12 aprel - Kosmonavtika Günüdür. Kərim Kərimov - Kosmos fatehlərinin azərbaycanlı sərkərdəsi
14 noyabr 2002-ci il. General-leytenant Kərim Kərimov 85 yaşını Moskvadakı mənzilində yaxın dostları, ailə üzvləri ilə birlikdə qeyd edir. Qapı döyülür, Rusiya Prezidenti Vladimir Putin daxil olur, hamını səmimiyyətlə salamlayır, xüsusilə də səbəbkarı. K.Kərimovdan izin alıb badə qaldırır, onun Sovet İttifaqı və Rusiya qarşısındakı misilsiz xidmətlərini sadalayır, tost nitqini bu sözlərlə bitirir: “Siz Kosmos Fatehlərinin Sərkərdəsisiniz!”
Azərbaycan səninlədir, sayın Ərdoğan!
Türkiyə Silahlı Qüvvələrinin (TSK) təqaüddə olan 104 admiralının “Montrö Boğazları Sazişi” ilə əlaqədar yayınladığı bəyanat qardaş ölkənin və dünya mediasının diqqət mərkəzindədir. Artıq Türkiyə Baş Prokurorluğu bu bəyanatla əlaqədar araşdırmaya başlayıb. Çünki bu bəyanatda xalqın iradəsi ilə qanuni Prezident seçilmiş R.T.Ərdoğana qarşı təhdidlər, dövlət çevrilişinə açıq çağırışlar vardır. Cümhurbaşkanı R.T.Ərdoğanın son yüz ilin daha bir iqtisadi möcüzəsinin - İstanbul kanalı layihəsinin reallaşması yönündə ardıcıl səyləri məntiqlə 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış, indiyədək qüvvəsini itirməmiş “Montrö sazişi”nin pozulmasına gətirib çıxaracaqdır.
Prezident İlham Əliyev: Qədim Azərbaycan torpağı Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq
Bakı, 31 mart, AZƏRTAC. "Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacibi nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Bu barədə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışında bildirib. Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib:
Tariximizin qanlı səhifəsi
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin və Daşnaksütyun partiyasının tabeliyində olan erməni-rus silahlı dəstələrinin törətdikləri qırğınlarda 15 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
İtkin düşmüş, əsir-girov götürülmüş 3890 vətəndaşımız var

Qaçaq Nəbi haqqında sərsəm uydurmaya cavab
12 mart Qaçaq Nəbinin 125 il əvvəl xəyanətlə qətlə yetirildiyi gün idi və “kulis.az” saytı həmin gün “Qaçaq Nəbini “namus üstə” öldürüblər: Sui-qəsdin yeni versiyası” başlıqda yazı yayıb https://kulis.az/news/36912. Yazıda Nəbinin ölümü ilə bağlı əsassız, qeyri-ciddi versiya ortaya atılıb: “Lakin Nəbinin ölümü ilə bağlı el arasında dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onu namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir.” Nəbi haqqında yazılan, o cümlədən toplanıb nəşr olunmuş onlarla kitabda heç yerdə rast gəlmədiyimiz guya “el dilində” yayılan bu qurama misralar da məqaləyə əlavə olunub: “Qadınlar yığılıb bir hiylə qurdu, Nəbinin dostları üzünə durdu.”