Prezident İ.Əliyev: "Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir, buna da nail olacağıq”.

Hulusi Kılıç: Prezident İlham Əliyev xəyalları gerçəyə çevirdi
Bu sözləri 2008-2012-ci illərdə qardaş Türkiyənin ölkəmizdə səfiri olmuş Hulusi Kılıç martın 6-da zengezur.com saytının baş redaktoruna 44 günlük döyüşün nəticələrini şərh edərkən deyib. Diplomat əlavə edib ki, bir çox superdövlətlərin artıq Qarabağ münaqişəsini Ermənistanın xeyrinə bitmiş hesab edərək, bu məsələnin ciddi şəkildə danışıqlar masasına çıxarılmasına belə lüzum görmədikləri bir zamanda, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Makedoniyalı İsgəndər “Qordi düyünü”nü necə həll etmişdisə, o da Qarabağ məsələsini həmin antik-klassik yolla həll etdi. Heç şübhə yoxdur ki, Türkiyə-Azərbaycan, R.T.Ərdoğan-İlham Əliyev qardaşlığı da bu məsələdə öz rolunu oynamış oldu. Hulusi Kılıç onu da vurğulayıb ki, artıq Türkiyə-Azərbaycan birlik, bərabərliyi dönməz xarakter alıb, bu gedişatın qarşısını heç bir kənar qüvvə ala bilməz.
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi tarixi nailiyyətdir
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib və Zəngəzur bölgəsi ilə bağlı aparılan danışıqları diqqətə çatdırıb:-İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq....Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.
Prezidentimizin şərqi Zəngəzur torpaqları ilə bağlı fikirləri razılıqla qarşılanıb
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Zəngəzurun işğaldan azad edilmiş şərq hissəsində-Qubadlı, Laçın, Zəngilan rayonlarında reallaşması nəzərdə tutulan layihələrlə bağlı fikirləri həmin bölgələrin əhalisi tərəfindən razılıqla, nikbinliklə qarşılanıb, əhalinin doğma torpaqlara qayıdış ruhunu xeyli yüksəldib. Prezidentin mətbuat konfransında həmin rayonlarda görüləcək işlərlə bağlı səsləndirdiyi fikirlərini təqdim edirik.
Ustad yazıçı, sadə insan
Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyinə
Əli Vəliyev 27 fevral 1901-ci ildə Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə məktəbini, ardınca Bakı mərkəzi firqə məktəbini bitirib. Zəngəzur bölgəsində işləyib, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfünunu (APİ) bitirib. "Şərq qapısı" qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçıları İttifaqında, İncəsənət İşçiləri İttifaqında çalışıb. Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi-"Azərbaycan" jurnalının baş redaktoru olub. Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.
R.T.Ərdoğanın 67 yaşına
26 fevral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Ərdoğan adı ötən il 27 sentyabrda başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin ilk günündən hər bir azərbaycanlı üçün daha dogma, əziz olub, hər kəsin qəlbində Ərdoğan sevgisi boy atıb. Bu gün Azərbaycanın işğaldan azad edilən bölgələri də daxil, yurdumuzun bütün guşələrində - mənzil, bina, maşın, küçələrdə Azərbaycan və Türkiyə bayraqlarının, Azərbaycan və Türkiyə prezidentlərinin yanaşı dayanan fotoları qardaş türk xalqına, Türkiyə Cümhuriyyətinə, həm də Ərdoğana Azərbaycan sevgisinin təcəssümüdür, dövlətlərimizin birlik, bərabərlik rəmzidir. Əsl dostluq, qardaşlıq çətin günlərdə sınanar; başda Ərdoğan olmaqla, Türkiyənin Hökumət yetkililərinin Azərbaycana ötən ilin son üç aydakı səfərləri, ən mötəbər tribunalarda verdikləri qətiyyətli mesajları, haqqın, ədalətin bərpasına mənəvi, diplomatik, informasiya dəstəyi qələbəmizin əldə edilməsində mühüm amillərdən birinə çevrildi. Türkiyədə hərbi təhsil və türk hərbçilərindən təlim alan əsgər və zabitlərimizin döyüşlərin önündə getməsi, şücaəti, hərbi-vətənpərvərlik ruhu, fiziki hazırlığı, nizam-intizamı ilə örnək olması da xüsusi qeyd edilməlidir.
- “Qafandan 21, Mehridən 7, Gorusdan isə 9 kilometr geri çəkilmişik" - Erməni deputat
- 130 yaşlı Qubadlı məktəbi
- Gorusun Xinzirək kəndi tərəfdən bir hissə nəzarətimizə keçdi
- Prof. Dok. Aygün ATTAR Türkiyədə yüksək vəzifəyə təyin edildi
- Xankəndi necə Stepanakert oldu
- Eyvazlı - I Qarabağ savaşında məhv edilən ilk şəhid kəndimiz
- Vətən sərhəddən başlanır
- Şurnuxu kəndinin bir hissəsi Azərbaycana təhvil verildi
- Dondarlıda keçən məktəb illərim
- Oğuz elim Qubadlım