Rusiya fevralın 24-də dini, dili bir slavyan qardaşı Ukraynaya total hücuma keçdi; tarixinin ən böyük cinayətini, bağışlanmaz səhvini etdi. Heç nə ilə əsaslandırılması, bəraət verilməsi mümkün olmayan bu müharibə təcavüzdür, aqressiyadır, beynəlxalq hüquqa tüpürməkdir və heç şübhəsiz, Putinin şəxsi ambisiyalarından, xəstə beynindən, azadlıq, demokratiyaya kin-nifrətindən doğan və məkrli düşüncə ilə verilən əmrdir, Rusiya dövlətinin velikorus şovinizminin mahiyyətini göstərən növbəti bədnam addımdır. Bu aqressiya müasir sivil dünya gerçəkliyini heç sayaraq qonşu ölkəyə qarşı ən müasir silahlarla, bütün hərbi gücü ilə hücuma keçən Putin rejiminin sonunun başlanğıcı olacaqdır.
Azərbaycan tarixinin tam iki yüz ilini Rusiyanın (çar, bolşevik, sovet) əsarətində olub, bu nədənlə zaman-zaman faciələr yaşayıb, bu dövlət xalqımıza hələ də həll olunmamış Qarabağ, Zəngəzur kimi problemi yaradıb. Ona görə də bu aqressiyanı lənətləyir, dost ukrain xalqına böyük fəlakətlər gətirəcəyini görüb anlayır və deyirik: Ukrayna, qəlbimiz səninlə vurur, haqq, ədalət səninlədir, sən qalib olacaqsan!
Sədr Hacı Abdulla, 25.02.2022.