ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ

XƏBƏRLƏR

Tarixin dərslərindən ibrət almalıyıq

Empty
  • Çap
  • E-mail

Tarixin dərslərindən ibrət almalıyıq - <b style= 

Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

Keçmiş səhvlər təkrarlanmasın, durmaq yox, qələbəyədək davam! 

Xalqın tələbi, bu savaşdan gözləntiləri budur! Artıq  tariximizin Qarabağsız keçən ən şərəfsiz 28-30 illik dövrü bitmək üzrədir. 27 sentyabrdan başlanan əks-hücum Azərbaycan xalqının, Dövlətinin, Ordusunun, Prezident və Ali Baş Komandanının dönməz, sarsılmaz, əyilməz iradəsinin təcəssümüdir. Erməni panika içində Qarabağdan qaçır, anlayır ki özünün olmayan bu torpaqlar onlara məzar olacaqdır. Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin Azərbaycan adına baş töhməti olan 30 illik sülh, danışıqlar çağırışına aldanmaq, təzyiqlərinə əyilmək yoxdur. Bu savaş artıq aldadıcı, icazəli rus planı olmamalıdır, olmayacaqdır, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan... alınmadan durmaq, dayanmaq, sülhə getmək yoxdur. Xalqın güc, qüvvət, milli qeyrəti, hərbi-siyasi düşüncəsi, istəyi birdir-son qələbəyədək davam! Əks halda sonluq indiyədək olmamış dərəcədə faciəli olar-tarixin dərslərindən çıxan acı nəticə budur. https://525.az/site/?name=xeber&news_id=151004#gsc.tab=0

Baxış sayı: 1072

Ardını oxu...

Vətənə qayıdış və qisas zamanıdır!

Empty
  • Çap
  • E-mail

Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin mənasız sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan… alınmadan durmaq bağışlanmaz səhv olardı, yalnız tam qələbədən sonra masa arxasında oturmaq var. Durmaq yox, son qələbəyədək davam. Bütün diləklərimiz, xeyir-duamız sənin üçündür, yolun açıq olsun, xalq səndən zəfər gözləyir, sənə inanır, canımızın, cismimizin ən əziz parçası-Azərbaycan Ordusu! "Qurani-Kərim", Bəqərə surəsi, 179-cu ayə: "Ey ağıl yiyələri, qisas alırsınızsa, deməli, yaşayırsınız..." 

Baxış sayı: 1145

Ardını oxu...

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Zəfər sənin olacaq, Azərbaycan Ordusu!

Empty
  • Çap
  • E-mail

27 sentyabr 2020-ci il tarixdə səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə, geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır. Hərbi və mülki əhali arasında ölənlər və yaralananlar, dağıntılar var. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfalar diləyirik.
Milli Ordumuzun hissələri düşmənin hücumunu dəf edərək, elə ilk anlardan bir neçə düşmən postunu məhv edərək işğal altında olan bəzi ərazilərimizi azad etmişdir.
Birliyimizin İdarə Heyəti və Ağsaqqallar Şurası Milli Ordumuzun qətiyyətli hücumunu dəstəkləyir, hər an mümkün köməyə hazır olduğumuzu bildiririk. Xeyir-dualarımız Ordumuz, döyüşən əsgər və zabitlərimizədir. Xalqımıza, Ordumuza, Ali Baş Komandanımıza sonadək qətiyyət, güc, iradə, birlik arzulayır, qələbənin bizim olacağına inanırıq.

Zəfərlər səninlə olsun, Azərbaycan Ordusu!

sədr:               Hacı Nərimanoğlu 27.09.21

Baxış sayı: 1294

Ardını oxu...

Erməni terror təşkilatları

Empty
  • Çap
  • E-mail

Tarixdə heç zaman mövcud olmamış, erməni kilsəsinin uydurduğu "Böyük Ermənistan" mifinin “reallaşması” məqsədilə XIX əsrin sonlarından etibarən erməni burjuaziyası radikal erməni təşkilatları yaratmağa başladı. Bu terror təşkilatları erməni siyasi partiyalarının və onların hərbi-siyasi dəstəkçilərinin əlində alət oldu. Əksər erməni siyasi partiyalarının proqram sənədlərində terrorun məqsədə çatmaq üçün bir vasitə olduğu da təsbit edildi.

«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

Baxış sayı: 1252

Ardını oxu...

Zəngəzurlu 3 general nazirin eyni vəzifə taleyi: Xosrov bəy Sultanov, Valeh Bərşadlı, Məhəmməd Əsədov və Qarabağın işğalına aparan yol

Empty
  • Çap
  • E-mail

 29 №-li tam orta məktəb

10 may Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür

Tarix təkrar olundu; 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri Xosrov bəy Sultanova qarşı aparılan hərəkətlər 1990-91-ci illərdə Azərbaycan Respublikasının ilk müdafiə naziri general-leytenant Valeh Bərşadlı və ilk daxili işlər naziri Məhəmməd Əsədovla bağlı da eynilə təkrar edildi. Onların hər üçünə o torpaqlar Vətən idi, canı, qanı ilə o yerlərə bağlı idilər, erməni xislətinə, iddialarına yaxşı bələd idilər, əsilli-köklü nəslin nümayəndələri, xalqın inandığı, etibar etdiyi böyük nüfuz sahibi idilər, ona görə də Qarabağda erməni məsələsinin birdəfəlik, qətiyyətli həlli yolunu tutmuşdular, barışmaz mövqedə durmuşdular, bunun üçün Dövlətin də siyasi iradə, hərbi güc göstərməyini tələb edirdilər. Və Qarabağda ən kritik, son zəfər günlərinin yaxınlaşdığı, ermənilərin birdəfəlik köçüb getmələrinə yardımçı olmaq üçün yalvardıqları günlərdə vəzifələrindən azad edildilər; Xosrov bəy Əkinçilik naziri, Valeh Bərşadlı C.Naxçıvanski liseyinə rəis, M.Əsədov müşavir vəzifəsinə göndərildi.Nəticə göz qabağında....

Baxış sayı: 2033

Ardını oxu...

Oxçu qətliamının 100 ili tamam olur

Empty
  • Çap
  • E-mail

Zəngəzur Cəmiyyətləri İctimai Birliyi bununla bağlı bəyanat yaymışdır.

Bəyanatda deyilir: "100 il əvvəl bu gün - 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb. Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları  bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları  məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib.

Baxış sayı: 2728

Ardını oxu...

  1.   29 oktyabr Türkiyə Cümhuriyyətinin yarandığı gündür
  2. Hacı Nərimanoğlu: Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir
  3. Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib
  4. Zəngəzurda ermənilərə verilən tarixi dərslər
  5. Xalqın sevdiyi, seçdiyi Lider-fevralın 26-da Rəcəb Tayyib Ərdoğanın 65 yaşı tamam olur
  6. Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyası nəşr edilib
  7. “Zəngəzur” sədri dissertasiya müdafiə edib, medal alıb
  8. Türkiyə Atatürkdən Ərdoğanadək
  9. Hacı Nərimanoğlunun erməni yalanlarını ifşa edən məqaləsi Avstriya jurnalında
  10. QHT 183 yazarı iki almanaxda birləşdirdi

32 -dən səhifə 38

  • Başa
  • Geri
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • İrəli
  • Sona
Bütün hüquqlar qorunur © 2022 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert