Avropa Parlamenti (AP) Azərbaycanın erməni mədəni irsini guya məhv etməsi barədə qətnamə qəbul edib: 635 səs lehinə, cəmi 2 səs əleyhinə. Bu, Avropanın simasıdır, simasızlığıdır. Bunun mənası odur ki, AP artıq xristian klubuna çevrilib, elementar haqq-ədalət, beynəlxalq hüququ tanımır, Azərbaycanın Vətən müharibəsində qələbəsini həzm edə bilər, ermənilərin məkrli planlarının gerçəkləşməsinə yenə də dəstək verməkdə davam edir. Bu, Azərbaycana yeni təzyiqlərin anonsudur. Həm də o deməkdir ki, diplomatiyamız beynəlxalq qurumlarla, Qərbin aparıcı dövlətləri, gücləri ilə əlaqələri, iş metodlarını yeniləməli, gücləndirməlidir.
Daha bir dərs odur ki, Azərbaycan Şuşa Bəyannaməsinin ruhunu, xalqın yekdil arzu, istəyini əsas tutub Türkiyə hərbi bazalarının ölkəmizdə, I Şuşada olmaqla, yerləşdirilməsini təmin etməlidir.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi olaraq, AP-ə, quruma üzv dövlətlərin Bakıdakı diplomatik korpusunun reallığa, gerçəkliyə laqeydliyini, ikiüzlü münasibətini pisləyirik, belə bir əsassız qətnamənin qəbuluna etiraz edirik! Bu, haqqın, ədalətin, hüququn, həqiqətin tapdanmasıdır!
Sədr Hacı Abdulla