Adam Mets - səyyah, şərqşünas: “Ermənilər ağlar arasında ən pis kölədir. Zərif bir bədənə sahibdirlər, amma çirkin ayaqları var, onlarda nə utanmaq, nə də vicdan yoxdur, onların arasında oğurluq çox yayılıb, kobud bir xarakterə və dilə sahibdirlər. Bir erməni köləsini, hətta bir saatlıq olsa da, işsiz qoysanız, təbiəti dərhal bu qulu pis işlərə cəlb edəcəkdir. Onlar şərəfsizdirlər, yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”.

  • Aleksandr Düma: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”.

*

  • Fransız tarixçisi Jean Laurent 1920-ci ildə erməni daşnak, hınçak, ramgavar terror təşkilatlarının fəaliyyətləri haqqında: "Erməni çeteləri, özlərinə bol para verən və sərvət gətirən dövlətlərin xidmətinə girirdilər. Bu dövlətlər onların istədikləri kimi soygunluq etmələri və qətliamlar aparmalarına izin verdikləri zamana kimi sədaqətlərinə güvənə bilirdi."

*

  • Fransanın “Liberation” qəzetinin əməkdaşı Jül Gen Vaynerin məqaləsindən: “Xocalıda baş verənlər qabaqcadan hazırlanmış ssenari üzrə həyata keçirildi. Hələ Xocalı işğal edilməzdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Meyitlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi, oradan dözülməz meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi… Ermənilər Xocalıda qətlə yetirdikləri 100 nəfəri yanaşı düzərək körpü düzəltdilər. Mən meyitlərin üzərindən keçdim. Ayağımı körpə bir uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşdü, qana boyandı. Özümü tamamilə itirdim. Bütün bədənim əsirdi...”

*

  • Erməni əsilli Fransa jurnalisti Berain Siracyanın “Hücumdan əvvəl” məqaləsindən: “Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik”.

*

  • Fransız səyyahı qraf de-Şölye: “Ermənilər yerli əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənməyərək gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər. Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb. Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı...Erməninin yoxsulluğunu və iztirablarını görəndə qəlbimdə çox böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım qaynamırdı, çünki onlarda mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır”.

*

  • Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilən məktubdan: “…Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın məskunlaşdığı 25 tatar (azərbaycanlı) kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 000 nəfər Araz çayına tökülərək öldürülüb”.

*

  • Fransa mətbuatı ilk dəfə bu müdhiş faciəni dünyaya yaydı; 1988-ci il dekabrın 5- də Ermənistandakı Hamamlı şəhərində (Spitak) ermənilər 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrində boruya dolduraraq hər iki tərəfini bağlayıb uçurumdan yuvarladılar. Bunun ardınca Allahın cəzası kimi baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamı görüb üstünü açaraq dəhşətə gəldilər, nifrət və qəzəb içində geri dönüb bu vəhşiliyi fransız mediasına bildirdilər.

*

  • Fransız alimi de-Ban Eçmiədzin kilsəsinə səfəri haqqında: “Ermənlərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar.”

*

  • Xocalı qırğınının şahidi fransız jurnalisti Jan İv Yunet: “Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, cığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Biz növbəti kəndi zəbt edəndə bir erməninin diri uşağı götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı.”

*

  • Fransız tədqiqatçı və araşdırmaçısı Maxime Gauin: “Bu erməni “soyqırımı” iddiası yəhudi soyqırımının inkarı ilə bağlı qanuni düzənləmələrdən açıq bir şəkildə fərqlidir. Holokost inkarçıları, Nuremberg Beynəlxalq Hərbi Cəza Məhkəməsi Nizamnaməsinin 6-cı maddəsinin C bəndinə uyğun olaraq beynəlxalq məhkəmələrin açıq hökmləriylə cəzalandırılırlar. “Erməni məsələsi” ilə bağlı beynəlxalq məhkəmə təşəbbüsü, Britaniya hökuməti tərəfindən Maltada reallaşdırılmış və tam mənasıyla müvəffəqiyyətsizliklə nəticələnmişdir. 1919-1921 illərdə reallaşdırılan və iki ildən çox davam edən araşdırma sonrasında Maltada tutulan 144 Osmanlı böyükləri əleyhinə heç bir dəlil tapılmamışdır, ələ keçən Osmanlı vəsiqələrində bariz bir şəkildə qırğına səbəb ola biləcək hərəkətlər olmadığı təsbit edilmişdir, yer dəyişdirən ermənilərin, hətta, mühafizə edildiyi görülmüşdür. Əgər soyqırım olduğuna dair hər hansı bir dəlil mövcud olsaydı, bu fürsəti İngilislər əldən verməzdilər. Osmanlı idarəçilərinə bəraət verilməzdi.” (Fransadakı erməni təşkilatları Maxime Gauini "nasist", “soyqırım ortaqçısı” adlandırırlar və onu dəfələrlə məhkəməyə vermişlər.)

*

  • Fransız müəllif Marsel: “Anadolunun ən pullu 166 sahibkarından 141-i erməni, 12-si digər icmalardan, 13 nəfəri isə türk idi; 9800 dükançı və peşəkar əsnafdan 6800-ü erməni, 2550-si türk idi; 150 xarici ticarət kommersantlarından 127-si erməni, 23-ü türk idi; 153 sənayeçilərdən 130-u erməni, 20-si türk idi; 37 bankirlərdən 32-si erməni idi. “Türkiyə Ermənistanı” deyilən ərazidə 803 erməni məktəbi, 2088 müəllim və 81226 şagird olmuşdur.”

*

  • Fransanın “Le Mond” qəzeti, 14 mart 1992. “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”.

*

         Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist Şardənin 1711-ci ildə yazdığı, Fransa Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərindən: “İrəvan qalasında  ancaq təmizqanlı səfəvilər yaşayırlar...Şəhərdə qədim bir qüllə, çoxlu hamam və karvansara var...İrəvan hakimi sərdar adlanır. Sərdarın adı Səfiqulu xandır...1673-cü ilin mart ayının 21-i idi. Gün çıxandan qırx yeddi dəqiqə sonra qala qarnizonu və artilleriyası Yeni ili elan etdi və bayram münasibətilə üç yaylım atəşi açıldı. Burada Yeni ilin gəlişini, gecəyə, ya gündüzə təsadüf etməsindən asılı olmayaraq, Günəş Qoç bürcünə daxil olan an elan edirlər.          Səfəvilərdə dini və xalq bayramları lap çoxdur. Səfəvilər Orucluq bitən günün səhərini bayram edirlər. İbrahim qurbanı və Əli tərəfdarlarının din yolunda şəhid olması tarixi burada hüznlə qeyd olunur. Yeni il təntənəsi də, xalq bayramı olmasına baxmayaraq, təntənə ilə qeyd edilir. Bunu da demək lazımdır ki, Novruz bayramı üç gün davam edir. Saraydakı kimi, digər yerlərdə də bu bayram, Günəş Qoç bürcünə daxil olduğu andan hesablanmaq şərtilə səkkizinci günədək davam edir. Bu bayram Novruz Sultaniyyə adlanır.”

*

Qeyd: Yazı 525-ci qəzetin 19.05.21-ci il nömrəsində çıxıb (https://525.az/news/168398-meshur-fransizlarin-ermeniler-haqqinda-gorub-yazdiqlari-sitatlar?fbclid=IwAR1fyQci9G29QLKQdUEVk_k4gV0oeu1bLjauSLcTNAWdlB9yKiTuMbf3vBk), eləcə də mətni əsasında Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Tanınmış fransızlar erməni xisləti haqqında” adlı sənədli material hazırlanıb. Beynəlxalq internet məkanında ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayınlanıb, dünyanın aidiyyətli mətbuat orqanlarına, internet portallarına göndərilib, beynəlxalq sosial şəbəkələrdə yerləşdirilib. 

 

https://www.aztc.gov.az/az/posts/id:1157

https://525.az/news/168398-meshur-fransizlarin-ermeniler-haqqinda-gorub-yazdiqlari-sitatlar, "525-ci qəzet" 19.05.21

Mənbə: Hacı NƏRİMANOĞLU “Türk, ya erməni soyqırımı? gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü...erməni şahidlərin gözü, sözü ilə Şərhsiz” QHT Nəşriyyatı-2015, səh: 16-18