Hacı Nərimanoğlu Türkiyədə “Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması”nın qalibi olub

Hacı Nərimanoğlu Türkiyədə “Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması”nın qalibi olub

Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu, Qars Qafqaz Universiteti və Türk Ocaqları Birliyinin Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunmuş "Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması"na yekun vurulub.

Noyabrın 7-də Qars şəhərində musiqili-ədəbi tədbirdə seçilmiş 3 ən yaxşı şeirin müəllifinə mükafatlar təqdim olunub.

Müsabiqəyə 173 müəllif qatılıb. Hacı Abdulla (Hacı Nərimanoğlu) 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, Hacı Nərimanoğlu tarix üzrə fəlsəfə doktoru, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin rəhbəri, Qarabağ müharibəsi veteranıdır.

https://azertag.az/xeber/qarsda_qarabag_zeferi_beynelxalq_seir_yazma_yarismasina_yekun_vurulub-3850179

https://xalqqazeti.az/az/last-news/245496-qarsda-qarabag-zeferi-beynelxalq-seir