Aytəkin Cəfərova (Cəlili) "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsində qurumun Qubadlı rayonu üzrə ərazi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
zengezur.com xəbər verir ki, Aytəkin Cəfərova bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqroservis” ASC-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində, daha əvvəllər isə müxətlif özəl və dövlət qurumlarında çalışıb.
Xatırladaq ki, sözügedən qurumun azı 25 şöbəsi vardır.