Fəriq Nuru (Nuri) Paşa Hacı Əhməd oğlu Killigilin doğulduğu tarix həm Türkiyə, həm Azərbaycanın bir çox mötəbər sitəsində, mənbələrində 1881-ci il göstərilir: tr.wikipedia.org, www.tarihportali.net, facebook.com, www.turkcebilgi.com, www.turania.org, www.kelebekforum.com, www.genel-bilgiler.com, az.wikiwix.com, www.mix.az, azersayt.com, az.wikipedia.org və sair. Ancaq www.designmodproject.de, ru.wikipedia.org, data.lullar.com və sair portallarda bu rəqəm 1889- cu il göstərilir. Bakının Qurtuluş tarixi haqqında bir neçə dəyərli tədqiqatın müəllifi Rəşad Süleymanov yazır: “…Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır.” (R.S-“Bakı xilaskarı” Nuru Killigil Paşa”, blog.azpress.az). Digər bir tədqiqatçı alim Asif Rüstəmli yazır: “1918-ci il noyabrın 10-u idi…Sentyabrın 23-də Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin başçılığı ilə Gəncədən Bakıya köçən hökumət üzvləri ilk dəfə idi ki, öz xilaskarı Qafqaz İslam Ordusunun Komandanı Nuri Paşanı və onun igid zabitlərini 15 sentyabr Bakının Qurtuluşu günü münasibətilə ziyafətə dəvət etmişdilər.
Türklərə qarşı ermənilərin apardığı soyqırımı iki əsrə yaxındır davam edir.
Türklərə qarşı kin-küdurət, nifrətlə yoğrulmuş erməni xislətindən doğan genişmiqyaslı milli hərəkat ilk dəfə 1780-cı ildə Türkiyədə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın əsas məqsədi, silah və terror gücü ilə Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq olmuşdur. Hərəkatın liderləri Qara dənizi, Aralıq dənizi və Xəzər dənizinə çıxış əldə edilməyənə qədər, mübarizənin hər bir yolundan istifadə olunmasının zərüri olduğunu elan etmişdilər. Erməni milli hərəkatı sonralar təşkilatlanaraq fəaliyyətlərini daha da genişləndirmişlər.