

10 may Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür
Tarix təkrar olundu; 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri Xosrov bəy Sultanova qarşı aparılan hərəkətlər 1990-91-ci illərdə Azərbaycan Respublikasının ilk müdafiə naziri general-leytenant Valeh Bərşadlı və ilk daxili işlər naziri Məhəmməd Əsədovla bağlı da eynilə təkrar edildi. Onların hər üçünə o torpaqlar Vətən idi, canı, qanı ilə o yerlərə bağlı idilər, erməni xislətinə, iddialarına yaxşı bələd idilər, əsilli-köklü nəslin nümayəndələri, xalqın inandığı, etibar etdiyi böyük nüfuz sahibi idilər, ona görə də Qarabağda erməni məsələsinin birdəfəlik, qətiyyətli həlli yolunu tutmuşdular, barışmaz mövqedə durmuşdular, bunun üçün Dövlətin də siyasi iradə, hərbi güc göstərməyini tələb edirdilər. Və Qarabağda ən kritik, son zəfər günlərinin yaxınlaşdığı, ermənilərin birdəfəlik köçüb getmələrinə yardımçı olmaq üçün yalvardıqları günlərdə vəzifələrindən azad edildilər; Xosrov bəy Əkinçilik naziri, Valeh Bərşadlı C.Naxçıvanski liseyinə rəis, M.Əsədov müşavir vəzifəsinə göndərildi.Nəticə göz qabağında....



1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra erməniləri kütləvi şəkildə bu torpaqlara köçürməyə başladılar. Çox qısa müddətdən sonra ermənilər və onların havadarları bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı soyqırım və deportasiya həyata keçirdilər. 1905-06, 1915, 1918-20, 1937, 1947-53 və nəhayət 31 il əvvəl - 1988-ci ilin oktyabr ayından etibarən ermənilər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sonuncu deportasiyasına başladılar. 