AZƏRTAC bəyanatı təqdim edir: “ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etmişdir.
AZƏRTAC bəyanatı təqdim edir: “ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etmişdir.
Əziz dostlar! 2023-cü il xalqımızın, dövlətimizin tarixinə şərəfli il kimi əbədi yazıldı; son 200 ildə ilk dəfə Qarabağ üzərində suverenliyimizi bərpa etdik, torpaqlarımızı nankor yağılardan təmizlədik. Bu misilsiz qələbə ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində gerçəkliyə çevrildi. Bu yolda minlərlə şəhidimiz, ömürlük yara alanlarımız oldu. Onlara, ailələrinə əbədi minnnətdarlıq, ehtiram borcumuz var.
2024-ci il Azərbaycanımızda, regionumuzda daimi sülhün bərpası, insanlarımızın maddi rifahının yaxşılaşması, yağı tapdağından qurtulan bütün torpaqlarımıza qayıdış ili olsun.
Yeni ilimiz mübarək, təbrik edirik!
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Report” İnformasiya Agentliyinə müsahibəsində adıçəkilən rayonlarda quruculuq işləri barədə, keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qaytarılması, qarşıdan gələn illərdə planlarla bağlı danışıb:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.