Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və Agentliyin departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti Ankarada dövlət, qeyri-hökumət təşkilatları - sivil toplum kuruluşlarında (STK) çoxsaylı görüşlər keçirib. Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi aparılıb, əməkdaşlığın genişlənməsi, birgə layihə, tədbirlərin təşkili, iki qardaş ölkə QHT-STK-nın gələcək əlaqələrinin əsas istiqamətləri müəyyən edilib. 28 yanvar 2022-ci il tarixində Ankarada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Agentlik tərəfindən icraçı direktor Aygün Əliyeva və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən isə Vətəndaş Cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıb. https://www.facebook.com/QHTAgentliyi