Prezident İlham Əliyev: Qarabağın bərpasına göstərdiyiniz köməyə görə xüsusi təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Qarabağın bərpasına göstərdiyiniz köməyə görə xüsusi təşəkkürümü bildirirəm.

zengezur.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edərkən çıxışında deyib.

Qardaş ölkə təmsilçiləri işğaldan azad edilmiş ərazilərdə görülən bərpa, tikinti işlərini yüksək qiymətləndiriblər.