II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu başa çatıb

II  “Türkman  irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu başa çatıb

2026-cı il iyunun 25-də Bakı şəhərində - Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunun bağlanış mərasimi keçirilib. Bədii hissədə görkəmli sənətkarlar türkman irsindən bir sıra seçmələr əsasında mahnılar səsləndirib.

zengezur.com xəbər verir ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib. Forumun rəsmi açılışından sonra “Nə yaxınmış uzaqlar!” mövzusunda panel müzakirəsi aparılıb, türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə edilib.