“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri yazıçı-jurnalist Hacı Nərimanoğlunun “TURAN Aşiqləri” kitabı çapdan çıxıb.
2011-ci il Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 130, Turan amalı ilə yaşayıb mücadilə aparmış mütəfəkkir, şair, sosioloq Ziya Göyalpın 135, Osmanlı imperatorluğunun sonuncu hərbi naziri, Turan idealı uğrunda mücahid və şəhid olan Ənvər Paşanın 130, 93 il əvvəl Azərbaycanın rus-ingilis-erməni işğalından qurtuluşunu gerçəkləşdirən sərkərdə, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 122-ci doğum ilidir.


“Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycan və Türkiyənin qəhrəmanlıq salnaməsi tarixinə adları yazılmış Sultan bəy Sultanovun və Nuru Paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandıracaq. “Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycan və Türkiyənin qəhrəmanlıq salnaməsi tarixinə adları yazılmış Sultan bəy Sultanovun və Nuru Paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandıracaq.
1992-ci ilin mayında Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınmış (№-76) bu Birliyin ilk sədri tanınmış dövlət və ictimai xadim, Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Ticarət-Sənaye Palatasının sədri olmuş Kamran Hüseynov, 2-ci sədr isə Azərbaycan KP MK-da məsul vəzifələrdə çalışmış, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, "Azərittifaq"ın sədri, Ali Sovetin deputatı olmuş Tofiq Şəfaət oğlu Mehdiyev idi.