Türkiyə bu gecə 6 fevral 2023-cü ildə Türkiyənin cənubunda gecə saat 04:17-də baş vermiş 7,8 bal gücündə zəlzələdə ölən 53 min insanın xatirəsini yad edib.
Xatırladaq ki, zəlzələnin episentri Qaziantepdən 37 km qərb-şimal-qərbdə yerləşib, Türkiyənin 10 əyalətində azı 53 min nəfər ölüb, yaralananların sayı bundan iki dəfə çox olub. Ən azı 12141 bina dağılıb, 13,5 milyon insan, 4 milyon tikili zərər çəkib. Zəlzələnin ilk 2 günündə dağıntılar altından 8 min, sonrakı günlərdə 100 mindən çox yaralı çıxarılıb. USGS-in Qlobal Zəlzələlərin Müvafiq Qiymətləndirilməsi (PAGER) xidməti dəymiş zərəri 150 milyard ABŞ dolları dəyərində qiymətləndirib. Türkiyədə 7 günlük matəm elan edilib. Azərbaycan Türkiyəyə ilk yardım edən ölkə olub, 758 nəfərlik axtarış-xilasetmə qrupu, xüsusi təlim görmüş itlər, ilkin tibbi yardım dəstləri, çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri avadanlıq göndərib və ölkə büdcəsi hesabına Azərbaycan məhəlləsinin inşasına başlanıb. Xarici ölkələr fəlakət bölgəsinə 1 milyondan çox çadır göndərib, 350 çadır şəhərciyi yaradılıb. 2025-ci ilin sonuna qədər artıq 455 mindən çox binanın inşası tamamlanıb.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Əsrin fəlakəti”nin 3-cü ildönümü qurbanlarının xatirəsini hüznlə yad edir, Türkiyə dövlətinə və xalqına başsağlığı verir, son qəmimiz olsun!