Türkiyədə "Karabağ şiir antologiyası" nəşr olunub. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin 6 illiyi ərəfəsində çıxan 404 səhifəlik nəfis tərtibatlı kitab Türkiyədə Azərbaycan sevgisinin daha bir təcəssümüdür.
zengezur.com xatırladır ki, ötən il Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu, Qars Qafqaz Universiteti və Türk Ocaqları Birliyinin Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunmuş "Qarabağ Zəfəri beynəlxalq şeir yarışması" elan etmişdi və müsabiqəyə beş ölkədən qatılan 173 müəllif arasından münsiflər heyətinin qərarı ilə 3 ən yaxşı şeir seçilmiş, noyabrın 7-də Qafkaz Universitetində keçirilən təntənəli musiqili-ədəbi tədbirdə qaliblərə mükafatlar təqdim olunmuşdu. Antologiya Kafkas Universiteti rektorluğunun ötən il qəbul etdiyi qərara əsasən nəşr edilib.
Kitabın mündəricatından görünür ki, sırada II şeir zengezur.com saytının təsisçi redaktoru Hacı Abdullaya (Hacı Nərimanoğlu) məxsusdur. O, həmin müsabiqədə 2-ci yeri qazanmışdı (I yer Fatih Kocatepe).