Çarizm dövründə Yelizavetpol, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ quberniyasına daxil olan Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurd Hacı kəndi (indiki Laçın rayonu) 1905-1920-ci illər tariximizin iki məşhur simasının - xalq qəhrəmanı Sultan bəy və Cümhuriyyətimizin qurucularından biri, ilk hərbi nazirimiz, Qarbağın general-qubernatoru Xosrov bəy Əlipaşa bəy oğlu Sultanovların doğulduğu kənddir. Sultan bəy 1871-ci ildə doğulub. Əlipaşa bəy obalarının savadlı adamı Molla Xudaverdi Tanrıverdi oğlunu (1835-?) çağırıb, balaca Sultanı öyrətməsini tapşırdı. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən "əlif-bey"i öyrəndi. Sonra atası onu Şuşa qəza məktəbinə göndərdi.Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu.
O, bu təhsil ocağını tamamlaya bilmədi.Bu natamamlığın bir neçə səbəbi var. Kimi deyir ki, Sultan bəy qiymət üstündə müəllimlə mübahisə edib. Akademiyanın müəllimləri yüksək çinli zabitlər, müdavimləri isə əsgər sayılırdılar. Əsgərin zabit üzünə qayıtması böyük suç sayılırdı. Kimi isə bildirir ki, atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dönmüşdü.
Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək fəaliyyətinə başlayır. öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır. Dədə-baba peşələri olan qoyunçuluğu daha da inkişaf etdirən Sultan bəy Yağ-pendir zavodu tikdirir.
Sultan bəy maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olmağa başlayır. Hacısamlı nahiyəsinin ərazisində olan meşələrdən taxta istehsal edib xarici bazarlarda satır. ünlü sovet dövlət xadimi Nəzər Heydərov "Zəngəzur dağlarında" adlı xatirəsində yazır: "Sultanovlar qiymətli Hacısamlı meşələrini muzdurlara qırdırıb xaricə, Fransaya göndərirdilər".
Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri Sultanbəylər ailəsinə məxsus idi. İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultan bəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdır. Çalbayırda yaşayan el-obasının qayğısına qalaraq, birinci növbədə, xalqın ağır güzəranını yaxşılaşdırmağı üstün tutmuşdur. Onun Çalbayır yaylaqlarında on minlərlə davarı, qaramalı saxlanırdı. Kürdhacıda tikdirdiyi yağ-pendir zavodu nəhəng qurğular sistemini xatırladırdı. Hacısamlı, Şəlvə, Kürdhacı meşələrinin qırmızı palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultan bəyin yağ-pendir zavodunun məhsullarının da əsas müştəriləri idilər. İstehsal olunmuş yağ, pendir böyük motallara, dəmir və ağac çəlləklərə doldurulub buzlu zirzəmilərdə, soyuq kahalarda saxlanırdı. Məhsulları uzaq yerlərə daşımaq üçün bəyliyin xeyli atı, öküzü, kəl arabaları, dəvə karvanları vardı. Dinc əməklə məşğul olan Sultan bəyin ailəsinin də var-dövlətinin mühafizə etmək üçün çox da böyük olmayan süvari dəstəsi vardı.
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Müsəlman dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi. Zəngəzur mahalında xalq arasında belə bir məsəl vardı: "Paşa bəyin ədaləti, Sultan bəyin cəsarəti".
Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranikin dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.
1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı.
Ermənilərin hiylələri ilə qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy İran şahına üz tutur. Şah İranda Rusiyanın erməni casuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və İskəndər bəy ilə düşmənlərdən qoruduğu vətəndən xaricə mühacirət etməli olur.
Sultan bəy vətəndən, doğma yurddan, Qasımuşağı obasından ayrılarkən Kürdhacı kəndinin ərazisində ən uca zirvə, "Qarapalçıq" adlanan dağın zirvəsinə qalxır. Oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və bir neçə bayatı çağırır:
Mən aşiq qəm qalağı,
Dağların qəm qalağı.
Dağlardan uca könlüm,
Olubdur qəm qalağı.
Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.
Sovet imperiyasının göndərdiyi xüsusi casuslar İranda Sultan bəyin qardaşı İskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.
Son vaxtlara qədər bütün mənbələrdə Sultan bəy Sultanovun ölüm tarixi 1955-ci il kimi göstərilib.
Lakin Orxan Cəbrayılın Türkiyənin "Cumhuriyyət" qəzetinin arxivindən əldə etdiyi məlumata görə 15 aprel 1942-ci il sayında verilən elandan məlum olur ki, Sultan bəy 1942-ci ildə vəfat edib.
Qəzetin 04 aprel 1942-ci il 3-cü səhifəsində çap olunan elanı Sultan bəyin qardaşı Doktor Xosrov bəy Sultanov vermişdir.
Elanın mətni: Azerbaycan Karabağ eşrafından kardeşim Sultan Beyin aramızdan ebediyen ayrılması üzerine gerek merhumun cenaze merasiminde bulunmak ve gerekse telegraf, mektub göndermek ve ziyaretimizde bulunmak suretile taziyet eden dostlarmıza ve vatandaşlarımıza ayrı-ayrı teşekkürde bulunmağa kederimiz müsaid olmadığından muhterem
gazeten'zi tavsit ederiz.
Azerbaycanlı Dr. Hüsrev Sultanlı
Sultan bəy Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.
Nəvəsi Elburus Muradovun söhbətləri:
-Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Dost və qardaş Türkiyəyə gedən hər tanışımdan soraqlamağı xahiş etdim. Gələnlərdən soruşdum. Gördüm deyən olmadı. Nəhayət, internet araçılığı ilə axtarışlarımı davam etdirdim. Qars vilayətinin Köçköy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrəndim. Adil Laçın adlı bir nəfərlə yazışıb, telefon nömrəsini öyrəndim. Zəngləşib vədələşdik ki, mən Türkiyəyə gəlim. 15 may 2006-cı ildə Türkiyəyə uçdum. Adil bəy məni Esenboğa hava limanında qarşıladı. Səhər saat 6-da Qarsa tərəf yola çıxdıq. Maşınla bir neçə saat yol qət etdik. Yolboyu həyacanlıydım. Görəsən, doğurdanmı babamın qəbri odadır, yoxsa başqa variantlar kimi bu da özünü doğrultmayacaq?! Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcuddur. Nəhayət, Köçköy kəndinə yetişdik. Molla çağırıldı. Kənd əhalisinin seçmə ağsaqqalları ilə qəbiristanlığa getdik. Qəbiristanlıqda sadə bir qəbri göstərib "Sultan bəyin məzarıdır" söylədilər. Tutuldum. İnanmamağa əsasım yox idi. Amma qəlbimdə şübhələr vardı. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıtdılar. Qəribədir ki, Köçköy kəndində yaşayan adamların çoxu bizim soyun insanlarına bənzəyirdilər. Mən hətta öz oxşarımı da orda tapdım. Bakıya qayıdandan sonra məndə olan nəsil şəcərəmizi yoxladım ki, müəyyən etdim ki, Adil bəyin ulu babası ilə mənim ulu babam doğmaca qardaşdırlar.
Daşnakların və havadarlarının nəzərə almadığı qüvvə:
Andraniki ağlar günə qoyan Sultan bəy
Tat qırğını
1905-6-cı illərdə Zəngəzurda və digər bölgələrdə törədilən erməni qırğınlarının təşkilatçısı çar Rusiyası idi. Müsəlmanlara silah gəzdirməyi qadağan etmiş çarizm erməniləri hər vəchlə silahlandırırdı. Qırğınların qurbanı təkcə silahsız müsəlmanlar
deyildi, erməni daşnakları məkrli planlar quraraq özlərinə sərf etməyən rus məmurlarını
da terrorla aradan götürürdülər, məsələn İrəvan, Bakı, Gəncə qubernatorlarını, bir xeyli
məmuru da qətlə yetirib çar hakimiyyətini müsəlmanların üstünə qaldırırdı. Artıq bu
zamandan gələcək Erməni dövlətinin sərhədləri cızılmağa başlandı. Mir Möhsün Nəvvab
“Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və ixtişaş tarixləri” əsərində canlı şahidi
olduğu bu məsələləri, “parçala, hökm sür” siyasətini çox gözəl qələmə alıb.
Daşnak ordusunun əsrin əvvəllərində Zəngəzurda törətdiyi vəhşiliklərdən ən
dəhşətlisi Tat qırğınıdır. Andranikin quduzlaşmış ordusunun Tat kəndində törətdiyi
vəhşiliklər heç bir müharibə tarixində görünməmişdir.
Bu döyüşdə tatlar baltadan, yabadan, ağacdan, daşdan istifadə edib şücaət
göstərsələr də, qüvvələr nisbəti çox olduğundan düşmənin qarşısını ala
bilməmişlər. Tatlar çox böyük itkilərlə məğlub olmuşlar. Daşnaklar camaatın bir
hissəsini böyük kahalara doldurub ağzında kərmədən ocaq qalayıblar. Onları
tüstüdə boğub, odda yandırıblar. Bir dəstə əsiri Zabıx kəndinə gətirdikləri zaman
yolda erməni dığalar bir gürzəni ağacla götürüb qolları bağlı kişinin üstünə atırlar.
İlan dərhal kişinin boynuna dolanıb üz-gözünü gəmirir. Sonra qulağını ağzına alır.
Kişi bir qədər getdikdən sonra huşunu itirib yerə yıxılır. Daşnaklar kişinin
öldüyünü güman edib başına, kürəyinə bir neçə daş salıb gedirlər. Əsir götürdükləri
qadın və qızların əvvəl saçlarını kəsdirib çatı toxutdururlar. Onlara ağlasığmaz
işgəncələr verib, çılpaq-çılpaq ağaclardan asırlar.
Quldur daşnak ordusunda xidmət edən bir erməni həkiminin göstərişi ilə
sağlam görünən kişi və qadınların başlarını kəsib qanlarını ayrıca qablara
yığırlarmış. Yetmiş uşağın qarnına süngü soxub yol boyu işarə daşları kimi
düzürlər. Patrona qənaət etmək məqsədi ilə adamların başlarını daşların üstünə
qoyub gürzlərlə əzərək Zabıx çayına tökürlərmiş. Qədim yazılı ağır bir daşı
Ermənistana aparmaq üçün 20 nəfər Tat kişisini arabaya qoşurlar. Xumar adlı kənd
Tat gözəlini Andranikin çadırına apararkən Sərt döngə deyilən yerdə qız qəflətən
Özünü uçurumdan atıb intihar edir. Xumarın qardaşı İbrahimi
qolu bağlı itlərin qabağına ataraq quduzlara parçalatdırır, sonra ağaca bağlayaraq
sinəsinə bıçaq atırlar.
Daşnaklar törətdikləri vəhşilikləri Zəngəzur camaatı arasında yayıb vahimə
yaratmaq üçün bir neçə qadın və kişinin budlarına, kürəklərinə möhürə bənzər
dəmiri qızdırıb basaraq Abdallar kəndinə tərəf buraxırlar. Xəbər Ağanus,
Fətəlipəyə, Söyüdlü, Mığırdərə, Malxələf kəndlərinə çatanda camaat sel kimi
axışıb köməyə gəlir. Lakin iş-işdən keçmişdi. Kəndlər tamam yandırılıb əhalisi
qırılmışdı.
İntiqam gecikmədi
Tat qırğınından sonra Andranik Abdallardan Şuşaya keçmək üçün
Sultan bəydən yol istəyir. Elçiləri vasitəsi ilə Sultanbəyə çatdırır ki, hərgah
Qarabağ yürüşümün təhlükəsizliyini təmin edə bilsən sənə istədiyin qədər
qızıl verərəm. Sultan bəy Şuşa quberniyasında işləyən çox ağıllı, müdrik
zəkalı qardaşı general Xosrov bəylə təcili məsləhətləşdikdən sonra Andranikə
bildirir ki, onun Qarabağ yürüşünün təhlükəsizliyini təmin etmək üçün bir qədər
silah lazımdır. Andranik Sultan bəyə 20 qatır yükü silah verir. Sultanbəy Andranikdən
aldığı sursatla özünün süvari dəstələrini silahlandırıb Qaladərəsindən Şuşaya gedən
yolda, Yeddiqatın ayağında nal şəkilli pusqu yaradır. Andranikə xəbər göndərir ki,
yolda şübhə doğurmamaq üçün topları da sökdürsün və mənim işarəmi gözləsin.
Andranik belə də edir. Topları sökdürüb, yükləri hazırlatdırır. Əhvalatın üçüncü gününün
axşamı Sultanbəy Andranikə xəbər göndərir ki, gecə gəlin keçin. Andranik xəbəri alandan
bir az sonra silah yüklənmiş 170 qatır karvanını Şuşaya yola salır, özü isə sübh
çağı ordu ilə getmək qərarına gəlir.
Eyni zamanda həmin gecə Sultanbəy bir neçə atlıya neft dolu tuluqlar
verdirib tapşırır ki, Dığa, Xinzirəyə, Gorusa, Sisiana gedib Andranikin gəldiyi
yollardakı bir neçə erməni kəndlərinə od vursunlar. Gecə Andranikin silah aparan karvanı
yeddiqata çatanda Sultanbəyin pusquda dayanmış süvariləri meşədən çıxıb silah yüklü qatır
karvanının yönünü Kürdhacı kəndinə tərəf döndərirlər. Beləliklə, zəhmli silahlar Andranikin
ordusunun əlindən çıxır. Həmin gecə arxa kəndlərdən tez-tez çaparlar gəlib Andranikə bildirirlər ki,
türklər arxadan hücuma keçib kəndləri yandıra-yandıra gəlirlər. Qayıdıb onların qabağını kəsmək lazımdır.
Gecədən xeyli keçmiş Andranikə xəbər verirlər ki, Qarabağa göndərdiyin silah yüklü qatır karvanı keçib
Sultanbəyin dəstələrinin əlinə. Bu xəbəri eşidən Andranik buraxılmış səhvin nə ilə nəticələnəcəyini
dərk edərək qorxu və həyəcanını ordusundan gizlədə bilməyib çox bərkdən hönkürərək zarıyır.
Sonra orduya geri qayıtmaq əmri verir. Andranikin ordusu geri dönüb Zabıx kəndinin yaxınlığındakı dərin
dərədən Dığ kəndinə keçmək istəyərkən Sultanbəyin dəstələri daşnakları mühasirəyə alıb dərəni qabaqdan
və arxadan kəsirlər. Tarixdə daşnaklara ibrət dərsi olsun deyə Sultanbəy quldur ordusunun minlərlə əsgərini,
61 yüksək çinli zabitini quzğunlara yem edir. Qocalar danışırlar ki, bir müddət Zabıx çayından qan axırmış.
Andranikin quduz ordusunun Zabıx dərəsində məhv edilməsi xəbəri
Zəngəzur kəndlərində böyük ruh yüksəkliyinə səbəb olub.
Erməni daşnak ordusunun yenidən təşkil edilən, Dəlidağ, Minkənd istiqamətindən Qarabağ ermənilərinə
köməyə keçmək istəyən hərbi dəstələri ilə döyüş bu dəfə Qaragöl ətrafında 1917-ci il mayın 10-da səhər saat
dörddə başlandı. Kürd partizanlar səhih məlumatlar gətirmişdi, döyüşə atılacaq dəstə başçılarının hər birinin yeri,
vəzifəsi müəyyən edilmişdi.
Döyüşə Zəngəzur qazısı Bəhlul Behcətin rəhbərliyi ilə qazilər dəstəsi, Pristav Şahsuvar bəy Kələntərovun
dəstəsi də cəsur, igid atlılarla gəlmişdi. Sultanbəy Qazının Azərbaycan dilinə tərcümə edib ona bağışladığı
nəfis toxunmuş dəsmala bükülü “Quran”ı 3 dəfə öpüb üzü qibləyə dönüb başını, əllərini göyə qaldırdı,
hamının eşidəcəyi səslə dedi: “Ey “Quran”, haqq işimizə görə bizə özün kömək elə”. Sonra ehtiramla “Quranı”
ürəyinin başına qoydu. Qazıya tərəf dönüb, ehtiramla: “inşallah qələbə bizim olacaq!” dedi.
Yuxuda heç nədən xəbərsiz, tökdükləri qanlardan doyub yatmış, Qarabağa sabahkı hücumun xoş xəyalları ilə
yatan daşnak ordusunun hədəfi dünəndən nişan alınmışdı, əmr gözləyən topçular komandiri Çal Aslana tərəf dönüb
“atəş!” komandası verdi. İlk topun mərmiləri silah-sursat anbarını göyə sovurdu, yer-göy titrədi. Səhərin ala toranında
başlarını itirən yağılar hara qaçmağı da ayırd edə bilmədilər. Hər tərəfdən top, güllə yağışı altında qışqırıq,
ah-vay nidaları eşidilirdi. Müqavimət göstərmək barədə düşünməyə, nə də qaçmağa imkan yox idi.
Qaragöl döyüşündə Sultanbəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40
pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox gürzdən, 9
minə qədər silahlıdan istifadə edirdi. Bunların əksəri Andranikdən qənimət alınmışdı. Döyüş günortaya qədər
davam elədi. Əsir alınanların sayı 600-dən çox idi. Hər tərəf qırılan və yaralananlarla dolu idi. Qaranlıq düşənə
yaxın Sultanbəy atlara qoşulu topları sürətlə yeni mövqelərə çıxarmağı əmr etdi, topların üzünü daşnak yuvası,
Andranikin özünü general-qubernator elan edib mərkəz seçdiyi Gorusa çevirdi. Ağaməmmədin Minkənd alayı
mühasirəyə alınmış Xınzirək kəndinə tərəf qaçanları güllə yağışına tutdular.
Bununla Zəngəzur yaylaqlarındakı təhlükələr aradan qaldırıldı. Sultan bəy Araz çayı ətrafındakı tərəkəmə
ellərinə adam göndərdi ki, yaylaqlara arxayın köçə
bilərsiniz.
Sahil əməliyyatı
Sultan bəyin qəfil zərbələrinə tab gətirməyib İrana qaçmaq istəyən silahlı
daşnak dəstələri Araz çayı sahilindəki qamışlıqlara doluşaraq gecələr fürsət tapan
kimi çaya tökülüb o taya adlayırdılar. Buna yol vermək olmazdı, düşmən sonadək qovulub məhv edilməli idi.
“Sahil əməliyyatı” hazırlandı. Bu savaşda Həkəri və Bərgüşad çaylarının vadilərindəki kəndlərin camaatı və
Zilanlı kürdləri xüsusi fəallıq göstərirdilər. Zilanlı kürdləri Arazın sahilində sol cinahda Diri dağı, Xudafərin körpüsünü,
sağ cinahda isə Mincivanadək sahil boyunu nəzarət altında saxlayıb Araza tökülən daşnak dəstələrini gülləbaran edib
axırlarına çıxırdılar.
Kürdlər donuzları neftləyib, od vurub qamışlıqlarda yanğınlar törədərək
düşmənləri məhv edirdilər. Yanğından qaçan erməniləri Zəngilan, Məmmədbəyli
kəndlərinin ətrafındakı dərələrdə kütləvi şəkildə qırırdılar. Daşnakların xaricə
aparmaq istədikləri var-dövləti əllərindən alıb Azərbaycan kəndlərinə paylayırdılar. Sahil əməliyyatı
zamanı ermənilərdən alınmış silahlarla Çaytumas, Ağalı, Alaqurşaq, Xanlıq kəndlərində güclü silahlı dəstələr yaradırdılar.
Daşnaklar bolşevik cildində
Əcnəbi ölkələrə qaça bilməyən bəzi daşnaklar cildlərini dəyişib Gorusda
inqilabçıların sıralarına soxuldular. Beləliklə, Zəngəzurda çox təhlükəli vəziyyət
yarandı. Daha doğrusu, Mikoyanın, Saumyanın Zəngəzur siyasətinin həyata
keçirilməsinə başlandı. Məqsəd Zəngəzurda Azərbaycanlıları “əritməkdən” ibarət idi. Bu vaxt minlərlə adamları yenidən Gorusun türmələrinə doldurdular. Onlara ağır işgəncə verdikdən sonra “inqilab”, “yeni cəmiyyət” düşmənləri, varlılar, mülkədarlar, qolçomaqlar və s. adlar qoyaraq özlərinə qəbir qazdırtdırıb gecələr saxta hökmlər oxuyaraq güllələyib cinayətin izini itirirdilər. Yerə qənaət etmək üçün bəzən onlarla adamı güllələyib bir xəndəyə tökürdülər. Andranik zülmündən xilas olub Qarabağa gedən çox sayda zəngəzurlu bolşeviklərə inanıb doğma yurdlarına qayıdanda burda onları gözləyən aqibətdən xəbərsiz idilər. Gorus küçələrinin altında minlərlə günahsız öldürülmüş azərbaycanlının sümükləri çürümüşdür. Mikoyanın tapşırığı ilə Zəngəzurda azərbaycanlılarla kürdlər elə seyrəldildi ki, Zəngəzurda mal-qara saxlamağa kişi qalmamışdı.
Erməni agentlər gecələr rus əsgərlərlə gəlib Azərbaycan kəndlərindən mal-qaranı, bəzən evlərdən istədikləri şeyləri yığıb aparırdılar. Bir də görürdün ki, gecənin yarısı bir neçə erməni yanlarında rus əsgəri, təlim görmüş itlərlə varlı ailələrin sahiblərini götürüb apardılar. O gedən bir daha qayıtmazdı.
Sultan bəyin qızı Bəyim xanımın xatirələrindən
Uzun illər sürgünlərdə olmuş Bəyim xanım ailələrinin faciəli taleyindən
belə nəql edir:
` - Qırmızı ruslar Zəngəzura gəldikdən sonra atama ardı-arası kəsilmədən
sui-qəsd edirdilər. Qəsdlərin birində atama güllə də atdırdılar, çənəsindən yaralanmışdı. Atamın yağı düşməndən namusla qoruduğu doğma
vətənində özünü qorunmağına heç bir ümid yeri qalmamışdı. Bütün mülklərimiz əlimizdən alınmışdı. Atam gələcəkdə vətəni yenə düşmənlərdən xilas etmək, əlverişli zamanı gözləmək üçün İran, ya Türkiyəyə mühacirətə getmək qərarına gəldi. Anam Qarabağ xanlarının nəslindən, şair Natəvanın nəslinin ziyalı qızlarından biri idi. Bugünkü Xan kəndi mənim ana babalarımın torpaqlarıdır. Biz bir qədər Qarabağdakı qohumlarımızın himayəsində yaşadıqdan sonra Bakıya köçməli olduq. Anam ziyalı, qoçaq və bir qədər də diplomat qadın olduğundan xeyli vaxt məsul vəzifələrdə işlədi. Bakı Şəhər sovetinin deputatı oldu.
Otuzuncu illərin həyəcanlı gecələrinin birində qapımız döyüldü. Anam qapını açdı. Hərbi formada bir neçə adam icazəsiz evə girib başladılar evi axtarmağa. Evi alt-üst etdilər. Biz hələ də məəttəl qalmışdıq ki, bunlar nə axtarırlar. Demiyəsən, NKB-də işləyən daşnak agentlər çoxdan bizim evi nəzarət altında saxlayıb güdürlərmiş. Bir azdan atamın şəkli, “Quran”ı, müxtəlif, lazımlı sənədləri, qiymətli əşyaları saxlanan boxçanı yükün arasından götürüb açdılar. Gələnlərdən biri erməni idi. O atamın şəklini görən kimi həyəcanla: “vot, vot Sultanbek” deyib şəkli onunla gələnlərə göstərdi. Bir neçə dəqiqədən sonra anama bildirdilər ki, evdən heç nə götürmədən həbs olunursunuz. Əynimizin paltarlarını da götürməyə də imkan vermədilər. Gecə hamımızı gətirdilər Bayıl türməsinə. Biz türmədə eşitdik ki, Məmməd Əmin Rəsulzadənin ailəsi də burdadır. Sonra bizə dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə yaxın bizi yük vaqonlarına doldurub Bakıdan çıxartdılar. Hara apardıqlarını bilmirdik. Yağışın, küləyin, günün altında bir aya yaxın yollarda qaldıq. Aclığa, susuzluğa tab gətirməyib ölənləri qatar gedə-gedə hara gəldi atırdılar. Demək olar ki, hamı üzülmüşdür. Körpə uşaqların vəziyyəti daha ağır idi. Üstümüzdə dayanan silahlılar Azərbaycan uşaqlarına düşmən uşağı kimi baxırdılar. Hər gün gözümüzün qabağında onlarla uşaq ölürdü. Bu vaxt ən dəhşətlisi ölən azərbaycanlıların məzarları üstündə ad-soyad yazmağa icazə verməmələri idi. Gələcəyə iz qalmasın deyə, qəbiristan yaratmağa qoymurdular. Azərbaycanlıları mənəvi cəhətdən ən çox sarsıdan burada da məhbusların taleyinin ermənilərin ixtiyarına verilməsi idi. Azərbaycanlılar yaşayan həbs düşərgələrində ermənilər ağlasığmaz dəhşətlər törədirdilər. Canilər qadınların üstlərindəki qızıl zinətləri (təsadüfi hallarda bəzi qadınların üstündə qızıl olurdu,) açırdılar, hətta ağızlarındakı qızıl dişlərini də kəlbətinlə sındırıb çıxarırlar, düşərgələr dolu idi azərbaycanlılarla. Çox vaxtı adamlar bir-birilərindən soruşurdular ki, görən Azərbaycanda heç azərbaycanlı qalıbmı? Sürgündəki adamları çox işlədirdilər. Qazaxıstanın bir çox vilayətləri sürgün olunmuş azərbaycanlıların qabarlı əlləri, alın tərləri hesabına abadlaşdırılmışdı. Anam qoçaqlıqda ad qazanmışdı. İşdən sonra sürgündəki azərbaycanlı uşaqlarına savad öyrətmək məqsədi ilə dərnək təşkil etmişdir. Uşaqlar anamı müəllim deyə çağırırdılar. 1948-ci ildə anam icazə ilə Bakıya gəlib, Bağırovun qəbuluna yazılıb onunla görüşür. Ailəmizin Bakıya qayıtması haqqında icazə istəyir. Bağırov anama deyir ki, Sultanbəy nəslinin bir daha Azərbaycan torpağına ayaq qoymağına icazə verilməyəcək. Anam cəsarətlə qəbuldakıların yanında Bağırova deyir: “Sultanbəyxalqının qəhrəman oğludur. O, Zəngəzurda xalqımızı daşnaklardan xilas etmişdir.Tarix bunu heç vaxt unutmayacaq. Amma sən, bu gün Azərbaycan xalqını sürgünlərdə məhv edən cəllad kimi vaxt gələcək xalq qarşısında cavab verməli olacaqsan”.
Anam kor-peşman yenə Qazaxıstana qayıtdı. 1956-ci ilə qədər biz
sürgündə qaldıq. Biz Azərbaycana qayıdanda Bağırovun məhkəməsi gedirdi. Anamı da məhkəməyə dəvət etmişdilər. Anam bir banka qara mürəkkəb düzəltmişdi ki, məhkəmədə onun üzünə çırpsın. Lakin nə fikirləşdisə məhkəməyə getmədi. (Səbahəddin Eloğlunun “Zəngəzur hadisələri” kitabından)
Bunu da qeyd etməliyəm ki, arxivlərdə Sultan bəy haqqında xeyli digər məlumatlar vardır, o cümlədən onun Kürdüstanda özünü Kral elan etməsi, adbad göstərilməklə 5 nəfəri qətlə yetirdiyi, çox sayda qız, gəlini zorladığı, özünə zorla arvad etdiyi, Hacısamlı, Qarakeşiş, Minkənddə kəndlilərə qan uddurması, eləcə də evində aparılan axtarışda pulemyot üçün 20 yeşik patron tapılması və sair barədə yerli hökumət dairələrinin Bakıya yazılı məlumatları saxlanılır.(ARDA,FOND 1 SİYAHI 2 SAXLAMA VAHİDİ 18).
Ancaq bizim üşün maraqlı olan onun Andranikə və digər erməni terror dəstələrinə qarşı barışmaz savaşı, apardığı uğurlu döyüşlərdir.
Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanov
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurd Hacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır (1903-cü il), Nəriman Nərimanovla tələbə yoldaşı olub. Oxuduğu Odessa Universitetinin rektorunun qızı ilə evlənir, Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişir və bir daha ailə qurmur.
Tiflis və Bakıda fəal siyasi, ictimai iş aparır. 1915-ci ilin martında Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Xosrov bəyin başçılığı ilə (Xosrov bəy Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkili olub) Anadoluda rus-erməni qırğınlarından salamat qalmış əhaliyə yardım üçün bir komissiya göndərib. O, aprelin 15-də Ərdahandan “Kaspi” qəzetinə yazırdı:
“Müsəlmanlar yaşayan bütün məntəqələrdə bir nəfər də olsun canlı insan tapmaq mümkün deyil. Yalnız 2 məntəqəyə 50-60 qadın-uşaq, 6 da əldən düşmüş qoca vardır.” O gecə-gündüz xəstələri müalicə edir, dərman tapmayanda uşaqlıqdan Laçında böyüklərdən öyrəndiyi tibbi müalicələrlə, bitkilərdən hazırladığı məlhəmlərlə insanlara şəfa verirdi. Evində zəngin kitabxana yaradıb gənclərə, uşaqlara təmənnasız dərs deyirdi.
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə-İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya Seyminin və Azərbaycan parlamentinin üzvü, əvvəl “Müsavat”ın (1917-ci il) üzvü olub, sonra da “İttihad” partiyasının qurucularından olmuşdur.
AXC Hökuməti 1918-ci ilin yayında Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl qəzalarını Gəncə quberniyasının tərkibindən çıxarıb Qarabağ general-qubernatorluğu yaratmışdı. Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Gəncə general-qubernatorluğundan dəyişdirilib Qarabağın general-qubernatoru təyin olunmuşdur. Müavini isə məşhur bolşevik Çingiz İldırım idi. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Njdenin hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.
Bolşeviklərin Azərbaycanı işğalından sonra da Xosrov bəy Nərimanov, Çingiz İldırım kimi nüfuzlu söz sahiblərinin sayəsində Şuşada İnqilab Komitəsinin rəhbərliyində saxlanmışdı, ancaq bütün hakimiyyət strukturlarına, xüsusən də “Çeka”ya, XI Qızıl Ordunun siyasi rəhbərliyinə, NKVD-yə soxulmuş daşnak tör-töküntüləri Xosrov bəy və Sultan Bəy qardaşlarının onlara tutduğu divanı unutmamışdılar. Bakıdan onun həbsinə razılıq ala bilməyəndə Moskvaya yazmağa başladılar, arxivlərdə saxlanan danoslarda Xosrov bəyin 74 erməni qız-gəlinini zorladığı da yer almışdı. Nəhayət, arvadı erməni olan Serqo Orconikidze və Mikoyanın razılığı ilə Xosrov bəy iş otağından rus ordusunun xüsusi idarəsinin zabitləri tərəfindən həbs edilib Bayıl türməsinə gətirilir. Bu xəbəri eşidib toy-bayram edən ermənilər yenidən ayağa qalxıb Azərbaycan hökumətinə qarşı Ermənistana birləşmək tələbi ilə Şuşada, Vərənddə üsyan qaldırırlar. Qəza İnqilab Komitəsinin rəhbəri Şamil Mahmudbəyov N.Nərimanova, H.Sultanova, Ə.Qarayevə məktub yazaraq Xosrov bəyin həm azərbaycanlılar, həm kürdlər, həm də dinc erməni əhalisi arasında böyük nüfuza malik olmasını, sülhpərvər insan olmasını, dinc azərbaycanlı ailələrinin erməni silahlılarından qorunmasında misilsiz xidmətlərini əsas tutaraq tezliklə Xosrov bəyin azad edilməsi xahişi ilə müraciət edir, onu şəxsən zaminə götürməyə, onun loyallığı, bütün hərəkətləri üçün şəxsən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu da bildirir. Ancaq göstərilən cəhdlər nəticəsiz qalır, generalın həbsi Qafqazda əsas söz sahibi olanlar tərəfindən verilmişdi, ona görə də Orconikidzeyə göndərilən müraciətlərin müqabilində Xosrov bəyin tezliklə aradan götürülməsi barədə göstəriş gəlir.
Lakin təzə bolşevik hökumətində Hərbi Dəniz Donanmasının komandanı olan çox cəsur, qorxubilməz insan olan Çingiz İldırım çox sevdiyi əmisi oğlunun haqsız həbsinə, onu gözləyən labüd ölümə laqeyd qala bilməzdi, məhz onun qurduğu əməliyyatla Xosrov bəy həbsxanadan qaçırılır. Bəzi araşdırmaçılar burda Nərimanovla Xosrov bəyin tələbəlik illərindən yaxın dostluq münasibətlərinin də rol oynadığını yazırlar.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. 1924-cü ildə İstanbulda yaradılmış Qafqaz Konfederasiya Komitəsinin 3 azərbaycanlı təsisçi rəhbərindən biri olmuşdur, o biriləri Ə.Əmiraslanov, Ə.Şeyxzamanov idi. Əlimərdanbəy Topçubaşov və digərlərinə qarşı Türkiyədə çıxan tənqidi yazı, çıxışlara “Yeni Kafkazya” dərgisində və digər qəzetlərdə tutarlı cavablar verib, Azərbaycan istiqlalı ilə bağlı yazıları çıxıb. O, Türkiyə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Azərbaycanlı əsirlərin müalicəsi, xilası, onlardan ibarət xüsusi dəstələrin yaranmasında xüsusi səylər göstərib. Yüzlərlə insanın nicat tapmasına yardımçı olub.
Türkiyəyə qayıdıb çox güman ki, başqa adlarla həmişə onu gözləyən erməni terrorçularından gizlənərək yaşamışdır.
Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat etmişdir.
Xosrov bəy Sultanovun nəticəsiz qalan israrlı təkidləri:
“...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik”
Məlumdur ki, 1917-ci ildə süqut etmiş Rusiya Romanovlar imperiyasının xa¬ra¬balıqları üzərində qurulan yeni müstəqil dövlətlər, xüsusən də varlıqlarının ilk dövr¬lərində çox mürəkkəb şəraitdə fəaliyyət göstərməli olmuşdular.
Təsadüfi deyildir ki, 1918-ci il sentyabrın 4-də, Azərbaycan Xalq Cüm-huriy¬yə¬ti elan edildikdən cəmisi 90 gün sonra Amerika, Fransa, İngiltərə, Yu-na¬nı¬stan, Rusiyanın çox böyük səxavətlə silahlandırdıqları Andranik Ozonyanın ko¬man¬danlığı altında erməni hərbi hissələri Zəngəzura daxil oldu. O, özünü «Zəngəzur qubernatoru» elan edib 115-dən çox türk-kürd kəndini yağ¬malayıb dağıtdı, 10 mindən çox dinc insanı qətlə yetirdi.
Daşnaklar Əsgəran qalası, Şuşa da daxil olmaqla, bütün Qarabağa nəzarəti ələ keçirib oyuncaq «Qarabağ Respublikası» yaratmışdılar. «Bakı Soveti» isə daş¬nak¬lardan heç nə ilə geri qalmayan Şaumyanın əlində idi. Koalisiya qüvvələrinin-in¬gilis, fransız, italyan hərbçi və diplomatlarının təlimatı ilə hazırlanıb qarşıya qo¬yu¬lan məqsəd Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini elan etmiş 3 res¬publikanı Antantanın nüfuz dairəsinə daxil etmək, Bakı neftinə sahiblənmək, Nax¬çıvanla Şuşa arasında yaşayan müsəlman əhalini qırıb, bu əraziləri boşaldıb ye¬ni yaradılacaq xristian Ermənistan Respublikasına qatılmasına maneəsiz zəmin ha¬zır¬lamaq, Zəngəzur və Qarabağdakı erməni qoşunlarını birləşdirib Gəncəyə hücum et¬mək, Azərbaycan Milli Şurasını - Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğ-maq, Bakıya tərəf hərəkətə başlayıb üzü bəri gələn Bakı Soveti hərbi hissələri ilə birləşib «Böyük Ermənistan» ideyasını tez bir zamanda reallaşdırmaq, Nuru pa¬şanın komandanlığı altında Qafqaz İslam Ordusunun hərbi yardımı gəlib ça-ta¬na¬dək Qafqazda - Osmanlı, İran və Rusiya arasında yaradılması elan edilmiş müsəl¬man-türk cümhuriyyətinin – AXC-nin təşəkkülünə yaranmasına imkan verməmək, bü¬tün Şimali Azərbaycanı işğal etmək, koalisiya qüvvələrinin Atatürk koman¬dan¬lı¬ğın¬da Anadoluda uğradıqları sonuncu səlib yürüşündəki acı məğlubiyyətin əvəzini Qaf¬qaz müsəlman türklərindən çıxmaq idi .
Bu məkrli plan Zəngəzurda gedən məşhur bir döyüşlə pozuldu. Bu həm də o de¬məkdir ki, ermənilərin Zəngəzur və Qarabağda törətdikləri qanlı qırğınlar sil¬si¬lə¬si heç də həmişə təkcə azərbaycanlıların məğlubiyyətlərilə bitməmişdir. Bu tor¬paq¬la¬rın qeyrətli bəyləri, igidləri dəfələrlə toparlanaraq ermənilərin nizami ordu his¬sə¬lə¬rinə ağır itkilər, gözləmədikləri acı məğlubiyyətlər də yaşatmışdır. Daşnak gene¬ral¬ları Andronik və Manukun dövrün ən yaxşı silahları ilə təmin olunmuş birləşmiş qüv¬vələrinin Zəngəzurun Laçın bölgəsindəki Zabux dərədə darmadağın edilməsi be¬lə şərəfli səhifələrdən biridir. Laçınlı Sultan bəy Paşabəy oğlu Sultanov, Zəngə¬zur qazısı Bəhlul Behcət, Zəngəzur qəzasının pristavları qubadlılı Aslan bəy kər¬bə¬la¬yı Hüseyn oğlu Sultanov, Şahsuvar bəy Kələntərovun rəhbərlik etdikləri döyüş¬çü, partizanlar dəstəsi böyük igidliklə puça çıxardılar. Bu şəxslərin hazırladığı əməliyyatda Aslanbəyin onaçılanının hücum siqnalı olan dağı-daşı titrədən ilk sərrast atəşi ilə müsəlmanlara qarşı qaniçənliyi ilə bədnam şöhrət qazanmış Ma¬nu¬kun başı bədənindən ayrıldı, panikaya düşən erməni daşnak ordu¬su¬nu Zəngəzur partizanları kiçik qruplarla mühasirəyə alaraq məhv edirdi. Peşə¬kar-lıq, ermənilərin yuxuda da ağlına gəlməyən müdrik dəqiqliklə hazırlanmış həmin cə¬sarətli hərbi əməliyyat yalnız yerli qüvvələrin gücü ilə həyata keçirildi. Erməni daş¬naklarının Zabux dərəsində bu biabırçı məğlubiyyətindən yalnız bir qrup mü¬ha¬fi¬zə¬çisi ilə Andronik qurtula bildi. O, Eçmiədzin keşişlərinin yanına, oradan Tif¬li¬sə, sonra da xəfiyyəsi olduğu, planlarını yerinə yetirməyə zamin durduğu İngiltərə və Fransadakı himayədarlarının yanına qaçdı.
Həmin günlərdə paralel olaraq Sultan bəyin qardaşı, AXC-nin ilk hərbi na¬zi¬ri, Gəncə, sonra da Qarabağ quberniyasının general-qubernatoru Xosrov bəy Sulta¬no¬vun rəhbərliyi altında Qarabağdakı milis və yenicə təşkil edilən hərbi dəstələrin iş¬tirakı ilə erməni hərbi hissələrinə qarşı uğurlu əməliyyatlara başlandı .
Xosrov bəy Sultanov 1918-1920-ci illərdə Qarabağ, o cümlədən Zəngəzurda AXC hökumətinin 1 nömrəli əsas fiquru, erməni-daşnak hərbi hissələrinə qarşı mü¬ba¬rizənin başında duran şəxs olsa da, indiyədək apa¬rılmış araşdırmalarda onun şəxsiyyətinə lazımi dərəcədə diqqət yetirilməmiş, fəa¬liy-yəti, hadisələrə təsiri kifayət qədər öyrənilməmiş, əksinə, bir çox hallarda yanlış, səhv, birtərəfli yanaşmalar, informasiyalar yer almışdır. Onun fəaliyyəti 1920-ci illərdə Zəngəzurun ictimai-siyasi həyatı ilə sıx bağlı olduğuna, ciddi təsir imkanlarına, mövzumuzla birbaşa əlaqəsinə görə bu haqda geniş dayanmağı gərəkli sa¬yı¬rıq.
X.Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyə¬si¬nin, Qasımuşağı obasında, indiki Laçın rayonunda anadan olub. O, Odessa Univer¬si¬te¬tinin tibb fakultəsində təhsil alıb. Bir müddət "Müsavat", sonradan isə "İttihad" par¬ti¬yasının üzvü olub. 1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının, bun¬dan əvvəl Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Parlamentinin üzvü se¬çi¬lib, AXC-nin elan edilməsi bəyannaməsinə imza edənlərdən biri olub. Mayın 28-də Baş Nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində Hərbi na¬zir vəzifəsinə təyin edilib.
1918-ci il yazın sonu – yayın əvvəllərində Şimali Azər¬baycanda ya¬ran¬mış kəskin hərbi-siyasi durum nəticəsində AXC-nin ilk hökuməti çox az, 20 gün yaşadı. Xosrov bəy Tiflisdə Hərbi nazir vəzifəsini qəbul edərkən Milli Şu¬ra qarşısında 3 vəzifəni yerinə yetirəcəyini aşağıdakı sıra ilə elan etmiş və bun¬dan ötrü Hökumətin yardımını istəmişdi: ― erməni hərəkatı ilə mübarizə və bu hə-rə¬katın tamamilə məhv edilməsi, asayişin «bərpa olunması, məcburi köçkünlər ara¬sın¬da gəzən epidemiyalarla mübarizə, onlara yardım».
Azərbaycanın ilk Hərbi naziri vəzifəsini qısa müddətə icra etdikdən sonra növ¬bəti hökumət kabinələrində Əmək, Əkinçilik, Torpaq naziri olub. X.Sultanov 1919-cu ilin 29 yanvarında Azərbaycan hökumətinin keçirdiyi iclasda Gəncə qu¬ber¬niyasından ayrılaraq təşkil edilmiş Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza¬la¬rından ibarət Qarabağ quberniyasının general-qubernatoru təyin edilib.
Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən onun xalqa müraciət ün¬van¬la¬mışdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Ca¬van¬şir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu föv¬qə¬la¬də tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarı¬sın¬da, onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından da¬ğı¬lır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi al¬tın¬da olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurd¬suz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər mil¬li ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəx¬si mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsu¬biy¬yətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qa¬nun¬çuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müs¬tə¬qilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunul¬maz¬lı¬ğı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır".
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı du¬rum var idi. O, 1919-cu ilin fevralın 15, 16 və 17-də qəza rəisləri və ictimai xa¬dim¬lərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olmuşdu ki, in¬di¬yədək Zəngəzurda 166 kənd dağıdılmış, əhalisinin 30 faizi məhv edilmişdi. Bu mü¬şavirədə Andronikin qəzada törətdiyi faciələr barədə ətraflı məlumatlar dinlənil¬miş və bu quldur dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alınmışdı.
Ermənilər X.Sultanovun general-qubernator təyin olunmasına, Qarabağ ge¬ne¬ral-qubernatorluğunun yaradılmasına dəfələrlə etiraz bildirmişdilər, onun haq¬qın¬da mərkəzə, müttəfiqlərin Tiflisdəki missiyasının başçılarına şər-böhtan dolu mü¬raciətlər göndərmişdilər.
Onların narahatlığının əsasları var idi, Qarabağ və Zəngəzurda Sultanovların er¬məni iddialarına qarşı qətiyyətli, barışmaz mövqedə durduğunu, bölgədə böyük nü¬fuz və imkanlara sahib olduğunu ermənilər yaxşı bilirdilər.
1919-cu ilin Novruz bayramında erməni-daşnak hərbi dəstələri general Dro¬nun rəhbərliyi ilə Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmiş, Şuşa, Zən¬gə¬zur¬la əlaqələri kəsmişdilər. Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri də¬qiq, çevik hərbi əməliyyatla mayın 30-da erməni qoşunlarını darmadağın edərək Xan¬kəndi və Şuşanı düşməndən geri almışdı. 1919-cu ilin iyununda X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda Şu¬şaya gizli yolla silah aparan Erməni Milli Şurasının üzvləri həbs edilərək Qara¬bağ ərazisindən çıxarılmışdı . Top, haupitsa, pulemyotlarla silahlanmış, nizami süvari və piyada dəstələ¬ri¬nə malik olan daşnak ordu hissələrinə qarşı yerli özünümüdafiə dəstə¬lə¬ri bəzən sarsıdıcı zərbələr də vurur, erməniləri itkilərə məruz qoyurdu”.
Lakin acı təəssüflər olsun ki, ermənilərin aldığı belə sarsıdıcı zərbələrdən son¬ra AXC hökuməti yaranmış vəziyyətdən istifadə edərək Zəngəzur və Qarabağda er¬məni mövcudluğuna son qoymaq fürsətini əldən verirdi, Qarabağda baş verən ha¬di¬sə¬lərin mərkəzi siması olaraq Xosrov bəy Sultanovun 1918-ci ilin ortalarından baş¬layaraq aprel 1920-ci ilin aprelin son günlərinədək Nazirlər Şurasına, Hərbi Na¬zir¬liyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan Xoyski və Nəsib bəy Usubbəyova ün¬van¬landığı xeyli məktub, teleqram, raportları, xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dər¬hal sonra - 22 avqust 1919-cu il Milli Şuraya göndərdiyi - Qarabağda ingilis si¬ya¬səti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri təd¬bir¬lər adlı məlumat-məruzəsi, eləcə də Andranikin 1918-ci il sentyabrın 4-də Zən¬gə-zura ayaq basdığı gündən tökdüyü qanlar, onun məqsədi, hərəkət planları barədə qə¬za rəisi Məlik Namazəliyevin Gəncə, ardınca da Bakıya göndərdiyi onlarla mək¬tub, teleqram da Milli Şuranı, AXC hökumətini lazımi zamanda qətiyyət, siyasi ira¬də, cəsarətli hərəkətə keçməyə sövq edə, inandıra bilmədi. Hələ üstəlik 1918-ci ilin qanlı mart qırğınlarından sonra da, hətta Nuru paşa komandanlığında Bakının iş¬ğaldan azad edilməsindən sonra belə ermənilərin həyasızlıqla AXC-nin Bakıdakı hökumət strukturlarında möhkəmlənmək, parlamentdə daha çox yer tutmaq səy¬lərinə nəinki lazımi cavab verilmədi, hətta süst biganəliklə, sanki heç nə ol¬ma¬mış kimi ermənilərin Bakıda yenidən qol-qanad açmalarına imkan yaradıldı. Daş¬nak erməni ordusunun əsas pul kisəsindən biri Bakıda yaşayan, mart qırğınlarının, Nu¬ru paşa qoşunlarına qarşı müqavimətin təşkilatçılarından olan general Baqratuni idi. Xosrov bəy həmin günlərdə israrla xarici emissarlarının kölgəsində Qarabağda löv¬bər salmış Erməni Milli Şurasına və onların himayəsindəki silahlı dəstələrə 6 gün ərzində tabeliyindəki hərbi hissələri ilə birlikdə Qarabağ və Zəngəzurun hü¬dud-larından çıxması barədə ultimatum verilməsini, yuxarı Qarabağ ərazisindəki əs-lin¬də mövcud olan ikihakimiyyətliyə son qoyulmasını, imtina edib çıxmadıqları təq¬dirdə, AXC-nin hərbi hissələrinin təxirə salınmadan Zəngəzura yeridilməsinə ica¬zə və kömək istəyir, İranla sərhəd bölgələrində dayanmış 600 nə¬fər¬lik top-tüfəngli hərbçilərin bir qisminin onun sərəncamına göndərilməsini rica edir¬di, xəzinədən ayrılmış pulun, hərbi geyimlərin hələ də gəlib çatmadığını yazır, er-məni silahlı qüvvələrinin Laçında ağır itkilərə məruz qalmasından sonra bir daha öz¬lərinə gələ bilmələrinə imkan verməmək üçün bunun vacibliyini əsaslandırır və İrə¬vandan Azərbaycan torpaqlarının qəsbinə yönələn, uzağa hesablanan hərbi yü¬rüş¬lərinin qarşısının alınmalı olduğun yazır, təhlükə barədə dönə-dönə xəbərdarlıq edir¬di: «...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik, Azərbaycanda hərc-mərc¬lik yaranacaq» deyirdi. O, ingilislərin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan ara¬sın¬da imzalanan müqavilələrin ermənilərin xeyrinə olduğunu, bununla vaxt qa¬zan¬dıq¬la¬rını, imkan düşdükcə öz bəd əməllərini davam etdirəcəklərini, AXC hərbi dəstə¬lə¬rinin Şuşa və Laçından çıxarılmasının yolverilməz olduğunu, ingilis siyasətinin Zən¬gəzur və Qarabağı Azərbaycandan qoparmağa yönəldiyini, iki qonşu xalq ara¬sın¬¬da münasibətləri hədsiz kəskinləşdirdiyinə dair sənədlər, sübutlar, müraciətlər gön¬dərirdi.
Onun “Qarabağda ingilislərin siyasəti ilə bağlı yaranmış vəziyyət və onun ara¬dan qaldırılması üçün zəruri tədbirlər” raportu 1918-1920-ci illər¬də Zəngəzurda baş verən hərbi-siyasi hadisələrin mahiyyətini anlamaq, AXC Hökumət və Parlamentinin mövqeyini dəyərləndirmək baxımından çox əhə¬miy¬yətlidir.
Üzeyirbəy Hacıbəyli Xosrov bəy Sultanov haqqında yazırdı: «Həqiqətən, o, Qa¬rabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağ¬lam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht ida¬rə¬sinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zat¬dır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qu¬ber¬natorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəl¬man¬ları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərə¬fin¬dən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması idi, burası - Azər¬baycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qi¬tal olmuşdu».
Çox mürəkkəb daxili və beynəlxalq durum üzündən AXC iqtidarı heç də həmişə lazımi tədbirlər görə bilmirdi. AXC hökuməti bir çox hal¬larda qətiyyətli addımlar əvəzinə, Bakıdan İrəvana, Tiflisə, Amerika, İngiltərə, Fran¬sa, İtaliyanın hərbi və diplomatik missiya başçılarına xahişlər, dişsiz xəbər¬dar¬lıq-lar, ard-arda nəticəsiz qalan notalar göndərirdi. Xosrov bəyin aşağıdakı tələb¬lə-ri¬nin və müşahidələrin nə qədər düzgün olduğunu zaman göstərdi, onun bu tələbləri, möv¬qeyi qəti idi, vətənini, millətini, dövlətini sevən bir hərbçinin siyasi iradəsinin hə¬yat, mücadilə amalı idi, yeganə doğru yol idi: 1. Qarabağ və Zəngəzur mə¬sə¬lə¬si¬nin həllində ingilis köməyindən qətiyyətlə imtina edilməlidir; 2. İngilislər Qarabağ və Zəngəzur məsələsinin həllində bizə yalnız maneçilik yaradırlar; 3. Məcburi təd¬bir¬lər görülmədikcə ermənilər Azərbaycan hakimiyyətinə tabe olmayacaqlar; 4. Bu pro¬blem həllini tapmadıqca əhali hökumətin gücsüz olduğuna inanacaqdır. Bu isə hə¬min bölgələrdən əlimizi tamam üzmək deməkdir. Cəsur hərbçi və cəsarətli siya¬sət¬çi olan Xosrov bəy problemin həllinin aşağıdakı yollarını da göstərirdi: 1. Tə¬xi¬rə salmadan hərbi hissələri Zəngəzura yeritmək, ermənilərin İrəvandan Zəngəzura, Azər¬baycanın digər bölgələrinə hərəkətinin qarşısını almaq; 2. Dağlıq Qarabağa Azər¬baycanın hakimiyyətini tanımaq barədə ultimatum vermək və altı gün vaxt qoy¬maq; 3. Bütün ermənilərə Azərbaycan rayonlarından getməyi təklif etmək, ulti¬ma¬tum dövründə onlarla hər cür danışıqları kəsmək, ultimatum bitdiyində dərhal hər¬bi əməliyyatlara başlamaq və bütün məsuliyyəti erməni başçılarının üzərinə qoy-maq .
Xosrov bəy Os¬manlıda Hərbi nazir Ənvər Paşa¬nın erməni məsələsini necə həll etdiyini də gözəl bilirdi: erməni durduqca pro¬blem duracaq, erməni məsələsini həll etməyin yeganə yolu ermənilərdən azad ol¬maq¬dır .
Tarixi şans bir dəfə verilir, sən ondan yararlanmadınsa, qarşındakı yararla¬na¬caq, Zəngəzur ortada qalıb sahibini gözləyən ov kimi idi, birinci kim götürdüsə onun idi. Qarabağın general-qubernatoru Xosrov bəy 1919-cu il aprelin 2-də AXC Nazirlər Şurasının sədrinə məktubda yazırdı ki, general-qubernatorluğun hü¬dud¬larında siyasi məsuliyyəti mən daşıdığım halda hərbi hissələrin mənə tabe ol¬ma¬ması, lazımi zamanda silahlı qüvvələrin gücündən istifadə etmək hüququndan is¬ti¬fa¬dənin, həm də hökumətlə teleqraf, rabitə əlaqəsi, xüsusən zəruri hallarda Hər¬bi nazirlə əlaqə qurmağımın qeyri-mümkünlüyü bölgəni böhranlı vəziyyətə salıb, fak¬tik olaraq ikihakimiyyətlilik hökm sürür, ingilis missiyası öhdəsinə götürdüyü mis¬siyanı yerinə yetirmir, ermənilərlə, ingilislərlə apardığımız danışıqlar heç bir nə¬ti¬cə vermir, ermənilərin hərəkətlərindən görünür ki, onlar güclü hazırlıq apa¬rır¬lar. Qanuna görə general-qubernatorun hakimiyyəti Baş komandanın hakimiy¬yə¬ti¬nə bərabər tutulur, ona görə də hərbi hissələr onun tabeliyinə keçməlidir.
Bu, çox cid¬di tələbə heç bir cavab gəlmir, Xosrov bəy yenidən hö¬ku¬mə¬tə yazır ki, Qarabağda hərbi hissələrin mənə tabe edilməsinin zəruriliyi haq¬qın¬da dəfələrlə verdiyim bəyanata baxmayaraq, indiyə qədər cavabsız qalmışdır. Mə-nim tərəfimdən bildirilmişdir ki, bu cür tabe edilmə qətiyyən mövcud qa¬nun¬lar-la ziddiyyət təşkil etmir. Məsələnin vacibliyinə və təxirəsalınmazlığına bax¬ma-yaraq, Azərbaycanın bu vilayətinin taleyi bu məsələnin həlli ilə bağlıdır .
O yazırdı ki, indiki vaxtda Qarabağ məsələsinin həll edilməsinin mənim cavabdehliyimdə ol¬duğunu nəzərə alaraq xahiş edirəm hərbi hissələrin Qarabağın general-quber¬na¬to¬runa tabe edilməsi haqqında qərar verəsiniz, ya da mənim istefamı qəbul edib, hər¬bi hissələri ona tabe etməklə digər bir şəxsi mənim yerimə təyin edəsiniz. Mən bu haqda bəyanat verərkən tamamilə vətənpərvərlik hisslərindən çıxış edirəm. Nə üçün? Ona görə ki, vilayətdə hərc-mərclik olmasın, vilayət özbaşına buraxılmasın, Hö¬kumətin Qarabağdakı nümayəndəsinə heç bir mövcud siyasi vəziyyətlə, mövcud qa¬nunlarla bəraət qazandırılmayan qeyri-müəyyən və anlaşılmayan münasibət bəs¬lə¬yən ermənilərin hakimiyyətinə verilməsin. Xosrov bəy növbəti məktublarında böl-gədəki Azərbaycan ordu hissələrinin də durumundan ətraflı bəhs edirdi O, Hər-bi nazirliyə tabe olan hissələrdəki əsgərlərin ayaqqabı, geyim, patron çatışmaz-lı¬ğın¬dan, hətta itaətsizliyə gətirib çıxaran vəziyyətin kəskinliyindən, neçə aydır şəx¬sən ona vəd olunan patronları almadığından yazır, Qarabağ, Zəngəzurdakı vəziy¬yə¬tin böhranlı həddə çatdığını, Qarabağ qubernatorluğuna aid ərazilərin məsələsinin bir¬dəfəlik qəti həlli üçün hərbi sursatla 2 min əsgərin onun tabeliyinə keçirilməsini, əks təqdirdə özünün istefaya göndərilməsini israrla təkid edirdi. Mövcud real vəziyyət də bunu tələb edirdi və Xosrov bəy isra¬rın¬da tamam haqlı idi .
O, yeni yaranmaqda olan Milli Ordu hissələrinin Zəngəzurda Andranik, Njde, Dro komandanlığında nizami qoşunlara qarşı kortəbii, cəsarətsiz, pərakəndə dö¬yüşlərinin şahidi idi. Təlim keçməmiş, silahla davranmağı bacarmayan, regionun sərt iqliminə, dağlıq relyefinə bələd olmayan, bığ yeri təzəcə tərləmiş əsgərlərin qı¬rıl¬masını da, bir çoxu rus, ingilis, ermənilərlə əlbir olan zabitlərin xəyanəti, sə¬riş¬tə¬siz¬liyi sayəsində yerli partizanların tutduqları strateji yüksəkliklərin ağır itkilərlə er¬mə¬nilərə verilməsini də görürdü. General-leytenant Sulkeviç, general Yadigarov Sul¬tan bəyin təşkil etdiyi kürd partizanlarının əlində olan strateji yüksəkliklərdə möh¬kəmlənmək üçün əməliyyatı pozduğuna, Qaragöl və di¬gər ərazilərin yenidən ermənilərin əlinə keçməsinə imkan verdiyinə görə hərbi na¬zir Mehmandarov tərəfindən göndərilən Yadigarov komandan müavinliyindən azad edilib qərargah zabit¬li-yinə endirilmişdi. Xosrov bəyin Qarabağdakı müsəlman əhalinin, elə¬cə də yaylaqlara köçən aran maldarların təhlükəsizliyini qorumaq üçün tabe¬li¬yin¬də olan az sayda xalq milisinin gücü ilə nə qədər işlər gördüyü də sənədlərdə, ra¬portlarda qalır .
Hələ müsəlman əhalisinə qarşı qırğınların başlanmasından bir neçə ay qabaq Şuşa, Zəngəzurdan ermənilərin ciddi hazırlıq gördükləri barədə məlumatlar Gəncə və Bakıya, Tiflisə göndərilirdi. Cəlil Sultanovun 1919-cu il yanvarın 24-də Par¬la¬men¬tin sədrinə ünvanlandığı teleqramda” yazılan «Zəngəzur sarıdan ba¬şı¬nız sağ olsun, heç olmazsa Qarabağı xilas edin» sözlərini hansı ümidsizlik, xə¬yal qırıqlığı, qüssə, kədərlə yazdığını anlamaq çətin deyil. Həyəcanlı xəbərlər gəl¬mək¬də, AXC hökuməti isə sərəncamındakı sayca erməni¬lərdən az olmayan hərbi qüv¬vələri səfərbər etməklə vətəndaşlarını və torpaqlarını qorumaqdansa, diploma¬tik yazışmalara, bu hərbi-siyasi planların başında duran əcnəbilərə Ermənistan hö¬ku¬mətinin «yolverilməz hərəkətləri» barədə şikayətlər göndərməkdə davam edirdi. Əl¬də edilən «uğur» isə qan tökməkdən bezmiş, doymuş kimi görünən generallar Njde və Hamazaspın yerinə onlardan daha qəddar, döyüşkən generallar Dro, Qa¬zar¬yan ilə əvəzlənməsi olmuşdu. Son illər AMEA Tarix İnstitutunda aparılmış təd¬qi-qatlar AXC dövrünə aid bir sıra sənəd, məktubları aşkara çıxarmışlar. Erməni-stan Milli Şurasının rəhbərləri Azərbaycan Milli Şurasına müraciət edərək Alek¬san¬dropolun (Gümrünün – H.A.) türk ordusu tərəfindən tutulduğunu qeyd edir və İrə¬vanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi məsələsini müzakirə et¬mə¬yi təklif edirlər. Müzakirələrdən sonra İrəvanın Ermənistana güzəştə gedilməsi ba¬rə¬də qərar verilir. Baş nazir Fətəlixan Xoyskinin hər iki respublikanın və Milli Şu¬ranın elan olunduğu günün səhərisi Ermənistan hökuməti başçısının məktubuna ver¬diyi cavabla bağlı onun Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Ha¬cinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəli xan məktubunda yazırdı ki: «Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və on¬lar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrə¬va¬nı ermənilərə güzəştə getdik». Bu sonuncu isə əslində bağışlanılmaz bir addım idi.
AXC Nazirlər Şurasının sədri Nəsibbəy Yusifbəyli Xosrov bəyin bu mək-tu¬bu ilə bağlı Hökumətin 1919-cu il 19 aprel iclasında şəxsən məruzə edir, qız-ğın mü¬zakirə keçirilir və məsələ həllini tapmır, «Xosrov bəy hərbçi deyil» – bəhanəsi ilə heç bir konkret qərar qəbul olunmur, tədbir görülmür. Onun «Azərbaycan» qə¬ze¬tinin 5 aprel nömrəsində çap olunmuş müsahibəsi də vəziyyətin böhranlılığını aş¬kar göstərsə də, Hökumət və Parlamentdəki müəyyən qüvvələr müxtəlif bəha¬nə¬lər, əsassız arqumentlərlə, ən başlıcası isə ingilis nümayəndəliyinin təzyiqi qarşı¬sın¬da geri çəkilərək Qarabağda vəziyyətin birdəfəlik Azərbaycanın xeyrinə həlli yo¬lunda ciddi sipər çəkdilər .
Üzeyir Hacıbəyov «Andronikin məsələsi» məqaləsində başıpozuq generalın heç bir söz, nəsihət və xəbərdarlıqlara, hətta ingilis hərbi komandanı, general-ma¬yor Tomsonun təhdidlərinə belə məhəl qoymadan müsəlman kəndlərini dağıtma¬sı¬nı, əhalisini qırmasını, özbaşınalığını şərh edir, onu quldur adlandırır, yazırdı ki, «bir quldurun yanına «deleqat» göndərmək, onu kağız vasitəsilə quldurluqdan mən qıl¬maq və ya həddini bildirmək üçün teleqram vasitəsilə təhdid etmək nə hökumə¬ti¬mizin şəninə layiqdir, nə ingilis komandasının və bir də məşhur məsəldir ki, «Qu¬ran oxumaqla donuz darıdan çıxmaz», quldurların qabağına lazım olan qədər güc gön¬dərmək istər ki, dəstəsini də, özünü də dəstgir edib məhkəmə qarşısına gətirsin və cəzasına çatmaq üçün mühakiməyə verilsin». Ü.Hacıbəyov Qarabağda «zül¬mü sitəmə məruz qalan müsəlmanları tezliklə xilas etməyi», «vaqeənin get¬dik¬cə böyüyüb əngəl olmağına imkan verməmək üçün» Andronikin hərəkətlərini necə olur¬sa-olsun dayandırmağı Hökumətdən tələb edir.
O günlərin qəzetləri Xosrov bə¬yin fəaliyyətinə geniş yer ayırırdı. «Наше время» qəzeti 1919-cu il 13 iyun tarixli sa¬yında yazırdı: «8 iyunda Qarabağda qanlı hadisələrə dair Van kilsəsi yanında mi¬tinq¬də qəbul edilmiş aşağıdakı qətnamə Müttəfiq Dövlətlərə, beynəlxalq təşki¬lat¬lara göndərilmişdir və bu müraciətdən də Xosrov bəyin erməni planlarına qarşı ən böyük maneə olduğu görünür: “3. Qarabağda daimi olaraq sakitliyi və qayda-qa¬nunu pozan məşhur türk agenti və Azərbaycan general-qubernatoru Xosrov bəy Sul¬tanov və bütün Azərbaycan hərbi hissələri Qarabağdan çıxarılsın.”.
X.Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərdiyi 1348 saylı məlumatda maldarların yaylaqlara təh¬lü¬kəsiz gedə bilməsini təmin etmək üçün Zəngəzurun mərkəzi Gorusu tutmağın zə¬ruriliyini bildirir, bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş pi¬ya¬da və atlı əsgər göndərilməsini xahiş edir. İyunun 5-də Ağdamdan yenə N.Yu¬sif¬bəyliyə göndərdiyi teleqramda 4 iyunda Şuşada ermənilərin günahı ucbatından baş verən toqquşmanın qarşısının alındığını, iyunun 6-da erməni kazarmalarının alı¬na¬cağını qeyd edir. 26 iyulda S.Mehmandarova Şuşadan göndərdiyi 3743 saylı mə¬lumatda Zəngəzura Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qo¬şun göndərib, Bazarçay kəndinin alınmasının vacibliyini, hazırda Zəngəzurda çox say¬da maldarların əhəmiyyətli yüksəkliklərdə, dağlarda, ermənilərin isə arxada ol¬du-ğunu, Bazarçay, Qızıl Boğaz yaxınlığında məskunlaşmış malakan əhalisinin də Azər¬baycan hakimiyyətini tanıdığını, bunndan ötrü onların öz nümayəndələrini qə¬za milisinin rəisi Aslan bəy Sultanovun yanına göndərdiklərini, Zəngəzur məsə¬lə¬si¬nin birdəfəlik həlli üçün hərbi hissə və xalq milisi dəstələrinin birlikdə Bazarçay kən¬dini almasına sərəncam verməyini israrla xahiş edirdi. Bildirirdi ki, hətta, Mərcanlı maldarları (Cəbrayıl-Cavanşirin aran bölgəsində heyvandarlıqla məşğul olan, 3-4 kəndi birləşdirən obalar-H.A) döyüşçülərin azuqəsi üçün bir neçə yüz iri buynuzlu heyvan verməyə də razılaşıblar».
X.Sultanov 1919-cu il dekabrın 14-də Daxili İşlər nazirinə göndərdiyi mək¬tub¬da Zəngilan əhalisinin ermənilərdən müdafiəsi üçün ora kömək göndərilməsi¬nin vacibliyini bildirir, 1920-ci ilin martın 23-də Şuşadan baş nazir N.Yusifbəyliyə gön¬dərdiyi teleqramda Zəngəzur uyezdinin rəisindən ermənilərin Zəngəzurda bü¬tün cəbhə boyu müxtəlif istiqamətlərdən yeni hücuma hazırlaşdıqları ilə bağlı hə¬yə¬canlı məlumat aldığını, onların başlıca məqsədinin Qarabağla birləşmək oldu¬ğu¬nu, kömək və ilk növbədə yerli partizan dəstəsi üçün təcili patron göndərməyi xa¬hiş edir. Onların patronlarının ancaq bir döyüşə kifayət edəcəyini yazır. General Şıx¬lin¬skinin vəd etdiyi dağ-batareya piyada alayının Zəngəzura göndərilməsinə sə¬rən¬cam verməyi israrla xahiş edir. Martın 24-də göndərdiyi teleqramda vəziyyətin get¬dikcə gərginləşdiyini, artıq Xankəndi və Şuşada döyüşlərin getdiyini, hücumun qar-şısı alınsa da, atışma getdiyini, Şuşanın Şuşukənddən toplarla atəşə tutuldu¬ğu-nu, Ağdam-Şuşa arasında olan teleqrafın kəsildiyini, çarəsiz əhalinin bu vəziy-yət¬dən qəzəbləndiyini, təcili olaraq əsgəri yardım, başlıcası patronla kömək göstəril¬mə¬sini israrla xahiş edir.
Bölgənin durumu, hadisələrin gedişi haqqında analoji məlumatlar eyni za¬man¬da Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinə, Gürcüstanın Xarici İş¬lər Nazirliyinə, müttəfiqlərin Qafqazdakı ali komissarı general Uodropa, onun müa¬vini polkovnik Reyo, Fransanın hərbi missiyasının rəhbəri polkovnik Nona¬ku¬ra və İtaliyanın Qafqazdakı hərbi missiyasının rəhbəri polkovnik Qabbaya da gön¬də¬rilmişdi. AXC Parlamentinin iclas stenoqramlarında və digər qaynaqlarda həmin qan¬lı günlərdə onlarla ziyalının, el-oba ağsaqqalının, Hökumət tərəfindən vəkil edil¬miş Zəngəzur qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları ilə 1919-cu ilin no¬yabrından göndərilən xəbərdarlıq teleqramlarından, dekabrın ilk günlərindən - Njde¬nin hücumları başlanmazdan əvvəl və sonra birbaşa qırğın yerlərindən, erməni qət¬liamlarının tükürpədən gerçəkliklərinin əks olunduğu teleqramlar arxivlərdə sax¬lanır .
Millət vəkili Cəlil Sultanov Zəngəzur və Qarabağdan AXC Parlamenti və Hö¬ku¬mətinə, həm də ayrı-ayrılıqda «Müsavat», «İttihad», «Sosialistlər» fraksiyala¬rı¬nın rəhbərlərinə, Zəngəzurdan seçilmiş digər həmkarı Mirzə Sadıq Axundzadəyə bir-birinin ardınca teleqramlar göndərərək vəziyyətin nə qədər ciddi, ağır olduğunu bil¬dirir. Bu teleqramların əksəriyyəti Parlamentdə deputat həmkarları tərəfindən oxu¬nur, müzakirə olunur, rəsmi «Azərbaycan» qəzetində dərc edilirdi .
1919-cu il yazın sonlarında Şuşanı tamam ələ keçirmiş Erməni Milli Şura¬sı¬nın silahlı qüvvələrinə qarşı əməliyyata başlayan Xosrov bəyə İngilis nüma¬yəndə¬li¬yi¬nin atəşi dayandıraraq dərhal Şuşadan geri çəkilmək barədə ultimatumu çatdırılır. Lakin Xos¬rov bəy bu ultimatumu rədd edərək Azərbaycan hökumətinə tabe olan dinc erməni əhalisinin can, mal var¬lı¬ğına təminat verib, bütün erməni əsgərlərini tərksilah edir, onların tutduqları ka¬zar-maları boşaldıb AXC əsgərlərini yerləşdirir, bundan sonra iyunun 10-da təkcə ermənilər, iyu¬nun 27-də isə müsəlman və erməni əhalisi Şuşada qurultay çağırıb AXC hökumə¬ti¬nə tabe olduqlarını bəyan edən qətnamə qəbul edirlər, xüsusi barışıq komissiyası ya¬ra¬dırlar. İyulun 29-30-da Baş nazir Yusifbəyli, Gəncə qubernatoru Rəfibəyov, Hər¬bi Nazir Mehmandarov Şuşada erməni, müsəlman əhali ilə, məscid və kilsə qar¬şı¬sında görüşüb çıxış edirlər, avqustun 20-də Qarabağ ermənilərinin 7-ci qurul¬ta¬yında seçilmiş 20 nəfər nümayəndənin imzası ilə Xosrov bəyin iştirakı ilə Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti ilə 26 mad¬dəlik müvəqqəti mü¬qa¬viləsi imzalanır, erməni təmsilçiləri avqustun 28-də Bakıya gəlib Yusifbəyli ilə görüşürlər, AXC hö¬ku¬mətinə tabe olduqlarını bildirirlər. Xosrov bəy Şuşada daimi əmin-amanlıq yaratmaq üçün aclıqdan əziyyət çəkən er¬mənilərinə 100 pud un payladır .
Xosrov bəyin qəti hərəkətləri nəticəsində əldə olunmuş bu uğurlar siyasi du¬ru¬mun sonrakı təkamülünə ciddi təsir göstərmişdir: 2 ay davam edən sakitlikdən son¬ra 1919-cu il 23 noyabrda Tiflisdə Azərbaycan və Ermənistanın hökumət baş¬çı¬la¬rı ABŞ və Gürcüstan təmsilçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə sa¬zi¬şə qol çəkirlər. Sazişin mətni belədir: «Ermənistan hökumətinin nü¬ma¬yəndəsi baş nazir Xatisov və Azərbaycan hökumətinin nümayəndəsi baş nazir Usub¬bəyov arasında qarşılıqlı saziş imzalanmışdır. Ermənistan hökumətini təmsil edən baş nazir Xatisov və Azərbaycan hökumətini təmsil edən baş nazir Usubbəyov bu sazişi Tiflis şəhərində 1919-cu il noyabrın 23-də aşağıdakılar barədə imza¬la¬mış¬lar: Ermənistan və Azərbaycan hökumətləri indi baş verən düşmənçilik hərəkət¬lə¬rini dayandırmağı və bir daha silaha əl atmamağı öhdələrinə götürürlər. Er¬mə¬ni¬stan və Azərbaycan hökumətləri dinc mal mübadiləsi üçün Zəngəzura aparan yol¬ların təmiri və açılması məqsədilə təsirli tədbirlər görməyə razıdırlar. Sərhəd mə¬sələləri də daxil olmaqla, bütün mübahisəli məsələlər ilə bağlı növbəti para¬qraf¬da xatırladılan konfrans tərəfindən qərar qəbul edilənədək Ermənistan və Azər¬baycan hökumətləri bu məsələləri sülh sazişləri vasitəsilə həll etməyi öhdə¬lə¬ri¬nə götürürlər. Əgər bunu yerinə yetirmək mümkün olmazsa, hər iki hökumətin qə¬ra¬rına tabe olmağa razılaşdığı hakim kimi hər hansı bir neytral tərəf seçilməlidir. İn¬di belə bir neytral tərəf Birləşmiş Ştatların ordu polkovniki Ceyms Reydır. Ermə¬ni¬stan və Azərbaycan hökumətləri təcili surətdə çərşənbə günü, noyabrın 26-da Ba¬kı¬da görüşməli və Tiflisdə konfransın başlanmasını dekabrın 4-dən təxirə sal¬ma¬malı, bərabər sayda nümayəndə təyin etməyi öhdəsinə götürürlər. Ümumi razı¬lı¬ğa əsasən konfransın keçiriləcəyi yer dəyişdirilməzsə, konfransın iclasları Tiflis¬də davam edəcəkdir. İki hökumət arasında mübahisə və ixtilaflara səbəb olan bü¬tün məsələlər bu konfransın müzakirə obyekti olacaq. Konfrans bu və bu qəbildən olan bütün məsələləri saziş və arbitraj yolu ilə həll etmək hüququna malik ola-caq¬dır. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir, hər iki hökumətin parla-ment¬lə¬ri tərəfindən təsdiq edildiyi gündən daimi sayılır. Ermənistan və Azərbaycanın baş nazirləri öhdələrinə götürürlər ki, onların hökumətləri yuxarıda ifadə olunmuş mü¬qa¬vilənin bütün bəndlərini dönmədən müdafiə edəcək və yerinə yetirəcəklər. Bu¬nu sübut etmək üçün onlar bu müqaviləni imzalayırlar. Müqavilə üç nüsxədə: in¬gilis və rus dillərində, Tiflisdə 1919-cu il noyabrın 23-də tərtib edilmişdir. Onun bir surəti müttəfiqlərin ali komissarının nümayəndəsinə, bir surəti Ermənistanın baş nazirinə, bir surəti isə Azərbaycanın baş nazirinə göndərilir. A.Xatisov, Er¬mə¬ni¬stanın baş naziri, N.Usubbəyov, Azərbaycanın baş naziri aşağıdakıların iştirakı ilə imzalanmışdır: Gürcüstanın xarici işlər nazirini əvəz edən müvəqqəti baş nazir, Müt¬təfiqlərin ali komissarı-Birləşmiş Ştatlar Ordusunun Baş qərargahının pol¬kov¬ni¬ki».
Bütün bunlara baxmayaraq, ermənilər xislətlərindən, qonşu xalqların torpaq¬la¬rından və mal-mülkündən əl çəkmək fikrində deyildilər. Tiflisdə çəkilmiş imzanın heç mü¬rək¬kəbi qurumamış Njdenin quldur dəstələri yenidən Zəngəzuru qana bo¬ya¬mış¬dı. Yuxarı Zəngəzurda hələ Andranikin axıtdığı qanlar qurumamış Zəngəzur tor¬paq¬ları yenidən qaniçən cəlladların tapdağı altında qalmışdı. Azərbaycanın baş na¬zi¬ri Nəsib bəy Usubbəyov Tiflis sazişini imzalayarkən heç ağlına belə gətirmirdi ki, bu sazişin imzalanması fürsətindən istifadə edən ermənilər Zəngəzurda azər¬bay¬can¬lı əhaliyə qarşı növbəti soyqırım törədəcək və bölgəni ələ keçirməklə Nax¬çı¬van¬la Azərbaycanın qalan hissəsi arasında ciddi bir sədd çəkməyə nail olacaqlar. Azər¬baycan hökuməti Tiflis sazişində götürdüyü öhdəliyə sadiq qalaraq, öz qoşun¬la¬rını Zəngəzurdan geri çəkmişdi. AXC Hökumətinin humanist, insani, səmimi, əxlaqlı mənəviyyatına, qətiyyətsizliyinə, müstəqil qərar qəbul etməkdə cəsarətsizliyinə, ingilis missiyasının tapşırıq və tövsiyələrinə sözsüz əməl etmə xasiyyətinə yaxşı bələd olan ermənilər Azərbaycan tərəfinin bu sazişə də, verdikləri vədə əməl edəcək¬lə-rinə də əmin idilər. Az sayda AXC qüvvələrinin Zəngəzurdan geri çəkilməsi ilə ermənilər bütün cəbhə boyu yeni hücumalara əmr vermişdilər. Ermənistan hö-ku¬mətinin 23 noyabr sazişinə xilaf çıxdığına görə Azərbaycanın Xarici İşlər Naziri Məm¬mədyusif Cəfərov noyabrın 29-da Ermənistan xarici işlər nazirinə etiraz tele¬qra¬¬mı göndərmişdi. Həmin sənəddə deyilirdi: «Noyabrın 23-də Azərbaycan və Er¬mə¬nistan hökumətlərinin nümayən¬dələri arasında Zəngəzurda silahlı toqquşmaları dər¬hal dayandırmaq və bütün mübahisəli məsələlərin həllini çağırılacaq Azərbay¬can Ermənistan konfransının öhdəsinə buraxmaq barəsində razılaşma olmuşdur. Bu¬nunla yanaşı indi Sizin hökumətin qoşunları tərəfindən Zəngəzurda Oxçu, Pir¬da¬vidan, Atqız, Şabadin, Anişu və Quşçular kəndlərinin talan edilməsi haqqında mə¬lumat alınmışdır. Çoxlu ölənlər var, Girətağ kəndi və bütün ətraf müsəlman kənd¬ləri ilə bütün əlaqələr kəsilmişdir və bu kəndlər erməni quldur dəstələri tərə¬fin¬dən mühasirəyə alınmışdır. Dərələyəz qəzasında Köçbəy, Qısır, Maratuz, Qa¬ya¬lı, Leyliqaçan, Bulaqlar, Göyərçin, Çaykənd, İdtil kəndləri də erməni quldur dəstə¬lə¬ri tərəfindən mühasirəyə alınmışdır. Bu kəndlərdə üç yüz kişi öldürülmüş, otuz qa¬dın əsir götürülmüşdür. Həm də əldə olunan məlumatlara görə, bu kəndlərə ni¬za¬mi qoşunların göndərilməsi davam edir. Deyilənləri nəzərə alaraq və baş verə bilə-cək fəsadlara yol verməmək üçün qoşunların göndərilməsinə və müsəlman kənd¬lə¬ri¬nin talan edilməsinə son qoymaqdan ötrü təcili tədbirlər görməyinizi Sizdən xahiş edi¬rəm». Bu teleqram - “xahiş” də məlum canlını darıdan çıxarmaq üçün Qu¬ran oxumağa daha çox bənzəyirdi.
C.Sultanov yazırdı ki, silahının gücünü Zəngəzurun həmişə təqiblərə məruz qal¬mış, məzlum, bədbəxt müsəlman əhalisi üzərində sınayaraq cəzasız qalan ermə¬ni¬lərin təcavüzkar hərəkətləri barədə hökumətə dəfələrlə xəbər verilmişdir. Zəngə¬zur müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç bir real təd¬bir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-qolu açılan Zəngəzur er¬mə¬niləri nizami hissələrin köməyi ilə birləşmiş Qarabağ qüvvələri kimi hərəkət edib bütün yolüstü müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əs¬gə¬ra¬nı tutmaq, Şuşanı almaq qərarına gəliblər. Bu qərar indi icra edilir. Xankən¬din¬də əhalinin müdafiəsi tapşırılan qarnizon Bakıdan əmr verilmədən müdafiəyə başlamağa cə¬sa¬rət etmir. Cinayətkar ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoy¬mağı, Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə vaxt ayır¬mağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, kömək edin. Zəngəzurun qa¬zı¬sı Bəhlul Behcət, deputat Cəlil Sultanov AXC rəhbərliyinə teleqramlar vuraraq mə¬lu¬mat verirdilər ki, hazırda Fərəcan, Göyyal, Çərəli (Qubadlı rayonu əra¬zisi - H.A)…8 kənd yanır, tüstü göyün üzünü bulud kimi alıb. Düşmənə qar¬şı müqavimət göndərən yerli qüvvələr dənizdə bir damladır. Xahiş edirik təd¬bir¬lər görəsiniz. Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz .
Növbəti teleqramda bildirirdilər ki, artıq ermənilər Zəngəzurun 3-cü sahəsini (Qu¬badlı rayonu - H.A) işğal etdilər. Hücum 4-cü sahədə və Cəbrayıl qəzasının sər¬hədində gedir. Ermənilərin 8 topu, 60 pulemyotu var, qoşunları mütə¬şək¬kil¬dir. Patronları, silahları olmayan müsəlmanlar geri çəkilməyə məcburdurlar. Zən¬gəzurda artıq hər şey bitib. Mərkəzdən heç bir kömək ala bilməyən, tam ümid¬siz¬lik, çarəsizlik içərisində qalan AXC-nin Zəngəzurdan seçilmiş deputatı tele¬qram¬da ürək ağrısı ilə yazırdı: «Həlak olmuş Zəngəzur müsəlmanları sizə cansağ¬lı¬ğı diləyirlər. Zəngəzurlular nə qədər ağlasalar da, onların iniltisi cavabsız qaldı, heç kəs onların köməyinə gəlmədi. Qadınların döşləri kəsilib, uşaqların başları kə¬si¬lib, bədənləri qan içindədir. Ermənilərin əllərinə düşən gözəl qızlar zorlanır. Zən¬gəzurda düşmənə müqavimət göstərmək üçün kişilər həddindən artıq azdır və on¬la¬rın kənardan köməyə bütün ümidlərini itiriblər» .
Bu millət vəkili daha sonra bildirirdi: «bu gün axşam vaxtı qəza rəisi ili bir¬likdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on min¬lər¬lə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pu¬lemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruş¬ma¬da iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş mey¬danında qalmış ölüləri arasında bir neçə ingilis əsgəri də vardı. Xocahan və Za¬bux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə ça¬yı¬nın sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edil¬mişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini er¬mə¬nilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. Zəngəzurda tam ha¬ki¬miyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün heç bir və¬sait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xal¬qı¬na müraciət edir. Aldığımız məlumata görə sabah Zəngəzur tərəfdən Cəbrayıl qə¬za-sına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Nax¬çı¬vanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan mə¬sə¬lə¬sini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissəsinin erməniləri surətlə üs¬ya¬na hazırlaşırlar. Hökumətin cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qara¬ba¬ğın məhvinə gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xa¬tisovların təntənəli ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı ye¬tər. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edil¬sin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və sat¬qın¬lığa bərabərdir» .
Hacı ABDULLA,
"Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri
08.05.2017