Zəngəzur ziyalıları. Hidayət müəllim Məsməliyev

Zəngəzur ziyalıları. Hidayət müəllim Məsməliyev

Zəngəzur Zirvələrindən Doğan Elm Məşəli: Yarım Əsrlik Şərəf Dastanının Pedaqoji Dühası- Hidayət Bəndalı oğlu Məsməliyev
Məsməliyev Hidayət Bəndalı oğlu 6 dekabr 1940-cı ildə Qərbi Zəngəzurun uca dağları qoynunda yerləşən, məğrurluq və mətanət rəmzi olan qədim Gorus rayonunun Şurnuxu kəndində dünyaya göz açmışdır. Taleyin amansız sınaqları ilə hələ körpə ikən üz-üzə gələn bu böyük şəxsiyyət, cəsur atası Məmişov Bəndalı Mənsimalı oğlunun Böyük Vətən Müharibəsinə yollanıb şəhadət şərbəti içərək geri dönməməsindən sonra, fədakar anasının himayəsində, min bir çətinliyə sinə gərərək polad kimi bir iradə ilə böyüyüb boya-başa çatmışdır. İlk orta təhsil məbədini doğma Şurnuxu kəndində tamamlayan və daxilindəki sönməz elm məşəlinin ardınca inamla addımlayan Hidayət müəllim, 1958-ci ildə Xanlar Pedaqoji Texnikumunun müqəddəs qapılarından içəri addım atmış və 1960-cı ildə bu mötəbər ocağı müvəffəqiyyətlə bitirərək xalqın maariflənməsi yolunda ilk böyük zəfərini qazanmışdır. Bu gənc və alovlu pedaqoq, müəllimlik andına sadiq qalaraq təyinatla Puşkin (indiki Biləsuvar) rayonunun Konstantinovka (hazırkı İsmətli) kəndində ibtidai sinif müəllimi kimi müqəddəs əmək cəbhəsinə atılmış, fitri istedadını və bilik xəzinəsini daha da zənginləşdirmək amalı ilə 1964-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olaraq təhsil zirvələrini fəth etməyə davam etmişdir. Öz yüksək təşkilatçılıq dühası, sarsılmaz dövlətçilik təfəkkürü və peşəsinə olan sonsuz, ülvi sevgisi sayəsində parlayan Hidayət müəllim, 1967-ci ildə Puşkin rayonunun Bəydili kəndində, 1969-cu ildən isə yenidən canından çox sevdiyi doğma Şurnuxu kəndində təlim-tərbiyə işləri üzrə direktor müavini kimi məsuliyyətli və şərəfli bir missiyanı çiyinlərində daşımış, uzun illər ana dilimizin qüdrətini və ədəbiyyatımızın zəngin incəliklərini gənc nəsillərin qanına, ruhuna həkk etmişdir. O, pedaqoji cəbhədə göstərdiyi qəhrəmanlıqlarla yanaşı, Şurnuxuda yaşadığı parlaq illər ərzində öz yüksək ictimai-siyasi fəallığı və sarsılmaz nüfuzu ilə 1988-ci ilə qədər Gorus Rayon Partiya Komitəsinin Təşkilat  sədri kimi ən məsul və rəhbər vəzifələrini böyük bir ləyaqətlə idarə etmişdir. 1988-ci ilin qanlı və amansız deportasiya tufanı Hidayət müəllimi doğma yurdu, canından bir parça olan Zəngəzurdan didərgin salsa da, onun daxilindəki müəllimlik eşqini, sarsılmaz millət sevgisini və vətənpərvərlik ruhunu əsla sındıra bilməmişdir. Hidayət Məsməliyev Bakı şəhərinə köçdükdən  sonra, 1989-cu ildən 2011-ci ilə qədər Xətai rayonundakı şəhid İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətini misilsiz bir əzmlə davam etdirərək minlərlə Azərbaycan gəncinin qəlbində Vətənə sədaqət, bayrağa sevgi alovları yandırmışdır. 
Yarım əsrlik dastana bərabər olan şərəfli ömür yolu boyunca onun gərgin  əməyi hər zaman dövlətin və ali ictimai qurumların diqqət mərkəzində olmuşdur. Belə ki, o, 1964-cü ildə Konstantinovka kəndində göstərdiyi parlaq fəallığa görə Astarxanbazar kənd istehsalat idarəsi Komsomol Komitəsinin tərifnaməsinə layiq görülmüşdür. 1973-cü ildə "1973-cü il sosializm yarışının qalibi" dövlət döş nişanı Ermənistan SSRİ -də işlədiyi dövrdə qazandığı ən böyük  pedaqoji uğurudur.  1979-cu ildə isə Ermənistan SSR Maarif Nazirliyinin Pedaqoji Elmlər Elmi-Tədqiqat İnstitutu və Respublika Pedaqoji Cəmiyyəti Şurası tərəfindən respublika səviyyəli pedaqoji mühazirələrdə etdiyi fundamental və məzmunlu çıxışına görə birinci dərəcəli ali diplomla mükafatlandırılaraq elmi-pedaqoji elitasını heyran qoymuşdur. Bakı şəhəri 260 saylı məktəb rəhbərliyi tərəfindən də 2002-ci ildə xüsusi fəxri fərmanla təltif olunan bu ustad pedaqoq, 2010-cu ildə Azad Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi tərəfindən pedaqoji fəaliyyətinin 50, anadan olmasının 70 illik möhtəşəm və tarixi yubileyi münasibətilə xüsusi mükafata layiq görülərək bir daha şərəfləndirilmişdir. 
Təkcə maarif və elm cəbhəsində deyil, həm də örnək bir ailə başçısı kimi ucalan Hidayət müəllim, 1970-ci ildə Töhfə xanım Niftəliyeva ilə qurmuş olduğu müqəddəs və sarsılmaz izdivacdan Vətənə, xalqa və dövlətə layiq iki cəsur oğlan və iki nəcib qız olmaqla 4 qeyrətli övlad böyütmüş, onları cəmiyyətə faydalı fərdlər kimi bəxş etmişdir. Ömrünün 50 ildən çoxunu təbaşir qoxulu sinif otaqlarında, millətin işıqlı gələcəyinin inşasına fəda edən bu böyük ziyalı və müdrik insan, hal-hazırda təqaüddədir. Bu gün o, 10 nəvənin və 1 nəticənin sevimli babası, ailəsinin sarsılmaz baş tacı, yetirmələrinin mənəvi atası və şərəfli müəllim ömrünün ən uca, əlçatmaz zirvəsində dayanan, ətrafına hikmət, nur və fəxarət saçan bənzərsiz bir canlı əfsanədir!
Mənbə: Məlumatlar Hidayət Məsməliyevin nəvəsi Töhfə Əlişir qızı Məsməliyevadan alınmışdır.

Müəllif:  Gorus Rayon İcmasının üzvü İnarə Şahsuvar qızı Musayeva