Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, maarifçi, yazıçı, jurnalist, naşir, mühacir siyasi-ədəbi irsimizin görkəmli nümayəndəsi Mirzə Məmmədsadıq Axundzadə 1895-ci ilin dekabrında Zəngəzur qəzasının Sisian bölgəsində Urud kəndində nüfuzlu bir nəslə mənsub ailədə doğulmuş, ilk təhsilini Urud mədrəsəsində almışdır. O, Türkiyədə Mehmet Sadık Aran kimi tanınmışdı.