TRIPP layihəsi əhəmiyyətli siyasi diqqət çəkib ki, bu da əlbəttə ki, yaxşı haldır, amma bu, ilk növbədə investisiya layihəsidir.
zengezur.com Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 21-də Milli Məclisin iclasında deputatların suallarını cavablandırarkən bildirib. “Başqa sözlə, siyasət tədricən arxa plana, investisiya proqramı isə ön plana çəkilir”, - deyə Paşinyan bildirib. TRIPP-in Yerasxavana çatmaması ilə bağlı narahatlıqlara gəlincə, Paşinyan xatırladıb ki, ötən həftə Azərbaycan və Ermənistan nümayəndələri Yerasxa-Sədərək hissəsini ziyarət edərək dəmir yolunun vəziyyətini yoxlayıblar: "Dəmir yolu nəqliyyatının bərpası üçün vəziyyət öyrənilir".