Azərbaycan  Respublikasında  iqtisadi  rayonların  yeni  bölgüsü  haqqında

Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanından:

 Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilsin:

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları)…

                                İlham Əliyev

         Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 7 iyul 2021-ci il

Azərbaycan Prezidenti İlham Əliyev:
Biz Zəngəzura qayıdacağıq!

Azərbaycan Prezidenti İlham Əliyev: Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək.

Azərbaycan Prezidenti İlham Əliyev: Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır.

Azərbaycan Prezidenti İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın!

Azərbaycan Prezidenti İlham Əliyev: Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Azərbaycan Prezidenti İlham Əliyev: Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin.

Azərbaycan Prezidenti İlham Əliyev: Qərbi Zəngəzur da tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək.

Azərbaycan Prezidenti İlham Əliyev: Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev: Zəngəzur dəhlizi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyev:  Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana  qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm.  

Azərbaycan Prezidenti İlham Əliyev: Zəngəzurun  Şərqi varsa, onun Qərbi də var...