4-5 aprel 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şuşa şəhərində iki günlük səfərdə olub. Səfər zamanı tədbirlər keçirilib. Musavat.com QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevadan bu səfər haqda, Şuşada keçirilən iki günlük tədbir barədə müsahibə götürüb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Aygün Attar “Dostluq” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2022-ci il

 

Görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 17 avqust 1895-ci ildə Qərbi Azərbaycanın İrəvan  mahalının Göykümbət kəndində  əsilli-köklü nəsillərindən birinin ailəsində dünyaya göz açıb. Bu kənd Topçubaşovların ata-baba malikanəsi olub. Onların İrəvan şəhərində də mülkü olub.

Dünya şöhrətli norveçli səyyah, etnoqraf, antropoloq alim Tur Heyerdalın (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) 1981-ci ilin avqustunda Azərbaycana gəlməkdə məqsədi Qobustandakı qayaüstü qayıq təsvirlərinə baxmaq,   onların dövrü haqqındakı elmi məlumatları dəqiqləşdirmək idi.

Azərbaycanın milli at cinsi olan Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan  dağ-minik at cinsidir. Onlar yüksək sürəti ilə seçilir, hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödəkdir. Əsas əlaməti parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.

Üzeyir Hacıbəyli (1885-1948) islam dünyasında, müsəlman Şərqində bir çox “ilk”lərə imzasını qoyan dahi sənətkardır; bəstəkar, dirijor, opera yazarı, romans, xor, kamera, süita, üvertüra, vokal, notlu xalq çalğı alətləri orkestri, kantata, ariya, instrumental və digər  professional musiqi janrlarının banisi olub, biri-birindən gözəl, rəngarəng əsərləri 100 ildən çoxdur ki, dünyanı dolaşır.