Türkiyədə yaşayan azərbaycanlı professor, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attarın Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbəsinə həsr olunmuş “Qarabağ Zəfəri - 44 günün pərdəarxası” (Karabağ Zaferi – 44 günün perde arkası) adlı kitabı işıq üzü görüb.
Kitabın ön sözünü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzində Azərbaycan dilinə çevrilərək nəşr edilib.
Kitabın nəşr məsləhətçisi Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalındır.