının nümunəsində apardığı tədqiqatlarla izləyərək şərh edən rus tədqiqatçı N.Q.Volkova yazırdı: “1897-ci ildə 137, 9 min əhalinin 71,2 mini (51,7%) azərbaycanlılar, 63,6 mini (46,2%) ermənilər, 1,8 mini (1,3%) kürdlər olmuşdur. 1922-ci ilin siyahıya alınmasına görə, Zəngəzurda cəmi 65, 5 min nəfər yaşayırdı ki, bunun da 56,9 mini (89,5%) erməni, cəmi 6,5 mini (10,2%) azərbaycanlı idi». 1917-1920-ci illərdə Zəngəzurda 10 mindən çox müsəlman azərbaycanlı soyqırımına məruz qalmış, 50 mindən çox azərbaycanlı bütün var-yoxunu itirərək qəzadan deportasiya edilmiş, sonradan onların yalnız 5 mini öz vətəninə dönmüşdü. 1917-ci ildə Zəngəzur qəzasında 123085 nəfər təşkil edən azərbaycanlıların 1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı təxminən 2,5 dəfə azalmışdı [8, s.54].
1945-ci il noyabrın 21-də Ermənistan hökumətinin vəsadəti nəzərə alınmaqla, azərbaycanlıların Ermənistana köçürülməsi, xaricdəki ermənilərin də Ermənistana köçürülməsi barədə SSRİ hökumətinin qərarı qəbul edildi. Qərarın icrası ilə bağlı xeyli yeni qərarlar da verildi. Bu qərarlara qarşı Zəngəzurda güclü müqavimət oldu, yalnız Gorus rayonunun 5 kəndindən- Şurnuxu, Ağbulaq, Qurdqalaq, Şahverdilər, Şamsız kəndlərindən cəmi 131 ailə - 712 nəfər Mingəçevir şəhərinə bitişik Hürüuşağı kəndinə köçürüldülər, orda məskunlaşdılar. Bir-birindən ayrı düşən qohum-əqrəbalar 1993-cü ilə qədər Mingəçevirlə Zəngəzurun arasında qalmışdılar [5, s.151].
Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 800 milyard ABŞ dollarından çoxdur [2]. İndi Ermənistan dünyada ən böyük insan orqanı ixracatçısıdır. Qarabağ müharibəsində itkin düşmüş Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyatda olan azərbaycanlıların sayı 3890 nəfərdir [3].
27 sentyabr 2020-ci ildən başlanan 44 gün davam edən Vətən müharibəsi 10 noyabrda böyük Zəfərlə - Ermənistanın hərbi kapitulyasiyası ilə başa çatdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan silhalı qüvvələri tərkibində döyüşən əsgər və zabitlərimizin sarsılmaz cəsarəti, igidliyi, ordumuzun ən müasir silahlarla təchizatı və idarə edilməsi sahəsində qazanılmış təcrübə, xalq-ordu birliyi və qardaş Türkiyənin siyasi dəstəyi nəticəsində Zəngəzurun Zəngilan, Qubadlı, Laçın bölgələri də daxil olmaqla işğal altındakı torpaqlarımızın azad edilməsini şərtləndirən sənədin imzalanması ilə Azərbaycan tarixinin yeni dövrü başlanır [7].
Ədəbiyyat:
- https://az.wikipedia.org/wiki/Mart_soyqırımı
- http://idp.gov.az/uploads/files/Dagliq_Qarabag_munaqishesi.pdf
- http://human.gov.az/az/view-page/27/
- Nərimanoğlu H. Türk, ya erməni soyqırımı? gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü ... erməni şahidlərin gözü, sözü ilə. Bakı: QHT nəşriyyatı, 2015, 128 s.
- Nərimanoğlu H. Zəngəzur: 100 sual, 100 cavab. Bakı, QHT nəşriyyatı , 2019, 184 səh.
- Nərimanoğlu H. Zəngəzur:köç, deportasiya, soyqırım, işğal tarixi, Bakı, QHT nəşriyyatı-2008, 240 səh.
- https://president.az/articles/45924
- Volkova N.Q. Etniçeskoye proçessı v Zakafkazye v XIX-XX vv. -Волкова Н.Г. Этнические процессы в Закавказье в XIX-XX вв. // Кавказский этнографический сборник. Вып. IV. Москва: 1969,154
Zəngəzurda axıdılan qanlar və tarixin ibrət dərsləri
Zəngəzur qırğınları Şərqi Anadolu və Qacarlar İranının türklər yaşayan torpaqlarında ermənilərin törətdikləri qətliamların davamı idi, eyni bir ssenarinin ardı idi, Amerika-İngiltərə, Fransa, Rusiyanın Anadolu limanlarına, Afrika sahillərindəki isti sulara, dənizlərə, Qafqaza, Bakı neftinə sahib olmaq uğrunda savaşının bir həlqəsi, nəticəsi idi. Müttəfiq qoşunları Rusiyanı sarsıdan inqilablardan dərhal istifadə edib Qafqazda möhkəmlənmək istəmişdilər. XX əsrin əvvəlində də, sonunda da böyük dövlətlərin maraqlarının toqquşmasından ermənilər məharətlə bəhrələndilər. Erməni kilsəsi, ardınca həm də daşnak partiyası o zaman da, indi də erməni hərəkatının yol göstərəni, ilhamvericisi olaraq qalır.
1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsinin Oxçu kəndində bəşər tarixinin ən faciəli günlərindən biri yaşanıb. Vampir xislətli qaniçən erməni başçılarından biri Hamazasp Srvandzyan 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırları kəsdirib. Kişilər karvansaraya doldurularaq qapılar bağlanıb, dörd tərəfdən düzülmüş dinamitlərlə partladılıb, yaralılar daş-qalaq olunub, son nəfərədək öldürülüb.
Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan el ağsaqqalları və din xadimlərini qabaqcadan seçilib əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qoca, uşaq və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi kəndarası yol, cığırlarla axıb dərə aşağı selə dönmüşdü.
Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə aman verilməyib. Həmin dəhşətli gündə 1400 azərbaycanlı, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.
Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən müsəlman kəndlərində hər kəsi belə aqibətin gözlədiyini söyləsin.
1919-cu il 23 noyabrda Tiflisdə Azərbaycan və Ermənistanın hökumət başçıları ABŞ və Gürcüstan təmsilçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə sazişə qol çəkirlər. Sazişin mətni belədir: «Ermənistan hökumətinin nümayəndəsi baş nazir Xatisov və Azərbaycan hökumətinin nümayəndəsi baş nazir Usubbəyov arasında qarşılıqlı saziş imzalanmışdır. Ermənistan hökumətini təmsil edən baş nazir Xatisov və Azərbaycan hökumətini təmsil edən baş nazir Usubbəyov bu sazişi Tiflis şəhərində 1919-cu il noyabrın 23-də aşağıdakılar barədə imzalamışlar: “Ermənistan və Azərbaycan hökumətləri indi baş verən düşmənçilik hərəkətlərini dayandırmağı və bir daha silaha əl atmamağı öhdələrinə götürürlər. Ermənistan və Azərbaycan hökumətləri dinc mal mübadiləsi üçün Zəngəzura aparan yolların təmiri və açılması məqsədilə təsirli tədbirlər görməyə razıdırlar. Sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli məsələlər ilə bağlı növbəti paraqrafda xatırladılan konfrans tərəfindən qərar qəbul edilənədək Ermənistan və Azərbaycan hökumətləri bu məsələləri sülh sazişləri vasitəsilə həll etməyi öhdələrinə götürürlər. Əgər bunu yerinə yetirmək mümkün olmazsa, hər iki hökumətin qərarına tabe olmağa razılaşdığı hakim kimi hər hansı bir neytral tərəf seçilməlidir. İndi belə bir neytral tərəf Birləşmiş Ştatların ordu polkovniki Ceyms Reydır. Ermənistan və Azərbaycan hökumətləri təcili surətdə çərşənbə günü, noyabrın 26-da Bakıda görüşməli və Tiflisdə konfransın başlanmasını dekabrın 4-dən təxirə salmamalı, bərabər sayda nümayəndə təyin etməyi öhdəsinə götürürlər.
Ümumi razılığa əsasən konfransın keçiriləcəyi yer dəyişdirilməzsə, konfransın iclasları Tiflisdə davam edəcəkdir. İki hökumət arasında mübahisə və ixtilaflara səbəb olan bütün məsələlər bu konfransın müzakirə obyekti olacaq. Konfrans bu və bu qəbildən olan bütün məsələləri saziş və arbitraj yolu ilə həll etmək hüququna malik olacaqdır. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir, hər iki hökumətin parlamentləri tərəfindən təsdiq edildiyi gündən daimi sayılır. Ermənistan və Azərbaycanın baş nazirləri öhdələrinə götürürlər ki, onların hökumətləri yuxarıda ifadə olunmuş müqavilənin bütün bəndlərini dönmədən müdafiə edəcək və yerinə yetirəcəklər. Bunu sübut etmək üçün onlar bu müqaviləni imzalayırlar. Müqavilə üç nüsxədə: ingilis və rus dillərində, Tiflisdə 1919-cu il noyabrın 23-də tərtib edilmişdir. Onun bir surəti müttəfiqlərin ali komissarının nümayəndəsinə, bir surəti Ermənistanın baş nazirinə, bir surəti isə Azərbaycanın baş nazirinə göndərilir. A.Xatisov, Ermənistanın baş naziri, N.Usubbəyov, Azərbaycanın baş naziri aşağıdakıların iştirakı ilə imzalanmışdır: Gürcüstanın xarici işlər nazirini əvəz edən müvəqqəti baş nazir, Müttəfiqlərin ali komissarı-Birləşmiş Ştatlar Ordusunun Baş qərargahının polkovniki».
Bu müqavilənin də ömrü gödək oldu. Ermənilər xislətlərindən əl çəkmək fikrində deyildilər. AXC Hökuməti və Parlamenti rəhbərlərinin humanist, insani, səmimi, əxlaqlı mənəviyyatına yaxşı bələd olan ermənilər Azərbaycan tərəfinin bu sazişə, verdikləri vədə əməl edəcəklərinə də tam əmin idilər. Tiflisdə imzaların bu sazişin heç mürəkkəbi qurumamış AXC Hökuməti az sayda nizami ordu hissələrini, hərbi qüvvələrini Zəngəzurun şərqindən geri çəkdi.
Noyabrın 26-dan başlayan hücumlarla Zəngəzurun Qubadlı bölgəsinin Əliquluuşağı, Eyvazlı, Şurnuxu, Seytas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin və başqa 15 kəndini məhv edən ermənilər Bərgüşad çayı boyunda salamat qalan, var gücü ilə müqavimət göstərən, heç yerdən silah, qüvvə yardımı ala bilməyən Qaladərəsi-Xocahan arası 48 kəndini də viran qoydular.
Qaniçən erməni-daşnak generalı Qaregin Njdenin noyabrın 30-da verdiyi bu vəhşi əmr Zəngəzurun şərqində qanlı soyqırıma yol açdı: “Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək...Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir. Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde.”
1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda ermənilər 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan el-obalarının əhalisni insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Atqız kəndinin əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olub. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmışdı.
1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında Hamazasp, Dro, Qazaryan, Njdenin başçılıq etdiyi quldur dəstələri Zəngəzur qəzasının Qafan, Zəngilan, Meğri, Qubadlı bölgələrində 200-dək kəndi ciddi müqavimətlə üzləşmədən günahsız dinc insanların qanı ilə suvarmış, viran qoymuşdu.
Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə "Antanta" ölkələri və ABŞ-ın çağırdıqları Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920) ərəfəsində Avropa və ABŞ liderlərini fakt qarşısında qoymaq, Azərbaycandan daha çox torpaq qoparmaq, bölgənin müsəlman türk və kürd əhalisini qırıb yox edib Osmanlı Dövlətindən köçürülən erməniləri onların əsrlərlə məskun olduğu ərazilərdə yerləşdirmək yolu tutan Ermənistanın bütün siyasi, hərbi gücləri bu məkrli planın gerçəkləşməsində eyni mövqedə idilər. Naxçıvanla Azərbaycan arasındakı Zəngəzur qəzasının böyük bir hissəsi ermənilərin əlinə keçdi, Azərbaycanın əsas ərazisinin Naxçıvanla, Osmanlı ilə quru sərhəddi itirildi, 4 mindən çox insan amansızlıqla qətl edildi. Azərbaycanın Xarici İşlər Naziri Məmmədyusif Cəfərovun noyabrın 29-da Ermənistan xarici işlər nazirinə göndərdiyi teleqramda deyilirdi: “Noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri arasında Zəngəzurda silahlı toqquşmaları dərhal dayandırmaq və bütün mübahisəli məsələlərin həllini çağırılacaq Azərbaycan Ermənistan konfransının öhdəsinə buraxmaq barəsində razılaşma olmuşdur. Bununla yanaşı indi Sizin hökumətin qoşunları tərəfindən Zəngəzurda Oxçu, Pirdavidan, Atqız, Şabadin, Anişu və Quşçular kəndlərinin talan edilməsi haqqında məlumat alınmışdır. Çoxlu ölənlər var, Girətağ kəndi və bütün ətraf müsəlman kəndləri ilə bütün əlaqələr kəsilmişdir və bu kəndlər erməni quldur dəstələri tərəfindən mühasirəyə alınmışdır”. Baş nazir F. Xoyski 4 fevral 1920-ci ildə Ermənistanın Baş naziri Xatisova ünvanladığı teleqramda yazırdı: «Zəngəzur müsəlmanlarının tamamən yox edilməməsi üçün Azərbaycan Ordusundan bir miqdar əsgəri qüvvə o bölgəyə göndərilmişdir və bu, 23 noyabr 1919-cu il anlaşmasına zidd deyildir»...Çox gec idi, qoşun göndərmək də xeyli uzanmışdı, artıq Zəngəzurda hər şey bitmişdi, qırmızı bolşevik rus ordusu yaxında idi.
AXC Parlamentinin Zəngəzurdan seçilmiş üzvü, Müsavat fraksiyasının üzvü Cəlil bəy Sultanovun, qəza rəisi M. Namazəliyevin və Hökumətin digər yerli təmsilçilərinin onlarla teleqramını Parlamentdə Zəngəzurdan olan digər deputat Mirzəsadiq Axundzadə oxuyurdu, “Azərbaycan” qəzeti verirdi, yazarlar, ziyalılar həyəcanlı çağırışlar edir, imdad, yardım diləyirdi.
1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında Zəngəzurda törədilən qırğınlarının faciəli mənzərəsi parlamentin deputatı Cəlil bəy Sultanovun arxivlərdə saxlanan, birbaşa hadisə yerindən – isti qanı şır-şır axıdılan Zəngəzurdan göndərdiyi bu teleqramlarda aydın görünür.
“Hazırda Fərəcan, Göyyal, Çərəli (Qubadlı rayonu ərazisi - H.A)…8 kənd yanır, tüstü göyün üzünü bulud kimi alıb. Düşmənə qarşı müqavimət göndərən yerli qüvvələr dənizdə bir damladır. Xahiş edirik tədbirlər görəsiniz. Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz”.
“Artıq ermənilər Zəngəzurun 3-cü sahəsini (Qubadlı rayonu - H.A) işğal etdilər. Hücum 4-cü sahədə və Cəbrayıl qəzasının sərhədində gedir. Ermənilərin 8 topu, 60 pulemyotu var, qoşunları mütəşəkkildir. Patronları, silahları olmayan müsəlmanlar geri çəkilməyə məcburdurlar. Zəngəzurda artıq hər şey bitib.”
«Həlak olmuş Zəngəzur müsəlmanları sizə cansağlığı diləyirlər. Zəngəzurlular nə qədər ağlasalar da, onların iniltisi cavabsız qaldı, heç kəs onların köməyinə gəlmədi. Qadınların döşləri kəsilib, uşaqların başları kəsilib, bədənləri qan içindədir. Ermənilərin əllərinə düşən gözəl qızlar zorlanır. Zəngəzurda düşmənə müqavimət göstərmək üçün kişilər həddindən artıq azdır və onların kənardan köməyə bütün ümidlərini itiriblər».
«Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir neçə ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. Zəngəzurda tam hakimiyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissəsinin erməniləri surətlə üsyana hazırlaşırlar. Hökumətin cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xatisovların təntənəli ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı yetər. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və satqınlığa bərabərdir.»
“Silahının gücünü Zəngəzurun həmişə təqiblərə məruz qalmış, məzlum, bədbəxt müsəlman əhalisi üzərində sınayaraq cəzasız qalan ermənilərin təcavüzkar hərəkətləri barədə hökumətə dəfələrlə xəbər verilmişdir. Zəngəzur müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç bir real tədbir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-qolu açılan Zəngəzur erməniləri nizami hissələrin köməyi ilə birləşmiş Qarabağ qüvvələri kimi hərəkət edib bütün yolüstü müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əsgəranı tutmaq, Şuşanı almaq qərarına gəliblər. Bu qərar indi icra edilir. Xankəndində əhalinin müdafiəsi tapşırılan qarnizon Bakıdan əmr verilmədən müdafiəyə başlamağa cəsarət etmir. Cinayətkar ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoymağı, Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə vaxt ayırmağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, kömək edin.”
Zəngəzurda çar Rusiyası və ermənilərin məkrli oyunlarına qarşı illər boyu sinə gərən Sultanovlar soyunun davamçısı, “Müsavat”ın bölgədəki ən nüfuzlu adamı deputat C. Sultanov 1920-ci il yanvarın 24-də Parlamentin sədrinə ünvanlandığı son teleqramda yazırdı:
"Bütün teleqramlarıma əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir." [18]
Qeyd edək ki, 1919-cu ilin sonu, 1920-ci ilin yanvarında AXC Hökuməti nə ölkə daxilində, nə sərhədləri boyu fəal hərbi əməliyyatlar aparmırdı. Ermənilər isə bir an dayanmadan Zəngəzurda bütün gücü, qüvvəsi ilə qətliamlara davam edirdi. Şərqdə ilk demokratik respublika qurucularının şərəfli ömür yoluna, tariximiz, xalqımız qarşısında əbədi yaşayacaq müqəddəs bir missiyanı – yox yerdən Cümhuriyyət qurmalarını ehtiram, sevgi duyğuları ilə vurğulamaqla yanaşı, bunu da deməliyik ki, 1919-cu ildə və 1920- ci ilin yanvar-may aylarında Zəngəzurun türk-müsəlman əhalisinə qarşı soyqırımın, erməni-daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklərin, genişmiqyaslı, çoxsaylı qətliamların, kütləvi deportasiyanın, ərazi itkilərinin qarşısının alınması üçün AXC Parlament və Hökuməti nə ümumi bir razılığa gəlib bilmiş, nə də öz ixtiyarında olan hərbi potensialdan lazımınca istifadə etmişdir. Eynilə bundan əvvəl Cümhuriyyətin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən, Tomsonun ermənistan parlamentindəki çıxışından dərhal sonra - 22 avqust 1919-cu il Milli Şuraya göndərdiyi “Qarabağda ingilislərin siyasəti ilə bağlı yaranmış vəziyyət və onun aradan qaldırılması üçün zəruri tədbirlər” adlı raportunda detallı şəkildə ingilislərin anti-Azərbaycan, ermənipərəst planlarının reallaşmasının qarşısını almaq, erməni məsələsinə birdəfəlik son qoymaq barədə aydın, icrası mümkün 6 maddəlik direktivləri nəzərə alınmamışdı. Sultan bəyin partizan dəstələrinin Zəngəzurda Andranik qoşunlarına vurduğu ağır zərbədən sonra Qarabağdan - Xankəndi, Əsgəran, Şuşadan ermənilərin tamamilə vurulub çıxarılması, yaxud Qarabağ erməniləri ilə Ermənistan arasında birbaşa əlaqənin tam kəsilməsi üçün yaranmış unikal fürsət, imkanlardan istifadə olunmamışdı. Xosrov bəy Sultanov həmin günlərdə dəfələrlə, israrla təkid və xəbərdarlıq edirdi: “...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik”.
Və heç şübhə yoxdur ki, Hökumət 1918-ci ildəkindən fərqli olaraq, 1919-cu ilin noyabr-dekabrında və 1920-ci ilin yanvarında Zəngəzurda qırğınların, torpaq itkilərinin miqyasını azalda bilərdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sözügedən bu dövrdə Osmanlı Dövlətinin, Qafqaz İslam Ordusunun fəal yardımı ilə artıq milli silahlı qüvvələrini müəyyən qədər formalaşdırmışdı. Mənbələrdəki məlumatdan da göründüyü kimi, buna hərbi imkanlar da var idi: “1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi büdcənin 27,7 faizinin təşkil edirdi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında Dövlət Müdafiə Komitəsi yaradıldı...1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi. 1919-cu ilin sonunda, 1920- ci ilin əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı alaylar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir süvari diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə alayları daxil idi. 1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitlərə 70 rubl, unter zabitlərə 90 rubl, 126 feldfebellərə 120 rubl məvacib müəyyən edildi. 1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894- 1899-cu illərdə anadan olmuş 24-29 yaşlı kişilər səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yəni hərbi məhkəmə fəaliyyət göstərirdi. Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və «yardım alayı» milis alayı yaradıldı. ADR Parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və zirehli avtomobil daxil idi…” Mənbə: https://az.wikipedia.org/wiki/Azərbaycan_Xalq_Cümhuriyyətinin_Milli_Ordusu və s.
Xatırladaq ki, 1919-cu ilin sonlarında törədilən qanlı qırğınlar general Andranik Ozanyanın başçılığı ilə 1918-ci ilin yayından Naxçıvanda, Zəngəzurun qərb hissəsində apardığı soyqırımı, etnik təmizləmənin davamı idi. Fransa, Amerika, Böyük Britaniya və çar Rusiyasının silahlandırıb dinc müsəlmanların üzərinə göndərdiyi 8 minlik erməni nizami ordusu bu mənfur cəlladın başçılığı ilə 165 kəndi əhalisi ilə birlikdə yer üzündən silmişd və qərbi Zəngəzurda axıtdığı qanlar hələ soyumamışdı.
Zəngəzurda soyqırımın mənzərəsini, miqyasını ardıcıllıqla daha aydın təsəvvürə gətirmək üçün bir az da əvvələ qayıdaq; çarizmin şirnikləndirdiyi ermənilər 1905-1906-cı il qırğınlarında bölgədə yerli bəylərin başçılıq etdiyi silahlı dəstələr tərəfindən ciddi müqavimətlə üzləşdiyindən növbəti xəyanətkar, məkrli fitnə-fəsadlarına daha ehtiyatla, iyrənc bicliklə hazırlaşmışdı; əhalidə olan silahları, tüfənglərin birini, hətta, yanı balalı inək verib almış, satmayanları çar məmuralarına çuğullamış, öldürmüş, terror, oğurluqlar etmiş, müsəlman əhalinin silahsızlaşdırılması və ermənilərin gizli şəkildə silahlandırılması üçün mümkün olan hər şeyi etmişdi. Eyni plan, ssenari Moskvanın yardımı ilə 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasından başlayaraq I Qarabağ müharibəsinin sonu -1994-cü il 12 mayda Bişkəkdə imzalanan atəşkəsə qədər davam etmişdi və 1905-06, 1918-20, 1988-94-cü illərin hadisələrində mahiyyəti və forması ilə də üstə-üstə düşən xeyli məqamlar; ermənilərin yalançı sülh danışıqları, atəşkəs aldanışları, daim ermənilərin mənafeyinə, məqsədlərinə xidmət edən ATƏT-in Minsk Qrupunun (oxu: 1918-20-ci illərdəki Müttəfiq qoşunlarının Tiflis, Bakı, Qarabağdakı emissarlarının) fəaliyyət(sizliy)i, Milli Ordumuzun içinə yeridilmiş sapı özümüzdən olan baltaların xəyanətləri, satqınlıqlar və s. bir daha sübut edirdi ki, nə biz başımıza gələn, gətirilən faciələrdən ibrət almışıq, nə də məkrli düşmən çirkin niyətlərindən əl çəkib.
Zəngəzur qəzasında 1905-ci il yanvarın 1-nə olan məlumata görə, 151140 nəfər yaşamışdır ki, onlardan 84.088 nəfərini müsəlmanlar, 66.181 nəfərini ermənilər, 785 nəfərini ruslar və 76 nəfərini Avropa xalqlarının nümayəndələri təşkil etmişdir. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də ermənilər yaşayırdılar. Erməni müəllifləri A-do və S. Zavaryan 1905-1906-cı illərdə Zəngəzur qəzasında dağıdılan 43 müsəlman, 14 erməni kəndinin siyahısını vermiş, Gəncə quberniyasının 8 qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu qədər böyük miqyasda və uzun sürən olmadığını xüsusilə vurğulamışdır.
Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 300-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qalmışdır.
Xalqımızın, Dövlətimizin siyasi iradəsi, müzəffər Ordumuzun qəhrəmanlığı, Şəhid və Qazilərimizin misilsiz şücaəti, bənzərsiz döyüş və mənəvi ruhu sayəsində qalibiyyətli II Qarabağ müharibəsindən, 10 noyabr 2020-ci ildə ağır məğlubiyyətinin imzalı təsdiqindən sonra da ermənilərin terror, təxribat əməllərini, siyasi oyunbazlığını dayandırmaması bir daha sübut edir ki, iki əsrdən bəri davam edən, başımıza gələn, gətirilən bəlalardan ibrət dərsi almalıyıq, erməni toplumunun əsrlərlə formalaşmış mənəvi-psixoloji aspektlərini analiz edib zəif və güclü cəhətlərini öyrənməliyik, məkrli, hiyləgər, təpədən dırnağa kin, qisas, nifrətlə yüklənmiş, bədnam qonşu ölkə, xalqla və onun Moskva və Qərbdəki hərbi-siyasi havadarları ilə münasibətlərimizin aydın, prinsipial taktika, strategiyasını hazırlamalıyıq. Arxayınçılıq yolverilməzdir, hələ çox şey bitməyib. Saytlarda indilərdə bu başlıqla xəbərlər yayılıb: “Paşinyanın ondan qisas tələb edən millətçilərə mesajı: bu ordu ilə heç nə etmək mümkün deyil. Mənə 4-5 il vaxt verin. Ordunu yenidən qurum...”
Biz dövlət, xalq olaraq daha da güclənməliyik, qüvvəmizi, birliyimizi, sayıqlığımızı artırmalıyıq, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha möhkəm, çevik, etibarlı, real müstəviyə keçirməliyik. 27 sentyabr 2020-ci ildən xalqımıza hakim olan yüksək döyüş ruhunu, milli mənlik, heysiyyət, qürur hisslərini qoruyub saxlamaqla, daha da yüksəltməklə hədəfə doğru daha qətiyyətlə irəli getməliyik. Hədəf - iqtisadiyyatı, demokratiyası, azad vətəndaş cəmiyyəti, firəvan yaşamı, hərbisi ilə güclü bütöv Azərbaycandır.23 aylıq mövcudluğu ilə fəxarət, qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinin ən uzaqgörən, xeyirli addımlarından biri Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi. Komissiyanın Zəngəzur qəzasına dair rəqəmləri belədir; 115 kənd dağıdılmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmış, yəni ən azı 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Lakin əslində bu rəqəmlər tarixi həqiqəti əks etdirmir. Xüsusilə, 1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayında ermənilərin Zəngəzurun aşağı hissəsində, əsas da Qafan, Qubadlı, Zəngilan, Mehri bölgəsində Dro, Hamazasp, Hjde kimi qaniçənlərin başçılığı ilə törədilən qətliam, qırğınların nəticələri daha ağır olub və acı təəssüflər olsun ki, üstündən bir əsrə yaxın vaxt keçsə də, ictimaiyyət bu qanlı faciələrin əsl miqyasından, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyildir. Erməni başçılarından biri Hamazaspın mütəşəkkil silahlı quldur dəstələri Çaylı, Oxçu-Şabadin kəndlərində 1400 azərbaycanlını, 400-ü uşaq, qadın olmaqla heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlətmədən danışıqlar adı ilə məscid, anbarlara yığıb məhv etmişdi. 1919-cu il dekabrın 1-də (Azərbaycan-Ermənistan baş nazirlərinin Amerika, Gürcüstanın vasitəçiliyi ilə 23 noyabrda Tiflisdə sülh sazişi imzalamasından 7 gün sonra) sübh çağı üç istiqamətdə başlayan hücumlarla ermənilər Qaregin Hjdenin başçılığı ilə 118 azərbaycan və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan el-obalarını mühasirəyə alıb əhalisini insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmış, Atqız kəndinin camaatının bir qismi qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olmuşdu.
1917-1920-ci illərdə Zəngəzur qəzasının 7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb, yandırılıb xarabalığa çevrilən kəndlərin yarıdan çoxu məhz bu 3 ayın-1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən cızılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi. Yəni, təkcə həmin aylarda qəzada qətlə yetirilən insanların sayı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində göstərilən, tarixçilərimizin tez-tez istinad etdiyi rəqəmlərdən dəfələrlə çoxdur.
1920-ci illərdə Zəngəzurun Gorus, Sisian, Qafan, Mehri bölgələrindən sonra 1992-93-cü illərdə Azərbaycanda qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən xristian güclərin fəal, açıq hərbi-siyasi dəstəyi ilə ötən əsrin əvvəllərində sınaqdan keçmiş eyni üsullarla, bu dəfə həm də Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmişdir.
Erməni Milli Şurası 1918-ci ilin 28 mayında 9 min kv.km ərazidə müstəqil erməni dövləti elan etdiyi ilk günlərdən etibarən tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin genişləndirilməsi, Naxçıvandan Şuşaya qədər ərazilərin işğal edilib müsəlman əhalidən təmizlənməsi planını dövlət siyasətinə çevirmiş və bunu həyasızlıq, hiyləgərlik, ikiüzlülük, məkrlə, vəhşi inadkarlıqla gerçəkləşdirməyi bacarmışdır.[19]
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı
Şərqi Zəngəzurda erməni vəhşəti - Oxçu qətliamının 102 ili tamam olur
Bəyanatda deyilir: “102 il bundan əvvəl - 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsinin Oxçu kəndində bəşər tarixinin ən faciəli günlərindən biri yaşanıb.
Vampir xislətli qaniçən erməni başçılarından biri Hamazasp Srvandzyan 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırları kəsdirib. Kişilər karvansaraya doldurularaq qapılar bağlanıb, dörd tərəfdən düzülmüş dinamitlərlə partladılıb, yaralılar daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan el ağsaqqalları və din xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib. Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə aman verilməyib. Həmin dəhşətli gündə 1400 azərbaycanlı, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib. Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən müsəlman kəndlərində hər kəsi belə aqibətin gözlədiyini söyləsin.
…Qaregin Njdeninin 1919-cu il noyabrın 30-da verdiyi əmrlə dekabrın 1-də 3 tərəfdən başlanan hücumla əhalisinin 90 faizindən çoxunu azərbaycanlıların təşkil etdiyi Qafan bölgəsinin azərbaycanlılar yaşayan kəndlərinin əhalisi insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıldı, evləri talan, qarət edilib yandırıldı. Atqız kəndinin əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaçmağa macal tapsa da, Naxçıvana bağlı Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak oldu. Erməni hücumlarında Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmışdı. Ermənilər 118 azərbaycanlı və 22 erməni kəndindən ibarət Qafanda bir dənə də olsun salamat ev qoymamışdılar. Bu hücumla erməni hərbi-siyasi rəhbərliyi əvvəlcədən planladığı ssenarini tam gerçəşləşdirdi; Zəngəzur qəzasının Merhi bölgəsi tamamilə ermənilərin əlinə keçdi, Naxçıvanla Azərbaycan bir-birindən ayrılmış vəziyyətdə qaldı.
Bu qanlı qırğınlar general Andranik Ozanyanın başçılığı ilə 1918-ci ilin yayında Zəngəzurun qərb hissəsində apardığı soyqırımı, etnik təmizləmənin davamı idi. Fransa, Amerika, Böyük Britaniya və çar Rusiyasının silahlandırıb dinc müsəlmanların üzərinə göndərdiyi 8 minlik erməni nizami ordusu bu cəlladın başçılığı ilə 165 kəndi əhalisi ilə birlikdə yer üzündən silmişdi.
1917-1920-ci illərdə Zəngəzur qəzasının 7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də azərbaycanlılar yaşayıb, yandırılıb xarabalığa çevrilən kəndlərin yarıdan çoxu məhz bu 3 ayın-1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən cızılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi.
Xatırladaq ki, bundan əvvəl ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında, o cümlədən Zəngəzurda qırğınlar törətmişdilər. Qafqazın canişini İ.Vorontsov-Daşkov bu dağıntıların və əhaliyə dəyən ziyanın aradan qaldırılması, İrəvan və Yelizavetpol quberniyalarının zərər çəkmiş əhalisinə borc pul vəsaiti verilməsi üçün daxili işlər və maliyyə nazirləri qarşısında dəfələrlə vəsatət qaldırmışdı. Rusiya imperiyasının Maliyyə Nazirliyi uzun müddət müxtəlif bəhanələrlə İrəvan və Yelizavetpol quberniyalarının fəlakət qarşısında qalan əhalisinə yardım göstərməkdən imtina etmişdi. Erməni müəllifi A-Do (Ovanes Ter-Martirosyan) 1905-1906-cı illərdə 133 azərbaycanlı kəndinin dağıdıldığı, 24 azərbaycanlı kəndinin isə tamamilə darmadağın edildiyindən və xarabazarlığa çevrildiyindən məlumat almaq üçün bir nəfər belə canlı şahid tapılmadığını yazır. Polyak əsilli Amerika tədqiqatçısı Tadeuş Svyatoxovski çar Rusiyasının rəsmi dairələrinin verdikləri məlumatlara əsaslanaraq 1905-1906-cı illərdə Cənubi Qafqazda 158 müsəlman kəndinin dağıdıldığını və yaxud yandırıldığını, 10 minədək insan tələfatı olduğunu qeyd etmişdir. Ermənilərin 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XX əsrdə azərbaycanlıların məruz qaldığı soyqırımı və deportasiyalar silsiləsinin ilk mərhələsidir.[20]
Əyyub Abasovun “Zəngəzur” romanından seçmələr 12 dildə yayılıb
Əyyub Abasov: yazıçı, dramaturq, jurnalist, Azərbaycanın Əməkdar İncəsənət xadimi. 1905-ci ildə Azərbaycanın Zəngəzur mahalının Şəki kəndində (indiki Ermənistanın Sisian rayonunda) anadan olub. 1918-ci ildə general Andranik Ozanyanın başçılığı ilə erməni yaraqlılarının Zəngəzurda törətdiyi genosid nəticəsində doğmalarını itirir. 13 yaşında, qətliamdan qurtulmuş az sayda həmkəndliləri ilə Naxçıvana üz tutur, orada qohumlarının yanında yaşayır. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra 1934–1937-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq) redaktorluq və tərcüməçilik kurslarında təhsil alır.
1918-1920-ci illərdə ermənilərin Zəngəzurda törətdiyi qanlı qətliamların mənzərəsini əks etdirən, Andranik, Dro, Njde kimi qaniçən erməni cəlladlarının obrazlarını ustalıqla təsvir edən ikicildlik “Zəngəzur” tarixi romanını yazır.
1957-ci ildə işıq üzü görmüş bu romanın nəşrindən az sonra – həmin ilin dekabr ayının 18-də yazıçı 52 yaşında dünyasını dəyişir.
T.ü.fəlsəfə doktoru Hacı Nərimanoğlunun təqdimatında tarixi romandan hissələr 12 dilə - ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, çex, ispan və alman və digər dillərinə çevrilərək, xarici KİV-də, beynəlxalq internet məkanında yayılıb.[21]
Biz döyüşdə uduzmadıq...
(I Qarabağ savaşının Şəhid və Qazilərinin xatirəsinə)
AzərTAc-ın sərhəd bölgələri üzrə xüsusi müxbiri-AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru olmuş Hacı Nərimanoğlu Qubadlı və ətraf rayonlarda şahidi olduğu, xəbərlərini ilk dəfə ön cəbhədən yaydığı müharibə və digər xatirələrini “AZƏRTAC-da 15 il” silsiləsindən qələmə alıb.
“...Днем 24 июня на вертолете МИ-8 в сопровождении двух вертолетов МИ-24 генерал Г.А.Андресян и я вылетели из Еревана в Степанакерт для организации и проведения контрнаступления. За штурвалом вертолета МИ-8 был летчик первого класса подполковник Б.Е.Хачатуров, рядом с ним в кабине - полковник А.С.Абрамян, командующий Военно-Воздушными силами ВС РА. Два вертолета МИ-24 поочередно были подбиты в воздушном пространстве Кубатлинского района и совершили вынужденную посадку вблизи села Джиджимли. По команде генерала Г.А.Андресяна МИ-8 подлетал к каждому из сбитых вертолетов, совершал посадку и забирал на свой борт экипажи. Вертолет с 16 пробоинами приземлился в аэропорту Гориса...”
Иван ГУКАСОВ, полковник в отставке, бывший начальник разведывательного управления Вооруженных сил Армении, советник министра обороны, начальник управления Министерства обороны.[22]
Bu məlumatın getdiyi rus dilli erməni saytının başında insan qəssabı cəllad Qaregin Njdenin fotosu və bu sözləri şüar olaraq həkk olunub: “türklərlə mübarizəsiz bir günümüz də olmamalıdır!”
Sözü gedən iki vertolyot Ermənistan və Dağlıq Qarabağla 132 km sərhəddi olan Qubadlıdan içəri cəmi 100-200 metr keçə bildi, meşə, dağ, qayalarda gecə-gündüz ayıq-sayıq dayanan yerli könüllülərin yaxın məsafədən açdığı sərrast atəşlə Əliquluuşağı kəndi üzərində vuruldu. Vertolyotlardan birincisi Teymur Müskanlıda düz kəndin içində yerə düşüb parçalandı. Qubadlı erməniyə təhvil verilənə kimi “skeleti” dururdu. O biri vertolyot Bərguşad çayının sahilindəki çaylağa düşüb alışsa da, çayda çimən uşaqlar tez söndürdü, səhərisi kiçik təmirdən sonra pilotlar Zakir Yusifov və Feyruz Cəlilov bu vertolyotu Azərbaycan Hava Qüvvələrinin Zabratdakı limanına aparıb təhvil verdilər. Ad da qoymuşdular: “armyaşka”. O ərazidə gedən bütün bu və digər döyüşlərdə bölük komandiri, həmin kənddə doğulub böyüyən, yaşayan tarix müəllimi, cəsur savaşçı, hazırda təqaüddə olan mayor İlham Nərimanoğlunun mühüm xidmətləri olmuşdu. Yazıdakı fotolar həmin günün yadigarıdır, kadrlara youtube.com-da bol-bol baxılır.
Hər iki vertolyotun ekipajını götürərək geri dönməyi bacarmış xilasedici Mİ-8-ə atılan güllələr hədəfə dəysə də, “öldürücü” olmadı, tüstülənərək sərhədə yaxın “Oğuz” postu yaxınlığında Çay bağı adlanan yerdəki körpünün yaxınlığında zərblə yerə dəydi, uzun müddət məcburi eniş etdiyi həmin yerdə hərəkətsiz qaldığı da aydın görünürdü. Həmin dəqiqələrdə çağırışla özünü təcili əraziyə çatdıran çox sayda təcili yardım, texnika təbii ki, o vaxt kimlikləri hələ dəqiq bilinməyən pilotları, yaralıları ərazidən uzaqlaşdırmağa nail oldular.
Bu, Azərbaycanın Qarabağ müharibəsində ən uğurlu əməliyyatlarından biri, həm də vurulmuş ilk düşmən hərbi vertolyotları idi. Və onu da əlavə edim ki, həmin o vertolyotu vuran əsgərlərdən bir neçəsinə Qubadlı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanından başqa heç yerdə kimsə bir quruca “sağ ol” da deməmişdi. Təsirli məqamın biri də odur ki, o vertolyotları vuranlardan kimsə irəli çıxıb sinəsinə döyüb deməmişdi ki, vertolyotu vuran mən olmuşam, hamısı biri o birini nişan vermişdi. 3-cü vertolyotun vurulub məhv edilməməyinin bir səbəbi pilotların ustalığı, manevr edərək hədəfdən yayına bilməsi idisə, digəri dəfələrlə olduğu kimi, yenə də rus istehsalı olan atıcı silahların işə yararsızlığı idi.
Yuxarıdakı abzasda adı gedən general-leytenant Qraç Amayakoviç Andresyan 1981-84-cü illərdə Şimali Qafqaz Hərbi Dairəsi Komandanının 1-ci müavini - Ştab rəsi, ondan əvvəl isə Varşava Müqaviləsi İştirakçısı Dövlətlərin Silahlı Qüvvələrinin Çexoslaviyadakı rəsmi təmsilçisi olub, Krasnodarda doğulub böyüsə də, könüllü Dağlıq Qarabağa gəlmişdi. Ermənistan Müdaiə nazirinin hərbi əməliyyatlar üzrə birinci müavni təyin olunmuş, Şuşa, Laçının işğal planını hazırlayıb icra etmişdi.
Bu o zaman idi ki, Azərbaycan Silahlı Qüvvələri (ordu, polis, təhlükəsizlik, könüllülər) Ağdərə, Tərtər, Goranboy istiqamətində uğurlu hərbi əməliyyatlara başlamış, erməni silahlılarının nəzarətində olan bir sıra strateji yüksəklikləri ələ keçirmiş, 23 kəndi ermənilərdən təmizləmişdi. Artıq ermənilər Xankəndi və Qarabağdan köçüb getmək üçün koridor istəyirdilər.
Elə ona görə də əvvəlcə ümumxalq sevgisi, etimadı qazanmış Azərbaycanın Müdafiə naziri general-leytenant Valeh Bərşadlı (Andresyanın birbaşa rəhbəri olmuşdu!), ardınca da Daxili İşlər naziri general-mayor Məhəmməd Əsədov dərhal “öndən” alınaraq “arxaya” atılmış, cızılmış ssenarinin gerçəkləşməsinə əks-təsir imkanlarından mərhum edilmişdilər. Moskvanın iradəsi ilə onların yerinə gətirilən Müdafiə və Daxili İşlər nazirlərinin adlarını yazmaq da utanvericidir.
...Xocalı qırğınının intiqamını almaq üçün fürsət gözləyən Milli Qəhrəman Əliyar Əliyevin komandir olduğu Qubadlı alayının topçuları (Qurban müəllim, Qiyas, Nurəli…şükür ki, salamatdırlar, dava həsrəti ilə, yenidən savaşmaq arzusu ilə qaçqınlıq ömrünün əzabını yaşayırlar) yuxarıların əmri olmadan daşnak yuvası Gorus şəhərinin altın üstünə çevirmişdilər. Erməninin yatsa yuxusuna da girməzdi ki, meşə yolu ilə dağ-dərələrə Gorusu vura bilən toplar dartıb gətirmək olar. Moskvadan “Vesti” proqramının verdiyi məlumata görə, ölənlərin sayı 300-ü keçmişdi. Ermənistanda üç günlük matəm elan edilmiş, goruslular şəhər merini və komendantını elə həmin gün biabırçılıqla qovalamışdılar.
1992-ci ilin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik ön sıra diversiya qrupu “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Laləzar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, həm strateji yüksəklikləri ələ keçirmək, həm də bu qisası almaq məqsədi ilə sərhədi keçmişdi. Özünümüdafiə dəstəmiz yerli polislərlə birlikdə zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrupu xeyli irəli buraxıb, mühasirəyə almışdı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə bir neçəsi də goruslu yerli erməni olan 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ “Niva”lı Karlenin (cəsədi elə uzun idi ki, bortlu UAZ-dan bayıra çıxmışdı) meyidi iki gündən sonra 26 Xocalı əsirinə dəyişdirildi.
Gorusun Şırnıx (Şurnuxu) kəndində yerləşən qərargahın dağıdılıb 40 rus-erməni əsgərinin əsir götürülməsini əks etdirən canlı video-lentdən kadrlar əvvəllər televiziyalarda tez-tez göstərilirdi. Ancaq o gün Qubadlıda yaşananlar, müdafiə və daxili işlər nazirlərimizin az qala o əsirlərin ucbatından rayonda qırğın törətməyə qalxması da faktdır. Əsirlər elə həmin gün Bakıdan göndərilən yüksək rütbəlilərin müşayiəti ilə Moskvaya, oradan isə İrəvana yola salındı. İrəvanın Teatr meydanında onların qarşılanma mərasimini Ermənistan televiziyaları göstərirdi…
91-in mayında Yuxarı Cibiklidə, 92-nin 12 oktyabrında Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də erməni belə ağır itkilərə məruz qalmışdı. Erməni bu idi-qabaq-qənşər döyüşdə həmişə belə rəzil günə qalırdı. Camaat uşaqdan-böyüyə torpağın belə qoruyurdu, intiqam almaq həvəsi ilə yaşayırdı. Ermənilərin bunların intiqamını almağa hazırlaşdığı gözlənilirdi, bütün günü ratsiyalarda söyüş, deyib gülmək, musiqi dueti, rəngbərəng rabitə əlaqələri də bunu deyirdi. Ona görə sərhəd postlarında sayıqlıq artırılmışdı. 28 il əvvəl hər üç erməni vertolyotunun vurulması da yurdu-ailə, uşaq, ev-eşik, torpağını göz bəbəyi kimi qoruyan igidlərin bu ayıq-sayıqlığının nəticəsi idi.
92-ci ilin 12 dekabrında 1 tank “T-72” Seytas kəndi yaxınlığında, daha 2 “T-72” tankı 93-ci ilin 27 iyulunda Yazı düzündə qabaq-qənşər döyüşdə ermənilərdən qənimət alınmışdı.
Azərbaycanın igid oğlu Əliyarın 1992-ci ilin 30 oktyabrında bir qrup döyüşçü ilə 6 aydır yağı tapdağında olan Laçının 30-dan çox kəndini partizan savaşı ilə, qəfil zərbələrlə azad etməsi hərb tariximizə yazılası hadisə idi. Əliyar dəstəsi Laçın şəhərinə çatmağa, koridoru başlamağa 2 kilometr qalmış Qanlı zəmi, Şurum təpəsi deyilən yerdə qətlə yetirildi.
Digər bölgələrimizdə də eynilə belə uğurlu döyüşlər olmuşdu.
1992-də Cəbrayılın özünümüdafiə dəstələrinin Dağlıq Qarabağın qonşu Hadrut rayonun 15 erməni kəndinin əhalisinin birinin də burnunu qanatmadan maşınlara yığıb Moskva və Bakıdan göndərilmiş yüksək vəzifəlilərin hay-küyünə, hədə-qorxularına baxmayaraq 8-10 saatlıq dinc danışıqlardan sonra Qubadlının Yazı düzündən Gorusa yola salınması, ondan əvvəl rus hərbçilərinin dinc yolla silah-sursatlarının əllərindən alınması (“Ziyalılar batalyonu”nda maarif-təhsil şöbəsinin müdirindən başlamış, baş həkim, jurnalistlər var idi və döyüşlərin, düşmənin önündə onları əlisilahlı görmək həm kədərli, həm qürurverici idi), Zəngilanlı döyüşçülərin Qafanın başı üstündəki Seyidlər, Qazançı, Ağkənd, Dərəli kəndlərini azad etməyi, Füzulidə “Üctəpə” və “Məngələnata” yüksəkliklərinin erməni hərbi birlşmələrindən azad edilməsi əməliyyatı...Laçının işğalından 54 gün sonra mayın 23-də 19 Laçınlı (Oğuldərə-Məhəbbət Kazımovun kəndi, Qorçu, Alıqulu sakinləri, aralarında da Tovuz, Dəvəçidən olan 2 əsgər) ağır müsibətlərdən sonra sağ-salamat düşmən əhatəsindən mühasirədən keçib Qubadlıya çatmışdı, hərbi hissə qərargahında onların siyahısını alıb xəbərini yaydım, televiziya, radio ilə oxunan bu xəbərdən sonra onların rayona axışan yaxın-uzaq şəhər, rayonlarındakı doğma, əzizləri ilə görüş səhnəsi gözlərimin qarşısındadır. Belə faktlar onlarladır. Bütün yuxarıda xatırlatdığım bu faktlar həm də 1996-cı il sentyabrın 13-də mərhum Prezident Heydər Əliyevin Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar olaraq bu bölgələrin ictimaiyyət nümayəndələri ilə görüşündə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Əvəz Hüseynquliyev, Dövlət müşaviri Nurəddin Sadıqov və digər rəsmilərin çıxışlarında da eynilə səslənib ( “Xalq qəzeti”, 14 -17 sentyabr 1996-cı il.)
O vaxtlar televiziya, radioların xəbər proqramları, rəsmi qəzetlər tez-tez bu sətirlərin müəllifinin cəbhə bölgələrindən - Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzulidən verdiyi xəbərlərlə açılırdı; AzərTAc-ın xüsusi müxbiri Hacı Nərimanoğlu xəbər verir...
1993-cü ilin avqustun son 10 günü yaddaşımda ən ağrılı günlər kimi qalıb; hər gün Füzuli, Cəbrayıl, Qubadlıdan xəbərlər verirəm; eynilə Şuşa, Laçında olduğu kimi, yuxarıdan verilən əmrlə düşmənlə döyüşməli ordu hissələri sərhəd bölgələrindən hamısı canlı qüvvəsi, texnikası ilə birlikdə çox böyük mütəşəkkilliklə rayonları tərk edib çıxırlar. Eyni ssenari ilə bir-bir rayonları təkləyib alırlar, sadə, açıq görünən planla və arxayındılar ki, Azərbaycan toparlana bilmir, artıq məğlubiyyələ barışıb, çətini birinci dəfədir...Əliyalın camaat təpədən dırnağa qədər silahlı, bu ellərin qanına susayan erməni ordusu ilə üz-üzə qalıblar. Yollar insan seli ilə doludur.
Başçının kabinetindən, poçtun tək bircə hökumət rabitəsindən, Xudafərin SES-dən xəbərlər verirəm “Qubadlı kömək gözləyir”, “Qubadlıda Xocalı qırğını təkrar oluna bilər”, “Erməni ordusu Cəbrayılın dağ kəndlərini aldı”, “Ermənilər Qubadlının Həkəri çayı boyu kəndlərinə üstündə “Qusar”, “Lənkəran” yazılmış tank, BTR-lərlə girib” (1918-20-ci illərdə “Allahü-əkbər” sədaları ilə girirdilər-H.N), “Xanlıq kəndinin özünümüdafiə dəstələri son gülləyə qədər savaşdı”, “Qubadlı ziyalılarının müraciəti”, “Milli Ordu hissələri mülki əhalini erməni silahlı dəstələri ilə təkbətək qoydu”, “Zəngilan və Qubadlı erməni mühasirəsində qalıb”...
Sonralar operator qızlarımız danışırdı ki, hər sənin səsin gələndə biz də sənin səsini dinləyib yaza-yaza hönkür-hönkür ağlayırdıq. Direktorumuza, müavinlərinə zəng edirdim, yalvarırdım ki, vəziyyəti çatdırın yuxarılara. Arıq, sısqa səsinin boğulduğunu hiss etdim: -Oğul, burda hamı hər şeyi bilir, özünü qoru, ailəni, uşaqlarını çıxart...
Mən də 1993-ün sentyabr, oktyabrında hələ əlimizdə qalan, müdafiəsi, geri qayıdışı üçün hər hansı tədbir görülməyən Zəngilanda, Qubadlının əlimizdə qalan kəndlərində ağır, üzüntülərlə də olsa, “müqəddəs vəzifə borcumu yerinə yetirirəm”. Mətndə kopyaları verilmiş bu kiçik xəbərlər - qəzet kəsikləri mənim AzərTAc-ın cəbhə bölgələri üzrə xüsusi müxbiri olaraq Zəngilan, Cəbrayıl, Füzulidən verdiyim sonuncu xəbərlərdir; “83 gün düşmən arxasında”, “Dövlət bayrağını xilas etdi”, “Bu, əsl döyüş idi”, “Xilaskar sürücü”, “Xudafərin körpüsü zədələnmişdir”...
Əliyarın batalyonundan az bir hissə, çoxu da yerli əsgər, zabitlər Ulaşlı kəndində (Ulaş oğlu Salur Qazan yavrusu-Dədə Qorquddan) qalıblar, nə qalın deyən var, nə çıxın. Rayon İcra Hakimiyyətinin, polis şöbəsinin bir neçə işçisi də Xocahan kənd məktəbinin boş qalmış otaqlarında məskundur, Bakıdan heç bir kömək almayan Zəngilanın da getməyinə sayılı günlər qalıb, hamı əlin üzüb. Cəbrayılın Cocuq Mərcanlısında təkcə o kəndin sakini Oktay ailəsi ilə qalıb, (2-3 xəbərimin də “qəhrəmanı” o olub), Füzulinin bəzi kəndləri bizdədir.
...1990-cı ilin 21 yanvarında fövqəladə vəziyyət elan olunmuş sərhəd bölgəsi Qubadlıya “təşrif gətirən” çağırılmamış qonaqlar - 300 nəfərlik rus desant dəstəsi ən müasir texnikası ilə rayon mərkəzindəki “Bərgüşad” mehmanxanasında və Ermənistanla sərhədlərdə lövbər salmışdı. Əliyarla birlikdə osetin komandir, podpolkovnik Zavqayevlə biz münasibət qurmuşduq, komendant Beryozkinlə də hamısı yerli yurdsevər adamlar olan rayon rəhbərləri, dil tapmışdıq ki, yerli özünümüdafiə dəstələrinin əlində olub qalan silah, sursat, azsaylı texnikamız alınmasın, maneçilik törədilməsin, hərdən imkan verilsin Ermənistan tərəfə biz də cavab verək. Həmkəndlim, qonşu və qohumum olan mehmanxana müdirinin kabinetini zəbt etmiş o osetinin könlün, ruhun, dilin elə tapmışdıq ki, ovqatının xoş məqamında seyfdən hərbi xəritəni çıxarıb masa üzərinə sərdi, işarələnmiş əraziləri göstərdi; rəsmi Bakı Moskva ilə dil tapmasa, Rusiyanın istəyi yerinə yetməsə, bu rayonlar, DQMV ətrafı, sərhədboyu bütün bu mövqelər əlinizdən gedəcək, özünüzü həlak etməyin, bu siyasi məsələdir... Bunu həm də ona görə xatırladıram və bu gün də o fikirdəyəm neçə ki, Dövlət və Ordunun yuxarı mərtəbəsi rus-erməni yandaşlarından təmizlənməyib, Minsk Qrupu üçlüyü-Rusiya, ABŞ, Fransa (bu formatdan çoxdan imtina edilməli idi!) birmənalı şəkildə Ermənistanın tərəfindədir...bütün epizodik, pərakəndə hərbi əməliyyatlar uğursuzluğa məhkumdur.
Əsgər ancaq torpaq uğrunda can verməli, Şəhid olmalıdır...Ona görə də gəlin özümüz özümüzü çox da suçlamayaq-qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər, filan. Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduz, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük savaşa və qayıdışa hazır olmalıyıq!
Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənov 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi.[23] İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan, hərəkətlərində Rusiya amilini indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar.
Heç nə, heç kim unudulmur! [24] Qeyd: Bu yazı 7 iyul 2020-ci ildə “525-ci qəzet”də çıxanda, saytlarda yayılanda Vətən müharibəsinin başlamağına hələ 77 gün qalırdı.
- 44 Günümüz – Zəfər, Şərəf Tariximiz. Savaş günlərinin yazıları
Haqq savaşı "Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da
Dövlətimiz, xalqımız və qüdrətli ordumuz Qarabağda haqq savaşı, işğaldan qurtuluş savaşa başladığı bu tarixi günlərdə müqəddəs kitabımız olan "Qurani-Kərim"dəki savaş, cihad, torpaq, vətən uğrunda döyüşün savab və vacibliyinə güzgü tutan ayələrin, Şəhid, Qazi adının ucalığına, eləcə də Ana Kitabımız olan “Kitabi-Dədə Qorqud”un öyüd, vəsiyyət, kəlamlarına bir qismini seçib insanlarımızın diqqətinə təqdim edirəm.
"Allah yolunda savaşın sizinlə savaşanlarla. Ancaq təcavüz etməyin. Təcavüzkarları sevməz Allah. Harda yaxalasanız öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxarın onları..."
Bəqərə, 190-194;
"Ey iman sahibləri, qisas alırsınızsa, yaşayırsınız deməli, beləcə qorunursunuz Allahın əzabından".
Bəqərə, 179
"Fitnədən əsər-əlamət qalmayana qədər onlarla savaşın".
Ənfal, 39
"Sizə qarşı hərb açıldığı üçün, zülmə uğramanız səbəbi ilə cihada izin verildi".
Həcc,39
"Qüvvəniz yetən qədər qüvvə yığın, savaş atlarını hazır saxlayın ki, qorxuya salasınız Allahın və sizin düşməninizi".
Ənfal, 60
"Küfrü artırmaq deməkdir savaşı başqa aya keçirmək. Bununla kafirlər azdırırlar sizi".
Tövbə, 37
"Ey Peyğəmbər! Savaşa qalx kafirlərlə. Budur o böyük qurtuluş".
Tövbə, 73
***
Məhəmməd Peyğəmbər (s.ə.s), Həzrət Əli (r.a), İmam Hüseyn (r.a)... doğma torpaq, din uğrunda, Allahın sevmədiyi, öldürməyi əmr etdiyi təcavüzkarlarla savaşda Qazi-qalib, ya da Şəhid olmağın yolunu, nümunəsini, mərtəbəsini də göstəriblər özlərindən sonra gələn islam ümmətinə, müsəlmanlara. Bədir, Hüneyn, Əbtac, Xeybər döyüşlərində Peyğəmbərimiz özü öndə getmiş, hücum, müdafiə planları qurmuş, sərkərdəlik etmiş, hər dəfə qalib olmuşdu. Uhud döyüşündə oxlu yara alıb al qana qərq olan Peyğəmbərimiz özünün sonuncu oxlarını da yanında vuruşan Əbu Vənnasa verərək deyib: - Al bu oxları da at, vur düşməni! Peyğəmbərimizin qılıncı üzərində yazılmışdı: "Qorxaqlıqda ar və zillət, irəli atılmaqda şərəf və izzət vardır".
Türklüyün ulu abidəsi olan "Kitabi-Dədə Qorqud"dan - Ana kitabımızdan gələn Ata öyüdləri də bu şərəfli savaş günlərində bizim üçün güclü mənəvi istinadgahdır:
Qazan xan durub söylədi:
- Uca Tanrıdan səs gəldi.
Beyrək mənə süs gəldi -
Niyə qanım yerdə qalıb?
Alın onun qisasını...
...Əlavə şərhə, hansısa izahata ehtiyac varmı?!
Zəfər bizimdir! Qarabağ Azərbaycandır! [25]
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı:
Zəfər sənin olacaq, Azərbaycan Ordusu!
27 sentyabr 2020-ci il tarixdə səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə, geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır. Hərbi və mülki əhali arasında ölənlər və yaralananlar, dağıntılar var. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfalar diləyirik.
Milli Ordumuzun hissələri düşmənin hücumunu dəf edərək, işğal altında olan bir sıra ərazimizi azad etmişdir.
Birliyimizin İdarə Heyəti və Ağsaqqallar Şurası Milli Ordumuzun qətiyyətli hücumunu dəstəkləyir, hər an mümkün köməyə hazır olduğumuzu bildiririk. Ordumuza zəfərlər arzu edirik, xeyir-dualarımız Ordumuz, döyüşən əsgər və zabitlərimiz üçündür.
Xalqımıza, Dövlətimizə, Ordumuza sonadək qətiyyətli olmağı, güc, iradə, birlik, qələbələr arzulayırıq.
Zəfərlər səninlə olsun, Azərbaycan Ordusu![26]
Sədr: Hacı Nərimanoğlu
Tarixin acı dərslərindən ibrət alma, qisas zamanıdır
10 minlik nizami ordu hissəsinin başında Zəngəzurun yuxarı hissəsini qan içində məhv edən general Andronik Ozanyanın seçmə qoşun hissələrini xalq qəhrəmanı Sultan bəyin (Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanovyn qardaşı) başçılıq etdiyi silahlı könüllülər, partizan dəstələri Laçının Zabux dərəsində mühasirəyə alıb qırmış, ardınca ən yüksək strateji əhəmiyyətli yüksəklikləri azad edərək möhkəmlənmişdi (təəssüf ki, məktəblərimizin tarix dərsliklərində belə uğurla hərbi əməliyyatlar, ermənilərə vurulan yaralar barədə məlumatlar yazılmır). Acı təəssüflər olsun ki, Cümhuriyyət Hökumətinin Zəngəzur qəzasına göndərdiyi qoşunların rəhbərliyindəki erməni əsilli xəyanətkar zabitlər Baş qərargahda hazırlanmış planı -"Zəngəzur əməliyyatı"nı 200 min rubla ermənilərə satıb qazanılmış qələbələri heçə endirmiş, yüksəklikləri əldən verib qoşunu acı məğlubiyyətə düçar etmişdilər. Bunun ardınca 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının aşağı hissəsində Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanmışdı. Qaniçən, qisasçı erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib.
Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə aman verilməyib. Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.
Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən müsəlman kəndlərində hər kəsi belə sonun gözlədiyini söyləsin.
Bundan sonra aşağı Zəngəzurda Cümhuriyyət qoşunların hərbi əməliyyatlara başlaması erməni başbilənlərini bu dəfə başqa yol seçməyə vadar etdi. Erməni xisləti bu dəfə də başarılı oldu. Cümhuriyyət Hökuməti və Parlamentinin rəhbərlərinin humanist, insani, səmimi, əxlaqlı mənəviyyatına yaxşı bələd olan ermənilər Azərbaycan tərəfini bu dəfə yalançı sazişlə aldada bildilər. 1919-cu il 23 noyabrda Tiflisdə Azərbaycan və Ermənistanın hökumət başçıları ABŞ və Gürcüstan təmsilçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə sazişə qol çəkirlər. Bu saziş o günlərdə imzalanmışdı ki, dörd gün qabaq axıdılan qanlar hələ qurumamışdı.
Ermənistan hökumətinin nümayəndəsi baş nazir Xatisov və Azərbaycan hökumətinin nümayəndəsi baş nazir Usubbəyov arasında imzalanmış sazişin mətni belədir: “Ermənistan və Azərbaycan hökumətləri indi baş verən düşmənçilik hərəkətlərini dayandırmağı və bir daha silaha əl atmamağı öhdələrinə götürürlər. Ermənistan və Azərbaycan hökumətləri dinc mal mübadiləsi üçün Zəngəzura aparan yolların təmiri və açılması məqsədilə təsirli tədbirlər görməyə razıdırlar. Sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli məsələlər ilə bağlı növbəti paraqrafda xatırladılan konfrans tərəfindən qərar qəbul edilənədək Ermənistan və Azərbaycan hökumətləri bu məsələləri sülh sazişləri vasitəsilə həll etməyi öhdələrinə götürürlər. Əgər bunu yerinə yetirmək mümkün olmazsa, hər iki hökumətin qərarına tabe olmağa razılaşdığı hakim kimi hər hansı bir neytral tərəf seçilməlidir. İndi belə bir neytral tərəf Birləşmiş Ştatların ordu polkovniki Ceyms Reydır. Ermənistan və Azərbaycan hökumətləri təcili surətdə çərşənbə günü, noyabrın 26-da Bakıda görüşməli və Tiflisdə konfransın başlanmasını dekabrın 4-dən təxirə salmamalı, bərabər sayda nümayəndə təyin etməyi öhdəsinə götürürlər. Ümumi razılığa əsasən konfransın keçiriləcəyi yer dəyişdirilməzsə, konfransın iclasları Tiflisdə davam edəcəkdir. İki hökumət arasında mübahisə və ixtilaflara səbəb olan bütün məsələlər bu konfransın müzakirə obyekti olacaq. Konfrans bu və bu qəbildən olan bütün məsələləri saziş və arbitraj yolu ilə həll etmək hüququna malik olacaqdır. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir, hər iki hökumətin parlamentləri tərəfindən təsdiq edildiyi gündən daimi sayılır. Ermənistan və Azərbaycanın baş nazirləri öhdələrinə götürürlər ki, onların hökumətləri yuxarıda ifadə olunmuş müqavilənin bütün bəndlərini dönmədən müdafiə edəcək və yerinə yetirəcəklər. Bunu sübut etmək üçün onlar bu müqaviləni imzalayırlar. Müqavilə üç nüsxədə: ingilis və rus dillərində, Tiflisdə 1919-cu il noyabrın 23-də tərtib edilmişdir. Onun bir surəti müttəfiqlərin ali komissarının nümayəndəsinə, bir surəti Ermənistanın baş nazirinə, bir surəti isə Azərbaycanın baş nazirinə göndərilir. A.Xatisov, Ermənistanın baş naziri, N.Usubbəyov, Azərbaycanın baş naziri aşağıdakıların iştirakı ilə imzalanmışdır: Gürcüstanın xarici işlər nazirini əvəz edən müvəqqəti baş nazir, Müttəfiqlərin ali komissarı-Birləşmiş Ştatlar Ordusunun Baş qərargahının polkovniki».
Noyabrın 23-də Tiflisdə imzalanan bu sazişin heç mürəkkəbi qurumamış AXC Hökuməti az sayda qüvvələrini Zəngəzurdan geri çəkdi. Bu dəfə Erməni Milli Şurasının da (erməni hər zaman ilk növbədə ermənidir-daşnakı da, bolşeviki də, ziyalısı da, əli qabarlı kəndçi, ustası da) da açıq dəstəyi ilə bu dəfə qaniçən Njdenin (erməni başçıları dinc, əliyalın mülki müsəlman türklərin qətliamında amansız, qəddar vəhşilikdə biri-biri ilə yarışmış kimi görünürlər) quldur dəstələri Zəngəzurun aşağı Qafan, Meğri, Qubadlı bölgəsini qan içində boğdu. Naxçıvanla Azərbaycanın qalan hissəsi ermənilərin əlinə keçmiş, 4 mindən çox insan amansızlıqla qətl edilmişdi. Xarici İşlər Nazirliyi isə nota dalınca nota verməkdə idi. Azərbaycanın Xarici İşlər Naziri Məmmədyusif Cəfərov noyabrın 29-da Ermənistan xarici işlər nazirinə Ermənistan hökumətinin 23 noyabr sazişinə xilaf çıxdığına görə etiraz teleqramıda deyilirdi: “Noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri arasında Zəngəzurda silahlı toqquşmaları dərhal dayandırmaq və bütün mübahisəli məsələlərin həllini çağırılacaq Azərbaycan Ermənistan konfransının öhdəsinə buraxmaq barəsində razılaşma olmuşdur. Bununla yanaşı indi Sizin hökumətin qoşunları tərəfindən Zəngəzurda Oxçu, Pirdavidan, Atqız, Şabadin, Anişu və Quşçular kəndlərinin talan edilməsi haqqında məlumat alınmışdır. Çoxlu ölənlər var, Girətağ kəndi və bütün ətraf müsəlman kəndləri ilə bütün əlaqələr kəsilmişdir və bu kəndlər erməni quldur dəstələri tərəfindən mühasirəyə alınmışdır”.
Baş nazir F. Xoyski 4 fevral 1920-ci ildə Ermənistanın Baş naziri Xatisova ünvanladığı teleqramda yazırdı: «Zəngəzur müsəlmanlarının tamamən yox edilməməsi üçün Azərbaycan Ordusundan bir miqdar əsgəri qüvvə o bölgəyə göndərilmişdir və bu, 23 noyabr 1919-cu il anlaşmasına zidd deyildir.» Bu da gecikmiş qərar idi. Artıq Zəngəzurda barmaqla sayılacaq qədər salamat kənd qalmışdı.
101 il əvvəlin bu tarixinə ekskurs etməkdə məqsədim var. İkinci Qarabağ savaşında da xeyli belə xəyanətlər olub. Birini xatırladım; 1918-19-cu illərdə müsəlman kəndlərinə “Allahü-əkbər!” nidaları ilə girən erməni quldurları, 1992-93-cü illərdə Cəbrayılın dağ kəndlərindən 7 batalyonun hamısının yuxarıdan verilən əmrlə çıxarılıb əliyalın insanları azğın düşmənlə üzbəüz buraxdığı Qubadlının Həkəri çayı boyu kəndlərinə üstündə “Lənkəran”, “Qusar” yazılmış tank, BMP-lərlə, Azərbaycan musiqisinin sədaları altında girmişdi.
27 sentyabrdan Qarabağ torpağında bütün tarixi şərəfsizliklə, xəyanətlə dolu olan ermənilərlə (erməniliklə), işğalçı ordu ilə qanlı döyüş gedir (Ulu Tanrı əsgər, zabitlərimizi hifz etsin, güc, qüvvət versin!), xeyli uğur əldə olunub, dogma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşayan insanlarımızda böyük ümid, inam yaranıb, minlərlə günahsız insanımızın alınmamış qisasları, bizdən incik qalmış ruhları bizi qələbəyə səsləyir. Vətəndaşlarımızı tariximizin dərslərini unutmamağa, ibrət almağa, şəhid qanları ilə suvarılmış torpaqlarımıza qayıdışımız, ölkəmizin bütövlüyünün təmin olunması, daha güclü Vətən naminə hər kəsi, hamını qələbə naminə milli birliyə çağırırıq.
Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Xankəndi, Xocalı… alınmadan durmaq bağışlanmaz səhv olardı, yalnız tam qələbədən sonra masa arxasında oturmaq var. Durmaq yox, son qələbəyədək davam.
Xalq Sizdən düşmən üzərində tam qalib sərkərdə kimi adınızı tarixə yazmağı gözləyir və buna inanır, cənab Prezident, Ali Baş Komandan və canımızın, cismimizin bir parçası-Azərbaycan Ordusu![27]
İşğalçı erməni, xaçını da götür get, gəlirik!
Qubadlı rayon mərkəzindəki bu binanın bəri başdan 1-ci giriş, 3-cü mərtəbədəki mənzil mənim, o birilər Şəhidimiz Bəhmənin, Mehman, Allahverdi, Fehruz, Qabil, Rahidindir, inşAallah, tezliklə hamımız qayıdacağıq. Balkonlardan asılan yorğan-döşəklərdən göründüyü kimi, xeyli erməni ailəsi də yaşayıb, təbii ki, artıq indi qaçıb gedirlər. Xarabalığa çevrilən yerdə Ticarət mərkəzi, arxasında uşaq bağçası var idi və orada 2-ci tabor yerləşirdi. İzi qalıb, yenidən tikərik.Erməni, gedəndə bu binanı dağıtmadınsa, içi təpili qoyub gəldiyim mənzilimdə nə varsa, haramxoşun olsun, onsuz da murdarlanıb, heç nəyə əlimi vuran deyiləm, götür apar, 28 ildi qarovulun çəkmisən yolumuzu gözləyərək, səksənə-səksənə. Ancaq...əgər qalıbsa, istəyərdim kitablarım qalsın. Mənzildə sovetin vaxtında aldığım o finski stenka mebelin bütün gözlərinə kitablarımı yığmışdım, xanımın cer-cehizi açılmamış bağlamalarda alt gözdə qaldı. İstitutu yalnız “əla” qiymətlə oxuyurdum, həm də təqaüdə görə, hər ay təzələrinə çox gücüm çatmasa da, “Bukinist”dən azı 5-10 kitab almağın xatirinə. Rayonda ən böyük şəxsi kitabxanalardan biri Saray kəndindəki evimizdə idi, bir otağımız ancaq kitabxana idi. Qardaşım Dostəli də, mən də bütün çoxcildliklərə abunəydik, dil-ədəbiyyat müəllimi idik, çörəyimiz qələmdən çıxırdı. Söz kitabdan düşmüşkən... Sovetin dağılan vaxtıydı. Gördüm raykomun zavxozu Nuruş kişinin oğlu Vidadi dayı partkabinetin zalından kitabları daşıyıb zibilxanada yandırmağa aparır. İçində də xeyli erməni kitabı, bizdə elə nəfisləri çox az olurdu, mehriban qonşuluq vaxtlarında tez-tez Qafan, Gorusdan gəlib gedən olurdu, məhsul bayramı, bayraq-filan, bu namərdlər həmişə hədiyyə yerinə kitab verirdilər, biri-birindən gözəl rəssamlıq əsərləri, tarixi yerlərin albomları, içi saxta tarixlə dolu nəfis kitablar. Heyfim gəldi, yığıb gətirdim evə, balkonda ağzı
bağlı qaldı. Erməni, bir də foto albomlarımı aparma, sənin nəyinə lazımdı mənim şəkillərim. Uşaqlıq, tələbəlik albomlarım ayrıca idi, ancaq institutdan sonra Kosmodrom Baykonurda hərbi xidmətimin yadigarı o albomumun xüsusi yeri var içimdə, kosmonavtlarla, generallarla birgə fotolarım var idi orda, son səhifəsində erməni Onik Dovlatyan adın həkk eləmişdi, dəmirdən yonulmuş Kosmik gəmi də düzəltmişdi. Rəngli televizorun (rayona 3-ü gəlmişdi, 1-i mənə çatdı) üstündə qoymuşdum, alçaq elə düzəltmişdi ki elə bilirdin startdadı, bu saniyə göyə uçacaq, altda alovu, içində kosmonavt əksi, sizinkilər bəzi şeyləri bacarır axı, əlinə belə şeylərdən kalan pul gəlirdi, “xozvod”un donuz fermasında dəzgah qurmuşdu, hətta, özünə fəhlə soldatlar da tutmuşdu, komandirlərə də görüm-baxım edirdi...Başqa heç nə, hara ermənisisən bilmirəm, ancaq xaçını da çıxart, apar, rədd ol, get. Son gedişiniz olacaq bu dəfə, artıq biz də dərsimizi aldıq, bir də aldanmarıq. Savaşa davam – ağılla, silahla, sözlə![28]
Bunun adı ermənilikdir...
Qarabağ uğrunda savaşa sonadək davam xalqın istəyidir
“Bütün tarixi məkr, hiylə, alçaqlıqlarla dolu olan, yalanı, yaltaqlığı, böhtanı dövlət siyasətinə çevirən Ermənistanın Moskvada əldə olunmuş atəşkəs razılaşmasının mürəkkəbi qurumamış Gəncə və digər şəhər, kəndlərimizi hərbi-siyasi havadarlarının havayı verdiyi top, raketlərlə atəşə tutması bunun yeni əyani sübutudur. Üz-üzə döyüşdə, savaşda həmişə rəzil, miskin durumda qalan ermənilərin əvvəlcə dünya liderlərinə minnətçi düşüb atəşkəs üçün vasitəçilik etməsinə yalvarması, ardınca imzalanmış sənəddən riyakarcasına imtinası, Azərbaycan iqtidarının humanist addımından bəhrələnib vaxt qazanaraq əzilmiş, sındırılmış hərb maşınını təmir etmək istəyi bu murdar xislətin təzahürüdür.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası xain saldırılarda həyatını itirən həmvətənlərimizə Uca Tanrıdan rəhmət, əzizlərinə səbir, yaralılarımza şəfalar diləyir. Sentyabrın 27-dən başlanan Milli Qurtuluş Savaşı ilə xalqımızın iradəsinin, yekdil düşüncəsinin qətiyyətli ifadəçisinə çevrilən Ali Baş Komandan İlham Əliyevə müraciət edərək, işğal altında olan torpaqlarımız son kəndinə qədər tamamilə azad edilən günədək Ermənistanın və havadarlarının sülh, danışıqlar çağırışından imtinaya çağırırıq.
Prezident, Ali Baş Komandanımızın bu tarixi şansı, xalqımızın, ordumuzun döyüş ruhunu, qələbə əzmini Zəfər gününədək fasilə vermədən son qələbəyə aparacağına inanırıq.
Xalqımız sizinlədir, zəfərlər səninlə olsun, Milli Ordumuz, Sizə inanırıq, güvənirik, cənab Ali Baş Komandanımız!
Sədr: Hacı Nərimanoğlu”[29]
Azərbaycan qələbəni rəsmən sənədləşdirməyi bacarmalıdır
Azərbaycanın sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı müharibənin hərbi-strateji planlamasındakı peşəkarlıq, yeni orijinal yanaşma, novatorluq artıq dünyanın bir çox ölkəsinin hərbçiləri tərəfindən yüksək dəyərləndirilib, bundan sonra da uzun illər öyrəniləcək, hərb və tarix kitablarına salınacaqdır. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdəki ən mühüm strateji mövqelərdə möhkəmlənmiş erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında aciz, gücsüz, miskin duruma düşməsi, darmadağın edilməsi video-faktlarda, Müdafiə Naziliyinin, eləcə də Ermənistanın rəsmi qurumlarının yaydığı görüntü, çıxışlarda appaçıq görünür.
Görünən dağa bələdçi nə lazım?! Ermənistanı, dılqır “dağlıq qarabağ respublikası” (dqr) adı verdiyi bic uşağı doğub, əmizdirib, bələyib yekəldən, həm də Azərbaycanın üstünə qısqırdan iri buynuzlular, tətikçi dövlətlərin özləri də çarəsiz, pat vəziyyətdə qalıblar, kömək, yardım filan da yetərsiz qalıb, “erməni mifi”, hərb maşını tamam sıradan çıxarılıb.
İnanırıq ki, savaşda qazanılan qələbə sonrası Azərbaycan və Türkiyənin qardaş Prezident, Ali Baş Komandanları yüksək nüfuzları, qətiyyətli diplomatik məharətləri ilə masa arxasında siyasi danışıqlarda davam etdirib, yaxın gələcəkdə bu razılaşmaların, sazişlərin rəsmiləşdirilməsinin təməlini qoyacaqlErmənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından, genosidi tanıtma siyasətindən rəsmən, yazılı şəkildə imtina edir, son verir.
2.Azərbaycanla Ermənistan arasında sülhməramlı silahlı qüvvələrin yerləşdirilməsi zərurəti yaranarsa, bu kiçik kontingentli beynəlxalq hərbi qüvvələrdən və qısa müddətli, bir tərəfi mütləq Türkiyə hərbçilərindən olmalı, dqr-dan kənarda-yalnız Ermənistanın Laçın rayonu ilə kiçik sərhəd bölgəsini əhatə etməlidir;
3.dqr-ə muxtariyyət, ermənistanla dqr arasında Azərbaycanın nəzarətindən kənar dəhliz-koridor verilməsi kimi qeyri-sivil məsələlərin müzakirəsindən tamamilə imtina olunmalıdır;
4.Zəngilan-Mehri-Naxçıvan yolunun açılması təmin olunmalıdır;
5.Bunların reallaşmasından sonra, Türkiyə regiona kənar müdaxilələrin qarşısını almaq, dayanıqlı sülhə, tərəqqiyə nail olmaq üçün hərəkətə keçməli, ətlə-dırnağın, yəni Azərbaycanla Türkiyənin arasındakı çibanı kənar infeksiyalardan qoruyub “sağaltmaq” üçün Ermənistanla sərhədlərini açmalı, bu qonşu sərfəli bazarla geniş ticarət, iqtisadi, diplomatik-siyasi əlaqələr qurulması üçün hərəkətə keçməlidir;
6.Perspektivdə regionda sivil qonşuluq münasibətlərinin bərqərar olması üçün İran-Gürcüstan-Azərbaycan-Türkiyə-Ermənistan arasında iqtisadi, humanitar, siyasi aspektləri əhatə edən müqavilə imzalanmalı, reallaşmalı, beynəlxalq strukturlara inteqrasiya həyata keçirilməlidir.
Tarixin verdiyi dərslər bizə öyrədir ki, qonşular daim müharibə, münaqişə şəraitində yaşaya bilməzlər, ona görə də bunlar təkcə xəyali ideya yox, əminəm ki, dəyişən dünyada regionumuzun çox da uzaqda olmayan mənzərəsidir.[30]
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Azərbaycan və Türkiyə Prezidentlərinə məktub göndərib
Məktubda deyilir: “Əziz, möhtərəm prezidentlərimiz!
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etdiyi Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən Qərarın təsdiq olunmasını cani-könüldən alqışlayır, bu mübarək hadisə münasibətilə sizləri təbrik edirik. Bu qərar qardaş xalqlarımızın yekdil arzu və istəyinin ifadəsi, Azərbaycan və Türkiyə Prezidentlərinin siyasi iradəsi, qətiyyətinin təntənəsidir. Yaxşı bilirik ki, 44 gün davam edən savaşda qazanılan zəfər, ölkəmizin 30 ilə yaxın işğal altında qalmış torpaqlarının, o cümlədən Azərbaycan türklərinin əzəli yurd yerləri omuş Zəngəzur mahalının Zəngilan, Qubadlı, Laçın bölgələrinin azad edilməsi Türkiyənin hərbi-siyasi dəstəyi olmadan gerçəkləşə bilməzdi.
1918-1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətənimizin azadlıq, istiqlaliyyəti, Cümhuriyyətimizin paytaxt Bakıya qovuşması, eləcə də Qarabağ uğrunda döyüşlərin şəhidlərinə əbədi sevgi, sayğımızı bildiririk. 102 il sonra əsgər və mehmetciklərimizin bu dəfə yenidən Azərbaycanda və onun ayrılmaz parçası Qarabağda birlikdə olması qürurvericidir, sonsuz fəxarətdir. Türkiyə-Azərbaycan Birliyinin əbədi olması arzusu ilə,
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri D.r Hacı Nərimanoğlu”[31].
Hərbi qələbəmizin səbəbləri barədə
Azərbaycanın sentyabrın 27-dən başlanan Vətən müharibəsində qazandığı qələbə və Şuşanın alınması dünya mediasının gündəmindədir. Bu barədə hələ çox yazılacaq. Savaşda qazandığımız uğurlarımızın səbəbləri barədə fikirlərimi sıra ilə açıqlayıram:
1.Milli Ordumuzun döyüş ruhunun yüksək olması, xüsusi təyinatlı birləşmələrin misilsiz cəsarəti, peşəkarlığı, müasir modern silahlarla, insansız hava aracı - İHA, digər hərbi-texniki vasitələrlə təchizatı;
2.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əzmi, xalqı qələbəyədək aparmaq məharəti, informasiya siyasəti, şəxsi qüruru, komandanlıq keyfiyyətləri;
3.Qardaş Türkiyə Cümhuriyyəti, Ərdoğan kimi dünyanın hesablaşdığı qətiyyətli liderin olması, onun Azərbaycana və Qarabağ məsələsində ədalətli, birmənalı mövqeyi, siyasi iradəsi, ölkəmizə arxa, dayaq olması, TC beynəlxalq arenada diplomatik kanallarla göstərdiyi dəstək, haqq işimizi dünyaya yayması;
4.Xalqın döyüş əzmi, savaş ruhu, milli qeyrət və düşüncəsi, erməni təcavüzünün nəticələrini qəbul etməməsi, əsarətlə barışmamağı;
5.Erməni təxribat, təcavüzünə qarşı qətiyyətli savaşa başlamaq üçün seçilmiş zamanın bizim üçün əlverişli olması (Rusiya və ABŞ-da seçkilər, maliyyə problemləri, sanksiyalarla çökdürülən Rusiyanın Türkiyə ilə hərbi-sənaye kompleksi üzrə bağlanmış çoxmilyardlıq sazişlər, pandemiya və sair);
6.Rusiyanın səssiz razılığı, nisbi bitərəfliyini saxlaması, Ermənistanın baş naziri Paşinyana, Avropa, NATO yönümlü hərəkətlərə görə cəzalandırma izni verməsi.
Daha bir neçə səbəb də əlavə etmək, sıralamanın yerini dəyişmək də olar.[32]
Mən bu qələbənin olacağına inanırdım...
“Bunu həm də ona görə xatırladıram ki, gəlin özümüz-özümüzü çox da suçlamayaq - qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər, filan. Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Ona görə Azərbaycan dövləti, xalqı üçün baş töhməti olan vəziyyət uzanıb. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük qayıdışa hazır olmalıyıq! Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənovun 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan və hərəkətlərində bu amili indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar...”
Bu yazını qəzetdə, saytda, feysbuk səhifəmdə oxuyan bir qisim tanış, qeyri-tanış inam və nikbinliyimi bölüşmədiyini bildirmişdi, “torpaq satılıb, verilib artıq, gecdir” demişdi.
AzərTAc-ın cəbhə bölgələri üzrə xüsusi müxbiri olaraq şahidi olduğum, xəbərlərini ilk dəfə ön cəbhədən yaydığım müharibə xəbərlərini 28 il sonra oxucularla bölüşüb ermənilərin qabaq-qənşər döyüşlərdə necə miskin, qorxaq olduğunu çoxlu faktlarla yazmışdım, əminliklə qurtuluşun yalnız savaşla mümkünlüyünü demişdim.
Təbii, bu inamıma, gözləntimə güc verən amillərin ən irəlisi Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri - təbiətən məğrur, mərdanə, müstəqilliyi, qarşıya qoyduğu məqsədə çatmaq əzmi, iradəsi idi. Gəlin razılaşaq ki, başçısı olduğu dövlətin ərazisinin beşdə birinin - dılğır “dqr”in kənardan idarə olunan Ermənistan kimi bir dövlətin əlində qalmasının ən böyük mənəvi ağrısını Prezident İlham Əliyev çəkirdi və bu vəziyyətdən çıxış yolunu son çıxışlarında daha açıq, səmimi ifadə edir, xalqı böyük dəyişikliyə hazırlayırdı. 2020-ci il mayın 28-də Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında dedi: “Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi."
Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, mövcud beynəlxalq, regional vəziyyəti düzgün qiymətləndirib vaxtında dəqiq qərar vermək, gerçəkliyə çevirmək bacarığı Azərbaycanın yeni imiclə doğuluşunu təmin etdi, həm də öz adına ən şərəfli sözü, titulu yazdırdı: Müzəffər Ali Baş Komandan! Doğum gününüz mübarək, təbrik edirik!
Bu, “525-ci qəzet”in 10 iyul 2020-ci nömrəsində çıxan “Biz döyüşdə uduzmadıq...” başlıqlı 2 səhifəlik yazımdan bir abzasdır: Başlıqdakı 3 sözə qüvvət: Bu, mənim 7 il əvvəlki "Zəngəzura hökmən elliklə qayıdışımız da olacaq!" başlıqlı yazımdır:[33]
"2013-cü il iyunun 7-də Mahir və Fazil adlı iki igid soydaşımız Ermənistan sərhəddini keçərək tarixi, əzəli yurd yerimiz olan Qarakilsə (Sisyan) rayonu ərazisinə gedib Murxuz kəndindəki "Qırxlar" pirini ziyarət etmişdilər. Bu cəsur eloğlularımız 20 ildən bəri yağı tapdağında qalan torpaqlarımızda 14 dəqiqə 45 saniyə çəkiliş də apararıblar. Buyurun baxın...yolumuzu gözləyən o dağlara cəsarətli igidlərin ardınca böyük qayıdışımız olacaq, hökmən![34]
Qubadlının Saray kəndində erməni vandalizmi – Tanınmış jurnalist öz kəndindən yazır
Heç istəməzdim bu videonu- dərd yükünü paylaşım, bölüşüm... Dərd də namus kimidir, gərək özün içində çəkəsən, kədərini başqalarına ötürməyəsən, ancaq ki artıq qabağa düşənlər olub.
Bura mənim dünyaya göz açdığım, ayaq açıb ilk yeridiyim, Vətən sevgimin beşiyi Saray kəndimdir. Bərgüşad çayının həm coşqun qıjnavlı, həm sakit ləm axarlı, Zəngəzur dağ, meşələrinin min dərdin dərmanı olan bulaqlarının bir ana ağuşunda qovuşduğu sularının şirin-şirin zümzüməsi ilə, heç yerdə olmayan növbənöv balıqlarının çıxardığı səslərin mışıltısı altında keçirdiyimiz günlərin şirin, nisgilli, indi bəzi məqamları ilə hər zamankından daha kədərli xatirələri ilə bərabərik. Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandanımızın, Türkiyə və Azərbaycan prezidentlərinin siyasi iradəsi, birlik, bərabərliyi o torpaqlara qoşuşmağımıza nədən oldu. Gördüyümüz mənzərə isə tük ürpədən, ürək yıxandır-"döz bu dərdə dözənəcən, bu dərd səni üzənəcən". Vəziyyətin belə olacağını, erməni adlı murdar ikiayaqlının bu qədər də alçaq, qansız, vəhşi olduğunu təsəvvürə gətirmək çətin idi. İndi özülü də dağılmış, içi təpili qoyub gəldiyimiz evlərdən, hər otağında, bağ-bağçasında nə qədər xatirələrimizin qaldığı həyət-bacadan bir dənə də nişanə qalmayıb. Sovet-KQB rejiminin meydan suladığı, dinimizə, ibadətgahlarımıza qənim kəsildiyi dövrdə dəyib dolaşmadığı, evimizə bitişik Hacı Fətəli məscidinin göz oxşayan oyma daşlarının biri də qalmayıb. Hələ 3 mərtəbə çardağımızın izi də yoxdur - 5 qardaş-bacı ali məktəbə o çardaqda hazırlaşırdıq, Qazaxdan, Ağdaş, Mingəçevir, Bakıdan yayda o çardaqda gecələr yatmaq üçün, daşı, gətir, azalmaq bilməyən balığından qarmaqla, torla tutub bişirib yeyib zövqlü günlər yaşamaq üçün gələn qonaqlarımızın ardı-arası kəsilmirdi. Elə evimiz də yol qırağında olduğu üçün hər zaman qonaq qaralı idi- maşını xarab olan, gecə dağ kəndlərinə getməyin çətinliyini dilə gətirənlər bizim "Qonaq otağı"mızın daimi sakinləri olurdu. Bərgüşad bizdən acı intiqam alırmış kimi, artıq coşub daşıb məhləmizin yarısını yuyub aparıb, evimizin divar yerlərini döyəcləyir:-hardasınız, mənim yalqızlığımı, illərdir yağı düşmən əlində əsir qaldığımı, hirsimi, qəzəbimi eşidib duymursunuzmu?!
Ətrafdakı 100-200 evli kəndlərimizin də torpaqlarının bir hissəsi, töycü, biyarı, əkini, biçini, örüşü, kövşəni 35 evli kəndimizin əsasını qoyan sakinlərinin seyid ocaqlarımızın, bəy evlərinin mülkündə idi. İşğalın son gününə qədər bir-birinə sarmaşıb bu ziyarətgahlarımızı nadir təbiət möcüzəsi kimi sinəsinə, qoynuna sıxan dağdağan, saqqız ağaclarının kökü də qazınıb çıxarılıb. Hər evdə tutya var idi, o ağaclardan. Ən yaralı yerimiz, ağrılı, ömür boyu sürəcək dərdimiz: hər birimizin 1-ci üz tutduğu yer qəbiristanlıq olur... 60 yaşında dünyadan köçən, dava başlanandan hər namazdan sonra el-oba üçün, elə övladları üçün “Ya Rəbbim, mənə övlad dağı göstərmə, mənə balalarımıın çiynində məzara getməyi nəsib elə” duası bəlkə onu hamımızdan əvvəl apardı, hər top, mərmi yağışından, savaşından sonra evimizə qaçırdıq, bilirdik ki, ağzı dualı anamız yol kənarında oturub yolumuzu gözləyir, öldü-qaldımızdan xəbər bilməyincə gözünə yuxu gedəsi deyil. Anamın ağappaq mərmər daşlarla hörülü məzarı ətrafında hər qardaş-bacı adına bir ağac əkmişdik…izi də yoxdur. 3-4 qəbir daşı kəsik-küsük yayınıb qalıb, sanki burda heç qəbiristanlıq olmayıb. Hamısı bir-birinə və günəşə qucaq açan evlərin bəzilərinin yalnız divar daşı qalıb, Saray bulağımız da elə…
Təbii ki, tikəcəyik, yenidən quracağıq, yaşayacağıq, ancaq daha əvvəlkilərin yerini verməyəcək heç nə. Dədəm Hacı Nəriman Anamdan sonra 25 il tək-tənha son nəfəsinə qədər Sarayım, kəndim, elim-obam, camaatım deyə-deyə, halalının məzarı ilə yanaşı dəfn olunmaq həsrəti ilə dünyadan köçdü. Minlərlə həmvətinimizi kama yetməyən arzu-diləkləri ilə birlikdə dünyadan getməsinin günahı, əzabı da içimizdə qalacaq. Çox şeylər viranə qalmış yurdumla birlikdə əbədiyyətə qovuşdu, olanları dirildə bilməyəcəyik, onlar artıq son mənzilə qədər bizimlə qalacaq, içimizi göynədəcək xatirələrdir, nə qədər acı da olsa. Sentyabrın 27-dək çox yazımı bu sözlərlə bitirərdim: Vətən, səni satana lənət, səni alana lənət! İndi isə dilimə gələn budur- səni bu günə salana lənət!
Sözardı: Qardaşım Fətəli 1993-cü il avqustun son, sentyabrın ilk günlərində Qubadlını sonuncu tərk edənlərdən olub, piyada dağ, dərə keçib, təhlükələrdən sovuşub çıxmışdı. 28 il davam edən işğaldan sonra başlanan 44 günlük savaş hələ bitməmiş Fətəli yenə Qubadlıda idi, onun telefonda Saray kəndimizdən, qəbiristanlıqdan canlı bağlantılı həyəcanlı, dərd yüklü, üzüntülü danışığını eşidəndə mənzərənin nə qədər ağrı-acılı görkəmdə olduğu əyan oldu…Evlərimizin, sovet - KQB rejimi vaxtında da toxunulmayan babam Hacı Fətəlinin tikdirdiyi məscidin də, qəbiristanlıqlarımızın da dağıdıldığını, mərmər baş və sinə daşlarının da sökülüb aparıldığını bilirdik, amma ölülərin ağzından qızıl diş tapmaq hərisliyi ilə məzarların da sökülüb açıldığını görmək insanlığın dəhşətli faciəsi idi, bu, erməniliyin sifəti idi- bunu yalnız goreşən kaftar edərdi.
Atəşkəsə qədər işlədiyim AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru, cəbhə bölgələri üzrə hərbi müxbiri olduğum, addım-addım gəzdiyim Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarının, dünyaya göz açdığım Saray kəndimizin indiki halını, gözüm gördüyünü dilim, əlim gəlmir təzədən yazam, çox çətindi, çox…
Və bir də “Qubadlısız 16 il” kitabımda Saray kəndimə şeir həsr etmişdim. 60-dan çox yer-yurd adını misralara yazmışdım ki, adı itib batmasın…onların da yarıya qədəri yoxdur artıq, yalnız yaşlıların hafizəsində yaşayacaq bundan sonra; 28 il müddətində Bərgüşad çayımız məcrasını dəyişib, kövşənlərimizi yuyub aparıb, bağ-bağatlar, arxlar, nər kimi ağaclar quruyub gedib, sel-su dərələri doldurub, yol-irizi itirib torpaqlara kömüb, dəfn edib, el-obalarımızın yalnız qanqal, yabanı şam, tikanlı bitkilər örtmüş xarabalığı qalıb və bir də nisgilli uşaqlıq, gənclik xatirələri. Torpaq da elə bil bizdən 28 ilin intiqamını, qisasını alıb… Qubadlı rayon mərkəzindəki 3 otaqlı mənzilimdə 12 əsgərimizin yaşadığını görmək həm xoş və həm də təsirli idi. [35]
23 dekabr 2020-ci ildə Qubadlıya səfərində Prezident İlham Əliyev dedi: “Bu da Saray kəndidir. Saray kəndi Qubadlı şəhərinin yaxınlığında yerləşir. Bu kənd də dağıdılıb.
Baxın, Qubadlı şəhərini düşmən nə günə qoyub. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər.
Bu da Qubadlı şəhəri. Bu, yəqin ki, onların anbarları olub. Bu ev də sökülüb. Qubadlı şəhərinin girəcəyində ermənilər hərbi baza tikiblər. Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa. Gör nə gündədir Qubadlı şəhəri? Nə günə qoyub düşmən bizim şəhərimizi?”[36]
Saray kəndimiz, evlərimiz, qəbirlərimiz bu gündə...
İşğaldan qabaq Saray kəndimin üzbəüz Mirlər kəndindən payız görüntüsü,
başqa foto yox. Aşağıdan 1.ci ağ ev bizimdi -idi…
***
Saray kəndimizin I Qarabağ müharibəsi Şəhidi Şirinov Məğrur İsgəndər oğlu, Vətən müharibəsi
Qaziləri Abdullayev Fərid Rövşən oğlu, Ələkbərov Aqil Bəxtiyar oğlu, Mehdizadə Elməddin Elbəyi oğlu
Saraylılarım, həmkəndlilərim!
Qoyub gəlməyə məcbur qaldığımız yurd yerlərimizə geri qayıdanda əvvəlki kəndimizdən əsər-əlamət görməyəsiz; 28 illik ayrılıq, işğal, yağı tapdağı bizdən intiqamını gərəyincə alıb; məcrasını dəfələrlə dəyişən, aşıb-daşan, qarşısına keçəni yuyub aparan Bərgüşad çayı yatağını tamam dəyişib, kövşənlərimizi, bağ-bağatlarımızı yuyub aparıb, bir çoxunun heç izi də qalmayıb. Dərəyuxarıdan gələn sellər də ondan geri qalmayıb; yollar, cığırlar, yarğanlar itib, bulaqların gözü tutulub, nər kimi barlı-bərəkətli ağaclarımız quruyub, kol-kos yol-irizi basıb, təbiət vəhşiləşib. Qala, Yastı təpə, Qara qaya, Böyük düz, Kiçik düz elə bil kiçilib, torpaq xəstə adamlar kimi şiş gətirib, rəngi bozarıb. Xarabalığı qalan kəndimizin aralığına qədər enib gələn kəkliklərin səsi də dəyişib, hüzünlü kədərə bürünüb. Allah goreşən xislətli mənfur, insan adına ləkə olan erməni adlı ikiayaqlı murdar canlının əli ilə bizə günahlarımızın qədərindən artıq cəza verib; qəbirlərimiz eşilib, qazılıb, baş, sinə daşları daşınıb aparılıb, bu heç, ölülərimizin nəşi, sümükləri də çıxarılıb, ətrafa səpələnib.Dünyada, bəşər tarixində ikinci belə mənzərə görünməyib... Sumqayıtda yaşayan qaçqın, məcburi köçkün həmyerlilərimin heç ağlına da gələ, əli açılarmı, şəhərin mərkəzindəki qəbiristanlıqda sağ-salamat qalan erməni qəbirlərinə qarşı belə iyrənc vəhşilik etsin?! Qətiyyən! Mən Sumqayıtda, 11-ci mikrorayonda yerləşən Qubadlı qəsəbə məktəbinə iki gəlişimdə yaxınlıqdakı xristian qəbiristanlığındakı üstündə əksi, adları, “yan” soyadları olan, ətrafındakı hasarları, dəmir-metal məhəccərli qəbirləri sağ-salamat görəndə, Tanrıma şükürlər etmişəm ki, yaşadığımız, bizə yaşatdıqları bu qədər ağır müsibətlərdən sonra belə bizi o murdar canlıların səviyyəsinə tərəf alçaltmadı, bənzətmədi, bizlərə insan olduğumuzu unutdurmadı. Bunu ancaq erməni edə bilər, bu sifət yalnız canlı adına ləkə ermənidə ola bilər, heç vəhşi heyvanlarda da belə xislət olmaz. …Vəhşi qanqal, yabanı şam ağac, kolların bürüdüyü, talan, qarət edilib dağıdılan, üstü açıq qəbirlərimizin bir neçəsinin üstünü kəndə ilk gəlişimizdə qardaşım Muxtar, qardaşoğlu Rövşən, bacıoğlu Nurəddinlə örtdük, ağır, çətin, üzüntülü olsa da… Bizdən qabaq hələ Qubadlıda döyüş gedəndə Fətəli özünü yetirmişdi, Komandan dostu danışırdı ki, durub dayana bilmədi, gəldi, etməli olduğunu etdi, erməni atəşinin hədəfində oldu, ölümdən döndü. O da Əliyarın batalyonunda idi, Qubadlını 31 avqust 1993-cü ildə Zəngilana qədər pay-piyada tərk etməyə məcbur qalmışdı. Sonra körpə ikən üzünü gördükləri 28 illik Ata həsrətiynən bacıoğlu Bəkir, Elməddin özlərini yetirmişdi, ata, baba, nənə, qohum, kəndçi qəbirlərinin talan, viran qalan mənzərəsini görmüşdü, hələ də o anların şokunu yaşayırlar.
Kəndimizə qayıtmaq arzusu ilə yaşayan ellilərimin bir çoxu arzusuna qovuşmadan dünyadan nakam, nisgilli köçdü. Dostəli müəllim feysbukda siyahısın verib- 35 evli kəndimizdən 72 nəfər – dədəm Hacı Nəriman Məhəmməd oğlu, hacıxanım bacım Zərxanım, qardaşım Hümmət də o mərhumlar sırasındadır. Qayıdanda kəndimizdə quru divarları qalan evlərimizi, dağılan qəbirlərimizi, örüşdə, kövşəndə, yaxın-uzaq qonşu kəndlərdə - hər tərəfdə hüzünlü mənzərələr görəcəksiniz; izi itən, itirilən təkcə ev-eşiklərimiz, bağ-bağatlarımız deyil, həm də dünyaya göz açıb ilk gördüklərimiz, yaddaşlarımıza hopmuş uşaqlıq, gənclik xatirələrimizdir. Ancaq başqa yolumuz yoxdur: dədə-babalarımızın, dogma-əzizlərimizin cismi uyuyan, ruhu dolanan yurdumuza qayıtmalıyıq, Sarayımızı yenidən qurmalı, diriltməliyik. Yoxsa…yoxsa o torpaqları mənfur düşmən tapdağından qurtarmaq üçün qan töküb, cavan canlarını o torpaqlarda qurban verən şəhidlərimizin, ölülərimizin ruhu bağışlamaz bizi!
Lətif Şüküroğlu
Qubadlıya salam de
Vətənsevər dostum Hacı Nərimanoğluya
Əziz dostum, Qubadlıya salam de,
İllər idi həsrət idik hüsnünə.
Sən alınmaz, basılmayan qalam de,
Xəncər oldu yağıların köksünə.
Topağacı, Hərtiz deyib gəz-dolan,
Göy qalada, “Qalalı”da sür dövran.
Pirdağında igidlərə kəs qurban
Düşmənləri yaxşı qoydu pis günə.
Həkəri, Bərgüşad oxusun nəğmə,
“Xırman yeri” bir də batmasın qəmə.
“Laləzar körpüsü” gül açsın yenə
El yığılsın toy-büsatın səsinə.
Məzar oldu yağılara hər qayan,
Qurbantəpə, Maltəpəsi, Qalaçan,
Eldar Baxış sözün deyib o zaman
Yolun azmış, quduz it sürüsünə.
Ulu yurdsan, ərənlərin sayı yox,
İgidlikdə Əlyarımın tayı yox.
Min şükür ki, Şükürüm də oldu ox,
Batdı qəvi düşmənlərin gözünə.
Sözüm yetməz səni öyəm qəlbimcə,
Dədə Süleymanın dili nə incə.
Hacı qardaş, əldə qələm gəlincə,
Könül istər qüvvət versin sözünə.
27.11.20, “525-ci qəzet”. https://aqreqator.az/az/medeniyyet/1129925,
https://azerforum.com/az/qubadliya-salam-de və s.
Qubadlı, 23 dekabr 2020-ci il
Qubadlı ziyalılarının Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevə müraciəti
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Komandanlığınızla 27 sentyabrdan başlanan Qurtuluş Savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir. Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır.
Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətinizin, güclü təzyiqlərə sinə gərib dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız sizədir. Xalqımızın milli qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı, hərb meydanında savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən siz oldunuz. Hər zaman sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Var olun, 100 yaşayın! Allah sizi, ailənizi qorusun, qalib Prezident, müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır, yaşasın bütöv Azərbaycan![37]
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin müraciəti:
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı ilə əlaqədar Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Azərbaycan xalqına, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Əziz xalqımız, müzəffər Ordumuz, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız! 27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi məğlubiyyəti ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 44 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır. Sizin məhz Şəhidlər xiyabanında Qarabağın baş tacı, rəmzi olan Şuşanın yağı düşmən tarpdağından xilas edilməsi barədə verdiyiniz müjdənin ardınca etdiyiniz bu müraciət xalqımızda, hər bir vətəndaşımızda sonsuz sevinc, misilsiz qürur hissləri yaratmışdır. Bu xoş xəbəri elan etdiyiniz dəqiqələrdən yüz minlərlə insan şadlığını ifadə etmək üçün küçələrə axışır, atəşfəşanlıq edir. Bu xoşbəxtliyi xalqımıza Siz, komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri bəxş edib.Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətiniz, güclü təzyiqlərə sinə gərib dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız Ordumuza və Sizədir. Xalqımızın milli mənlik, qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı, hərb meydanında savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün Sizə sonsuz sevgi və ehtiramla təşəkkürümüzü bildiririk.
Şəhidlərimiz, əbədi məkanınız behiştdir, hər birimizin qəlbində yeriniz var!
Qazilərimiz, sizinlə qürur duyuruq, var olun, eşq olsun şanlı, müzəffər Azərbaycan Ordusuna! Gözün aydın Azərbaycan, əbədi yaşa, müzəffər Ali Baş Komandan!
Müraciət Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurasının birgə toplantısında qəbul edilib.
Sədr Hacı Nərimanoğlu, 8 noyabr 2020-ci il.”[38]
"Zəngəzur" Cəmiyyətləri Birliyinin “Ədalətli Rusiya”nın ədalətsiz “manifesti”nə etirazı
Rusiyada 3 partiya - "Ədalətli Rusiya" (S.Mironov), "Həqiqət Naminə" (Z.Prilepin) və "Rusiyanın Vətənpərvərləri" (G.Semigin) birləşib 1 partiya yaradaraq (“Справедливая Россия — Патриоты — За правду») Donbas və Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini də siyasi manifestlərinə daxil ediblər: "Biz hesab edirik ki, Rusiyaya birləşmək istəyən bütün xalqlara bu imkan tanınmalıdır. Biz müharibə başlayanda Dağlıq Qarabağa da müraciət etmişdik. Problemin həllinin yeganə yolu Rusiyaya birləşməkdir." [39]
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Rusiyanın velikorus, bolşevik təfəkkürlü, şovinist baxışları ilə tanınan bu kimi siyasi dairələrinin məkrli niyyətlərini pisləyir, onları qonşu dövlətlərin ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət göstərməyə, digər dövlətlərin daxili işlərinə müdaxilə etməkdənsə, Rusiyanın ölkədaxili problemlərin həlli ilə məşğul olmağa çağırır. Rusiya Federasiyasının Dövlət Dumasından, Ədliyyə Nazirliyi və Prokurorluğundan xoş məramdan uzaq belə siyasətçilərin və onların rəhbərlik etdikləri partiyaların Rusiya - Azərbaycan münasibətlərinin pozulmasına yönəlmiş qeyri-qanuni fəaliyyətlərinə hüquqi qiymət verəcəyini gözləyir. Müasir dünyada dövlətlərin gücü, nüfuzu onun ərazisinin genişliyi ilə yox, xalqının rifahı, yaşam tərzi, qonşu ölkələrlə sivil münasibətləri, bəşəri sülhə, tərəqqiyə verdiyi töhfəsi, iqtisadi, elmi-texniki, mədəni inkişaf səviyyəsi ilə dəyərlənməlidir.Bəyanat RF Azərbaycandakı səfirliyinə, Prezident Administrasiyasına, Parlamentinə göndərilib.
Sədr Hacı Abdulla[40]
Tarixi ədalət bərpa olunur
“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. 1933-cü ildə Zəngəzur adı coğrafi, inzibati ərazi vahidi olaraq xəritələrdən silinmişdi.
Bu Fərman uzaqgörən tarixi, siyasi, diplomatik qərar və strateji hədəfdir. Qarşımızda bizi tarixi ədalətin bərpası - minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsi və Azərbaycana qovuşması kimi mənəvi borcumuzun, vəzifəmizin gerçəkləşməsi gözləyir. Xalqımız, dövlətimiz üçün xeyirli olsun![41]
Xankəndi necə Stepanakert oldu
1752-ci ildə Şuşa şəhərinin əsasını qoymuş Qarabağ xanı Pənahəli xanın oğlu İbrahimxəlil xan özünün yay iqamətgahını inşa etdirərkən, soyuq payız-qış aylarını keçirmək məqsədilə Şuşa dağının ətəyində yerləşən mənzərəli ərazidə tikinti aparılması göstərişini verir. Həmin ərazi İbrahimxəlil xanın adıyla Xankəndi adlandırılır. Sonradan İbrahimxəlil xanın oğlu Mehdiqulu xan ailəsinin və yaxın qohumlarının qış aylarını keçirdiyi Xankəndini sevimli xanımı Pəricahan bəyimə hədiyyə edir. Qarabağ Xanlığının Rusiya imperiyasına birləşdirilməsini rəsmiləşdirən 14 may 1805-ci il tarixli Kürəkçay və 12 oktyabr 1813-cü il tarixli Gülüstan müqaviləsindən sonra Xankəndinə rus hərbi süvari korpusu yerləşdirilir, bununla da kəndin əvvəlki sakit, firavan həyatı pozulur. 10 fevral 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra bu əraziyə Qacarlar İranı və Osmanlı Türkiyəsindən xeyli sayda erməni ailəsi köçürülür, onlar çar ordusunun hərbi hissələrində, dövlət idarələrində işlə təmin edilir. XIX əsrə aid bütün hərbi və mülki xəritələrində bu yerin adı öz əksini “Xankəndi” olaraq tapır.
I Dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər Rusiyada bolşeviklərin hakimiyyətə gəlişi ilə daha da fəallaşırlar, Osmanlıda gerçəkləşdirə bilmədikləri tamahkar torpaq zəbti, məkrli erməniləşdirmə siyasətini Qafqazda reallaşdırmağa başlayırlar. Bu fəaliyyətin ilkin bəhrəsi bolşevizm siyasətinin köməyi ilə Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur bölgələri ərazisində tarixdə ilk dəfə “Sovet Ermənistanı” dövlətinin yaradılması olur. Bitib-tükənməz torpaq tamahı ilə bu ərazilərlə də qane olmayan ermənilər bir müddət sonra – 1920-ci illərdə Azərbaycanın Qarabağ torpaqlarına iddia ilə çıxışlar etməyə, onlara yer-yurd vermiş dinc azərbaycanlıları rus silahlı hərbi birləşmələrinin köməyi ilə doğma torpaqlarından sıxışdırmağa başlayırlar. Azərbaycanlılara qarşı törədilən cinayət tərkibli təxribatlar, kütləvi qətllər 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasıyla nəticələnir. 1923-cü ildə Xankəndi şəhərinin adı Moskva tərəfindən Azərbaycana rəhbər təyin edilən rus əsilli Sergey Mironoviç Kirovun qərarı ilə dəyişdirilərək erməni bolşeviklərinin lideri, bolşevik Rusiyası tərəfindən Bakıda sovet-kommunist diktaturası yaradaraq 20 mindən çox azərbaycanlının qətlinə şəxsən başçılıq etmiş Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılır. 1988-ci ildən başlayaraq isə xarici ölkələrdə kök salmış erməni diasporu şəbəkəsinin maliyyəsi və millətçi emissarların təşkilatçılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi tələbini irəli sürən icazəsiz mitinqlər başlayır. Miatsum adlanan bu hərəkatın ilk hədəfi – vilayətin mərkəzi şəhəri olan Xankəndini azərbaycanlı əhalidən təmizləmək, burada, ümumiyyətlə, azərbaycanlı izini yoxa çıxarmaq, park, küçə, məktəb, mədəni-maarif obyektlərinin adlarını erməni¬ləş¬dirərək məscid və tarixi abidələri dağıtmaq olur. Həmin illər rəsmi Moskva ilə – SSRİ Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçov və xanımı Raisa Qorbaçovayla gizli razılıq əldə etmiş erməni təşkilatçıları bu istiqamətdə ardıcıl terror aktları həyata keçirməyə başlayırlar. Bu terrorun ilk qurbanı Xankəndi Universitetində təhsil alan azərbaycanlı tələbələr olur. Bu gənclər uzun illərlə davam edəcək Qarabağ müharibəsinin ilk qurbanları idi... Həmin illər doğma yurdlarını tərk etmək istəməyən azərbaycanlıların evləri yandırılır, insanlar mənəvi-fiziki işgəncələrə məruz qalır.
1988-ci ilin sentyabrında ermənilər Xankəndində yaşayan bütün etnik azərbaycanlıları silah gücünə şəhərdən qovub çıxarır, Azərbaycan dövlətinin vəsaiti ilə tikilmiş xeyli sayda zavod, fabrik avadanlığını Ermənistana daşıyırlar... DQ-da yerləşən rus hərbi hissələrinin silah-sursatı, döyüş texnikası qanunsuz erməni hərbi birləşmələrinin, terrorçu qrupların nəzarətinə keçir. Xankəndində baş verənlər zəncirvari reaksiya ilə bütün Qarabağı bürüdü...[42]
Azad edilən torpaqları Vətən etməyin yolu
İşğaldan azad edilən torpaqları yenidən daimi Vətənə çevirmək üçün Qubadlı, Zəngilan, Laçın rayonlarının Ermənistan sərhədləri yaxınlığında çoxminlik əhalinin yaşaya biləcəyi yeni abad, müasir şəhər, qəsəbə, kəndlər tikməliyik, necə ki, bədnam, üzdəniraq məkrli qonşularımız 1920-ci illərə qədər Azərbaycan türklərinin əzəli yurd yerləri, Zəngəzur bəylərinin mülkü olmuş tarixi dədə-baba ellərimizdəki kiçik kəndlərin yerində Qafan, Qacaran, Gorus kimi 50-100 min əhalinin yaşadığı iri, səliqə-sahmanlı, yaraşıqlı şəhərlər, Zeyvə, Xinzirək kimi rahat yaşayış üçün hər cür şəraiti olan böyük kəndlər inşa edib məskunlaşdırma aparıblar, biz də o yolu getməliyik. Ermənilər heç vaxt düz-düzəngahda, əkin-biçinə yararlı, çay, sel-su basma ehtimalı olan yerlərdə yaşayış yeri tikməzdi, onlar fitnə-fəsad, məkrlə əldə etdikləri torpağın hər qarışının qədir-qiymətini, dəyərini bilirdilər.
Silsilə dağların arasında, ya dərə boyunca dikdirə söykəli, sıldırım dağ, qayalara pərçimlənmiş çoxmərtəbəli binalar tikir, su çəkdirir, sosial obyektlər, sənaye sahələri, istirahət məkanları, infrstrukturlar qurub şəhər salır, məhsuldar torpaqlardan təyinatı üzrə istifadə edirdilər. Biz isə elə hey üzüaşağı dağdan arana, su qırağına qaçırıq. Məsələn, Qubadlı şəhəri, içərisində də 1992-ci ildə tikilmiş iki hərbi hissə, silah-sursat anbarları düz Bərgüşad çayının ağzında, sel-su tutan yerdə salınmışdı, üstəlik başının üstündə ermənilərin Vorotan, Tatev su anbarları Əzrayıl kimi durmuşdu. 1990-cı illərdə erməni başımıza top, raket mərmiləri yağdıranda çalada yerləşdiyindən əl içi görünən rayon mərkəzinin içinə düşür, faciələr törədirdi, atəşlər səngiyəndə, ara verəndə də, camaat qorxu keçirirdi ki, bu namərdlər Tatevin ağzın açar, ya qəsdən partladar, neçə milyon tonluq su axını ins-cins hər şeyi yuyub aparar. Ratsiyalarla ermənilər də tez-tez belə hədə-qorxu gələrdilər ki, bax gölün ağzın açarıq ha…1996-97-ci ildə leysan yağışlar nəticəsində 2 dəfə Mingəçevir su hövzəsində su həcmi yol verilən həddi aşıb bəndin üstündən axaraq az qala Mingəçevir və digər bölgələr üçün real təhlükə yarananda mən “erməni heç zaman əjdaha kimi 17 milyard kub metrlik su bəndindən 80 metr aşağıda şəhər salmazdı” fikri ilə bir neçə yazı yaymışdım. 44 günlük Vətən müharibəsində erməni generallarının Mingəçevir SES-lə bağlı tez-tez hədələri də eşidilirdi. Qubadlı, Laçın, Zəngilanda yeni təhlükəsiz iri şəhər, qəsəbə, kəndlər salmaq üçün əlverişli yerlər, təbii şərait vardır. Bu şəhərlər əsas o rayonların sayca çox olmayan sakinləri üçün nəzərdə tutulmaqla yanaşı, həm də ölkə əhalisinin, ilk növbədə mənzilsiz, evsizlikdən əziyyət çəkən gənc ailələrin, hərbçi ailələrinin üzünə açıq olmalı, burada normal yaşayış üçün ən yaxşı imkanlar, maddi təminat, iş yerləri, ali, orta ixtisas təhsili müəssisələri, hərbi məktəblər, sənaye-istehsal sahələri, sosial obyektlər tikilməli, infrastruktur qurulmalı, yerli, xarici investorlar cəlb olunmalıdır. Bunun üçün dövlətimizin hər cür imkanı, xalqımızın mənəvi yetkinliyi, yurdsevərlik duyğuları var.
Dədə Qorqud öyüdü, Bəkil oğlu İmran örnəyi. Ana kitabımız "Kitabi-Dədə Qorqud"da, oğuz-türk tarixində ibrətamiz olay, detal, öyüdlər var. “Bəkil oğlu İmranın boyu”nu xatırlayaq; Xanlar xanı Bayındır xan İç Oğuz vә Daş Oğuz bәylәrini hər zaman olduğu kimi yenə məsləhətə yığmışdı. Bu zaman doqquz tümәnlik Gürcüstanın xәracı da gәldi. Dәdә Qorqudun məsləhəti ilə bu dəfəki xərac- bir at, bir qılınc vә bir çomaq oğuz elinin sərhəddinə qarovul çәkmək üçün Bәkil deyilәn bir igidə verilir. Dədə Qorqud qılıncı onun belinә bağlayır, ox-yayı qoluna keçirir, Bәkil şaһanә ayğırı çәkib minir, qoһum-әqrәbasını ayırır, ev-eşiyini yığışdırıb oğuz elindәn köçüb Gürcüstan sәrһәdindә çadır qurur, buranı vətən edib, həm də yurda qarovulçuluq edir. Buralara gələn yad kafirin başını kəsib Oğuz elinә һәdiyyә göndәrir. Xanlar xanı Bayındır da Bəkili hər zaman hörmət, izzətlə çadırında qonaq edər, ən yaxşı atı, qaftanı, bolluca xərcliklə ona verər, əzizlər, hörmət edərdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün son çıxışlarında, Qarabağa səfərləri zamanı verdiyi tapşırıqlarda məhz bu müdriklik, sərhədə belə qayğı, diqqət, sevgi, səxavətli yanaşma açkar görünür.
Azad edilən torpaqları yenidən Vətənə çevirmək borcumuz var, həm də o torpaqlarda axıdılmış Şəhid qanları xatirinə! 1980-90-cı illəri xatırlatmağa məcburam; Sumqayıt-Qubadlı, Bakı-Qubadlı avtobuslarına biletin qiyməti 7-8 manat idi. Ancaq rayon mərkəzindən Seytas, Gürcülü, Məlikəhmədli, Novlu, Göyyal, Başarat və s. kəndlərə gedib çıxmaq üçün 12-15 manata ancaq UAZ, NİVA maşını tapa bilsəydin sevinərdin, onlarla da ancaq bir çox kəndin ayağına qədər gedib çıxmaq olurdu, gərək bir xeyli də “11 nömrə” ilə dikə qalxaydın. Təii qaz Ağdamdan-Stepanakertdən keçib Gorusa gedirdi, bir də təzədən Gorusdan erməni bölgüsü ilə Qubadlıya, Laçına limit ayrılırdı. Orta məktəbin son siniflərini oxumaq üçün gərək neçə km uzaq yol gedib gələydin, ya rayon mərkəzində ev tutub qohum evində qalıb oxuyaydın. Digər problemlər də bunlar kimi. Ana-bacıların təndirdə, sacda çörək, yuxa bişirməyi ən zülüm işlərdən biri idi. Mənəvi cəhətdən əzablı işlərdən biri çörək, yağ, pendir, ət, çay, geyim almaq üçün Qafanın dükan, bazarlarına üz tutmaq, alver etmək məcburiyyətində qalmaq idi, “axşam çapan, gündüz Kafan” deyimi həm qonşularda, həm də bizdə məşhur idi. Zəngilan, Qubadlının onlarla insanı Qafan, Qacaranın zəhərli molibden zavodlarında ən zərərli sexlərdə işləmək məcburiyyətində qalırdı. Ağrı-acılı hallar, vəziyyətlər təkcə bunlar deyildi…Dövlətimizin qayıdış, yurda dönüş proqramlarında, inanıram ki, bu və digər amillər nəzərə alınacaqdır.Təbii ki, söhbət kiçik, pərakəndə kəndlərin tamam ləğvindən getmir, onların da hamısı olmasa da, bir çoxu qalacaqdır və qalmalıdır, bu, sakinlərin istəyinə bağlı olan məsələdir. Ancaq Dövlətimizin siyasətində, düşünürəm ki, sərhədlərdə böyük yaşayış məskənləri salınması yolu ilə hərb, mülki möhkəmləndirmə işləri də əsas məsələlərdən biri olmalıdır. Bu, həm də əhalisi ilə gərəyindən artıq "şişmiş" Bakı və digər şəhərlərimizin "yükünün" azalması, qürbət ellərdə vətən həsrəti çəkən gənclərimizin doğma yurda qayıdışı, demoqrafik vəziyyətdə balansın qorunub saxlanması, əhali artımının regonlar üzrə paylanması üçün də bir vasitə olacaqdır.
Sərhəd etibarlı, keçilməz səddə çevrilməli, xalqın, dövlətin güc, güvvəsinin, rifah və qüdrətinin aynası olmalıdır-həm də sərhəddəki abad şəhər, kəndləri ilə! Torpağı Vətən etməyin bir yolu da budur. Tale bizi qaradonlu, sası dinli, azğın, imansız kafirlə qonşuluqda yaşamağa məhkum edib. Hər zaman bu amili nəzərə almalı, tarixin verdiyi dərslərdən ibrət götürməliyik ki, yaşadığımız faciələr bir daha təkrar olmasın.[43]
Sözardı: bu məqaləyə əlavə olunan sərhədlərimizdəki Gorus, Qafan, Qacaran şəhərlərinin, Zeyvə, Xinzirək kəndlərinin abad görüntülərini Qarabağ və Şərqi Zəngəzur ellərinin xarabalığa çevrilmiş fotoları ilə yanaşı qoymamaq üçün silmək məcburiyyətində qaldım.
Torpaqlarımızın işğaldan azad edilməsinin bu gün 17 ayı tamam oldu, hələ bir kəndimizi tikib qurtarıb bir ailəni yurd-yuvasına qaytara bilməmişik...Yenədəmi “lazım gəlsə” ?!...
Qarabağ, Zəngəzurdakı Alban məbədlərimizə sahib çıxaq, onlar tariximizin ayrılmaz hissəsidir
2015-ci il, 23 noyabr. Qax rayonundakı Əmbərçay kəndinin başı üzərindəki qədim Kürmük alban məbədində - ildə 2 dəfə - 23 noyabr və 6 mayda keçirilən Kürmükoba (gürcülərdə “Giorqoba“) bayramındayam.
Səhər saat 9 radələrindən başlayaraq, insanlar dəstə-dəstə piyada meşənin içindən keçən çığırla 500 metr hündürlükdə ucalan məbədə qalxırdılar. Azı min insanın iştirakı ilə günboyu davam edən bayramda müxtəlif din, dil, etnik qrupa malik insanlar heç bir ayrı-seçkilik hiss etmədən birlikdə məbədin içində və çölündə ibadətlə məşğul olur, dini ayinlər icra edib dualar oxuyur, niyyət edib ağac budaqlarına parça qırıqları düyünləyir, qoyun və toyuqları məbədin başına dolayıb əvvəlcədən qulağından qan alaraq ya burada, ya da aparıb evlərində qurban kəsir, məbədin ətrafında ya ayaq üstə, ya da ağac dibində süfrə açıb evlərindən gətirdikləri nemətlərdən yeyib içir, qonşularını da qonaq edirdilər. Əsas odur ki, xristian gürcü, ingiloylar da burda yalnız qoyun və toyuqlardan qurban deyir, kəsirlər. Hamı bir-birinə “Allah niyyətinizi qəbul eləsin”, “Ziyarətiniz qəbul olunsun” deyib bayramlaşırdı. Çox sayda hər iki cinsdən olan adamlar niyyət etdikləri üçün soyuq, yağışlı havaya baxmayaraq, məbədə aparan yolu ayaqyalın qalxırdı. Xəstələri qucaqlarında məbədə gətirib sağalması üçün dua edənlər də vardı. Kilsə içində tünlük vardı, təbii ki, ibadət edənlər daha çox gürcülər idi, hamı şam yandırıb dua oxuyur, burada qoyulan qutulara pul atırdılar. Mən də kəlmeyi şəhadətimi oxuyub salavat çevirdim, təkbir də etdim, heç kəs də mənə başqa nəzərlə baxmadı təbii, öz qədim alban evimdə kim nə deyə bilərdi ki mənə, özümü əsil ev sahibi rolunda hiss edirdim.
***
Gürcüstanın dövlət və kilsə səviyyəsində rəsmən özününkü elan etdiyi, müəyyən ərazi dəyişikliyi ilə bizdən alıb özününküləşdirməyə çalışdığı Kürmük kilsəsi qədim bir alban məbədinin (I-III əsr) qalıqları üzərində inşa olunmuş kilsədir. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün müsəlmanların sidq ürəkdən inanıb ibadət, ziyarət etdiyi bu qədim məbədin üzərində yeni kilsə tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Bu kilsə gürcü mitropolitinin təklif və təkidləri ilə inşa olunmuşdur. Vaxtilə burada mövcud olmuş alban məbəd, ibadətgahlarının torpaq altından aşkara çıxarılmış qalıqları var. Məbədin yuxarı hissəsində də daha bir qala, yaxud məbədin qalıqları durur. 2006-cı ildə məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlardan alban kilsəsinə aid olduğu sübuta yetirilmişdir. Bu məbəd bizim dost-doğmaca Alban dövlətimizin yadıgarıdır, hamımızındır, 26 alban tayfasının hamısının övladlarınındır. Elə bu düşüncə ilə də müsəlmanlar da, xristianlar da- türk, ləzgi, avar, saxur, gürcü, ingiloy...hamı bu məbədi özününkü bilir və burda ibadət edir. Gəlin babalarımızın mirasına yurdumuzun hər guşəsində ucaldılmış, adı, izi qalan Alban məbədlərimizə sahib çıxaq. Onlar bizimdir! Sadə həqiqəti bilək, qəbul edək; islamiyyətə qədər (622-ci il) oğuz türklərinin, bizim alban babalarımızın böyük bir hissəsi xristianlığı qəbul etmişdi, məbədlər ucaltmışdı. Oğuz elinin Qazan xanın titulu belə idi: "Oğuzlar başı Qazan", "Alpanlar başı Qazan". Qafqaz Albaniyası xristianlığın yayıldığı ilk ölkələr sırasında olub. İmperator I Nikolayın 11 mart 1836 -cı il Fərmanı və Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsi ilə Alban Həvvari Kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə, tabeçiliyinə veriləndən sonra Alban Kilsəsinin müstəqilliyinə son qoyuldu, fəaliyyəti tam dayandırıldı. Həmin yaxın tarixə kimi Qarabağın yuxarı hissəsində xristian alban türkləri dini inanclarını saxlamışdı. Kürmükoba bayramınız mübarək, əziz həmvətənlər!
44 günlük savaşda acı məğlubiyyətdən sonra ermənilər Qarabağdakı alban məbədlərindən daha möhkəm, ikiəlli yapışıblar. Günahı yenə də özümüzdədir.
Qədim tarixi, mədəniyyəti və abidələri ilə hər zaman dünya tarixçilərinin diqqətini çəkmiş Albaniya dövləti (Qafqaz sözü sonradan əlavə olunub, Avropadakı Albaniyadan fərqləndirmək üçün) xristianlığın dünya üzərində yayıldığı ilk ölkələr sırasındadır. Tarixi mənbələrə görə eramızın I yüzilliyində bu ərazilərə Yerusəlim və Suriya xristian missionerlərinin gəlişi burada ilk xristian icmalarının yaranmasına səbəb olmuşdur. Həmin mənbələrdə erməni Qriqoryan kilsəsindən fərqli olaraq, Alban həvari kilsəsinin yaranma tarixinin Yerusəlim kilsəsi, bir qədər sonrakı dövrlər Yerusəlim patriarxlığına bağlılıqdan qaynaqlandığı da müəyyən edilmişdir. Bu barədə məşhur Alban tarixçisi Musa Kalankatlının Alban hökmdarı Cavanşirin göstərişi ilə yazdığı “Alban ölkəsinin tarixi” əsərində daha detallı bilgilər verilir. Əsərdə apostol Faddeyin şagirdi Müqəddəs Yeliseyin qədim Albaniya vilayətlərindən olan Şəkidə Kiş məbədini tikdirərkən: “Bu, bizim mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkanımızdır” dediyi qeyd edilir. Əsərdə, həmçinin xristianlığın Albaniyada ilk təbliğatçısı olmuş Yeliseyin Şəki şəhəri yaxınlığında öldürüldüyü və orada dəfn olunduğu bildirilir. Xristianlığın Qafqaz Albaniyasında Ermənistan məfhumundan xeyli əvvəl yayıldığı erməni katolikosu Avraamın albanlara ünvanladığı məktublarından birində də öz əksini tapır: “Bizimkindən əzəli olan Alban patriarxlığının taxtı əvvəllər bizimlə (ermənilərlə) həmfikir idi”.
Qafqaz Albaniyası haqqında yazılmış tədqiqatlara görə V–VIII əsrlərdə bu ərazilərdə 12 yepiskopluq fəaliyyət göstərir: Kabalaka (Qəbələ), Qaşua, Yeuta, Amaras, Tsri, Balasakan (Şəki), Girdiman, Mets-Koqmank, Mets-İrank, Haband, Partav (Bərdə) və Gəncəsər (Kəlbəcər). 552-ci ildə Alban kilsəsinin başçısı Müqəddəs Ata Abbas iqamətgahını Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi böyük monastıra çevrilir. Alban kilsələrini erməniləşdirmək cəhdi faktlarına bir çox tanınmış dünya tarixçilərinin elmi tədqiqatlarında da rast gəlinir.
İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsasən Rusiya Senatının təsdiq etdiyi 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə uyğun olaraq, Alban Həvvari kilsəsi erməni Qriqoryan kilsəsinin tabeliyinə verilir. Bununla da Alban kilsəsi müstəqilliyinə son qoyulur.
Qədim Qafqaz tarixinin ən tanınmış tədqiqatçılarından olan görkəmli Rusiya tarixçisi, professor İlya Pavloviç Petruşevski (1898–1977) öz tədqiqatlarında faktlara istinadən tarix boyu ermənilər tərəfindən Albaniya ərazilərinin erməniləşdirilməsi, “Alban kilsəsi” məfhumunun məhv edilərək, “erməni kilsəsi” kimi qələmə verilməsi fəaliyyətinin məqsədyönlü və davamlı şəkildə aparıldığını, Qarabağda yerləşən tarixi abidələrin heç zaman erməni mədəniyyətinə mənsub olmadığını bildirir. Tanınmış “erməni tarixçisi” Nikolay Adonts (1871–1942) öz tədqiqatlarında erməni əhalisinin Qarabağın dağlıq hissəsində heç zaman nüfuz sahibi olmadığını bildirir. Məşhur rus-erməni kino-rejissoru Karen Şahnazaryanın dəfələrlə özünün Qarabağ albanlarının törəməsi olduğunu deməsini də unutmayaq.
Akademik Ziya Bünyadov VII əsr ərəb tarixçisinin əsərini tədqiq edərkən maraqlı tarixi faktla rastlaşır. Ərəb xilafətinin başçısı Xəlifə Müaviyənin (661–680) Qafqaz Albaniyasına hücuma başlamazdan əvvəl ölkədə hansı tayfaların yaşadığını öyrənmək, hərbi kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədilə əl-Curhumiyə verdiyi göstəriş nəticəsində həmin ərazilərdə türklərin üstünlük təşkil etdiyi, tayfalararası ümumi ünsiyyət dilinin türk dili olduğu müəyyən edilir. Qafqaz Albaniyası tarixini tədqiq edən bir çox mənbələr Alban Katolikosu Taxtının IV–V əsrlərdə Dərbənddəki Çola monastırında, VI–VII əsrlərdə Bərdə monastırında, VIII–IX əsrlərdə Ağdərədəki müqəddəs Yelisey monastırında, X–XV əsrlərdə Kəlbəcərdəki Xudavəng monastırında, XV–XIX əsrlərdə Gəncəsər monastırında yerləşdirildiyini bildirir.
Arxeologiya, etnoqrafiya, antropologiya elmləri Azərbaycan xalqının formalaşmasında, etnogenezisində digər alban tayfaları ilə birgə yaşayışın əhəmiyyətli rol oynadığını müəyyən edir. Məşhur Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un baş qəhrəmanı, “Oğuz elinin başçısı Qalın Oğuz”un, eləcə də igidlərin arxası “Salur Qazan”ın əsərdə “albanların başçısı” (II boy) kimi təqdim edilməsi Alban-Azərbaycan əlaqələrinin qədim köklərindən xəbər verir. Tarixi sənədlərdə Azərbaycan xalqının əcdadlarının qədim dövrlərdə xristianlığa tapındığı və təbii ki, Oğuz ellərində, tarixi Alban-Azərbaycan torpaqlarında adları bu günəcən olduğu kimi saxlanılan vəng-məbəd, kilsə və monastırlarda ibadət etdikləri bildirilir. Doğulduğum Qubadlının dağ kəndlərində bir neçə alban məbədi var idi. Məzrə, Armudluq, Gürcülü, Yuxarı Cibikli kəndlərindəki alban məbədlərinin, Yazı düzündəki Cavanşir qalasının yazılı daşlarını ermənilər yuxarıların razılığını alıb söküb aparmaq istəyirdi. O zaman rayon komsomol komitəsinin işçisi idim, xəbəri alan kimi rayon rəhbərliyinə məlumat verdim, sovet sədrlərinə, yaxşı tanıdığım məktəb direktoru, müəllimlərə zəng edib dayandırmağı israrla xahiş etdim, gəlib o kəndin sakinləri qarşısında çıxış edərək bu abidələrin bizim xalqa məxsus olduğunu israrla sübut etməyə çalışdım, bu cəhdin qarşısını aldıq, rayon qəzetində məqalələrlə çıxış etdim.[44]
“Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib. Alban-qıpçaq etnik-mədəni əlaqələri XII əsrdən etibarən daha sıx xarakter alıb. Xüsusilə də Alban-Xaçın knyazlarının onlara soykök baxımından qohum olan tanınmış qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da möhkəmləndirib. Maraqlıdır ki, xristian qıpçaq xatunlar Qarabağda da türklüklərini simvolizə edən xatun titulunu qoruyub saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin və s.) və müxtəlif türk boylarının adları bunu bir daha təsdiq edir.”[45] Min illərdir Azərbaycanda qorunub saxlanılan çoxlu sayda Alban xristian məbədləri – Kiş (Şəki), Xudavəng, Gəncəsər (Kəlbəcər), Gürmük, Ləkit, Qum (Qax), Avey (Qazax), Cotari (Qəbələ) və s. kimi məbədlər bu gün də xalqımızın ulu keçmişinin müqəddəs yadigarları, əmanətləri sayılmalı, Azərbaycan dövləti tərəfindən mühafizə olunaraq qorunub saxlanılmalıdır.[46]
“Şuşa İli” düşüncələri: Şuşanın keçmişi, bu günü, sabahı
Tarixə ekskurs. Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın (1693-1763) Şuşa qalasını tikdirməsini tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası Mirzə Camal Cavanşir Qarabaği (1773-1853) “Qarabağ tarixi” əsərində[47] Şuşanın salınmasını belə təsvir edir: “Hökumət işlərini bir an belə unutmayan mərhum Pənah xanın işgüzar və bacarıqlı adamları, xanın əmrinə görə məsləhət üçün yığışıb dedilər: "Mərhum Nadir şah vəfat etdikdən sonra bizimlə Əliqulu xan və Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və dostluq əlaqəsi davam etməkdə idi. İndi, çox mümkündür ki, belə bir münasibət və dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən xan arasında olmasın. Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır. (Belə bir vəziyyətdə) Qarabağın elləri, adlı-sanlı adamları Qızılbaş qoşununun ayağı altında paymal olar, biz isə Şahbulağı qalasında elə bir qüvvətli düşmənin və ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlükdə qırılarıq. Ona görə də işin əlacım qabaqdan görmək lazımdır. Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir". Bu məsləhəti həmişə xeyirxahlıq göstərən Məlik Şahnəzər bəyə söylədilər və onun məsləhəti və bələdçiliyi ilə Şuşa qalasını tikmək qərarına gəldilər. Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladı. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə, güman gələn yerlərdə quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. (Xan) sevinərək, bir neçə nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu. İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754-cü ildə (Hicri 1170-ci il miladi 1756-1757-ci ilə bərabərdir) Şahbulağı qalasının sakinləri olan bütün rəiyyətləri - əyanın, məliklərin, mülazimlərin, ellərin və bir para kəndlərin kətxudalarının ailələrini köçürüb, bu qalanın içində yerləşdirdi. O vaxta qədər burada yaşayış evləri yox idi. Bura, şərq tərəfdə, qalanın altı verstliyində yaşayan Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi.
Xalqı yerləşdirib hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra mahir ustalar, ağıllı işgüzar adamlarla qalanın hasarını çəkdirdi. Mərhum Pənah xanın tikdirdiyi hasar indi xarab olmuşdur. Yalnız bəzi yerlərdə divarların qalıqları görünür. Qalanın tikilişindən bir il keçdikdən sonra Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunu ilə Şuşa qalasını almaq və mərhum Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın dörd ağaclığında çadırlar qurdular. Mərhum Pənah xanı tabe etmək və beləliklə, Şuşa qalasını ələ keçirmək üçün çox düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin bu qədər çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi. Əksinə, Qarabağın qoçaq əhalisi Məhəmmədhəsən xan ordusunun at-qatırını və başqa mal-qarasını istər açıq, istərsə də gizli surətdə qarət edərək, onun qoşununa çoxlu ziyan vurdu.”
Qarabağ xanlığı 1747-ci ildə yaranıb. Müdrik hökmdar Pənahəli xan daim qonşuların hücumuna məruz qalan torpaqlarının, əhalisinin və ailəsinin müdafiəsi üçün 1752-ci ildə Şuşa qalasının inşasına başladı. 5.5 min kv.km sahəsi olan, 3 tərəfdən təbii istehkam, sıldırım qayalıqlarla əhatə olunan Şuşa öz qurucusunun şərəfinə həm də Pənahabad və Qala adlanıb. Burada “Pənahabadi” adlanan gümüş sikkə zərb edilib. Pənahəli xanın özünə, ailəsinə, yaxın əqrəbasına yay iqamətgahı kimi tikdirdiyi Şuşa qalasının ardınca da Şuşa dağının ətəyində yerləşən mənzərəli "Xanbağı"nda ailəsi ilə soyuq payız-qış aylarını keçirmək üçün kənd - iqamətgah da tikdirib. Xan ətrafında sülənən, əl-ayağını yalayan kiçik bir şeytan xislətli qövmün illər keçdikcə işğalçı çar Rusiyasının fitnə-fəsadları ilə Şuşa, Xankəndinin, ailəsinin və külli-Qarabağın başına nələr gələcəyini, nə bəlalar çəkəcəyini xəyalına da gətirməyib.
Qarabağın ikinci hakimi İbrahimxəlil xanın (1721—1806) dövründə qalanın ətrafına güclü müdafiə səddi çəkilib, çoxsaylı sənətkarlıq, dəmirçilik, silah qayırma məhəllələri yaranıb. Şuşalı tacirlərin düzəltdikləri əşyalar, silahlar yaxın-uzaq ölkələrdə məşhur idi. Şuşa şəhərinin gerbində Kaspi - Xəzər ətrafı vilayətlərin əksəriyyətində olduğu kimi, yerdən çıxıb alovlanan təbii yanar qaz dilimləri, güc-qüvvət rəmzi olan pələng, yaşıl vadidə məğrur dayanmış Qarabağ atı təsvir olunmuşdu. Şuşadakı 17 məhəllənin hamısı da təmiz azərbaycanlı, türk-müsəlman adlarıdır. Hər məhəllədə tarixi türk-azərbaycan hamamı, məscid və bulaqlar var idi. 1823-cü ildən Şuşa Qarabağ xanlığının əsas, ən mühüm mədəni mərkəzlərindən birinə çevrilirdi. 1830-cu ildə əhali siyahıya alınmasına görə, arxivlərdə qalan rus mənbələrinə əsasən, Şuşada 56 bəy ailəsi olub, ermənilərdən heç kim yoxdur
1805-ci il mayın 14-də imzalanmış Kürəkçay müqaviləs ilə Şuşa Qarabağ xanlığının tərkibində çar Rusiyasının tabeliyinə keçib. Şuşada XIX əsrin əvvəlində cəmisi 162 ailə- təqribən 2 min nəfər yaşayırdı. Onların 1800-ə qədəri müsəlman türk - azərbaycanlılar, qalanı xristian dinini qoruyub saxlamış albanlar idi. Xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu türk-azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Ancaq Qarabağa, Şuşaya da Rusiyanın müstəmləkə siyasətinə uyğun olaraq, Anadolu və İrandan ermənilərin, Rusiyadan malakanların köçürülməsinə başlanmışdı.
Həsən İxfa Əlizadədənin (1893- 1972) “Şuşa şəhərinin tarixi”ndən sitat: “Şuşa! Bu ad nə qədər əziz, doğma, munis və sevimli bir ad; nə qədər dilnəvaz və mehriban bir ana - vətəndir. Şuşa o qədər gözəl bir yerdir ki, onun adı qarşısında daima diz çökərək "xaki-payini" hörmətlə öpmək mənim ən müqəddəs vəzifəm olub. Bu şəhərin uğrunda hər bir varlıqdan: candan, maldan, həyatdan və sairədən keçmək, al qanlara bulanmaq, məhv olmaq mənim üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır. Qarabağ dağlarından birinin ən yüksək zirvəsi olan bir yamac üzərində bina olunmuş bu şəhər ən mühüm strateji bir mövqe tutmuşdur. Şuşa şəhəri Bakı, Gəncə və başqa Azərbaycan şəhərlərinə nisbətən həm yaşca çox gəncdir, həm də həcmi etibarilə kiçik bir sahəni əhatə edir. Buna baxmayaraq, keçən əsrlərdə bu şəhər sənət, ədəbiyyat, incəsənət, xüsusilə musiqi sahəsində Zaqafqaziyada ən mühüm və demək olar ki, birinci yer tutmuşdur.”[48]
Həqiqətən də, Şuşa-mədəniyyət beşiyi idi. Azərbaycanda maarifçiliyin yayılmasında, mədəniyyətin tərəqqisində Şuşanın xüsusi yeri, əhəmiyyətli rolu olub. 1830-cu ildə açılan Şuşa qəza məktəbi, 1874-cü ildə yaradılmış Şuşa şəhər məktəbi Azərbaycanda və Cənubi Qafqazda ilk şəhər məktəblərindən biri idi. Üçsinifli, 1878-ci ildən isə dörd sinifli Şuşa qəza məktəbində türk-ana dili, tarix, rus dili və fransız dilinin tədrisi üstünlük təşkil edirdi. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, çar Rusiyası ərazisində dövrünün ən çox şagird kontingenti olan yeni tipli məktəb idi. Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-dan şagirdlər dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar. Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilmişdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu. 1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada peşəkar musiqi hazırlığı olan musiqiçilər nəslinin yetişməsində rolu, əhəmiyyətli misilsiz idi. Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi (yəni müasir texniki peşə məktəbi) də yer aldı. Həm təhsilin, həm də peşə öyrədilməsinə ehtiyacı təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edilmişdi. Şuşa şəhər məktəbi təhsilin keyfiyyətinə görə məşhur idi. Şuşalıların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli realnı məktəbin əsası qoyuldu. Şuşa məktəbi eyni vaxtda açılan Bakı, Tiflis, Gəncə real məktəblərindən daha nümunəvi idi. Ona görə Qafqazın maarif naziri hörmətli qonaqları çox zaman buraya göndərirdi. 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gəlmiş, tədris proqramından, uşaqların dərsə davamiyyətindən, bilik səviyyəsindən çox razı qalmışdılar. Şuşa məktəbində ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi uşaqları əxlaqlı yetişdirmək qüdrətinə malik idi. Bunu Şuşa realnı məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi "Bizim orta məktəblərdə ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsdə, söhbətlərin aparılmasında əsas silahdır" başlıqlı məqaləsi bir daha təsdiq edir.
1850-ci illərdən fəaliyyətə başlayan ədəbi-musiqili məclislər "Nəvvabın məclisi", "Muğam məktəbi", “Məclisi-fəramuşan”, "Məclisi-üns"də toplaşan Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Hacı Abbas Agah, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər, Xarrat Qulu, Kor Xəlifə, Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Sadıqcan həmin məktəblərin daimi qonaqları idilər. Şuşada heç zaman bəzi digər bölgələrimizdə olduğu kimi, ifrat dindarlıq, dini fanatizm olmayıb, Şuşa camaatı gözüaçıq, elmə, maarifə, dünyəviliyə bağlı olub. Hətta, şəhərin ən mötəbər din xadimləri də, Molla İbrahim və digərləri dini yox, daha çox dünyəvi təhsil məktəblərinə yardım edirdi. 1905, 1918-20-ci illərdə ermənilər şəhəri yandırıb dağıdarkən ilk bərpa, təmir olunub əvvəlki həyatına qaytarılan məhz dini abidələr yox, Şuşa məktəbləri olub. 1848-ci ildən başlayaraq mütərəqqi rus, gürcü teatrlarının təsiri ilə Şuşa ziyalıları teatr tamaşaları hazırlayıb nümayiş etdirib. 1897-ci ilin fevralında Mir Möhsün Nəvvab Şuşada ilk şəhər kitabxanası yaratmış, bu ilk kitabxana-qiraətxananı ümumşəhər savadlanma mərkəzinə çevirmişdi. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamış, bu daş mətbəəsində Şuşa şairlərinin şerləri çap edilmişdi. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin - "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın gənc müəllimləri - həvəskar artistləri 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin, 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşasını göstərmiş, əldə etdikləri 500 manat pulu son qəpiyinəcən bu məktəblərə vermişdilər. 1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşanın Qafqazın musiqi mərkəzinə, "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası"na çevrilməsi, Şuşa xanəndələrinin 1912-ci ildə Polşanın Varşava şəhərində və digər Avropa ölkələrinə dəvət edilməsi, səslərinin yazılması, tarixi konsertləri, ardınca məhz Şuşa musiqi məktəbinin dahi yetirməsi Üzeyirbəy Hacıbəylinin Şərqin ilk opera, teatr, balet, simfonik muğam, orkestrini yaratması, professional musiqi təhsilinin bünövrəsini qoyması, Şuşada pedaqoji kursun, ardınca Şuşa Pedaqoji Texnikumunun açılıb fəaliyyət göstərməsi (bu kursları 1, 2 ilə bitirənlər şura hökumətinin gəlişindən sonra Qarabağ, Gəncə bölgəsində savadsızlığın ləğvində, yeni cəmiyyət quruculuğunda müstəsna rol oynayıb), 1930-cu ildə Şuşada ilk musiqi, mədəni-maarif texnikumunun, uşaq musiqi məktəbinin açılması, 1989-1991-ci illərdə Cıdır düzündə "Xarıbülbül" mahnı festivalı keçirilməsi bu ənənənin davamı olub.
Şuşada bu qədər istedadlı, zəkalı ədib, alim, musiqiçi, digər elm, sənət, peşə adamlarının yetişməsi həmin bu məktəblərin və Şuşanın saf suyunun, təmiz havasının bəhrəsidir. Bu məktəblərin müəllim və məzunları arasında kimlər yox idi: müəllimlər Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov, Haşım bəy Vəzirov və b., şagirdlər İsmayıl bəy Şəfibəyov, Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, Muxtar bəy Muradov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Qara bəy Əliverdilər, Rüstəm bəy Axundov, Hüsü Hacıyev, Süleyman Rəhimov, Xan Şuşinski...Məşhur Şuşalıların siyahısını yenə uzatmaq olar: Qasım bəy Zakir, Firidun bəy Köçərli, Məhəmməd bəy Aşiq, Mirzə Məmmədqulu Təbib, Cabbar Qaryağdıoğlu, Bəhram bəy Axundov, Ağa xan Qarabaği, Əhməd bəy Ağaoğlu, Məcid Behbudov, Süleyman Sani Axundov, İslam Abdullayev, Fərhad Ağazadə, Qəmər bəyim Şeyda, Zülfüqar Hacıbəyov, Əhməd Ağdamski, Yusif Vəzir Çəmənzəminli, Nəriman bəy Nərimanbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim, Əli Zülalov, Dadaş Həsənov, Sürəyya Ağaoğlu, Lətif Kərimov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Cəlal Qaryağdı, Zakir Bağırov, Mehdi Məmmədov, Soltan Hacıbəyov, Sürəyya Ağaoğlu, Eldar Əzimzadə, Lətif Səfərov, Süleyman Ələsgərov, Münəvvər Rzayeva, İskəndər Əliyev, Azad Əmirov, Məşədi Cəmil Əmirov, Teymur bəy Aslanov, Xəlil Məmmədov, Ramiz Qəmbərov, Sürəyya xanım Qacar, Azad bəy Vəzirov...Bunların hamısının Şuşa məktəbləri ilə sıx bağlılığı olub.
Şuşada ermənilər də yaşamışdır, erməni məktəbləri, musiqiçiləri də olmuşdur, Rusiyanın fəal köməyi ilə daim bu təbii qala şəhərini, Qarabağın zümrüd tacını planlı şəkildə erməni yurduna çevirməyə, erməniləşdirməyə çalışmışlar. Şuşada 200 ildə doğulan erməni məşhurların hər birinin çəkiyə gələn ən seçmələrini yığıb tərəziyə qoysan, bu siyahıdakı türk müsəlmanların 1-2-sinin ağırlığında gəlməz. Şuşa təpədən dırnağa türk, müsəlman-azərbaycan şəhəri olub. Bundan əvvəl də bu mövzuda yazmışam; biz ətrafımızdakı qonşularımızın hamısından, o cümlədən ermənilərin yaxşı, pis cəhətlərindən öyrənməli, nəticələr çıxarmalıyıq, ən azı yaşadığımız faciələri təkrar yaşamamaq, düz yol seçmək üçün.
1992-ci il mayın 8-də rus-erməni hərbi birləşmələrinin işğalından sonra ermənilər Şuşadakı Azərbaycan izlərini itirmək məqsədilə, 600-ə qədər tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Şərqin ən məşhur xanım şairəsi Xan qızı Xurşidbanu Natəvanın evini, Qarabağ xanlığının vəziri olmuş görkəmli şair Molla Pənah Vaqifin məqbərəsini, Azərbaycan və Şərq professional musiqisinin, ilk operasının yaradıcısı, Şuşalı bəstəkar Üzeyir Hacıbəyovun, İtaliyada musiqi təhsili almış müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın ev muzeylərinin fondlarının 10 mindən çox eksponatını, Xalq Tətbiqi Sənəti Dövlət muzeyi, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyasını, Qarabağ general-qubernatorluğunun yerləşdiyi - Xosrov bəy Sultanovun oturduğu binann avadanlığını, 60-dan çox kitabxana, muzey, musiqi məktəbini qarət edib yağmalayıb Ermənistana daşıyıb aparıblar, qədim müsəlman qəbiristanlığı dağıdılıb.
Ermənilərin, guya Şuşanın erməni şəhəri olması haqqında yazıb yaydıqları məlumatlarlar tam əsassızdır. Qarabağ xanlığının Rus imperiyası tərəfindən işğalına qədər burada erməni yaşamayıb, hakimlərin arasında azərbaycanlılardan başqa qeyri millətin nümayəndəsi olmayıb. Qarabağın Rusiya tərkibinə keçməsi barədə 1805-ci il mayın 14-də imzalanan Kürəkçay müqaviləsini də Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov və İbrahim xan imzalayıb, Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edib, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edib, bütün artikullarda Şuşalı və Qarabağlı İbrahim xan yazılıb, xanlığın bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilib. Müqavilənin X artikulunda qeyd edilib ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. Preambula və 11 artikuldan ibarət Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilər barədə bir kəlmə belə yoxdur.1824-cü ildə İngilis səyyahı Albemarl qrafı Corc Keppel Şuşada olarkən, bu şəhərin gözəlliyi, sakinləri onda böyük təəssürat yaratmışdı. Keppel yazırdı ki, şəhərdə iki min ev var, əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edir. Əhalinin böyük əksəriyyəti Azərbaycan (türk) dilində danışır. Həmin dövrdə Şuşada olan digər səyyah Corc Keppel də, çar Rusiyası tərəfindən aparılmış demoqrafik siyahıyaalma sənədləri də, məşhur müəllim, tarixçi, yazar Mirzə Adıgözəl bəyin əhalinin tərkibi barədə yazdıqları da üst-üstə düşür, tarixi həqiqəti əks etdirir. Azərbaycanda aparılmış 1979-cu il siyahıya alınmasında Şuşada 9216 azərbaycanlının, 1409 erməninin, 1989-cu il siyahıya alınmasında isə 14738 azərbaycanlı və 1784 erməninin yaşadığı qeyd edilib.
Şuşada yaşayan ermənilər XIX əsrin əvvəlində Rusiya ilə Qacarlar İranı, Osmanlı Türkiyəsi ilə aparılan müharibələr nəticəsində Qarabağa köçürülmüş 300 minədək erməninin bir hissəsi idi. Bu köçürmə işlərinə rəhbərlik edən Aleksandr Qriboyedov, Vasili Veliçko və başqalarının məktub, raportlarında bu barədə dəqiq bilgilər vardır.
Qarabağda özlərinə yer edən ermənilər bu gözəl şəhəri çarizmin xristianlaşdırma siyasətinə uyğun olaraq özünüküləşdirmək üçün planlı işlər görüblər. Xüsusilə erməni əsilli rus generalı Valeriyan Qriqoryeviç Madatovun Şuşaya komendant təyin olunmasından sonra ermənilərin köçürülüb yerləşdirilməsi intensiv xarakter alıb. İtaliyalı jurnalist və yazıçı Luici Villari 1905-ci il avqustun 16-da Şuşada ermənilərin başlatdığı bu qətliamlara şahid olmuş, şəhər sakinlərinin üçdə ikisinin azərbaycanlılardan ibarət olduğunu, ermənilərin əvvəlcədən silahlanıb azərbaycanlılara qarşı qırğına başlamağa hazırlaşdığını qeyd edib. 1865-ci ilin mayında Şuşaya gələn məşhur rəssam Vasili Vereşşagin 3 aya yaxın burada qalmış, hətta, Parisə qayıdandan sonra da Şuşaya aid silsilə rəsmlər çəkmişdir və hamısında Şuşanın Azərbaycan şəhəri olduğu aydın görünür. Rəsmlərin adları belədir. “Şuşa məscidi” (17 iyul 1865), “Şuşada məhərrəmlik”, “Müsəlman məktəbi”, “Şuşada varlı tatar (azərbaycanlı) evinin zalı”, “Şuşada varlı tatarın qonaq evi” və s. Ermənilərdən fərqli olaraq, Şuşada Azərbaycanın onlarla tanınmış mədəniyyət, ədəbiyyat, hərbi, dövlət və ictimai xadimi doğulub yetişmiş, yaşayıb yaratmışdır.
1992-ci ildə Şuşanı qonşu dövlətlərin də fəal dəstəyi ilə Azərbaycanın hərbi-siyasi rəhbərliyindən ciddi müqavimətsiz təhvil alan ermənilər Şuşada nədən başlamışdılar, nə etmişdilər, hansı işləri görmüşdülər, nələr tikmişdilər? Şuşanı özününküləşdirə bilmədiyinə görə “şuşi”ləşdirib "Şuşi" Mədəniyyət Fondu, "Şuşi" nəşriyyat evi, “dqr” üçün parlament binası, erməni mədəni irsinin, "arxiv sənədlərinin" tədqiqi, təbliği, təftişi (saxtalaşdırılması ilə paralel), şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, Şuşanın dünya ermənilərinin dini və mədəniyyət mərkəzinə çevrilməsi, yeni turist mehmanxanalarının tikintisi, abidələrin erməniləşdirilməsi, qriqoryanlaşdırılması və bərpası, əyləncəli turist məskənlərinin inşası, yeni mədəniyyət mərkəzlərinin (O.Tarkanyan, E.Tarumyanın və.s adına) yaradılması, yeni idman obyektlərinin, stadionların , erməni məktəblərinin tikilməsi, erməni dilini bilməyən diaspor üzvlərinin övladlarına erməni dili dərsini tədris edən kursların təşkili, Şuşa real məktəbin təmiri, müasir xəstəxana binasının tikilməsi, İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi, Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyinin təşkili, Şuşanın Arxiv Fondunun yaradılması, Qalada və onun ətrafında arxeoloji tədqiqatının aparılması, Milli Erməni Muzey fondunun yaradılması, İran abidələrinin tədqiqi və nəşri (yəni Azərbaycana aid məscidləri və türbələrin), federasiyalar üçün nümayəndəliklərin, stadionların, Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılışı, Şuşa Texnoloji Universitetinin tələbələri üçün yataqxana kompleksinin inşası və sair.
Şuşa tarixən dini yox, təhsil, maarifçilik, musiqi, mədəniyyət mərkəzi olub. Vətən müharibəsində isə həm də qəhrəmanlığın zirvəsi olub. Çox inanırıq ki, biz Şuşa tarixinin yeni mərhələsində məhz bu yolu tutacağıq. Şuşada Üzeyirbəy Musiqi Akademiyasının, Qarabağ Universitetinin, Türkiyə universitetlərindən birinin filialının, hərbi məktəbin açılması yaxın vaxtlarda reallaşacaq. Şuşada bu şəhərdə adı əbədiləşməyə layiq olan qəhrəman şəhidlərimizin, şəxsiyyətlərin adına küçə, xiyaban, parklar, mədəniyyət obyektləri açılacaq və o sırada 1918-20-ci illərdə Şuşanı ermənilərdən azad edən ilk hərbi nazirimiz general Xosrov bəy Sultanovun, xalq qəhrəmanı Sultan bəyin, Şuşanın ilk komendantı albay Cəmil Cahidin adları da əbədiləşəcək. Biz Şuşanı azad edən döyüşçülərin qəhrəmanlığına layiq cəsarətlə, tikilənləri uçurub dağıtmadan özümüzünküləşdirib yeni forma və məzmunla azərbaycanlılaşdırmalıyıq, həm də gecikmədən! Torpaq bizim olduğu üçün torpağın üstündəki mülk də xalqımıza, dövlətimizə məxsusdur! Qardaş Türkiyənin xristianların məşhur Ayasofya muzeyini məscidə çevirməsi bizə də örnək olmalıdır! Biz ermənilər kimi uçurub dağıtmaq yox, yaşatmaq yolundayıq. 44 gün davam edən qalibiyyətli Vətən müharibəsinin Şəhid və Qaziləri haqqında hər gün televiziyalarımızda verilişlər gedir, sosial şəbəklərdə şahidlər danışır, çoxlu döyüşlər, əməliyyatlar barədə, əsgər və zabitlərimizin qəhrəmanlığı, cəsarəti, şücaətləri ilə dolu olduqca maraqlı söhbətlər edirlər. Bunlar hamısı yazıya alınmalı, məqalələr yazılıb kitablarda nəşr olunub bu günkü, gələcək nəsillərə çatdırılmalıdır. Şuşanın alınması ən gözəl film üçün hazır mövzudur, məsələn, “300 Spartalı” kimi. Görəsən bunlarla məşğul olan varmı? Təbii ki, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında gərəkli məsələlər, təxirəsalınmaz vəzifələr müəyyən olunub. İnanırıq ki, bu qərar vaxtında, keyfiyyətlə yerinə yetiriləcəkdir. 2022-ci ildə Şuşa şəhərinin 270 ili tamam olur. Bu yubileyi böyük təntənə ilə qeyd etmək, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Olduqca müdrik qərardır, çünki Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa 10 min 386 günlük əsirlikdən sonra Azərbaycana, Azərbaycan Şuşaya qovuşub. Şuşa sakinlərinin yolunu gözləyir. Şuşanın gözü sakinlərinin yoluna dikilib, yol gözləyir, sakinlərin nəfəsinə qızınmaq istəyir. Buradakı müzəffər ordumuzun əsgərlərinin gözləri də yol çəkir ki, harda qaldı Şuşalılar, bu Qalada qan töküb, qanımızı bu torpağa axıtmışıq ki, əhalisi teliklə geri dönüb öz ev-eşiklərində yaşasınlar. Şuşa yolumuzu gözləyir!
Yeni ilin ilk günləri dqr-ın dılğır başçıları Şuşa və Hadrutu azad edəcəklərini bir daha təkrar ediblər. Ermənistan prezidentinin, müdafiə, təhlükəszilik nazirlərinin Moskva səfərlərində 1-ci mövzu Şuşa və Hadrutun dılqır “dqr”-ə qaytarılması məsələsi idi və təbii ki, Moskva da bunu ehtiyat variant kimi heç vaxt rədd etməyib. “Artsaxın prezidenti”, hökuməti, azı 20 minlik ordusu, silah-sursatı ilə dqr-də diridir, fəaliyyətdədir. Üstəgəl Rusiyanın digər post-sovet ölkələrdəki “sülhməramlı” təcrübəsi də göz önündədir, Qarabağda təkrar olunur. Ayıq, sayıq olmalıyıq!
Erməni gözünü, əlini, fikrini Şuşadan biryolluq çəkməlidir! Şuşa əbədi olaraq alınmaz Qalaya çevrilməlidir, eynilə digər yerlərimiz də. 8 Noyabr - Şuşanın azad edilməsi Vətən müharibəsinin ən yüksək, ən şərəfli sonluğu oldu. Şuşasız Qarabağ - Xankəndi, Xocalı, Laçın, Laçınsız Qubadlı...yoxdur. Azərbaycan bütün səylərini həm də Xankəndi, Xocalı, Ağdərədə suveren hakimiyyətini bərpa etməyə yönəltməlidir.
Şəhid, Qazilərimizin qanı bahasına yağı düşmən tapdağından xilas edilmiş torpaqlarımıza qayıdış ən öndə olan ümumdövlət, milli məsələdir, Şuşa xilaskarlarının ruhu qarşısında xalq, dövlət olaraq həm də əxlaqi-mənəvi, vətəndaşlıq borcumuzdur və ilk növbədə Şuşanı və digər ərazilərimizi Vətən etməklə bu borcu ödəmiş olarıq.
Qayıdış Şuşadan-ən yüksəklikdən başlamalıdır, çünki sakinlərini qəbul etməyə hazır olan, vacib, əsas olan Şuşadır! Şuşalılarla bərabər, yaşamaq arzusunda olan gənclərə, zabit ailələrinə də şərait yaratmaq lazımdır. Hal-hazırda respublikanın müxtəlif guşələrində fəaliyyət göstərən Şuşa ümumtəhsil müəssisələrində 5300 şagirdin təlim-tərbiyəsi ilə 580-ə yaxın müəllim məşğul olur. Bir dərs ili ötüb keçdi, -7 aydan sonra yeni dərs ili başlanacaq, Şuşa ilindən gec olmayaraq Şuşadakı məktəblər müəllim, şagirdlərin üzünə açılmalıdır!
Müqayisə tam uyğun olmasa da; 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra tamam boşalmış Xankəndi və ətrafına 3-4 ayın içində 50 min erməni qayıdıb, ya Rusiya tərəfindən qaytarılıb, fərqi yoxdur, bütün məktəblərdə, hətta, Şuşa, Hadrut məktəb, bağçaları da ayrılıqda bərpa edilib. İkinci dünya müharibəsində daşı daş üstdə qalmayan Leninqrad, Stalinqrad...bircə ilə bərpa edilib yaşayış məskəninə çevrilmişdi.
Hökumət o yerlərin sakinlərinin qayıdış ruhunu sönməyə qoymamalıdır (acı təəssüflər olsun ki, bu belədir), əksinə gərəkli qərarlar qəbul edib, yerli camaatın da rəyi öyrənilib nəzərə alınmaqla və yaxından iştirakı ilə bu məsələ reallaşmalıdır. Azərbaycan xalqı Şuşada Türkiyə konsulluğunun açılmasını, Türkiyə silahlı qüvvələrinin tezliklə Qarabağa gəlişini və bir bölümünün ilk növbədə Şuşada daimi yerləşməsini intizarla gözləməkdədir – bu sosial sifarişdir, xalqın yekdil istəyidir, həm də Rusiyanın xoş niyyətdən çox uzaq məramla lövbər saldığı Xankənddən üzü yuxarı Şuşa qalasına iştahla baxan düşmənə əbədilik gözdağıdır, məkrli planlarına qarşı ən etibarlı sipərdir, hər zaman olduğundan daha vacibdir. Neçə ki, rus ordusu Xankənddədir, Türk ordusu da Şuşada olmalı, qalmalıdır. 1918-ci ildə də belə olmuşdu. Türkiyə 44 günlük müharibədə, ondan əvvəl və sonra Azərbaycanın yanında, birlikdə olub, təzyiqlər qarşısında da birlikdə durub. Şuşada, sərhəd bölgələrimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkən əsgərlərimiz arxasında tikən, qurub yaradan mülki əhalini görməlidir, o yerlərin torpaq becərən, əkən, biçən sakinlərinin səsini, nəfəsini duymalı, güc, qüvvət almalıdır. Ana Vətənə qovuşmuş Şuşada 2021-ci mayın 12-də yenidən “Xarıbülbül” festivalının keçirilməsi də, Türkiyə Prezidenti sayın (say-seçmə, sayılan) Ərdoğanın ailə üzvləri, Hökumət rəsmiləri ilə birlikdə Şuşaya səfəri də sevindirici hadisə idi. Və növbəti belə tədbirlərin Şuşalılarla birlikdə keçəcəyinə inamımız böyükdür.
Əminik ki, “Şuşa İli”ndə bu və digər gözləntilərimiz gerçək olacaqdır.
Hacı NƏRİMANOĞLU[49]
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevə yubiley təbriki
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Komandanlığınızla 2020-ci il 27 sentyabrdan başlayan 44 günlük qurtuluş savaşında qazanılan böyük qələbə Sizin siyasi iradənizin, şəxsi qətiyyətinizin bəhrəsi, təcəssümü oldu. Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz sayəsində əldə edilən bu Zəfər son 200 illik Vətən tariximizin ən şərəfli səhifəsinə çevrildi, adınıza “Müzəffər Ali Baş Komandan” titulu yazdırdı və xalqımızın milli qürur hisslərinin dirçəlişinə rəvac verdi.
Qələbədən dərhal sonra işğaldan azad edilən bölgələrimizdə başlatdığınız geniş miqyaslı quruculuq, bərpa işlərinin yaxın illərdə böyük qayıdışa aparacağına inanırıq.
7 iyul 2021-ci il tarixli Fərmanınızla “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması da növbəti müdrik, uzaqgörən qərarınız, 1933-cü ildə adı coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silinmiş tarixi Zəngəzur adının yenidən yaddaşlara qaytarılmasına vəsilə oldu.
Qarşımızda bizi tarixi ədalətin bərpası - minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsi və Azərbaycana qovuşması kimi mənəvi borcumuzun, vəzifəmizin fədakar rəhbərliyinizlə gerçəkləşməsi gözləyir.
Sizi 60 illik yubileyiniz münasibətilə səmim-qəlbdən təbrik edir, şəxsinizə, ailənizə ən xoş arzularımızı bildiririk, bundan sonra da vətənimiz, xalqımız naminə xeyirli fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından
Sədr Hacı Nərimanoğlu, 24 dekabr 2021-ci il.[50]
İlham Əliyev: Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi
25 oktyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Qubadlını işğalçılardan azad etmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi Twitter səhifəsində bununla bağlı paylaşım edib.
“Qubadlı rayonunun işğaldan azad edilməsi əməliyyatı bir neçə gün çəkib, şəhərdə ermənilər güclü istehkam qurmuşdular, şəhərin girəcəyində hərbi baza yaratmışdılar. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkamlar qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirmişdi. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcəklər.
Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəş açırdı.
İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizlədi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə ucaldıldı.
Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma. yurda əbədi qayıdışına zəmin yaratmaqdır Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İinsanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.[51]
İlham Əliyev: "Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq"
"Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir.
Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır."[52]
25 oktyabr 2021-ci il - Qubadlının işğaldan azad olunmasının birinci ili, Qubadlı şəhəri
Müəllifdən: O yerlərə qayıdış borcumuz var!
2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün davam edən Vətən müharibəsində xalqımız, müzəffər ordumuz, şəhid və qazilərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 28 il yağı əsarətində qalmış torpaqlarımızı əsirlikdən azad etdi, əsgər və zabitlərimizin tarixdə misli bərabəri olmayan qəhrəmanlığı, şücaəti, cəsur hücumları qarşısında erməni silahlı qüvvələri darmadağın edildi, diz çöküb aman dilədi, təcavüzkar düşmən və hərbi-siyasi dəstəkçiləri xəyalına da gətirmədikləri acı məğlubiyyətə düçar oldu, xalqımız milli mənlik duyğularını, qürur, şərəf və ləyaqətini savaşla, döyüşlə özünə qaytardı. Qarabağ, Zəngəzur ellərimiz Azərbaycana qovuşdu. Tarixi ədalətin bərpası yolunda daha bir əhəmiyyətli, məntiqli addım Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması oldu. Ənənəvi sosial-iqtisadi, tarixi-mədəni, coğrafi bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi Zəngəzurun bütövləşməsinə, şərqi ilə qərbinin qovuşmasına, 1933-cü ildən coğrafi xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpasına, Azərbaycanla Naxçıvan və Türkiyəyə birbaşa quru yolun açılmasına da stimul oldu.
Keçmişini bilməyən, tarixinə güvənməyən xalqın gələcəyə yolu hamar ola bilməz. Torpaqlarımızın azad edilməsinə aparan yol həm də gerçək tariximizi, milli kimliyimizi, keçmişimizi öyrənib dərk etməkdən başlanırdı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr olunan bu kitabda Şərqi Zəngəzurun ayrı-ayrı bölgələrinin və bütövlükdə Zəngəzur mahalının tarixi keçmişi, hazırda işğaldan azad edilmiş bölgələrdə aparılan geniş miqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturlarının yenidən dirçəlişi, Şərqi Zəngəzurun gələcək mənzərəsi, inkişaf perspektivləri diqqətə çatdırılıb, qələmə alınıb. Başı bəlalar çəkmiş Zəngəzurun gerçək tarixinin bu günkü və gələcək nəsillərə çatdırmaq, Zəngəzur torpaqlarının şərqi, qərbi ilə birlikdə ən qədim dövrlərdən Azərbaycan türklərinə mənsub olduğunu faktlarla ictimaiyyətə çatdırmaq, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun inkişafına, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə stimul vermək, vətəndaşlarımızın Şərqi Zəngəzurun keçmişi, bu günü və gələcəyi barədə maariflənməsinə, daha çox informasiya almasına yardımçı olmaq, elmi-tarixi, humanitar biliklərini artırmaq, itirilmiş digər torpaqlarımıza da sahiblik hisslərini diri saxlamaq əsas hədəflərimizdən biridir. Nəşrdə arxiv materiallarından, müəllifin indiyədək Zəngəzurun tarixinə dair kitablarında, dissertasiya işində, məqalə, tədqiqatlarda istinad etdiyi mənbələrdən, araşdırmalardan da istifadə olunub. 44 günlük Vətən müharibəsinin ilk günündən yazılan Zəngəzur ünvanlı məqalə, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatlarının bir hissəsi də kitaba daxil edilib.
Qarşıda bizi Vətən müharibəsində qələbədən sonrakı ən şərəfli, məsul borcumuzun ödənməsi, vəzifəmizin gerçəkləşməsi gözləyir: doğma, əzizlərimizin nəşi uyuyan, ruhu dolanan dədə-baba yurdlarımıza qayıdış. İşğaldan azad edilmiş Şərqi Zəngəzurun, Qarabağın yenidən məskunlaşdırılmasına hər kəs töhfəsini verməli, nümunə göstərməlidir. Bu qayıdış, yurda dönüş vətəndaşlıq borcudur, milli şərəf, qeyrət, ləyaqət məsələsidir, o torpaqlar uğrunda canlarını fəda etmiş, savaşmış qazilərimizə sevgi, ehtiramın əməli ifadəsidir.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi – 30
Azərbaycanın ilk QHT-lərindən biri olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalının iştirakı ilə keçirilən təsis konfransında yaranıb və 1992-ci ilin mayında Dövlət qeydiyyatına alınıb.
Birliyin ilk sədri Kamran Əsəd oğlu Hüseynov 15 dekabr 1913-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. Binəqədi, Neftçala rayon, Mingəçevir, Sumqayıt şəhər partiya komitələrinin birinci katibi, respublika Həmkarlar İttifaqları Şurasının sədri, Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublika Ticarət və Sənaye Palatasının sədri vəzifələrində işləyib. Azərbaycan və RSFSR Ali Sovetlərinin deputatı olub. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifidir. Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif edilib. 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat edib.
Birliyin ikinci sədri Tofiq Şəfaət oğlu Mehdiyev 14 sentyabr 1946-cı ildə Zəngilan rayonunun Pircivan qəsəbəsində anadan olub. Kənd Təsərrüfatı Nazirliyində, Azərbaycan KP MK-da işləyib, Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi, “Azərittifaq”ın sədri vəzifələrində çalışıb. MK-nın üzvü, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan, müstəqil Azərbaycanın Dövlət atributlarının-Bayraq, Himn, Gerbinin qəbul olunmasına səs verən deputatlardan biri olub. Birliyin sədrliyindən könüllü istefa verdikdən indiyədək Ağsaqqallar Şurasının sədridir. “Zamanın axarında Zəngəzursuz illərim” kitabı nəşr olunub.
2010-cu ildən İctimai Birliyin sədri Hacı Nərimanoğludur. Qubadlı rayonunun Saray kəndində doğulub, Qubadlı rayon komsomol, icraiyyə komitələri, icra hakimiyyəti, AzərTAc Dövlət İnformasiya Agentliyi, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, AR Sənaye və Energetika Nazirliyi, AR Prezidenti yanında Bilik Fondu, Azərbaycan Dövlət Tərcümə Mərkəzində işləyib. 25 kitabın, tərcümə əsərlərinin, Azərbaycan, türk, rus, ingilis dillərində dərc olunmuş 100-dən çox elmi, elmi-publisistik məqalənin müəllifidir. Birlik QHT Şurasının dəstəyi ilə Azərbaycan, Gürcüstan, Çexiya və Türkiyədə 16 layihəni icra edib, Fəxri fərmanlara layiq görülüb, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, 18 adda kitab buraxdırıb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Meğri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır.
Başlıqlar
1.Şərqi Zəngəzur ellərimiz
Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı
Ön söz: Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması mühüm tarixi, siyasi hadisədir
Cəbrayıl rayonu
Kəlbəcər rayonu
Laçın rayonu
Qubadlı rayonu
Zəngilan rayonu
2.Şərqi Zəngəzur - dirçəliş, tikinti, quruculuq meydanı
Prezident İlham Əliyev: Azərbaycan bayrağını asmağa bir salamat bina tapa bilmədik...
Böyük tikintinin ünvanları: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları
Bütün yollar Qarabağ və Zəngəzura aparır: icra olunan avtomobil yolları
Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır
Qarabağ və Şərqi Zəngəzurun hava qapısı: Füzulu Hava Limanı
“Zəngəzur tranziti” Azərbaycanın dəmir yol şəbəkəsini regionun "lokomotiv"inə çevirir
3.Zəngəzur – ulu yurdun tarixi
Zəngəzurun tarixi, coğrafiyası
Zəngəzurda axıdılan qanlar və tarixin ibrət dərsləri
Zəngəzurlu 3 general nazirin eyni vəzifə taleyi: Xosrov bəy Sultanov,
Valeh Bərşadlı, Məhəmməd Əsədov
Zəngəzur qəzasının demoqrafik vəziyyəti və azərbaycanlıların deportasiyası
Zəngəzurun qərbinin Ermənistana verilməsi
Şərqi Zəngəzurda erməni vəhşətinin qanlı səhifəsi - Oxçu qətliamının 102 ili tamam olur
1918-20-ci il Zəngəzur qırğınları Əyyub Abasovun “Zəngəzur” romanında
- Qarabağ və Zəngəzura yol: 44 Günümüz – Zəfər, Şərəf Tariximiz
Zəfər sənin olacaq, Azərbaycan Ordusu!-Bəyanat
Tarixin acı dərslərindən ibrət alma, qisas zamanıdır-
Biz döyüşdə uduzmadıq...(I Qarabağ savaşının Şəhid və Qazilərinin xatirəsinə)
Qarabağ uğrunda savaşa sonadək davam - xalqın istəyi budur!
Azərbaycan və Türkiyə prezidentlərinə məktub
Hərbi qələbə siyasi sənədlərdə rəsmiləşməlidir
Mən bu qələbənin olacağına inanırdım...
Azad edilən torpaqları Vətən etməyin yolu
Türkiyə ilə Azərbaycan bunu da bacarsa...
İşğalçı erməni, xaçını da götür get, gəlirik!
“Şuşa İli” düşüncələri: Şuşanın keçmişi, bu günü, sabahı
“Ədalətli Rusiya”nın ədalətsiz manifestinə etirazı
Müraciət - “Hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb""
Qubadlı ziyalılarının Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciəti
İlham Əliyev: Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi
İlham Əliyev: "Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq"
Şərqi Zəngəzurun işğaldan azad olunmasının birinci ili
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə yubiley təbriki
Müəllifdən: O yerlərə qayıdış borcumuz var!
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi – 30
[1] https://president.az/articles/52389
[2] http://www.cabrail-ih.gov.az/page/10.html
[3] http://kelbecer-ih.gov.az/page/10.html
[4] http://www.lachin-ih.gov.az/page/11.html
[5] http://www.qubadli-ih.gov.az/page/12.html
[6] http://www.zengilan-ih.gov.az/page/10.html
[7] http://www.aayda.gov.az/az/news/3319/qarabag-ve-serqi-zengezur-iqtisadi-rayonlarinda-icra-olunan-yol-layiheleri-barede-melumat
[8] http://www.aayda.gov.az/az/news/2805
[9] https://azertag.az/xeber/1904454
[10] https://azertag.az/xeber/Fuzuli_Beynelxalq_Hava_Limaninin_achilis_merasimi_olub_Prezidentler_Ilham_Aliyev_ve_Receb_Tayyib_Ardogan_achilis_merasiminde_istirak_edibler
[11] https://www.ssu-conferenceproceedings.edu.az/pdf/2021-2.pdf
[12] https://president.az/az/articles/view/53746
[13] https://azertag.az/xeber/1936314
[14] The evening star. [volume] (Washington, D.C.), October 06, 1921, Page 25
[15] http://zengezur.com/index.php/mzhallr/316-z-nzh-zurun-erm-nistana-verilm-si-m-t-b-r-m-nb-l-r-n-deyir
[16] https://zengezur.com/index.php/4-khbrlr/231-zharaba-v-z-nzh-zurun-i-al-na-aparan-yol-vv-l-son
[17] Nərimanoğlu H., 17-18.12.20. Beynəlxalq konfransda məruzənin mətni, SDU
[18] ARDA: f. 895, siyahı 1, iş 299, vərəq: 8-12, 18, 20, 22, 26, 31-33.
[19] http://zengezur.com/index.php/4-khbrlr/370-z-nzh-zurda-102-il-vv-l-akh-d-lan-zhanlar-v-tarikhin-ibr-t-d-rsl-ri
[20]https://musavat.com/news/102-il-evvel-zengezurda-toredilen-qetliamin-dehsetleri-tarixi-faktlar_846388.html?fbclid=IwAR3zprM6M4SOc79ykSfLCKZEUp3FN9ffntOoqgmHSHVH_6uKOHaNVqt5-U0
[21] http://zengezur.com/index.php/4-khbrlr/368-az-rbaydzan-d-vl-t-t-rdz-m-m-rk-zind-n-daha-bir-h-miyy-tli-layih https://aztc.gov.az/az/posts/id:1295
[22]http://yerkramas.org/ru/article/1310/nash-general?fbclid=IwAR0XCXmoXNAuvAazRODOjKry_TDN1iU_zemIPTBbn8YhOCuKOkf4ZAckoUA, 27.01.2010.
[23] https://musavat.com/news/soyqunun-zengi-olmasaydi-nazir-o-fakti-niye-indi-aciqladi_712534.html
[24]https://525.az/?name=xeber&news_id=145308#gsc.tab=0
http://zengezur.com/index.php/mzhallr/268-biz-doeyushdae-uduzmad-zh
[25] 13/10/2020/ https://525.az/news/152198-haqq-savasi-qurani-kerimde-ve-kitabi-dede-qorqudda. http://zengezur.com/index.php/9-xbrlr/240-hazhzh-sava-zhurani-k-rim-d-v-kitabi-d-d-zhorzhud-da
[26] 27.09.20. http://zengezur.com/index.php/9-xbrlr/235-z-nzh-zur-dz-miyy-tl-ri-idztimai-birliyinin-b-yanat
[27] 28 sentyabr 2020. https://avropa.info/post/355318
[28] https://avropa.info/post/357922. aqreqator.az, azerforum.com və s. 22.10.2020
[29] 31. 10. 20 https://www.moderator.az/news/349844.html
[30] 01.11. 20. https://moderator.az/siyaset/349982/turkiye-ile-azerbaycan-bunu-da-bacarsa/
[31] 19 noyabr 2020, http://www.qhtxeber.az/news.php?id=26847&lang=az və sair
[32] 08.11.20 http://zengezur.com/index.php/9-xbrlr/248-herbi-gelebe-sebeb-sonraki-vezifeler
[33] http://zengezur.com/administrator/index.php?option=com_content&view=article&layout=edit&id=114
[34] 24.12.20 “525-ci qəzet”, https://525.az/news/158755-men-bu-qelebeye-inanirdim-haci-nerimanoglu-yazir
[35] 30.11.20.https://avropa.info/post/361612 və s.
[36] https://president.az/articles/49394
[37] https://president.az/articles/44578 https://azertag.az/xeber/1625951 https://525.az/news/158755-men-bu-qelebeye-inanirdim-haci-nerimanoglu-yazir. https://zengezur.com/index.php/9-xbrlr/243-zhubadl-ziyal-lar-n-n-az-rbaydzan-prezidenti-ali-ba-komandan-ilham-liyev-m-radzii-ti və digər saytlarda yayılıb.
[38] 10 noyabr 2020-ci il. http://525.az/site/?name=xeber&news_id=155046#gsc.tab=0
[39]https://www.rbc.ru/politics/25/03/2021/605cc35c9a79475d87301510?fbclid=IwAR0NHcC1sX1wevIqL8D2O-aFb3ebCmVnaGX9kc0LzUDCtkHypxXgWzWubtI
[40] 525-ci qəzet”, 19, 21, 23.10.20, http://525.az/site/?name=xeber&news_id=152561
http://zengezur.com/index.php/mzhallr/301-z-nzh-zur-dz-miyy-tl-ri-idztimai-birliyinin-b-yanat-2
[41] 07.07.21 http://zengezur.com/index.php/9-xbrlr/343-zenzhezur-adi-yeniden-kheriteye-zhayidir
[42] http://zengezur.com/index.php/mzhallr/278-khank-ndi-nedz-stepanakert-oldu
[43] 19.03.21. https://525.az/news/164426-torpagi-veten-etmeyin-yolu
[44] Nərimanoğlu H. Oğuz elim Qubadlım, «Azərbaycan» jurnalı, 1999 -cu il № 7. https://zengezur.com/index.php/m-qal-l-r/175-ouz-elm-zhubadlim
[45] https://azertag.az/xeber/Qarabagin_alban_qipchaq_tarixine_dair_kitab_nesr_olunub-1940174?fbclid=IwAR18Au9mAQe-UA-ajLOZHBuTvepBRO3Fsu0LMCClZfo_RNI27TfSFVS-mOo
[46] http://zengezur.com/index.php/mzhallr/283-alban-m-b-dl-ri-tarikhimizin-ayr-lmaz-hiss-sidir-sahibl-nm-liyik
[47] EA Tarix İnstitutu-1959, səh.19-20
[48] “Qarabağnamə” 3-cü kitab, "CBS-PP" MMC -2006, s.78
[49] https://musavat.com/news/bildiyimiz-susa-haqqinda-bilmediklerimiz-tarix-bu-gun-ve-gelecek_857090.html
[50] http://zengezur.com/index.php/4-khbrlr/383-az-rbaydzan-respublikas-n-n-prezidenti-ali-ba-komandan-ilham-liyev-yubiley-t-briki
[51] https://azertag.az/xeber/1674007
[52] https://report.az/xarici-siyaset/ilham-eliyev-azerbaycan-xalqi-101-il-evvel-elimizden-alinmis-zengezura-qayidacaq/