ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 163

DİRİLİ QURBANİ YARADICILIĞNDA  QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ  

Empty
  • Print
  • Email

DİRİLİ QURBANİ YARADICILIĞNDA
 QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ

 

 Dirili Qurbani XV-XVI əsrlərdə yaşamış Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi olub, ozan-aşıq keçidində bu sənətin banisidir. Onun şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrin izlərinə rast gəlinir. Bu, əsasən fonetik, leksik və qrammatik xüsusiyyətlərdə özünü göstərir. Konkret desək, Qurbaninin əsərlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinə aid bəzi fonetik xüsusiyyətlər müşahidə edilir. Əminliklə deyə bilərik ki, Dirili Qurbaninin şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinin təsiri açıq-aşkar hiss olunur. Onun yaradıcılığında rastlaşdığımız fonetik, leksik və qrammatik xüsusiyyətlər həmin bölgələrin dil xüsusiyyətlərini əks etdirir. Şeirlərindəki şivə elementləri aşıq ədəbiyyatında xalq dilinin necə qorunduğunu və inkişaf etdiyini göstərən dəyərli nümunələrdir. Tədqiqatlarda Qurbaninin poeziyasına Qarabağ mühitində mövcud olan bir sıra şivə xüsusiyyətlərinin əlavə olunduğu qeyd edilir. “Nobat gəldi mana yetdi”, “Günüz səbrü qəralımı, gecə yuxum kəsən dilbər!” “Vəzir sana qarğayıram”, “Mana ola etibarın istərəm” və s. Bunların bir qismi dastançı aşıqların şivə xüsusyyətindən irəli gələ bilməsi fikirlərinin olduğu qeyd olunmalıdır. Professor Qəzənfər Kazımova (1996) görə, “Qapına gəlmişəm, sayılam, sayıl. Haq verən paylara olmuşam qayıl” – kimi misralarda “sayıl”, “qayıl” sözləri müəllif tərəfindən “sail”, “qail” şəklində yazılmış və tələffüz edilmiş, sonralar aşıqlar tərəfindən lorulaşdırılmışdır. Şairin qoşma və gəraylılarında bu gün canlı danışıq dilində özünü geniş şəkildə göstərən, tarixi tələffüzün nəticəsi kimi formalaşmış “dır” şəxs şəkilçisinin qısa formasıdır və mənsubiyyət şəkilçili sözün təsirlik hal şəkilçisiz formalaşma halları işlək formalar kimi diqqəti cəlb edir. “Adətdi dərəllər yaz bənövşəni”, “Ayrılıqmı çəkib, boynu əyridi?” “Mənim dərdim ara tez-tez”, “Haq diləyin yetirməsin” və s. “Bülbül ayrılığı sitəmdi gülə, Gülabatın naxış süsən sünbülə...” (Kazımov, 1996) Bu nümunələrdən də görünür ki, Qurbaninin şeirlərində bəzən elə misralarla rastlaşırıq ki, onlar daha çox bu bölgələrin dialektinə uyğundur. “Adətdi dərəllər” əvəzinə “adətdir dərərlər” ifadələri bu gün daha çox işlənməklə çağdaş ədəbi qaydalara uyğunlaşdırılmışdır. Yeri gəlmişkən, lap yaxın nəşrlərdə “Bənövşə” şeiri “Bənəfşəni” kimi gedirdi. Bu o dövr danışıq dilinə tam uyğundur. Indi bu bölgələrdən olan yaşlı insanların dialektində belə ifadələr yenə də işlənməkdədir.
 Dirili Qurbaninin şeirlərində bəzi sözlər məhz Qarabağ və Şərqi Zəngəzur dialektlərinə məxsusdur:
 

“dağaşanı” – sərt, inadkar
 “heş” – heç
 “dədə” – ata mənasında deyil, həm də böyük, ağsaqqal anlamında işlənir.
 
 Qarabağ və Şərqi Zəngəzur şivələrində “dır” şəkilçisi “dı”, “du”, “dü” formasında işlənir:
 
 “yaxşıdır”əvəzinə “yaxşıdı”, “düzdür” əvəzinə “düzdü” və s.
 
 Qurbani irsinin fundamental tədqiqatçılarından olan Tariyel Abbaslı “Qurbaninin poetik irsi” adlı dissertasiya işinin monoqrafiyasında bizim fikrimizə rəğmən qeyd edir ki, “Qurbaninin yaradıcılığında doğulduğu Diri zonasının təbii gözəllikləri, o cümlədən ətraf mühitin ekoloji təsvirləri, eyni zamanda bu yerlərin insanlarının dialekt və şivələrinə uyğun söz və ifadələr çoxdur. Bütün bunlar Dirili Qurbaninin həyat və yaradıcılığı haqqında bir çox elmi əsərlərin, habelə dissertasiya işinin yazılması ilə nəticələnmişdir.” Filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslının “Qurbaninin poetik irsi”adlı monoqrafiyasında toxunulan məsələ ilə bağlı geniş nümunələr vardır:
 
 “Nə ola bir şadlıq xəbəri gələ,
 Yüklənə barxanam ellərə doğru.
 Naşı ovçu bərə bəklər bəllənər,
 Marallar sayrışar yollara doğru.”
 
 - şeirindəki “barxana”, “naşı”, “bərə”, “bəkləmək”, “sayrışmaq” sözləri o vaxt, elə indi də Qarabağ bölgəsində işlədilən ifadələrdir. Qurbani göz açdığı bağlı-bağatlı, nanəli-nərgizli, tər bənövşəli, hər cür meyvəli, əncir, üzüm kolları və yaşayış üçün zəruri qidaların olduğu doğma yurdunun gözəlliklərini öz əsərlərində tərənnüm etmişdir.”
 Bəzi tədqiqatlarda Qurbaninin ədəbi dilində Qaradağ şivəsinə aid söz və ifadələrin olduğunu da qeyd etmək lazımdır. Onun şeirləri sadə xalq danışığına əsaslandığı üçün burada müxtəlif bölgə şivələrinin təsiri olduğunu da unutmamalıyıq. Qaradağ şivələri də bura daxildir. Xüsusən, aşıq üslübunda işlədilən qoşma və gəraylılar bu təsirin ən çox nəzərə çarpdığı janrlardır. Yalnız Quzey Azərbaycanda deyil, həm də Güney Azərbaycanda, xüsusən Qaradağ bölgəsində geniş yayılmış dialektik ifadələr Qarabağ və Şərqi Anadolu bölgələrinin ləhcə və şivə xüsusiyyətləri ilə yanaşı, Güney Azərbaycan, xüsusən də Qaradağ şivələrinin izlərinə də rast gəlinir. Aşıq-şairin əlimizdə “Əsərləri” (Qurbani, 2006) əsasında apardığımız araşdırmalar maraqlı məluamatlar ortaya qoyur.
 
 “Dolana–dolana” (s.37) şeirində NOBAT (növbə)
 
 Nobat gəldi mana yetdi
 Saqi dolana-dolana.
 
 “Pərim gəlsin” (s.40) şeirində YALAV (alov),
 
 Əyninə geyib qırmızı,
 Yalav kimi yanır üzü...
 
 Yenə orada, “Dilbər” şeirində SƏBRÜ-QƏRALIMI (səbrü-qərarimi),
 
 İtirmişəm maralımı,
 Bir sinəsi yaralımı,
 Günüz səbrü qəralımı,
 Gecə yuxum kəsən dilbər.
 
 “Qızların” (s.50) şeirində ADNA AXŞAMI (cümə axşamı)
 
 Adna axşamında bəlgə qoyasız,
 Kəsilə qovğası, qalı qızların.
 
 “Gedirəm” (s.53) şeirində CƏLAY-VƏTƏN (vətəndən ayri düşmək, dərbədər olmaq)
 
 Nə müdətdi cəlay-vətən olmuşam,
 Baş götürüb Gəncə deyib gedirəm.
 
 “Deyərsən” (s.56) şeirində XAYIN (xain)
 
 Aralıqdan haq götürsün xayını,
 Xain olan haqdan almaz payını.
 
 “Bu qızın” (s.58, 59) şeirində LALA (lalə)
 
 Ləblər mirvarıdı, incidi dəndan,
 Al yanağı əlvan lala bu qızın.
 
 “Gətiri” (s.59) şeirində İRƏNGİN (rəngin)
 
 Başına döndüyüm vəfalı dilbər,
 İrəngin dağlardan lala gətiri.
 
 “Saqinin” (s.72) şeirində QARA BAĞRIM (qara çiyərim) və ÇATILI (çatılmaq, bir-birinə sarılmaq mənasında)
 
 Ay ilə gün bir-birinə çatılı,
 Sevdiciyim yağnan bala qatılı,
 Doğram-doğram olub közə tutulu,
 Qara bağrım bıçağında saqinin.
 
 “Ras gəldim” şeirində (s.60) RAS (rast gəlmək, rastlaşmaq)
 
 Pərinin bağında seyran eylədim,
 Almalı, alçalı yaza ras gəldim.
 
 “Ayrı” (s.78) şeirində KİMSƏNƏM (bir kimsəm)
 
 Sənin elin, günün, qardaşların var,
 Mənim kimsənəm yox, yar, səndən ayrı.
 
 “Mənim” (s.76) şeirində MƏTAH, MATAH (qiymətli, əziz)
 
 Sərim təvəlladır, üzüm payəndaz,
 Yoxdur bundan qeyri bir mətah mənim!
 
 “Dönübdü” (s.77) şeirində BƏDƏSİL (əsli olmayan)
 
 Bədəsilin eşidən tək sözlərin,
 Yəqin etdim, ömrüm zayə dönübdü.
 
 “Dolanım” (s.83) şeirində ARIX (arıq)
 
 Qarı nənə, sən bir arıx dəvəsən.
 Qanqal gərək, xırda-xırda gəvə sən
 
 “İmdi” (s.84) şeirində UMSUX (umsuq, ümidin boşa çıxması )
 
 Umsux etdin məni, qoydun avara,
 Dedim, yəqin bir şir, aslandır imdi.
 
 “ Haralar mənim” (s.90) şeirində İRƏNG (rəng)
 
 Ha aradım, əlim yara yetmədi,
 Günbəgün irəngim saralar mənim!
 
 “Dedim “Bəli”di” şeirində (s.94) TUŞUNDA (tuşu, yönü, tərəfində, üzbəüz mənasında)
 
 Oturmuşdum Təktüklünün başında,
 Ocaq qırağında, pirin tuşunda.
 
 Yara üz (s.98) şeirində NAGÜMAN (gümanı çatmayan, ümidsiz)
 
 Nagümanam mən bur dərddən sağalım,
 Təbib birdi, dərd min birdi, yara yüz.
 
 “Ay əsər indi” (s.99) şeirində ZAİL (zayolmaq) LƏMYESİR
 
 Ağlım zail oldu, halım didərgun,
 Nə ki var əndamım ay əsər indi.
 
 “Qaldı” (Dədə Yediyarla I deyişmə, s.107 ) şeirində LƏMYESİR (yetim, kimsəz)
 
 De kimə can gəldi, qələm çalındı,
 Neçə min il dünya ləmyesir qaldı
 
 Bayatıların (s.118) birində AVLAR (ovlayar) və ZƏRDABLAR (ilan vurduqdan sonra zəhərin bədənə yayılması mənasında)
 
 Pərim bağda gül avlar,
 Sərim bağda gül avlar.
 Qurbanı vurub təlxələr,
 Canın alıb zərdablar.
 
 Yaxud, aşağıdakı bayatıda XALXA ŞƏMS ETMƏK (xalqa gün kimi aydınlatmaq, aşkarlamaq, bəyan etmək, əslində ifşa etmək anlamında) və SAL SÜDƏ ÇALXA MƏNİ (süd məhsulları, xüsusilə qatıq və süd zəhəri çürüdüb neytrallaşdırır, təhlükəni aradan qaldırır. Onun bu xüsusiyyətindən ilan vurmuş, yaxud qida zəhərlənmələri zamanı istifadə etmişlər. Burada “südə sal çalxa məni”, yəni “mənə bol süd işirin ki, təhlükə sovşsun” mənasını ifadə edir.) 
 
 Vurubdu təlxə məni,
 Şəms etmə xalxa məni.
 Aləm gəlsə, əlac yox,
 Sal südə çalxa məni.
 
 Göründüyü kimi, biz burada bəzi ifadə və anlayışların, sözlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsində bu gün də işləndiyinin şahidi oluruq. Belə nəticəyə gəlirik ki, Dirili Qurbani bu ifadələri saxlamaqla özünün kimliyi və arxaik sözlərin haradan qaynaqlandığı fikrini ortaya qoymuş olur.
 
 Yusif DİRİLİ,
 
tarix üzrə fəlsəfə doktoru,
 ətraf
mühit üzrə tədqiqatçı

XƏBƏRLƏR
Hits: 82

Oleq Babak, Azərbaycan xalqı səni unutmayacaqdır! Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən ukraynalı Oleq Babakın xatirəsi Poltavada anılıb

Empty
  • Print
  • Email

1991-ci il sentyabrın 17-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, Qubadlı rayonunda mülki Azərbaycan vətəndaşlarını qoruyarkən ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi bu gün Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində anılıb.

Read more ...

XƏBƏRLƏR
Hits: 97

Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edən 23 saat 43 dəqiqə

Empty
  • Print
  • Email

Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edən 23 saat 43 dəqiqəSeparatizmə son qoyulması ilə nəticələnən antiterror tədbirlərindən iki il ötür

Read more ...

XƏBƏRLƏR
Hits: 82

Delimitasiya Zəngəzurdan başlayır

Empty
  • Print
  • Email

Delimitasiya Zəngəzurdan başlayır. Ermənistan güzəştə getdi, proses sürətləndirilir

Read more ...

XƏBƏRLƏR
Hits: 161

"Zəngəzur" cəmiyyətinin layihəsi haqqında 30-dan çox informasiya yayılıb

Empty
  • Print
  • Email
QHT Agentliyinin donorluğu ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin gerçəkləşdirmiş olduğu "Zəngəzur yazarlarının Zəfər çələngi" layihəmiz və nəşr olunan eyni adlı toplumuz haqqında 30-dan çox informasiya yayılıb. Feysbukda 50-dən çox paylaşım, 5 minə qədər oxunma, bəyənmə olub. 412 səhifəli topluda Cəbrayıl, Qarakilsə (Sisian), Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 250 müəllifin Zəfər ovqatlı şeir, hekayə, esse, publisist yazıları, müsahibə, roman və poemalarından parçalar toplanıb. Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş topluda yer alan müəlliflərin 40-dan çoxu şəhid, şəhid ata, ana, qardaşları, qazilərimizdir.

Read more ...

XƏBƏRLƏR
Hits: 104

Yeni musiqi əsəri - “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunub

Empty
  • Print
  • Email

Yeni musiqi əsəri - “Zəngəzur mahnısı” işə təqdim olunub

Sentyabrın 12-də Şəhriyar adına Mədəniyyət Mərkəzi “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi yeni musiqi əsəri – “Zəngəzur mahnısı”nı təqdim edib.

Read more ...

  1. Şahin Mustafayev Sünikə gedib, Qriqoryan isə Zəngilana gəlib
  2. Nazir Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin rəsmisi ilə Zəngəzur dəhlizindən danışıb
  3. “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında
  4. Qarakilsə (Sisian) Səfəvi və Osmanlı hökmranlığı dövründə - araşdırma
  5. Pərviz Şahbazov: Zəngəzur dəhlizi unikal marşrut olacaq...
  6. Ərdoğan Zəngəzur dəhlizi haqqında
  7. Xalq qəhrəmanı Qaçaq Nəbinin nəticəsi Mehmet Elturan vəfat edib
  8. İLham Əliyev: Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil
  9. QHT Agentliyi 2026-cı il üzrə müsabiqə elan edir
  10. Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilib

Page 2 of 88

  • Start
  • Prev
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert