100 il əvvəl – 1920-ci il yanvarın son günlərində Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qubadlı nahiyəsində tariximizin qanlı faciələri yaşanırdı.
Təpədən dırnağadək silahlanmış nizami erməni quldur dəstələrinin qarşısında əliyalın, silahsız, köməksiz, arxasız, yalqız qalmış insanların dəhşətli fəryad səsləri, acı göz yaşları, nifrət və qəzəbli nidaları arxiv sənədlərinə hopub içimizi göynədir, bir əsr əvvəlin ağrı-acısı eşidilir bu sarı vərəqlərdən.