ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR

Mahira-AbdullaAzərbaycan Yazıçılar Birliyi və Zəngəzur Cəmiyyətlər Birliyi üzvlərinin təşkil etdiyi görüşü Azərbaycan Yazıçılar Birliyinin katibi xalq şairi Fikrət Qoca açdı.  O,  Mahirə Abdullanın çoxcəhətli yaradıcılıq manerasına malik olduqunu, onun həm şeir, həm, nəsr, həm də rəssamlıqla profesinal şəkildə məşğul olduğunu vurğuladı. Tədbirin aparıcısı şair  Qəşəm Nəcəfzadə  Mahirə xanimın vətəndaş mövqeyini önə çəkdi. “ “ Fəlsəfə elmləri namizədi  Mahirə xanim kimi üsyankar, vətənpərvər  odlu-alovlu şeirləri ilə döyüşən ikinci bir şairə xanim  tanımıram.


O,  nədən yazırsa yazsın onun  yaradıcılığının mərkəzində  vətən, onun azadlığı, müstəqilliyi dayanır. Bu vətənin yolu qədim türk torpaqları olan Zəngəzur mahalından, Qarabağdan və Göyçədən keçir.  Məhz ona görə də   doğulub boya-başa çatdığı Zəngəzur  camaatına  Mahirə xanımın  bir  yaradıçılıq  hesabatıdır.  O, bu hesabata əli boş gəlməyib. Qarabağsız namələr silsiləsindən “Erməni gölgəsi”, “Qeyb”  “Qarabağsız” və  “Ağıllı qadının intiharı” kitabları sizin qarşınnızdadır. Kitabların dördü də bu günlərdə işıq üzü görüb”. Kitabları oxuduqca hiss edirsən ki,Mahirə xanım   bütövAzərbaycan ideyasına, dovləçilik, türkcülük  düyğularına və yüksək insani kefiyyətlərə həmişə sadiqdir. Bunun nəticəsidir ki, Mahirə Abdullanın “Əvvəl-axır” romanı Mahmud Qaşqari  Beynəlxalq Fondunun  xüsusi  mükafatına layiq görülüb. Sitatın sonu. Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Zəngəzur Cəmiyyətlər Birliyinin Ağsaqqallar şurasının sədri, Sultan bəyin nəslindən olan tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylii, Ənvər Əhməd, Nahid Hacızadə,  Vaqif Yusifli, Ofelya Babayeva, Bakı Dövlət Universitetinin Qərbi Avropa dilləri kafedrasının müdiri Abbas Abbasov, Zəngəzur Cəmiyyətlər Birliyinin  sədri Hacı Nərimanoğlu, Elxan Zal, Zərifə Cahangirli,  Balayar Sadiq, Fərqanə, Narıngül və başqaları çıxış edərək Mahirə xanımın yaradıcılığındakı vətəndaşlıq düyğularından danışdılar.
Mahirə Abdullaya Zəngəzur Cəmiyyətlər Birliyinin  yaradıcılığında Qarabağın bədii inikasını layiqincə əks etdirdiyinə görə xususi  diplomu verildi. Görüşün sonunda Mahirə Abdulla  tədbir iştirakçılarına, Azərbaycan Yazıçılar Birliyinə, Zəngəzur Cəmiyyətlər  Birliyinə təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu və qədim türk torpaqları   Zəngəzur və Qarabağ uğrunda  son anadək  qələmi ilə  döyüşəcəyini vurğuladı. “ Zəngəzur və Qarabağ torpaqları tarixən bizimdir, biz o torpaqları qaytaracağıq. Bu, Mütləqdir!”


  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert