“Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı… Rusiyanın tapşırıqlarını yerinə yetiriblər”, “Xürrəmilər “qeydir”, “Babəkin arvadı erməni olub”, “Füzulinin içindəki zəhərləri neçə yüz illərdir içirik”, “Vaqifi Qarabağ xanının qardaşı, arvadının üstündə öldürdü”, “Sərdar Cəlaloğlu Babəki və Koroğlunu düşmən, Füzulini kafir çıxartdı”, “Babəklə Koroğlu Azərbaycan dövlətçiliyinə qarşı vuruşan adamlar olublar", “Babəklə Koroğlu Azərbaycan xalqının qəhrəmanları olmayıblar", “Əslində, Babək xəlifəyə yalvarıb ki, “bağışla məni” — ŞOK açıqlama”, “Qaçaq Nəbi keçi oğrusudur”, “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib, 2-si də erməni” və sair[1]. Bunlar sərdar cəlaloğlunun illərdir KİV-ə dedikləridir. Bu "hərşeyşünas"ın hədəfi bütünlüklə Azərbaycan xalqıdır, onun mənəvi dəyərləridir, əsrlərdir inandığı, sevdiyi, mahnı, dastan qoşduğu, film çəkdiyi, roman, povest, hekayələr həsr elədiyi tarixi şəxsiyyətləridir.
Bu alçaq kampaniya Azərbaycanın 44 günlük qalibiyyətli savaşından sonrakı oyanışına, milli mənlik şüurunun, hərbi vətənsevərlik ruhunun dirçəlişinə qarşı aparılan qəsdin bir hissəsidir. Bu iyrənc rəzalətə seyrçi qalmayın, ayıq olun, söhbət təkcə Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Babək, Füzuli, Koroğlu, Qaçaq Nəbi-Həcərdən getmir, məsələnin kökü daha dərin və məkrlidir.
Bu “sərdari-milli”nin ağzından çıxan hər şeyi ermənilər göydə qapıb “kamali-ədəblə” yayırlar, dərhal sevinclə xəbər başlıqlarınaa, manşetlərə daşıyırlar, xalqımızı ona istinadla lağa, məsxərəyə qoyurlar: “Кёроглы и Бабек не являются национальными героями Азербайджана – лидер азербайджанской партии, также главный демократ Азербайджана выступил против героизации фольклорного образа народного героя азербайджанцев – Кёроглу, поскольку он не драматический, а комический герой. «Когда он попадает в неприятности, облачается в женские одеяния и сбегает, или просит о спасении коня, или представляется ашугом. В фольклоре у Кёроглу на самом деле нет никакого героического образа»,- заявил азербайджанский политик. [2]
Düşmən (baxır kim üçün) dəyirmanına su tökmək, erməniyə “pas ötürmək” buna deyirlər, bir qardaşı Avropada, özü də ki başkənd Bakıda illərdir bu xalqın mənəvi dəyərlərinə ləkə yaxmaqla məşğuldur, yalan, uydurma, şər-şəbətələrin həddi-hüdudu yoxdur: İsrarla fakt, mənbə istəyən jurnalistə cavabı da əcaib: “məndən deməkdi, gedin araşdırın də...” Hələ son zamanlar tez-tez "Qubadlılar" deyir, anlamır ki, Nəbi-Həcər o taylı, bu taylı Azərbaycanın qəhrəmanıdır.
Özünə, oxucusuna hörmət edən sayt, qəzet, belə axmaq fikirlərə və onu səsləndirənə heç salam da verməli deyil, yalanı ağzına almaq kimi onu yaymaq da elə ona şərik çıxmaqdır, erməniçiliyə xidmətdir, amma bizdə elə həvəslə tirajlayırlar ki...
Haqsızlıq önündə susmaq günahdır, həm də dəqiq bilirsən ki bu ağ yalandır, həm də çətindir, çünki heç bir əsası olmayan hərzə-hədyanların nəyinə cavab verəsən axı... təsiri olmayacağına əminəm, çünki SC danışmalıdır, gündəmi məşğul etməlidir, təbii ki demokratiya, azadlıqdan yox, xarakterinə uyğun belə şeylərdən.
Nəbi ilə Həcər Babək, Higar, Koroğlu kimi uzaq dövrün adamları deyil ki, 60-70 il əvvələ qədər Zəngəzur, Naxçıvan, Qars, Urmuda onları görüb tanıyan nə qədər adam sağ idi, sadə qəbri, üstündə yazısı (1854-1919), yaşadığı evin xarabalığı indi də durur. Həcər Nəbinin ölümündən (1851-12 may 1896-cı il) sonra bir müddət qaçaq dəstəsinə başçılıq etmişdi, Nəbini xaincəsinə qətlə yetirənləri cəzalarına çatdırmışdı, bir müddət sonra Aşağı Molludan qohumları yerli hökumətlə dil tapıb, razılıq alıb Həcəri Arazın o tayından gedib gətirmişdilər, şahidlər danışırdı ki xalı toxumağı yaxşı bacardığından ahıl yaşlarında bir dəstə kənd qadını da başına toplayıb xalı, xalça toxumaqla məşğul olur, həmin o xalçalardan biri kötücəsində qalıb. Ərə getmişdi, təklif də Həcər xanımın özündən gəlmişdi, keçmiş düşmənçiliklərini davam etdirənlərin, onu rahat buraxmayan namərdlərin ağzını yummaq, dul qadın adını üstündən götürmək üçün yaxın qohumu, qonşusu çoban Həmzəyə getmişdi, onun da halalı ölmüşdü, körpələri ilə tək qalmışdı.
Qaçaq Nəbinin həyatı, mübarizəsi haqqında 1-ci ən etibarlı, dolğun mənbə onların müasiri olmuş Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi, tərcüməçi, folklorşünas, bolşeviklərə qarşı “Cihad Bəyannaməsi”nin və silahlı üsyanın rəhbəri olmuş Bəhlul Behcətin (1869-15.03.1938) 1920-ci illərdə qələmə aldığı “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabıdır, bir də bu məqalənin müəllifinin bir ay qabaq çıxan "Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə” monoqrafiyasıdır, bu və digər kitablarda, nə qədər məqalədə bu məsələ dəfələrlə istinadlarla yerli-yataqlı vurğulanıb. B.Behcətin kitabındakı, həm də Nəbi, Həcəri şəxsən görən çox sayda yaşlı insanların hamısının xatirələrində, yazı, yaddaşlarındakı təsvir üst-üstə düşür; Həcər balacaboy, qarayanız, olduqca cəld, at sürətlə qaçarkən üzəngisinin, qantarğasının altından keçib belinə qalxan, sərrast atəş açan, uşaqlıqdan at minməkdə əminəvəsi Nəbi ilə yarışa girən xanım olub. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”. Professor R.Rüstəmzadə Azərbaycan qaçaqçılıq tarixinin ən məhsuldar, obyektiv tədqiqatçılardan sayılır. Onun “Azərbaycan tarixi qəhrəmanlıq dastanları” adlı monoqrafiyasında Həcər xanımın qaçaqçılıq fəaliyyətinə xüsusi yer verilir, müəllif Azərbaycan qadınlarının vətənpərvərliyi, igidliyi, qoçaqlığına Həcəri örnək sayır. Əlinə tüfəng götürüb əri ilə birlikdə qaçaqçılıq etdiyini, xalqın düşmənlərinə qarşı birlikdə mübarizə aparmasını belə dəyərləndirir: “ümumiyyətlə, qəhrəman qadınlarımızın igid ənənələrini davam etdirib ən yüksək zirvəyə qaldıran Həcərin adı Azərbaycan xalqı üçün bir cəngavər qadın simvoluna çevrilmişdir”. Həcər xanımın gözəl toxuma qabiliyyəti olub. İmkan olduqca qaçaqlara corab, əlcək toxuyarmış. Qadın hüquqlarının tapdalandığı bir dövrdə xalq mənafeyi uğrunda düşmənləri ilə “kişi ləyaqəti ilə vuruşmuş”, heç zaman təslim olmamış, “böyük əziyyətlərlə qarşılaşmış” Həcərin, dəfələrlə qazamata salınsa da, öz inadından dönməməsini 1895-ci il 25 oktyabr tarixli “Qafqaz” qəzeti də yazmışdı. Qaçaq Həcər - Azərbaycan, Türkiyə və İran mənbələrində tamamilə belə yazılıb-O 20 il at belində, dağda, daşda, meşə, kahalarda, yaxın-uzaq ellərdə Nəbisi, digər qaçaq silahdaşları ilə birlikdə yadellilərə qarşı, əzizlən insanların haqqını, hüququnu müdafiə edən xanımdır, nəinki Azərbaycanda, bütün dünyada qaçaq-partizan xanımlarının ən igididr, qəhrəmanı, öncülüdür. Xalqın gözü tərəzidir. Xalq “Qaçaq Nəbi” dastanında Həcərə sevgi, məhəbbətini bir çox hallarda Nəbidən daha üstün tutub, ali məqamda vəsf edib, həm də ona görə ki, O-xanımdır, Qadındır, Ulu Yaradan onu başqa missiya üçün yaradıb. Əldə silah kişilərlə birlikdə at belində gecə-gündüz o dağ sənin, bu qaya mənim, qarlı-sazaqlı günlərdə el-oba, çay, orman, keçidlərdə, qanlı savaşlarda yadellilərlə savaş qadın işi deyil. Həcər bu mənada bütün xarakteri ilə nə qədər möhtəşəm olsa da, o, həm də zərif cinsin təmsilçisi olan Qadındır. Həcərin bacısı Mehri də onunla birlikdə qaçaq düşmüşdü, əldə tüfəng savaşmışdı, qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq etmişdi. O, hökumət adamları tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib sağ-salamat kəndlərinə qayıtmışdı. rməni hampası İsvonçu, nə qədər pristav, rus, erməni kazakını o dünyaya göndərib. Bir para bədzat nakəslərdən fərqli olaraq xalq bunları bilirdi, görürdü və sevgisini də mahnılarda, şeirlərdə ifadə edirdi.
Sovetin diri vaxtlarında Həcərin Aşağı Molluda dağıdılmış məzarına, uçuq damına qorxudan yaxın gedə bilmirdilər, mənim "Gənclik" jurnalında çıxan yazımdan sonra nəhayət raykomun bürosunda alınan qərarla qəbrinin bərpasına izin verilmişdi. Mən kitabımda bu və digər məqamlar barədə faktlara istinadla dönə-dönə yazmışam (http://zengezur.com/KITABLAR/Haci-Nerimanoglu_Qachaq%20Nebi1.pdf).
Qaçaq Nəbi, Həcər barədə cəfəng uydurmaları bitib tükənmir “sərdari-milli”nin.
“Müxbir: – İndi də deyirsiniz ki, Qaçaq Nəbi keçi oğrusu olub...
– Qardaşım, bunu mən yox, Maksim Qorki yazıb. Bunu dəfələrlə demişəm, bir dəfə də təkrar edirəm. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır. Mənbəni də göstərirəm, gedin oxuyun da… Özü də orada deyir, “Qara Nəbi”. [3].
Bu adamın rusca savadı bu qədər düşük səviyyədədir ki, proletar Maksim Qorkinin «Разбойники на Кавказе» oçerkində belə açıq yazdığını da düz anlamır: “Максим Горький о Баку. Уезжая из Баку, Горький увозит с собой большую любовь к азербайджанскому народу и его культуре и создает ряд художественных произведений, непосредственно связанных с Азербайджаном. Он публикует цикл очерков под названием «Разбойники на Кавказе», которые помогли внести ясность в один запутанный вопрос из области азербайджанской фольклористики: провести разграничительную черту между разбойничьей деятельностью Кара Наби, обыкновенного грабителя и бандита, и освободительной борьбой популярного в народе Гачага Наби, возглавившего в конце XIX века крестьянское движение в Азербайджане.” [4] (M.Qorki: adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin.)
Cəlaloğlu heç olmazsa, orta məktəbdə oxuyanda dərsliklərdə yazılanlardan bilməli idi ki, Qaçaq Nəbi ilə Qara Nəbi tamam başqa adamlar idi, çarizmin yerli idarələri Qaçaq Nəbini xalqın gözündə nüfuzdan salmaq üçün Qara Nəbini ortaya atmışdı, onun elədiklərini Qaçaq Nəbininn adına yayır, yazırdı və Qaçaq Nəbi də onun adından qətl-qarətlər törətdiyinə, kasıb-kusubun son loxmasını əlindən aldığına görə Qara Nəbini layiq olduğu, haqq etdiyi şəkildə öldürmüşdü. [5]
Bu S.Cəlaloğlunun tarixi mənbələrə, sənədlərə etinasızlığı bu şəkildədir. Nə deyəsən. Adam ərəb dilində yazıb oxumağı da bilmir, ancaq Qurana 22 kitablıq izah yazır. [3]
M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından olmuş Hüseyn Baykara “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının “Azərbaycan tarixində qaçaq hərəkatı” bölməsində “Qaçaq Nəbinin istismarçı imperializmə və rus çar rejiminə qarşı partizan mübarizə aparması”nı, Qaçaq Nəbinin sevilməsinin əsas səbəbini onun “əsarət zəncirinə yenilməzliyində”, “türkə yaraşır məğrur hali”ndə görən çoxsaylı sənədlərlə ortaya qoyub, dəfələrlə bu faktı xüsusi vurğulayıb, onu bütün digər qaçaqlardan üstün tutub. [6]
Tanınmış alim, professor Füzuli Bayat “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (Bakı, Elm və təhsil, 2019) kitabında maraqlı müqayisə aparıb; Аzərbаycаnın аyrı-аyrı qəzаlаrındа 100-dən аrtıq qаçаq dəstəsi olub ki, onların da içərisində ən şöhrətlisi Qаçаq Nəbinin və Qаçаq Kərəmin dəstəsi idi. Aşağıdakı müqayisə Qaçaq Nəbinin xalqın şifahi yaddaşında nə qədər möhkəm yer tutduğunun ifadəsidir; folklorumuzda araşdırmaya cəlb olunan 11 qaçaq dastanında cəmi 164 qoşma, gəraylı vardır ki, bunun da 83-ü, yəni yarıdan bir az çoxu Qaçaq Nəbinin payına düşüb. Bura yazılan roman, povest, pyes, poema, şeir, hekayələr, filmlər, Türkiyə və Güney Azərbaycanda bizdən heç də az sevilməyən Nəbi-Həcər ünvanlı dastan, şeirlər, Məhəmmədhüseyn Şəhriyarın dillər əzbəri məşhur “Qaçax Nəbi” şeiri də daxil deyil.
Nəbi, Həcərin mücadiləsinin kimlərə qarşı olduğunu anlamaq üçün B.Behcətin kitabının mündəricatındakı bəzi başlıqları köçürüb bura qoyuram; “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər rus naçalnik, pristav, saldat, kazakları, erməni hampaları idi. Bu savaşların iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilib və arxiv sənədlərli-yerli hakimiyyət nümayəndələrinin raport, məruzə, teleqramları ilə eyni məzmundadır. 1890-cı illərdə Peterburq, Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetlərində dəfələrlə Qaçaq Nəbinin rus, erməni silahlı dəstələrinə necə divan tutduğundan yazmışdı. [7]
Ordubadın Qarçıvan kəndində yaşayan ermənilər Nəbidən intiqam almaq, həm də çar hökumətinin hər tutulan, öldürülən qaçaq üçün ayırdğı pul mükafatına sahib olmaq üçün qardaşı Mehdini gecə ikən qaldığı evdə doğram-doğram edirlər. Nəbinin 23 iyul 1894-cü ildə o ermənilərdən aldığı intiqam, kəndə girmək üçün qurduğu planı Peterburqda çıxan “Kafkaz” qəzetinin müxbiri yerli-yataqlı yazıb çap etdirmişdi. Nəbi rus naçalniki, qaçaqları rus kazakları geyimində kəndə girib hamını kilsəyə doldurur, Mehdinin ölümündə əli olan hər kəsin cəzasını verir, toplanan qəniməti 17 dəvəyə yüklədir, yol boyu kasıb kəndlilərə payladır, qalanını Arazın o tayına keçirdir, burda yoxsullara payladır. Qəzetin yaymış olduğu məlumatda, İrəvan general-qubernatorunun Tiflisə raportunda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyəri 29 min rubl göstərilir. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan hadisəsi uzun müddət xalqın yaddaşından silinmədi, yeni mahnılara, dastanın bir səhifəsinə çevrildi. [7]
Və bir də Peterburq sarayı Gəncə, İrəvan, Tiflis general-qubernatorlarının Qacarlar dövlətinin generalları ilə birlikdə 20 ildən çox Qaçaq Nəbini aradan götürmək üçün apardıqları mübarizənin nəticəsiz qaldığını görüb nəhayət çar sarayının ən təcrübəli xəfiyyə generalı D.Skalonu Qafqaza ezam eləmişdi, onun cızdığı planla razılaşan iki adam tapmışdılar, o da illərlə Qaçaq Nəbi ilə duz-çörək kəsmiş naxçıvanlı hacı Fərəc və Şahhüseyn idi ki, aldığı pul, qızıl, mülkün müqabilində Qaçaq Nəbini qətlə yetirməyə razılaşırlar, pusquda durub 1896-cı il martın 12-də Novruzqabağı çərşənbədə gecəsi Kərbəla ziyarətindən qayıdan Nəbini Urmunun Larni kəndində dəyirmanın yanında arxadan güllələyib qaçırlar. Arxivlərdə nə qədər pul-para, qızıl aldıqları barədə də vəkalətləri də saxlanır. [8]
Sərdar Cəlaloğlu indiyədək arxivlərə giribmi, bilmirəm. Mən isə arxivlərdə saxlanan, son illər kitablarda da nəşr edilən faktları ona xatırladıram: 1831-ci ildə S. Cəlaloğlunun doğulub böyüdüyü Naxçıvandan 14 km aralıdakı Cəhri kəndində 338 ailə - təsərrüfat var idi, bundan 130-u erməni ailələri idi. Cəhridə ermənilərdən 38 toxucu, 6 dülgər, 1 dəmirçi, ildə 1060 tümən dövriyyəsi olan 2 tacir, 4 keçəçi, 1 bərbər, 1 pinəçi, 17 zərgər, 1 bərbər var idi. Tatarlarda (Azərbaycan türkləri) 70 tümənlik illik dövriyyəsi olan 2 ticarətçi, 3 dəllək, 1 papaqçı, 3 toxucu, 2 dərzi-vəssalam [9].
Ata-anasını, baba-nənəsini heç kim özü seçmir. Ancaq həyatda hansı əxlaqın, mənəviyyatın sahibi olmaq, xeyirli, ya ziyanlı yol seçmək insanın öz ağlından asılıdır. Mənsub olduğunuz nəslin soy-kökünü, haradan gəldiyini öyrənmək istəsəniz, sizə mənbə göstərirəm, Səydar Cəlaloğlu, əlavə zəhmətə qatlaşmağınıza, arxivlərdə vaxt itirməyinizə lüzum yoxdur; 1. Российский Государственный Исторический Архив, № фонда - 1268, Родославная село Джагри. 2. Тифлисская Военная Ралата № 3, Камеральная описание жителей семейней Нахичеванского уезда Ериванской губернии за 1873 год, составлен 1873 г.да на 1004 листа, Дело №878, лист 8, Камеральная описание жителям селение Джагри (sənədlərin fotokopyası mətnin sonuna əlavə edilir).
Mən Qubadlıda ermənilərin qəbirləri açıb meyidləri çıxarıb ağızlarından qızıl dişlərini qoparıb nəşlərini eləcə kənara atdığını gözlərimlə görmüşəm. C. Sərdarın bu ölülərdən əl çəkmədiyini hər eşidib oxuyanda nədənsə o goreşən ermənilər gəlir gözümün qarşısına.
Heç nə təsadüfi deyil, hər şeyin nədəni var - C.Sərdarın danışdığının, danışmağının da. Nəbi ilə Həcərin və mənim doğulub böyüdüyüm Qubadlıda erməni cinsinə mənsub ikiayaqlı yaşamayıb. [10].
KİV-də yazılan, yayılanları bir daha xatırladıram: "keçmiş Xarici işlər naziri T.Zülfüqarov telekanalların birində baş tutan müzakirələr zamanı S.Cəlaloğlunu “agent” olmaqda günahlandırıb və hətta onun kod adını, onu “əməkdaşlığa” cəlb edənin kimliyini belə bildiyini qeyd edib: “Özüm baxmıram, amma dostlarım deyir ki, Sərdar Cəlaloğlu mənimlə bağlı isterikanı davam etdirir. O, bununla məşhurdur ki, “əməkdaşlığa” (hələlik onun kod adını və onu “verbovka” edən əməkdaşın adını söyləmirəm) başlayandan sonra informatorluqdan başqa, həm də ona nə deyirlərsə, həmin şeyi “səsgücləndirici” ilə söyləməklə məşğuldur. Lakin bu, yeni xəbər deyil, bunu hamı, ya da demək olar ki, hamı bilir." [11]
Bu isə keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasovun sözləridir, qəzetlərdə, sosial şəbəkədə geniş yayılıb: "Keçmiş nazir Namiq Abbasov Qurban Məmmədovu ifşa etdi. Avropada mühacir adı ilə məskunlaşaraq Azərbaycan əleyhinə təbliğat aparan Qurban Məmmədovla bağlı video yayılıb. Sözügedən videoda ləğv edilmiş Milli Təhlükəsizlik (MTN) Nazirliyinin keçmiş rəhbəri Namiq Abbasov bir sıra maraqlı faktlar səsləndirib. Nazir 1998-ci ildə Milli Məclisdə çıxışı zamanı Qurban Məmmədovun xarici xüsusi xidmət orqanlarının təsiri altında olduğunu, onların ölkəmizə qarşı verdiyi tapşırıqları icra etdiyini bildirib."[12]
Bir qardaş haqqında eks Xarici İşlər, o birisi haqqında MTN naziri - ən informasiyalı və obyektiv dövlət adamları olublar. Başqa şərhə ehtiyac varmı?!
Bir də görünən budur ki, Azərbaycanda demokratiya anlayışına, düşüncəsinə “dempart” sədri Sərdar Cəlaloğludan ağır zərər vuran olmayıb.
Vətən şəxsiyyətləri ilə Vətən olur, ucalır, böyüyür, tanınır, sevilir, ruhları göydən dirilərə baxan o kutsallara atılan daşlar qayıdıb daş atanın öz başına düşür.
Şərəfli, gərəkli işlərlə məşğul olun, xalqın heysiyyətinə toxunduğunuz yetər, yaş ötür, Səydar Cəlaloğlu. Böyütməyə, ucaltmağa çalışın ki, özünüzə də pay çatsın, heç nə gec deyil. Həyatınızın heç olmasa qalan hissəsini xeyirli işlərə sərf edin ki, ünvanınıza yağdırılan nifrinlərə hədəf olmayasız. Mən Sərdar Cəlaloğlunun soyundan iki Şəhidin də olduğunu bilirəm, 100-dən çox Şəhid haqqında 5 kitabın müəllifi olaraq, bu ali ada, məqama ehtiramım da böyükdür.
Ancaq yazıqlar olsun sizə, çox ayıb missiyanız var, ayılın, tövbə qapısı hər zaman açıqdır, Sərdar Cəlaloğlu !
Mənbələr:
[1] https://musavat.com/news/serdar-celaloglu-babeki-ve-koroglunu-dusmen-fuzulini-kafir-cixartdi_212429.html
[2] https://armenpress.am/rus/news/717642/kyorogliy-i-babek-ne-yavlyayutsya-nacionalniymi-geroyami-azerbaiydzhana.html
[3] https://www.xural.com/sərdar-cəlaloglu-qaynar-qazanda-iii-sonuncu-hissə-qacaq-nəbi-keci-ogrusu-olub-video/
[4]https://ourbaku.com/index.php/%D0%9C%D0%B0%D0%BA%D1%81%D0%B8%D0%BC_%D0%93%D0%BE%D1%80%D1%8C%D0%BA%D0%B8%D0%B9_%D0%B8_%D0%91%D0%B0%D0%BA%D1%83 abzas 5.
[5] Azərbaycanda qaçaq hərəkatının bilinməyən tərəfləri, Elnur Bədəl, femida.az. 03 Avqust 2016
[6] “Azerbaycan istiklal mücadelesi tarihi". İstanbul, 1975. https://www.edebi.net/ index.php/kardes-edebiyatlar/azerbaycan-edebiyat/azerbaycan-cumhuriyeti/ 4892-huseyn-baykara-az-rbaycan-milli-istiqlal-mucadil-si
[7] Nərimanoğlu H."Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə", səh.44-48
[8] ЦГИА Груз ССК, ф. 12, оп.1473, лис.65-68, ÇQİA Qruz. SSR.f.12, op.1,d.1-1473, v.3-4, 65. və sair
[9]Naxçıvan əyalətinin və Ordubad dairəsinin kameral təsviri, “Elm və Təhsil”-2021, səh.363
[10] Zəngəzur mahalının kameral təsviri 1832-1833 -cü illər, "Elm və Təhsil" nəşriyyatı- 2021
[12] https://bizim.media/az/multimedia/43217/?fbclid=IwAR0dbhKia94KvXvkI5N7_9AhI4sHbp7Lf3Iq1Ck27nhk8R4mphK6nzmO_BU
Əli-Ağa Aslan adında çox istedadlı bir şairimizin "Götürməz" adlı şeiri var, qəzetlərdə bu epirafla çıxmışdı:"Xalqımın qəhrəman qızı Həcər xanımın ünvanına yalan, böhtan deyən, yazan bəzi nadanlara". Onu da oxuyun, nəticə çıxarın:
Çox gördük sizintək düzdə səkəni,
Üzəngi basanı, yüyən çəkəni.
Hər nadan söyləyən şəri, ləkəni,
Nigarım, Həcərim, Saram götürməz.
İman əldən gedir, pir əldən cıxır,
Xəbislik ürəkdən, kir əldən çıxır.
Xata da, əlac da bir əldən çıxır,
Ölsəm bu dərmanı yaram götürməz.
Razıyam, bir qəmər üz bölə məni,
İki şaqqa vura, düz bölə məni.
Bir qılınc doğraya, yüz bölə məni
Bu dərdi bir tikəm, param götürməz.
Bir sözdü deyirəm, saxla yadında,
Naqislik axtarmaz kişi qadında.
Bir su saflığı var Həcər adında,
Axdıqca durular, haram götürməz.
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru