ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ

XƏBƏRLƏR

Qaçaq Nəbi haqqında sərsəm uydurmaya cavab

Empty
  • Çap
  • E-mail

     12 mart Qaçaq Nəbinin 125 il əvvəl xəyanətlə qətlə yetirildiyi gün idi və “kulis.az” saytı həmin gün “Qaçaq Nəbini “namus üstə” öldürüblər: Sui-qəsdin yeni versiyası” başlıqda yazı yayıb https://kulis.az/news/36912. Yazıda Nəbinin ölümü ilə bağlı əsassız, qeyri-ciddi versiya ortaya atılıb: “Lakin Nəbinin ölümü ilə bağlı el arasında dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onu namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir.” Nəbi haqqında yazılan, o cümlədən toplanıb nəşr olunmuş onlarla kitabda heç yerdə rast gəlmədiyimiz guya “el dilində” yayılan bu qurama misralar da məqaləyə əlavə olunub: “Qadınlar yığılıb bir hiylə qurdu, Nəbinin dostları üzünə durdu.”

Baxış sayı: 1939

Ardını oxu...

Prezident İ.Əliyev: "Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir, buna da nail olacağıq”.

Empty
  • Çap
  • E-mail
 “Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir”<b style=" width="370" align="left" border="0" hspace="15" />
 "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir”.Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.Dövlət başçısı bildirib ki, çünki iki qardaş ölkə daim bir-birinin yanındadır: “Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər. Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdir.
Baxış sayı: 1011

Ardını oxu...

Anadolu və Qafqazda türklərə qarşı erməni terrorunun tarixi

Empty
  • Çap
  • E-mail

Türklərə qarşı ermənilərin apardığı soyqırımı iki əsrə yaxındır davam edir.
Türklərə qarşı kin-küdurət, nifrətlə yoğrulmuş erməni xislətindən doğan genişmiqyaslı milli hərəkat ilk dəfə 1780-cı ildə Türkiyədə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın əsas məqsədi, silah və terror gücü ilə Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq olmuşdur. Hərəkatın liderləri Qara dənizi, Aralıq dənizi və Xəzər dənizinə çıxış əldə edilməyənə qədər, mübarizənin hər bir yolundan istifadə olunmasının zərüri olduğunu elan etmişdilər. Erməni milli hərəkatı sonralar təşkilatlanaraq fəaliyyətlərini daha da genişləndirmişlər.

Baxış sayı: 1138

Ardını oxu...

Ustad yazıçı, sadə insan

Empty
  • Çap
  • E-mail

Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyinə

 Əli Vəliyev 27 fevral 1901-ci ildə Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə məktəbini, ardınca Bakı mərkəzi firqə məktəbini bitirib. Zəngəzur bölgəsində işləyib, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfünunu (APİ) bitirib. "Şərq qapısı" qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçıları İttifaqında, İncəsənət İşçiləri İttifaqında çalışıb. Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi-"Azərbaycan" jurnalının baş redaktoru olub. Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.

Baxış sayı: 1401

Ardını oxu...

Prof. Dok. Aygün ATTAR Türkiyədə yüksək vəzifəyə təyin edildi

Empty
  • Çap
  • E-mail

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Azərbaycandan olan tanınmış alim, professor Aygün Attar yüksək vəzifəyə təyin olunub. Aygün Attar Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib. Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. O, 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Aygün Attar 2019-cu ildə  Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib. Xatırladaq ki, xanım Aygün Attar həm də "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin Türkiyə təmsilçiliyinin rəhbəridir. Layiqli seçimə görə təşəkkürlər, hörmətli R.T.Ərdoğan, Azərbaycan Sizi sevir! Təbrik edirəm, Aygün xanım, uğurlarınız davamlı olsun!

Baxış sayı: 892

Vətən sərhəddən başlanır

Empty
  • Çap
  • E-mail

İşğaldan azad edilən torpaqları yenidən daimi Vətənə çevirmək üçün Qubadlı, Zəngilan, Laçın rayonlarının Ermənistan sərhədləri yaxınlığında çoxminlik əhalinin yaşaya biləcəyi yeni abad, müasir şəhər, qəsəbə, kəndlər tikməliyik, necə ki, bədnam, üzdəniraq məkrli qonşularımız 1920-ci illərə qədər  Azərbaycan türklərinin əzəli yurd yerləri, Zəngəzur bəylərinin mülkü olmuş tarixi dədə-baba ellərimizdəki kiçik kəndlərin yerində Qafan, Qacaran, Gorus kimi 50-100 min əhalinin yaşadığı iri, səliqə-sahmanlı, yaraşıqlı şəhərlər, Zeyvə, Xinzirək kimi rahat yaşayış üçün hər cür şəraiti olan böyük kəndlər inşa edib məskunlaşdırma aparıblar, biz də o yolu getməliyik. Ermənilər heç vaxt düz-düzəngahda, əkin-biçinə yararlı, çay, sel-su basma ehtimalı olan yerlərdə yaşayış yeri tikməzdi, onlar fitnə-fəsad, məkrlə əldə etdikləri torpağın hər qarışının qədir-qiymətini, dəyərini bilirdilər.

Baxış sayı: 1080

Ardını oxu...

  1. Ermənilərin Azərbaycan ərazisində törətdiyi terror–təxribat faktları (1989-1994-cü illər)
  2. Şəhidlər anısına, doğmalar acısına
  3. Mən bu qələbənin olacağına inanırdım...
  4. 2020-ci ildə məşhur “Zəngəzur” tarixi romanının müəllifi Əyyub Abasovun anadan olmasının 115 ili tamam olur  
  5. Şuşa yolumuzu gözləyir, gecikirik!
  6. R.T.Ərdoğan: mütləq çözürüz! (Rəislə 9 il əvvəlki görüş - söhbət ilk dəfə)
  7. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100  il ötür
  8. Saray kəndim 28 il sonra  
  9. R.T.Ərdoğan: mütləq çözürüz!
  10. Şuşanın tarixinə ekskurs

28 -dən səhifə 38

  • Başa
  • Geri
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • İrəli
  • Sona
Bütün hüquqlar qorunur © 2022 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert