XƏBƏRLƏR

Xarıbülbül Azərbaycanın Şuşa şəhərində bitən bitkinin  adıdır. Görünüşcə bülbülə bənzədiyinə görə belə adlanıb. Latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Xarıbülbül həm də Qarabağ və Şuşanın rəmzi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi şəhidlərinin və Qarabağın azadlıq  simvoludur.

Feldmarşal, tarixçi alim Bəhmən Mirzə Qacar - Fətəli şahın nəvəsi, Abbas Mirzənin dördüncü oğlu, Azərbaycan valisi və şahzadə, Məhəmməd şahın anabir qardaşıdır, 1811-ci il oktyabr ayının 11-də Tehranda anadan olmuşdur.

Bir sıra tanınmış dünya xəbər portalları – İrlandiyanın “Medium.com”, Rumıniyanın “News24hours.ro”, Səudiyyə Ərəbistanının “Alebaallc.com”, Türkiyənin “Dibace.net”, Əlcəzairin “Alharir.info”, El Salvadorun “Reflexiones Internacionales”, İraqın “Afkarhura.com”, “Ashurnews.com” və “Mustaqila.com”,Mərakeşin “News International”, Gürcüstanın “İverioni” saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin  ölkədə elan olunmuş “Şuşa ili”nə töhfə olaraq müxtəlif dillərdə hazırladığı “Şuşa musiqi ocağının dahi yetirməsi” məqaləsinin yayınına başlayıb.

1747-ci il­də Na­dir şah Əf­şa­rın qur­du­ğu nə­həng im­pe­ri­ya­nın da­ğıl­ma­sın­dan son­ra va­hid dövlə­tin par­ça­lan­ma­sı baş­lan­dı və bu, Azər­bay­can­da xan­lıq­la­rın ya­ran­ma­sı­na sə­bəb ol­du. Qa­ra­bağ xan­lı­ğı öz əra­zi­si­nə, tə­bii şə­rai­ti­nə görə da­ha üstün mövqe­yə ma­lik idi.

Altbölüm