Mən bu gün bir qubadlılı qadın olaraq, Sərdar Cəlaloğlunun Xalq Qəhrəmanı Həcər xanımla bağlı zəvzədiklərinə cavab verməyəcəm. Çünki, Qubadlının KİŞİləri yetərincə onun cavabını veriblər. Yoxsa, onu Həcər xanımın tüfənginə qoyub İrəvana atardım. Niyə İrəvana? Ona görə ki, onun fikrində olanlar ancaq orada cəmləşiblər. Mən humanist adamam, bilirəm ki, orda ona daha rahat olacaq. Qoy, həmfikirlərini başına toplayıb Azərbaycanın qəhramənalarını rahatlıqla, dəstəklə şərləsin, qadınları böhtanlasın, alçatsın. Bəlkə ona orda Milli Qəhrəman adı da verdilər. Yoxsa bura qalıb qan qaraltmasın. Təsəvvür edirəm Qubadlı kişilərinin ona cavab verincə necə əziyyət çəkdiklərini; Səviyyə söhbəti. Axı yengəlik etməklə, “şam tutmaq”la gündəmə gələn birinə cavab vermək bir Azərbaycan kişisi üçün heç də asan deyil. Mən sadəcə bir Azərbaycan qadını kimi ona kiçik xatırlatma edəcəm;
Sərdar bəy, yadındadır bu yaxınlarda səndən müsahibə alan jurnalistin üzünə necə dirəşmişdin? Ki, Azərbaycan qadınlarının bir qismi Qadın Azadlığı deyəndə otellərdə fahişəlik etməyi nəzərdə tuturlar, filan-beşməkan... Əvvəla buna cavab verim; məgər otellərdə, yol kənarlarında özünü satan kişilər azdırmı? Deyim biləsən, fahişəliyin cinsiyyəti yoxdur! Sonra qadının analıq missiyasını aşağılayırdın. Deyirdin nə olsun ki, qadın dünyaya uşaq gətirir, mən olmasam qadın necə ana ola bilər? Gör nə qədər cahil və nadan düşüncəsidir bu? Buna cavab verməyəcəm. Versəm, sicim kimi uzanacaq. Sonra deyirdin ki, Azərbaycan qadını niyə əsgərliyə, müharibəyə getmir, niyə daş daşımır? Nə bilim nə… Və öz sualına özün cavab verdin ki, Milli və dini dəyərlərə görə. Milli və dini dəyərlər qadınları bu saydıqlarımdan qoruyur, yoxsa, onalar da gedər ölər. Bu “qoruyur” sözünü işlədəndə, için sızıldamadımı? Məgər bir qadın balasını, qardaşını, atasını, ərini ölümə göndərməklə özünü qoruyurmu? O vaxt bilirsən niyə sənin cavabını bir azərbaycanlı qadın olaraq vermədim? Doğrusu yazığım gəldi sənə, düşündüm ki, sən yüz faiz ailəndə hansısa bir qadından travma almısan. Ona görə belə aqressivsən. Amma indi deyirəm və həmişə də demişəm, ölən kişilər olsa da, itirən qadınlardır. İllah da ki, Azərbaycan qadınından söz gedə. Yenə deyim biləsən, Azərbaycanda qadın ən son özünü yaşayar Sərdar bəy! Bir müharibə bitincə, qadın həm övlad, həm bacı, həm həyat yoldaşı, həm də ana olaraq milyon dəfə ölüb-dirilir. Bir də ki, nə vaxt Azərbaycanda qanunvericilik icazə verdi və qadınlar əsgərliyə, müharibəyə getmədi? Tam əminliklə deyərəm ki, bir qadın yayınmaz. Sən bu 44 günlük müharibədə Hərbi Komissarlıqların qarşına toplaşan qadınları görmədinmi? Əlbəttə, sən o vaxt elə yerləri görə bilməzdin. Amma mən gördüm. Çünki, mən özüm də Hərbi Komissarlığın qarşısını mozol eləmişdim. Gedib özümü balalarımıza tuşlanan güllənin qarşısına gözümü qırpmadan sipər edərdim. Ən azından bir balanı, bir qardaşı xilas etmiş olardım. Bilirəm ki, o vaxt bütün qadınlarının demək olar ki hamısı mənim düşüncəmdə idi. Çünki, Azərbaycan qadınına qeyrət, mərdlik, döyüşkənlik Tomrisdən, Nüşabədən, Nigardan və şərlədiyin Həcərdən ötürülüb. Əgər mühüribə yenidən başlayarsa, mən özüm şəxsən bunu sənə sübut edərəm. Sənin və xaricə göndərdiyin öğullarının əvəzinə gedib döyüşərəm. Onda bilərsən, Azərbaycan qadınları necə olurl. İllah da Qubadlı qadınları