Hacı Nərimanoğlunun Oleq Ba­bak haqqında kitabı çıxacaq

Hacı Nərimanoğlunun Oleq Ba­bak haqqında kitabı çıxacaq

 7 aprel SSRİ-nin sonuncu So­vet İt­ti­fa­qı Qəh­rə­ma­nı ukraynalı leytenant Oleq Babakın anım günüdür. O,  1991-ci ildə er­mə­ni ter­ror­ dəstəsinin Qu­bad­lı ra­yo­nu­nun Yu­xa­rı Ci­bik­li kən­di­nə hücumunun qarşısını alarkən həlak olmuş, hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə SSRİ pre­zi­den­ti­nin 17 sent­yabr 1991-ci ta­rix­li fər­ma­nı ilə So­vet İt­ti­fa­qı Qəh­rə­ma­nı  adı­na la­yiq gö­rü­lmüşdür. O, 1941-1945-ci il Böyük Vətən Mü­ha­ri­bə­sin­dən son­ra bu adı alan ilk mi­lis-polis və SSRİ-nin sonuncu So­vet İt­ti­fa­qı Qəh­rə­ma­nı  olmuşdur.

zengezur.com xəbər verir ki, publisist Hacı Nərimanoğlunun ukraynalı qəhrəmanın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Ba­bak, Azər­bay­can sə­ni unut­ma­ya­caq!” kitabının yaxın günlərdə Azərbaycanda və Ukraynada təqdimatı keçiriləcəkdir. Hər iki dildə nəşrə hazırlanmış kitablar Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Agent­li­yi­nin ma­liy­yə yar­dı­mı ilə “Zən­gə­zur” Cə­miy­yət­lə­ri İc­ti­mai Bir­li­yi­nin la­yi­hə­si əsasında işıq üzü görür.

Xatırladaq ki, həmin gün 70-80 erməni terrorçusu hü­cu­ma ke­çib kəndin iki gənc sakinini öldürür, 7 nəfəri yaralayır, mül­ki əha­li­­ni qırmaq, əsir, gi­rov gö­türmək, strateji əhəmiyyətli ərazisini ələ keçirmək məq­sə­di­lə kəndi mühasirəyə alır. Yaxınlıqdakı postun komandiri 24 yaşlı Oleq atışma səslərini eşidib tabeliyindəki iki milis serjantı ilə köməyə gəlir, onların patron daraqlarını da alıb mühasirədə olan yaralı sakinlərin təhlükəsiz əraziyə çıxarılması barədə tapşırıq verir, özü isə çoxu həbsdən buraxılmış cinayətkar residivistlərlə döyüşə girir. Peşəkar atıcı olan Oleq 3 saata yaxın davam edən döyüşdə 20-dən çox ter­ror­çu­nu məhv edir, təslim olacağı təqdirdə sağ buraxılacağına dair çağırışlara baxmayaraq banditlərlə son gül­lə­si­nə qə­dər savaşır, mülki əhalidən bir nə­fə­rin də əsir düş­mə­si­nə im­kan ver­mə­dən on­la­rın təh­lü­kə­siz əra­zi­yə çı­xa­rıl­ma­sı­na im­kan ya­ra­dır, ağır ya­ra­lı hal­da er­mə­ni ter­ror­çu­la­rı tə­rə­fin­dən xü­su­si aman­sız­lıq­la qət­lə ye­ti­ri­lir. 24 yaşlı zabitin həyatla əbədi vidalaşdığı 7 aprel günü pravoslav xristianlarının Pasxa və Müqəddəs Müjdə bayramları nadir hal olaraq bir günə təsadüf etmişdi.

Oleq 385-ci gün idi ki, qaynar nöqtələrdə SSRİ Daxili İşlər Nazirliyinin Sofrin briqadasının zabiti kimi xidmət keçirdi, bir neçə gün sonra məzuniyyətə buraxılıb Poltavanın Viktoriya kəndində yeganə övladlarına toy hazırlığı görən, intizarla onun yolunu gözləyən əzizlərinə qovuşacaqdı. O, valideynərinə, nişanlısına, dostlarına hər məktubunda cibiklilərin onu “Babək” deyə çağırmaqlarından, bu müharibəyə zorla cəlb olunan azərbaycanlıların mehriban, qonaqsevər insanlar olmalarından, erməni banditlərinin törətdiyi vəhşiliklərdən, doğmaları üçün çox darıxdığından yazırdı. Poltavada Oleq Babakın adına məktəb, muzey, küçələr var, parklar salınıb, abidələri ucaldılıb.

Kitaba daxil edilən çox sayda sənəd, foto, xatirələrdə qəhrəmanın ömür, döyüş yolu əks olunur, Oleqin valideynləri Nadya və Yakov Babakların dövlətimiz və diasporumuz tərəfindən ömrün ahıl çağlarını yaşayan ailəyə hər cür maddi, mənəvi qayğı göstərilməsi barədə şəxsən  tapşırıq vermiş Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq duyğularını ifadə edən məktublarından, Ukraynada dövlətimizin başçısına və xalqımıza xüsusi sevgi, ehtiramdan bəhs edilir.