ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ

XƏBƏRLƏR

Hacı Nərimanoğlunun “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabı çıxıb

Empty
  • Çap
  • E-mail

 “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri,  yazıçı-publisist  Hacı  Nərimanoğlunun yeni çapdan çıxan bu tədqiqat əsəri  istedadlı yazıçı, şair, dramaturq, əməkdar incəsənət xadimi Əyyub Abasovun həyat və yaradıcılığına həsr olunub.  13 bölmədən ibarət kitabda Ə.Abbasovun “Zəngəzur” romanı XX əsrin əvvəllərində Qafqazda baş verən hadisələrlə paralel təhlil olunub, ədibin tarixi reallıqları bədii təsvirlərlə doğru-düzgün əks etdirdiyi, zəngin dil, üsluba, ədəbi istedada sahib olduğu faktlarla açılıb.
Zəngəzur qətliamları ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi idi və bu faciələrin bədii salnaməsini yaratmaq missiyasını da tale həmin dəhşətləri şəxsən yaşamış Zəngəzurlu yazıçı Əyyub Abasova nəsib edib. Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistanın Sisiyan rayonu) dünyaya göz açan ədib bu qanlı qırğınların, soyqırım və deportasiyanın canlı şahidi olub, valideynlərini, qardaşlarını, doğmaları və əzizlərini itirib, uşaq yaşında az sayda sağ qalan həmyerliləri ilə ağır əzablar içində qarlı-çovğunlu dağ cığırları ilə Naxçıvana pənah gətirib. 

Baxış sayı: 2320

Ardını oxu...

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı

Empty
  • Çap
  • E-mail

Aprelin 2-ə keçən gecə Ermənistanın hərbi hissələri cəbhə boyu yaşayış mövqelərimizi intensiv atəşə tutaraq geniş miqyaslı hərbi əməliyyatlara başlamağa, yeni ərazilərimizi zəbt etməyə cəhd göstərib, çox sayda mülki vətəndaşımızı öldürüb, yaralayıb, kəndlərimizi dağıntılara məruz qoyub. Milli Ordumuzun rəhbərliyi əməliyyat şəraitini düzgün qiymətləndirərək, mülki vətəndaşlara qarşı təxribatların qarşısını almaq, ərazilərimizin bir hissəsinin işğal edilməsi təhlükəsini aradan qaldırmaq üçün gərəkli cavab tədbirlərinə başlayıb. 

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Milli Ordu hissələrimizin zəruri cavab tədbiri olaraq başladığı əks-hücum taktikasının yeganə düzgün seçim olduğuna inanır, uğurlu hərbi əməliyatların ilk nəticələrini ürəkdən alqışlayır və hər cür  köməyə hazır olduğunu bildirir. Dövlətimizin və Silahlı Qüvvələrimizin hərbi-siyasi rəhbərliyini əsgər və zabitlərimizin qanı bahasına azad olunmuş strateji əhəmiyyətli mövqelərimizin qorunub saxlanması, möhkəmləndirilməsi üçün zəruri tədbirlərin yerinə yetirilməsinə, bir sıra ermənipərəst dünya güclərinin təzyiqlərinə qarşı siyasi iradə göstərməyə, xalqımızın və ordumuzun yüksək mənəvi-psixoloji ruhunu, böyük potensial imkanlarını torpaqlarımızn işğaldan tam azad olunması məqsədinə yönəltməyə çağırır.

02.04.2016. Bəyanat barədə qərarı imzası ilə təsdiq edir:              Hacı Nərimanoğlu,  Birliyin sədri

Baxış sayı: 1899

Çexiyada QHT-nin nəşri olan kitab təqdim edildi

Empty
  • Çap
  • E-mail

       İyunun 23-də Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin Praqadakı ofisində bu qurumun  sədri, professor Azər Kərimovun təşkilatçılığı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist  Hacı Nərimanoğlunun  “Türk, ya erməni soyqırımı? Gerçək  tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin  gözü, sözü ilə” kitabının təqdimatı olmuşdur.

Toplantıda Azərbaycanın Çexiyadakı icmasının üzvləri, eləcə də tanınmış çex alimləri  professorlar İvan Meznik, Jirek Vanek, dosentlər Frantisek Capka, Jiri Dusek, Jiri Podluski, Ludek Mikules, Oldriç Sasinka, Nagif Fezizadə, Agif Fezizadə və başqaları iştirak etmişlər. Bu alimlər Brno Texnoloji Universiteti, G.T.Masarik Universiteti, Karla İngilis Ali Məktəbində çalışırlar. Onların bir çoxu  Azərbaycana səfər etmişlər və ölkəmizi yaxından tanıyırlar.

 

Baxış sayı: 817

Ardını oxu...

3 qurum QHT-nin nəşri olan kitabın təqdimatın keçirdi

Empty
  • Çap
  • E-mail

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iclas zalında “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, yazıçı-publisist  Hacı Nərimanoğlunun  “Türk, ya erməni soyqırımı? Gerçək  tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin  gözü, sözü ilə” kitabının təqdimatı olmuşdur. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov toplantı iştirakçılarını salamlayaraq, haqqında bəhs edilən kitabın Azərbaycan və türk xalqına qarşı ermənilərin və onların hərbi-siyasi havadarlarının ssenarisi ilə törədilən qanlı qırğınların tarixini, coğrafiyasını, miqyasını öyrənmək baxımından mükəmməl mənbə olduğunu vurğulayıb.

Baxış sayı: 906

Ardını oxu...

Hacı Nərimanoğlunun erməni yalanlarını ifşa edən kitabı

Empty
  • Çap
  • E-mail

qhtxeber.az//  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci ilin ilk qrant layihəsi çərçivəsində  “Zəngəzur” Cəmiyyətləri Birliyi “TÜRK, YA ERMƏNİ SOYQIRIMI? Gerçək  tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin  gözü, sözü ilə” kitabı işıq üzü görüb.

Baxış sayı: 2149

Ardını oxu...

Zəngəzur Cəmiyyətləri Birliyi təltif edildi

Empty
  • Çap
  • E-mail

qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat konfransı keçirib. Toplantını açıq elan edən Şura sədri, millət vəkili Azay Quliyev QHT-lərə dövlət dəstəyi Konsepsiyasında göstərilən istiqamətlər üzrə rəhbərlik etdiyi qurumun 2014-cü ildə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirdiyi fəaliyyətin uğurlu və məhsuldar olduğunu deyib.

Baxış sayı: 2389

Ardını oxu...

  1. Hacı Nərimanoğlunun “Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar Osmanlı-Türkiyə mənbələrində” kitabı çapdan çıxıb
  2. “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Türkiyədə görüşlər keçirib
  3. Mehriban xanım Əliyevanın portretinə 12 ştrix
  4. Hacı Nərimanoğlunun yeni kitabında “Erməni soyqırımı” iddiası və gerçək tarix
  5. zengezur. com veb-saytının təqdimatı olmuşdur
  6. Hacı Nərimanoğlunun "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabı çıxıb
  7. Türkiyədə “Zəngəzur” Cəmiyyətləri Birliyinin nümayəndəliyi yaradılmışdır
  8. Hacı Nərimanoğlunun “TURAN Aşiqləri” kitabı çapdan çıxdı
  9. Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”ın müəllifi ilə görüşmüşdür
  10. QHT müsabiqəyə yekun vurdu:

35 -dən səhifə 38

  • Başa
  • Geri
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • İrəli
  • Sona
Bütün hüquqlar qorunur © 2022 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert