Tofiq Şəfaət oğlu Mehdiyevin adı, xüsusilə Sovetlər İttifaqının dağılması və müstəqil dövlətimizin qurulması dövrünün ictimai-siyasi fəallarının yaxşı yadındadır.
O, Azərbaycan KP MK-da məsul vəzifələrdə, bədnam qonşumuzla həmsərhəd Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, "Azərittifaq"ın sədri, XI, XII çağırış Ali Sovetin deputatı olaraq daim hadisələrə obyektiv, çevik, prinsipial, çoxlarının dilinə gətirmədiyi problemlər və onlardan çıxış yolları barədə yüksək tribunalarda səsləndirdiyi açıq, tənqidi fikirləri ilə daim gündəmdə olurdu.