Hacı Nərimanoğlunun erməni yalanlarını ifşa edən məqaləsi Avstriya jurnalında
Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalının 2017-ci il 3-cü nömrəsində "Zəngəzur" CİB-nin sədri, zengezur.com saytının baş redaktoru Hacı Nərimanoğlunun ingilis dilində “XIX - XX əsrlərdə Şimali Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyanın demoqrafik nəticələri ” məqaləsi dərc edilib.
“Zəngəzur” CB sədrinin erməni yalanlarını ifşa edən məqaləsi Avstriya jurnalında
Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalının 2017-ci il 3-cü nömrəsində "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, AMEA Tarix İnstitutunun dissertantı Hacı Abdullanın ingilis dilində “XIX - XX əsrlərdə Şimali Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyanın demoqrafik nəticələri ” məqaləsi dərc edilib.
QHT 183 yazarı iki almanaxda birləşdirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən "Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsi çərçivəsində Qusar şəhər 1 saylı tam orta məktəbin iclas zalında “Azərbaycan - ümumi evimiz, doğma Vətənimizdir” mövzuda konfrans keçirilib.
Astaradan göyüzünəcən...
Mehman Qaraxanoğlu 1957-ci ilin 1 Mayında Astarada doğulub. Bəlkə də bu cümlədə statistik rəqəmlərdən yan keçmək olardı, amma... Əksinə, biz burada qrammatikadan kənar olsa da, birdəfəlik üç sözü məntiqi vurğu altına salmaq istəyirik: “1957-ci il”i, “1 May”ı və “Astara”nı... Çünki Mehmanın taleyində hər üçünün öz yeri vardır. Doğuldum 57-də... Hələ Həvva Adəmi doğmamışdı. Ağrı yasaq edilmiş meyvə kimiydi... (“Avtoportret”)
Ağrının yasaq edildiyi bir dövrdə doğulmağın özü də zülümdü... Amma şair əlini uzadıb ağrını budağından üzməli idi. Çünki bunsuz mümkün deyildi.
Hacı Nərimanoğlunun yeni kitabında “Erməni soyqırımı” iddiası və gerçək tarix
Çar I Pyotrın vəsiyyəti: “...Rusiya yalnız o zaman dünyəvi dövlət adlana bilər ki, Asiya və Avropanın xəzinələrinin açarı olan İstanbul onun paytaxtı olsun. Boş yerə vaxt itirmək olmaz. İstanbulu ələ keçirmək lazımdır...İstanbula sahib olan çar, dünyanın da sahibi olacaq... ...Bu məqsədə çatmaq üçün hər zaman Osmanlı imperiyası ilə İran arasında nifaq salmaq lazımdır. Bu işdə sünni və şiələr arasındakı mübahisə əla vasitə ola bilər. Türkiyə və İran arasındakı tarazlığı elə pozmaq lazımdır ki, onlar ortaq dil tapa bilməsinlər... ...Erməniləri və əgər varsa başqa xristianları Gilana və Mazandarana köçürmək, müsəlmanları isə onlar bilmədən tədricən azaltmaq lazimdır... ...Nə İrana, nə də Osmanlılara Avropa xalqları ilə əlaqəyə girməyə imkan verilməməlidir. Əgər bu ölkələrin müsəlmanları qayğıdan azad olub öz hüquqlarını bilsələr, bu bizim üçün böyük zərbə olacaq...Ona görə də vaxt itirmədən siz Qafqazı işğal etməlisiniz...” 1725-ci il.
Fikirlərinizlə razı deyiləm, Çingiz müəllim!
Yazıçı Çingiz Abdullayevin “Ərdoğan indi məhkumdur”, “Vicdanla desək, Ərdoğan indi getməlidir”, “Bədbəxt Türkiyə, sənə necə də çətin olacaq” başlıqlarla bir çox saytda yayılmış məqaləsinə
Hörmətli Çingiz müəllim!
Sizin bu yazınızı dünən 17 avqustda f/k-da gördüm, oxudum, çox sayda şərhlər də vardı, mən də 2 cümlə qeyd edib bu mövzuda fikirlərimi oxucularla bölüşəcəyimi yazdım. Yazım ürəyinizcə olmasa, Ərdoğan demiş, qüsura baxmayın.
Yazırsınız: “Ərdoğan ordunun simasında özünün başlıca ideoloji düşmənini görmüş və şüurlu şəkildə onun dünyəvi ruhunu məhv etmişdir....Ancaq hər bir analitikə aydın idi ki, ordu gec-tez belə bir addım atacaq. Başqa variant yox idi. Ya onun partiyası, ya da ordunun möhkəmlənmiş respublika və demokratik ənənələri! Bu qarşıdurma ovqatını aradan qaldırmaq üçün nə lazımsa birdəfəyə və həmişəlik edilməli idi. Ərdoğan öz niyyətinə çatmaq üçün hər şeyi etdi. Ancaq ənənələr olduqca güclü idi, ordu gec-tez qiyama qalxmalı idi. Ona Ərdoğan partiyasının seçkilərdə sistematik qələbəsi və açıq-aydın hamının gördüyü mövhumatlaşdırma xoş gələ bilməzdi.” http://terefdar.az/manshet-ust/12483-vicdanla-desek-erdogan-getmelidir-.html