Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir. F-35, F-16-lar yaxın gələcəkdə tarixə çevriləcək, havadan müdafiə sənayesində artıq pilotlar olmayacaq, robotla idarə edilən təyyarələrdən istifadə ediləcək.
İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər, PUA-lar 3 min saat fasiləsiz uçuş edib, Ermənistana məxsus 90 tank da daxil olmaqla, 900-dən çox hərbi hədəfi məhv edib.
Rəcəb Tayyib Ərdoğan: “Türkiyə dünyada ilk dəfə analoqu olmayan lazer silahının istehsalına başladı. Pilotsuz döyüş təyyarə sistemimizi təqdim edərək, PUA arsenalımızı dünyanın bir nömrəsi edəcəyik. Dünyada öz savaş gəmisini dizayn, inşa və təmir edə bilən 10 ölkə içərisində yer alırıq. Quru və dəniz nəqliyyat vasitələrində həm dost, həm də müttəfiq ölkələrin ehtiyaclarını qarşılayırıq. Hazırda dünyanın ən yaxşı 100 müdafiə şirkəti siyahısında 7 şirkətimiz var. Gələn il yeni tipli sualtı qayıqlarımızın birincisini istismara verməyi planlaşdırırıq.”
Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir.Report.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub. Məqalədə bildirilib ki, hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər Ermənistana məxsus 90 tank da daxil olmaqla, 900-dən çox hərbi hədəfi məhv edib.