Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Zen koridoru

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Azərbaycan Avropa Birliyinin, o cümlədən AB-nin "Qlobal Qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir.

zengezur.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində deyib.

O, qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.

“Bakı Avropa Birliyini bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - Prezidentin köməkçisi qeyd edib.