Azərbaycan Milli Azadlıq Hərakatının öncüllərindən biri idi Oruc...
 20 Yanvar faciəsini dünyaya ilk yayan fədai idi Oruc...
 O vaxt üçün mümkün olmayanları edən kişilərdən idi Oruc...
 Sinəsini rus tankına sipər edən oğullardan idi Oruc...
 YERİ GƏLMİŞKƏN: Orus Musa oğlu Şirinov. 1959-cu ilin Mart ayının 15-də Qubadlı rayonunun Hal   kəndundə doğulmusdu.
 Orucluğun ilk günü doğulduğuna görə adını Oruc qoymuşdular. Dini inanclara görə Oruc uzin ömür   yaşamalı idi...
 
...Orta məktəbi bitirib Bakıya gəldi, universitetdə təhsil alıb, gənc mütəxəssis kimi işə başladı...Azərbaycanda Milli Azadlıq Hərakatı artıq keniş vüsət almışdı. Respublikanın hər yerində mitinqlər gedir, xalq oz suveren hüquqlarını tələb edirdi.
Dağılmaqda olan Rus imperiyası bütün bunları həzm edə bilmir, son nəfəsində yeni qırğınlar törətməyə çalışırdı.
Bu təhlükənin yaxınlaşdığını hiss edən Oruc Şirinov Respublikanın vətənpərvər, fəal, özünə güvənən oğulları ilə müntəzəm əlaqə saxlayır, görüşlər keçirirdi...
Və günlərin bir günü- 1990-cı ilin 20 Yanvar, şənbə günü, gecə yarısı İmperiyanın "Qızıl kimi" Ordusu Azərbaycana soxuldu. Qarşısına kecəni, uşaq, qadın, yaşlı demədən hamısını əzdi, öldürdü...
Həmin gün iş başında idi Oruc. Həyəcanlı anlar bitib tükənmək bilmirdi... törədilən qırğınlar, qışqırıq, ah-nalə səsləri göylərə bülənd olmuşdu...
...Əlləri ilə başını tutub dayanmışdı.
Səhər saat 5 radələrində qəflətən yerindən sıçrayıb telefonda növbı çəkən qızlara göstəriş verdi ki, Beynəlxalq aləmə çıxış bütün xətlərini açınlar.
Bilirdi ki, bu çox təhlükəli bir qərardır, belə bir həssas zamanda böyük qalmaqala səbəb ola bilər. Amma geriyə yol yox idi...
Qısa xatırlatma: Oruc Şirinov o vaxt Rabitə Nazirliyində mühüm vəzifə sahibi idi. Amma nə vəzifəsini itirəcəyindən qorxdu, nə də onu hansı aqibətin gözləyəcəyindən
çəkindi...
Artıq səhər saat 5 tamamda rusların Azərbaycanda törətdiyi qırğınlardan dünya xəbər tutdu. Almaniya və ABŞ kini böyük dövlətlər SSRİ-yə etiraz Notasl göndərdi.
Çox sonralar "Azadlıq" radiosunun Azərbaycan birosunun sözçüsü Mirzə Xəzər Bakıya gələndə Orucu xəbər alır. Hamı təəccüblə bir-birinı baxır. Mirzə Xəzər də deyir ki, 20 Yanvar faciəsini bizə ilk xəbər verən Oruc olub.
"Bəs niyə bircə dəfə deməyib ki, bunu mən etmişəm"- deyə düşünən dostları və silahdaşları indi də heyrət içindədirlər.
Azərbaycan xalqının fəryadını dünyaya ilk çatdıran Oruc Şirinov belə sadə, təvəzökar və vətənpərvər oğul idi.
YERİ GƏLMİŞKƏN: Xalq şairi Bəxtiyar Vsahabzadə sanki Orucun bu keyfiyyətlərini bildiyi üçün onun xatirəsini yad edərkən yazmışdı ki,
ey adsız adlılardan uca qəhraman, sən ömründə bir dəfə də olsun şüar demədin, mənəm-mənəm demədin. Gödək ömrünlə çox uzunömürlülərə örnək oldun.
Az keçmədi ki, Azərbaycan ikinci bir təhlükə ilə üz-üzə qaldı. Bədnam qonşularımız Qarabaq şavaşına başladılar.
Oruc Şirinov Qarabağ savaşına da çox fəal qoşuldu.
KİÇİK BİR HAŞİYƏ: Oruc yaxın dostu, Əfqanıstan müharibəsinin iştirakçısı Xəlillə Qubadlıya gedir. Yolda qəflətən erməni yaraqlıları ilə üzbəüz çıxırlar. Saqqallıların çox olduqlarını görub yerlərini dəyişirlər. Oruc Xəlilə deyir ki, öldü var, əsir düşdü yox.
Bu döyüşdə Oruc başından yaralanır...
Bir neçə erməni yaraqlısını məhv edəndən sonra rayon mərkəzinə qayidırlar.
Yazıçı Şamo Arifin yazdıqlarından: "Oruc bu hadisəni danışanda mən də orda idim və düzü ona inanmadım. Oruc hiss etsə də üzə vurmadı. Bunu Xəlil də hiss etdi... Az sonra Xəlil Orucun gur saçları arasından axıb gicgahında qurumuş qanı göstərib dedi ki, Allah saxladı..."
Rus qoşunlarının Azərbaycandan çıxarılmasında da ilk fəallardan oldu Oruc Şirunov. Tapşırılan işin öhdəsindən layiqincə gəlməsi vətənpərvər oğullar arasında hörmətini birə beş artırmışdı. Haqqında deyilənlər və yazılanlar ən nüfuzlu insanlara məxsus idi...
Xalqnın vətənpərvər, azadlıq deyə hayqıran şairi Xəlil Rza şeirlərinin birində yazırdı:
Yumruqları dəmir, tunc,
Düşmən üçün sərt, qorxunc.
Sarsılmaz qalamızdır,
Bizim Şirinsoy Oruc.
..Yeni tapşırıq almışdı. Ruslar Biləcəri qəsəbəsindəki son hərbi bazalarını tərk etmək istəmirdilər. Bir ecə fəalla hadisə yerinə getdi. Uzun mübahisələrdən, xeyli çəkişmələrdən sonra ruslar tərkisilah edildi və...
... Və qıfil açılan güllə səsi hamını heyrətləndirdi...
Hündür boylu, enli kürək, nər kimi bir oğul silkələndi, yavaş-yavaş dizi üstə çökdu, əllərini yerə dayaq verib qalxmaq istədi, qalxa bilmədi...
Səkinə Türkər:
-Oruc əvəzsiz oğul idi. Rəhmətlik Xəlil Rza həmişə deyərdi ki, Oruc Azərbaycanın hayqıran səsidir, heyif ki..
Kövrəlib Səkinə Türkər, ağlayir, sözü yarımçıq qalır...
Ürəyindən keçənləri düyüram. Vaxtı ilə Vaqit və Yusif Səmədoğlu qardaşlarının Oruc Şirinov haqqında dedikləri xoş sözləri xatırlayıram...
Və bu xatirələr çözələnə-çözələnə məni özümün də iştirakçısı olduğum o illərə qaytarır...
...Görəsən həyatını risqə ataraq 20 Yanvar faciəsini bütün dünyaya yayan, rus ordusunun tərkisilah edilib Azərbaycandan çıxarılmasında fədakarlıq göstərərək şəhid olan Oruc Şirinov niyə hələdə öz laiq olduğu adı almayib...
Bəli, bu həqiqətə göz yummaq, haqqı nahaqqın ayağına vermək, ədalətin bərqərar olunmasına əngəl törətməkdir...
Onsuz da Oruc Şirinov ürəklərdə yaşayır və keçdiyi şərəfli ömür yolü bizlərə örnəkdir...
Amma mən əminəm ki, Oruc Şirinovun azad Azərbaycanın göylərində gəzən müqəddəs ruhu bir gün layiq olduğu adın ona verilməsini eşidib şad olacaq.
 
Asif Talıboğlu