ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur” kitabı nəşr olunub.

Müəllif və layihə rəhbəri H.Nərimanoğlu deyir: ötən ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin “Azər­bay­can  Res­pub­li­ka­sın­da  iq­ti­sa­di  ra­yon­la­rın  ye­ni  böl­gü­sü  haq­qın­da”  7 iyul 2021-ci il ta­rix­li Fər­ma­nı ilə  iş­ğal­dan azad edil­miş əra­zi­lə­ri­miz­də Qa­ra­bağ iq­ti­sa­di ra­yo­nu (Xan­kən­di şə­hə­ri, Ağ­ca­bə­di, Ağ­dam, Bər­də, Fü­zu­li, Xo­ca­lı, Xo­ca­vənd, Şu­şa və Tər­tər ra­yon­la­rı) və “Şər­qi Zən­gə­zur iq­ti­sa­di ra­yo­nu”nun (Cəb­ra­yıl, Kəl­bə­cər, Qu­bad­lı, La­çın və Zən­gi­lan ra­yon­la­rı) ya­ra­dıl­ma­sı oldu.

“Füyuzat” nəşriyyatında yeni çapdan çıxan kitabda keçmiş məcburi köçkün vətəndaşlarımızın doğ­ma də­də-ba­ba yurd­la­rına qa­yı­dışına mənəvi dəstək nəşrdə əsas məqsəd, ümdə qayə olaraq qırmızı xətt kimi keçir.

220 səhifəlik rəngli nəşrdə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şərqi Zəngəzur bölgəsinə səfərləri, fəaliyyət proqramlı çıxışlarında qarşıya qoyduğu vəzifələrə həsr olunmuş materiallar xüsusi yer tutur.

Kitabda 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsinə daxil olan bu rayonların hər birinin uzaq və yaxın keçmişi, iqtisadi potensialı, təbii sərvətləri, I və II Qarabağ müharibəsi tarixi ayrı-ayrı  oçerklərdə  əks olunub. Zən­gə­zur ma­ha­lı­nın ta­ri­xi keç­mi­şi, ha­zır­da iş­ğal­dan azad edil­miş böl­gə­lər­də apa­rı­lan ge­niş miq­yas­lı ti­kin­ti, qu­ru­cu­luq iş­lə­ri, mən­fur düş­mə­nin mur­dar ayaq iz­lə­ri­nin iti­ril­mə­si, məhv edil­miş mül­ki, so­si­al ob­yekt və inf­rast­ruk­tur­la­rı­nın ye­ni­dən dir­çə­li­şi, Şər­qi Zən­gə­zu­run gə­lə­cək mən­zə­rə­si, in­ki­şaf pers­pek­tiv­lə­ri kitabda sənədlər, foto-informasiya, analitik təhlillərlə qələ­mə alı­nıb. Müəllifin Və­tən mü­ha­ri­bə­si­nin ilk gü­nün­dən başlayaraq ya­zdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli mə­qa­lələrinin bir his­sə­si də ki­ta­ba da­xil edi­lib.

Filologiya elmləri doktoru, professor Əliağa Cəfərovun redaktorluğu və ön sözü ilə buraxılan nəşr Şərqi Zəngəzur bölgəsinin tarixinə və bu gününə həsr olunmuş  ilk elmi, publisistik kitabdır.

Kitabın nüsxələri işğaldan azad edilmiş rayonlar ilk sırada olmaqla, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına paylanır.

  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert