Əziz dostlar! 2023-cü il xalqımızın, dövlətimizin tarixinə şərəfli il kimi əbədi yazıldı; son 200 ildə ilk dəfə Qarabağ üzərində suverenliyimizi bərpa etdik, torpaqlarımızı nankor yağılardan təmizlədik. Bu misilsiz qələbə ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində gerçəkliyə çevrildi. Bu yolda minlərlə şəhidimiz, ömürlük yara alanlarımız oldu. Onlara, ailələrinə əbədi minnnətdarlıq, ehtiram borcumuz var.
2024-ci il Azərbaycanımızda, regionumuzda daimi sülhün bərpası, insanlarımızın maddi rifahının yaxşılaşması, yağı tapdağından qurtulan bütün torpaqlarımıza qayıdış ili olsun.
Yeni ilimiz mübarək, təbrik edirik!
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti