Aprel döyüşlərinin 10 ili tamam olur

Aprel döyüşlərinin 10 ili tamam olur

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin 10-cu ildönümüdür.

2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlamışdılar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qaldı, ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törətdilər, dinc əhaliyə də hücumlar oldu. Bu hadisələr nəticəsində Azərbaycan Ordusunda, mülki əhali arasında da ölən və yaralananlar odu. Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirdi, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 min hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçdi. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizləndi, strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlərin önündə gedən Polad Həşimov, Mais Bərxudarov, Şükür Həmidov, Raqub Orucov, Pəncəli Teymurov kimi qəhrəmanlar adlarını tariximizə əbədi yazdırdı və Azərbaycan ordusunun, əsgər, zabitinin savaşa, tam qələbəyə hazır və layiq olduğunu göstərdi. Beləliklə, II Qarabağ müharibəsinə - 2020-ci il 8 noyabr Zəfərinə aparan yol aprelin 1-dən 2-sinə keçən gecədən başlanır.

zengezur.com.